PADŞAH (köhn.) Xudbin padşah məmləkətin abadlığını düşünüb bir iş başlamazdı (M.İbrahimov); ÇAR (qədim Rusiyada) Alışdı ürəyim kindən, qəzəbdən! Güllətək toxundu çara hər sözüm (S.Rüstəm); HÖKMDAR [Qacar Vaqifə:] Şair, hökmdarın hüzurundasan! (S.Vurğun); XAQAN Burada şahlar, dərəbəylər, xanlar; Şəni-şöhrət keçirən xaqanlar (S.Vurğun); QEYSƏR Axilles: Gəlir Rum qeysəri, çox şəndir yenə; Bu gün də verəcək xələt, xəzinə (A.Şaiq); MƏLİK Vaqif düşüncəli: – Bunlar hamısı məliklərin işidir, – dedi (Çəmənzəminli); SOLTAN/SULTAN Toğrul, Əbubəkrin sultan elan olunduğunu və Naxçıvana böyük bir ordu yığdığını eşidərək həyəcana düşdü (M.S.Ordubadi); ŞAH Teymur: Dünyadan doymadı şahların gözü; Lap cana doymuşam bunlardan, düzü (S.Vurğun); ŞƏHRİYAR (kl.əd.) O söylədi: – Yaşasın şəhriyari-hürriyyət! (B.Vahabzadə); TAC(İ)DAR İskəndər: Fatehlər fatehi rumlu tacidar; Salam söylədikdən sonra, ey salar... (A.Şaiq); MONARX.