LAYİQ [Urmuz:] Onun sevimli oğlu Cavanşir, indi Girdanın igid sərkərdəsi olmağa doğrudan da layiqdir (M.Hüseyn); LAYİQLİ Petya Həmidə: O əyləncələrin axırı yoxdu, özünə layiqli bir ömür yoldaşı seç, ailə qur (H.Abbaszadə); MÜNASİB Ancaq dövran tərsinə işləyir, Qarabəyin yerinə münasib adam qoyulmurdu (Ə.Vəliyev); MÜSTƏHƏQ O səbəbə ki, elm və bilik sahibinin yolunda çəkilən zəhmətlər həmişə vacib və müstəhəqdir.. (C.Məmmədquluzadə); ŞAYƏSTƏ İndi bir para səbəblərə görə ki, kəşfini mən sizə layiq görmüşəm, mən məcburam ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsəyə vagüzar edim ki, bu rütbəyə məndən Əlyar və şayistədir (M.F.Axundzadə); RƏVA.