NAHARSIZ
NAXIR
OBASTAN VİKİ
Nahiyə
Nahiyə — Tarixən Azərbaycan və Şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər.
Nahiyə (Heris)
Nahiyə (fars. ناحيه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (42 ailə).
Abaran nahiyəsi
Abaran nahiyəsi — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. İrəvan xanlığının bölgələrindən biri. Nahiyə oradakı Baş Abaran kəndinin və Abaran çayının adı ilə adlanırdı. == Tarixi == İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Osmanlı dönəmində Talin nahiyəsi davamı olan Talin mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisində Eçmiədzin qəzası təşkil olunmuşdur. Elxanilər dövlətinin Çuxursəəd tüməninin Vedi nahiyəsi 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Abaran nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Abaran nahiyəsində aşağıdakı kəndlər mövcud idi: XVIII əsr erməni katalikosu və salnaməçisi İrəvanlı Simeon Keçaris monastrına məxsus kəndlər arasında Təkəlik və Eşşəkquduran kəndlərinin adlarını çəkmişdir.Keçaris monastrına məxsus olan Eşşəkquduran kəndi 1728-cil tarixli Osmanlı mənbəsinin məlumatına əsasən İrəvan əyalətinin Abaran nahiyəsində(6,s.194), xanlıqlar çağında isə İrəvan xanlığının Dərəçiçək mahalında qeydə alınmışdır.(Şopen). Bu kəndin adı İrəvan vilayətində Pəmbək dağ silsiləsinin zirvələrindən biri olan Eşşəkquduran dağının adındandır. Toponim “oşiq” və “kudur” sözlərinin birləşməsindən yaranmışdır. Buryat-monqol dillərində oşiq “külək tərəfindən çox aşınmış dağ suxuru”, türk dillərində kudur “Dalğavari dağ silsiləsi” anlamındadır.(3,s.245).
Acnan Türk nahiyəsi
Acnan Türk mahalı — 1728-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Qapan livası tərkibində nahiyəQarabağ xanlığının mahallarından biri. Mahal 9 kənddən ibarət idi və cəmi 67 (42-i vergiödəyən, 25-i ödəməyən) ailəyə malik idi. Mahalda müsəlmanların və qeyri-müsəlmanların sayı demək olar ki, bərabər idi. Bu sırf türk soylu mahalda xristianların sayının azərbaycanlılara bərabər olması yəqin ki, mahalda azərbaycanlıların xeyli hissəsinin birinci Rusiya-Qacar müharibəsi zamam Qacarlara və Osmanlılara sığınması ilə bağlı idi. Eyni zamanda, ən böyük xristian (13 ailədən ibarət) Noraşenik kəndinin adı bu kənddə yaşayan ermənilərin Qarabağa gəlmə olduqlarına işarədir.
Alpaut nahiyəsi
Alpavut nahiyəsi — 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Həkəri sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Həkəri nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir Alpavut oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri.
Aralıq nahiyəsi
Aralıq nahiyəsi — XIV əsr inzibati-ərazi vahidi. İndiki dövürdə Aralıq (İğdır),Qəmərli rayonu,Şərur rayonu ərazisini əhatə edir. Elxanilər dövlətinin Çuxursəəd tüməninin Aralıq nahiyəsi 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Aralıq nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == 1590-cı il Kəndləri == Axura kəndi Ağbaş kəndi - Boralan kəndi s. 268 - Boralanbulaqbaşı kəndi. - Başqa adı Xeyrəddin qışlağıdır Cadqıran kəndi - [[Yenicə, Ayıbasan və Təndirli məzrə`ələri. - Ərəboğlu kəndi - Yenicəyi-islamiyyə kəndi - Yenicəyi-İsa Çələbi məzrə`əsi - Məsimli kəndi - Oğruviranı məzrə`əsi - Əliqızıl kəndi s. 269 - Novruzlu kəndi - Xudulu kəndi. Başqa adı İlicaqdır. - Kürdviranı məzrə`əsi. Başqa adı Güney Yörədir.
Arazbar nahiyəsi
Arasbar nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. XIV əsr Elxanilər dövlətinin Arazbar tüməninin Arazbar nahiyəsi 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Dizaq sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Arazbar nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir == Kəndləri == Babı (Zaviyəyi-Babı)Şah I. Abbas dönəmində Arazbar nahiyəsini Bayburtlu oymağı idarə etmişdir.1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində Arazbar livası inzibati–ərazi nahiyə == Kəndləri == 73 Kənd bulunmaqta 62 kənd boşdur və vergi verən 1 Larican 2.Riyan kəndi 3.Nurpaşa kəndi 4.Sultanlı kəndi 5.Qızqələ kəndi 6.Aşağı Bulğay kəndi 7. Davudan kəndi 8. Çaxırlı kəndi 9. Babı kəndi 10. Govşatlı kəndi 11. Yuxarı Yalıncaq kəndi 12. Aşağı Yalıncaq kəndi 13.Balağay kəndi 14.
Axstav nahiyəsi
Ahıstabad nahiyəsi - XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Axıstabad sancağı inzibati–ərazi nahiyə Nahiyə 1593 cü ildə Axıstabad adlanırdı.
Axıncı nahiyəsi
Axıncı nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyinin Xılxına qəzasına bağlı idi. Mərkəzi Quşçu kəndi olub, 15 yaşayış məskənini birləşdirirdi.
Axıstabad nahiyəsi
Ahıstabad nahiyəsi - XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Axıstabad sancağı inzibati–ərazi nahiyə Nahiyə 1593 cü ildə Axıstabad adlanırdı.
Azadciran nahiyəsi
Azadciran nahiyəsi — Osmanlı dövründə inzibati-ərazi vahidi, Naxçıvan qəzasının nahiyyələrindən biri. 1590-cı ildə Azadciran nahiyəsi 28 kənddən ibarət idi. 1727 ci ildə isə 37 kənddənibarət idi. == Tarixi == Azadciran nahiyəsi ərazi baxımından daha qədim dövrdə adı qeyd edilən Qoxtn (Qoltn) əyaləti ilə üst-üstə düşür. Qoxtn əyaləti haqqında ilk məlumatlar IV əsrdən etibarən erməni dilli mənbələrdə verilir və XIII əsrə kimi bu ad mənbələrdə xatırlanır. X əsrdən başlayaraq ərəb və fars dilli mənbələrdə həmin əyalət Azad-Ciran (Azadciran) adlandırılır və bu da ərazidə yerləşən iki böyük şəhərin – Azad və Kiran şəhərlərinin adı ilə bağlıdır.Azad-Ciran əyaləti haqqında ilk məlumat Əl-İstəxrinin “Məsalik və Məmalik” əsərində verilir. İstəxri yazır ki, “Arranın sərhədləri Bab əl-Əbvabdan Tiflisə və Araz çayı yaxınlığında yerləşən Haciran adlı yerə kimidir.” Səfəvi şahlarının Matenadaranda saxlanan çoxsaylı fərmanlarında Azad-Ciran əyalətinin adı dəfələrlə çəkilir. Onlardan I Təhmasibin 1544 və 1555-ci illərə, Təbriz bəylərbəyinin 1581-ci ilə, Məhəmməd Xudabəndənin 1585-ci ilin dekabrına və 1586-cı ilin yanvarına, I Şah Abbasın 1604, 1606 və 1621-ci illərə aid fərmanlarında Azad-Ciran əyaləti, onun əhali və ərazisi, həmçinin sosial-iqtisadi həyatında çoxlu sayda dəyərli məlumatlar verilir. Əyalətin mərkəzi Kiran şəhəri olmuşdur. Şəhərin xarabalıqları hazırda Ordubad rayonunun Kələntər-Dizə kəndi yaxınlığında yerləşən Xarabagilan abidəsidir.
Azaz nahiyəsi
Əzaz nahiyəsi (ərəb. ناحية مركز أعزاز‎) — Suriyada, Hələb mühafazasının Əzaz məntəqəsində inzibati ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Əzaz şəhəridir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz nahiyəsinin əhalisi 7.892 ailədə 24.899 nəfəri kişilər və 22.671 nəfəri qadınlar olmaqla cəmi 47.570 nəfərdir.Müərrin, Yəhmul, əs-Səlamə və Cariz kəndlərində türkmanlar yaşayırlar. 2004–cü il siyahıyaalınmasına əsasən bu kəndlərdə cəmi 3.299 nəfər qeydə alınmışdır və bu nahiyənin ümumi əhalisinin 6.94%–ini təşkil edir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Əzaz şəhəri və 19 kənd yerləşir.
Azəz nahiyəsi
Əzaz nahiyəsi (ərəb. ناحية مركز أعزاز‎) — Suriyada, Hələb mühafazasının Əzaz məntəqəsində inzibati ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Əzaz şəhəridir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz nahiyəsinin əhalisi 7.892 ailədə 24.899 nəfəri kişilər və 22.671 nəfəri qadınlar olmaqla cəmi 47.570 nəfərdir.Müərrin, Yəhmul, əs-Səlamə və Cariz kəndlərində türkmanlar yaşayırlar. 2004–cü il siyahıyaalınmasına əsasən bu kəndlərdə cəmi 3.299 nəfər qeydə alınmışdır və bu nahiyənin ümumi əhalisinin 6.94%–ini təşkil edir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Əzaz şəhəri və 19 kənd yerləşir.
Ağbaba nahiyəsi
Ağbaba nahiyəsi — XIV əsr — 1930 əsr-XIX əsrlərdə inzibati nahiyə. Şərqi Anadolunun bölgələrindən biri. Adı Ağbaba (dağ)ndandır. Ermənistan ərazisində mahal. == Tarixi == 1593-cü ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Arpalı sancağının nahiyəsiAğbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi,1877–1878-ci illərdə Çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyyəsi şəklində Rusiyanın tərkibinə qatılıb.SSRİ dövründə 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyyəsi adlanmış,Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə SSRİ-Türkiyə sərhədləri dəqiqləşdirilərkən Ağbaba mahalının Köhnə İbiş və Bəzirkan kəndləri Türkiyə ərazisində qalmışdır. Mahal Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnmişdir. 1914–1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılmışdır.
Ağcabədi nahiyəsi
Ağcabədi nahiyəsi — 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə == Kəndləri == 1593-cü ildə Osmanlı dövləti Ağcabədi nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb.
Ağcaqala nahiyəsi
Ağcaqala nahiyəsi — Tiflis əyalətinin nahiyələrindən biri.
Aşağı Zəyəm nahiyəsi
Aşağı Zəyəm nahiyəsi (Zegem-i Süflâ nahiyesi) — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xılxına livasının nahiyəsi
Bayat nahiyəsi
Bayat nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".Bayat nahiyəsi Bərdə qəzasına bağlı idi. Bu qəza Bərdə şəhəri, Bərdə, İncərud, Sir, Bayad, Xaçın, Çelaberd, Keştək, Vərəndə, Dizaq, Köçəz, Zarıs, Keştasf nahiyələrindən ibarət idi. Bayat nahiyəsinin mərkəzi Bayat kəndi idi. Sərhədləri haqqında qaynaqlarda yazılır: "Kircəli tərəfdən, Kür çayının kənarından dönüb, Qarabağ adlanan Kəndəbil keçidinə və burdan Alaqarğı adlanan yerə qədər olan ərazi Bayat nahiyəsinin ərazisinin hüdudlarıdır. Cavanşir, Otuziki və Arasbarlıdan, Şirvana tabe olan Ağdaş, Ərəş və başqa yerlərdən olan əhali Kür çayını keçərək, buraya gəlib, tut bağlarında tut becərir, üşrlərini də torpaq sahibinə verir." Səfəvilər dövlətinin son dönəmlərində nahiyənin hakimi Sədrəddin sultan idi. Bayat nahiyəsi xanlıq dönəmində Kəbirli mahalı adlandı.
Baydar nahiyəsi
Baydar nahiyəsi — Tiflis əyalətinin nahiyələrindən biri. == Tarixi == 1590-cı ilə Osmanlı İmperiyasının Tiflis əyalətinin Lori sancağının nahiyəsi olmuşdur. Cavanşir Kəbirli adlı bir oba da Tiflisin Baydar nahiyəsində (33 ailə, 15,000 aqça vergi) yaşayırdı. Tiflis vilayətinin Baydar nahiyəsində Cavanşir Pəhlivanlı adlı bir oymaq yaşamaqda idi. == Nahiyənin kəndləri == Qacar — BİR ELİN ADI Qədimxan qışlağı Qobuqışlaq Qoçulu (Borçalı) DaşdəmirLaxan k., Qorçubaşı camaatı, Cıqlay camaatı,Bəykəndi k., Qoçulu məhəlləsi, Ələmdarlı camaatı, Əmirxanlı camaatı, Padar camaatı, Daşdəmir k.Heydəmirli k., Mürşüdlü k., Çələbili camaatı, Zülfüqarlı k., Mahmudlu k.. Əhmədli k., Qobu qışlağı, Zəngi Şalı k., Ağamir Həsənli k., Başcıq Ciftliyi, İmirli k., (bu kəndin İmirli, Onbaşı və Xızır məhəllələri), Qacar camaatı, Başqa Qacar məhəlləsi, Şıxatlı k., Əli Miri oğlu İmir Həsənli k., Dəlilər k., Qullar k., Molla Vəli məhəlləsi, Molla Əhməd məhəlləsi, Pirəli məhəlləsi, Bayram məhəlləsi, Həsən məhəlləsi, Xanoğlu məhəlləsi, Çələbili camaatı, Orucoğlu camaatı, Molla Abdulla oğlu Mustafa camaatı, Nəcməddinli Molla Mahmud camaatı, Yadigaroğlu Əhməd camaatı, Molla Əhməd camaatı, Qaradəmirçilər camaatı, Cavanşir Pəhləvanlı camaatı, Qədimxan qışlağı, Həsir qışlağı, Lək camaatı, Cavanşir Kəbirli camaatı, İmir Həsənli camaatı, Muğanlu camaatı, İmir Xəlil qışlağı və Qaramanlı İsmayıl camaatı.
Bazarçayı nahiyəsi
Bazarçayı nahiyəsi — Naxçıvan ölkəsinin Səfəvilərin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu zamanlarda onun tərkibinə daxil olan inzibati vahidlərdən biri idi. XVI əsrin əvvəllərdin Bazarçayı nahiyəsinin ərazisinə gəldikdə isə bu ərazi,təqribən, 460 kvadratkilometrə yaxın olmuşdur. Bu mahal şimaldan Çuxursəd bəylərbəyliyi, şərqdən Sisəcan, cənubdan Şahbuz, qərbdən isə Dərələyəz nahiyəsi ilə həmsərhəd olmuşdur. == Səfəvilər dövründə == == Osmanlı dövründə == 1590 cu ildə Bazarçayı kəndi. Başqa adı Yaylaqdır. Qalacıq kəndi. Başqa adı Pürnadikdir.(başqa adı Pürnadik) Türküt kəndi. Qızılcakilsə kəndi.Qızılca (başqa adı Karqərib) Ağcadamal kəndi. Kələdək kəndi. Pur (Pul-?)kəndi Şiqad kəndi.Şaqad Tülkütəpəsi kəndi Yenicə kəndi.
Bağaberd nahiyəsi
Bağaberd nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Qarabağda tarixi-coğrafi bölgə. Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livası tərkibində nahiyə. == Kəndləri == 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livasının Bağaberd nahiyəsində ümumilikdə 28 kənd olub. Onlardan 3-ü erməni, 25-i türk kəndi idi. Türklər yaşayan kəndlərdən 17-si dağıdılıb, yaşayış olan kəndlərin yalnız beşində etnik tərkib türklər kimi göstərilir. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır. — bu rənglə göstərilən qeydlər Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinin orijinalında göstərilmiş qeydlərdir. == Qeydlər1728-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Qapan livası tərkibində nahiyə == == Ümumi məlumatMahal qərbdə Küpara mahalı, şimalda Əcənan mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi. ==
Bəldə nahiyəsi
Bəldə mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiyana tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi.Bəldə nahiyəsi Urmiya bölgəsində 1727-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfaları: Abdulməlik (23 ailə; 1 subay); Yaşadığı kəndlər: Taşməzək. Hacı Pirlü (18 ailə; 1 subay); Yaşadığı kəndlər: Dəbnaabad-Topcıkadı. Iğdırlu (7 ailə; 1 subay); Yaşadığı kəndlər: Hanqan. Qarakösəlü (11 ailə; 4 subay); Yaşadığı kəndlər: Həmid Xəlilan. Qasımlu — Avşar (140 ailə; 23 subay); Yaşadığı kəndlər: Beşnikən-Qaraağac-Qaraağıl-Sarı Alan-Asbestan (Bəldə)-Dizəctəkbə-Tumir-Tülkiyan-Nazı-Bena-cık-Zevik-Balanç-Dərinabad-Baya-Türkmanlar-Bilinəcik (Sahraabad). Köpəklü — Avşar (16 ailə; 5 subay); Yaşadığı kəndlər: Aydınlu. Kürklü (16 ailə; 4 subay); Yaşadığı kəndlər: Şeyxkəndi. Təkəşlü (18 ailə; 2 subay); Yaşadığı kəndlər: Əyriağac-Hacılı.
Bənapərvazə nahiyəsi
Bənapərvazə mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi.Benaberuze nahiyəsi Urmiya bölgəsində 1727-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfaları: Abdullahi (5 ailə); Yaşadığı kəndlər: Şəhidabad-Yılanlı. Aldərəlü (10 ailə; 1 subay); Yaşadığı kəndlər: Bəsir. Ayıblu (16 ailə; 3 subay); Yaşadığı kəndlər: Hayne. Başlamışlu (31 ailə; 15 subay); Yaşadığı kəndlər: Ankiyane-Keçibor. Bərddüşən (4 ailə); Yaşadığı kəndlər: Hanakçı Sərah. Birmanlu (5 ailə); Yaşadığı kəndlər: Muşabad. Çonqaralu (14 ailə; 3 subay); Yaşadığı kəndlər: Şəritabad-Xəlifəabad. Dəlü Əli (14 ailə; 2 subay); Yaşadığı kəndlər: Dağnıq.
Bərdə nahiyəsi
Bərdə nahiyəsi (Nâhiye-i Berde) - Qarabağda XIII əsr-1747 inzibati nahiyə. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Bərdə sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Bərdə nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir Şah I. Abbas dönəmində Bərdə nahiyəsini İyirmidörd eli oymağı Otuziki eli oymağıidarə etmişdir. == Kəndləri == 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində Bərdə livası inzibati–ərazi nahiyəsində ümumilikdə 44 Kənd mövcud olmuşdur ki, onlardan 7 kənd də boş olmuşdur.
Bərgüşad nahiyəsi
Bərgüşad mahalı — XIV əsr-1840 inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. İndiki Qubadlı rayonu ərazisidir. Bir çox tədqiqatçılara görə, sözün birinci komponentini təşkil edən “bərgü” sözü qədim türk mənşəli “barq” tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı “bərgü” tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. Iran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında “bərgü” tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi “bərküt” (bərgülər) kimi qeydə almışdır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir == Mahalın tarixindən == == Osmanlı dövrü == 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livası 13 nahiyəyəsindən biri. == Səfəvi dövrü == Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri. 1628-ci ildə Bərgüşad mahalının hakimi Maqsud sultan Dünbili idi.
Danqı nahiyəsi
İncərud nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Gəncə sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Gəncə nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir Şah II. Abbas’ın 1650 tarixli fərmanı ilə Gəncə-Qarabağ bəylərbəyliğinə bağlı Danqı nahiyəsinin Şəki ölkəsinin idarəsinə geçici olaraq verildi.
Dehxarqan nahiyəsi
Dehxarqan mahalı — XIV əsr-1990 inzibati nahiyə. Marağanın bölgələrindən biri. Mərkəzi Dehxarqan (indiki Azərşəhr) şəhəridir. == Tarixi == Elxanilər dövləti Azərbaycan vilayətinin Marağa tüməninin nahiyəsi olmuşdur.

Значение слова в других словарях

ла́ма руле́точник съесть упека́ть ше́йковый богоху́льствовать бубенцо́вый бу́бны грани́тчик жре́бий нерастра́ченный о́бручный прищу́р фи́нны flow in Hube molt particulate polymathic savanna биофизик бойкость исподволь китаец симпатический