PAMBIQÇI

PAMBIQÇI (əllə pambıq yığan adam) [Bəsti:] Traktorçular və pambıqçılar tanış olduqları işlə məşğul olurlar.. (Ə.Sadıq); PAMBIQYIĞAN Ondan bir az aralı pambıqyığan Bayramın dayanıb ona baxdığını görür (R.Rza).

PAMBIQ
PAMBIQYIĞAN
OBASTAN VİKİ
Pambıqçı
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Pambıqçı (dəqiqləşdirmə)
Pambıqçı Bərdə — Bərdənin futbol klubu
Pambıqçı FK
Pambıqçı FK — Neftçala şəhərini təmsil etmiş futbol klubu. Pambıqçı FK — Bərdə şəhərini təmsil etmiş futbol klubu.
Məmməd Məmmədov (pambıqçı)
Məmməd Rza oğlu Məmmədov (05.01.1916, indiki Ağdam rayonunun Mahrızlı kəndi) — Sosialist Əməyi Qəhrəmanı (1951). == Həyatı == Məmməd Rza oğlu Məmmədov 5 yanvar 1916-cı ildə indiki Ağdam rayonunun Mahrızlı kəndiində anadan olmuşdur. 1931–1971-ci illərdə Ağdam MTS-ində, Telman, Nizami və Orconikidze ad. kolxozlarda aqronom və sədr işləmiş, 1971-ci ildən Orconikidze adına kolxozun aqronomu olmuşdur. Azərbaycan Kommunist Partiyasının 28-ci qurultayının nümayandəsi olmuşdur. 1950 ildən pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Sosialist Əməyi Qəhrəmanı (1951) adına layiq görülmüşdür. Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.
Pambıqçı Bərdə FK
Pambıqçı FK — və ya rəsmi adı ilə Pambıqçı Futbol Klubu. Azərbaycanın Bərdə şəhərini təmsil etmiş futbol klubudur. 1981-ci ildə Rüstəm Səfərəliyevin təşəbbüsü ilə yaradılmış, 1997-ci ildə isə büdcənin zəifləməsi səbəbi ilə fəaliyyətini dayandırmışdır. == Tarixi == 1978-ci ildə stadionun bünövrəsi qoyulmuşdur. Hansı ki, Azərbaycanın gələckdə var olacaq güclü klubların birinin başlanğıcı idi bu stadion. 1980-ci ildə isə artıq "Pambıqçı" klubu yarışlarda iştirak etməyə başladı. 1992-ci ildən isə Azərbaycan çempionatlarında iştirak etməyə başlayan klub, rəqbləri qarşısında əzmkar qələbələrlə ön plana çıxdı. Müxtəlif zamanlarda həmçinin "Qarabağ Bərdə FK" adı altında da fəaliyyət göstərmişdir. Lakin 1997-ci ildə klubda maliyyə problemləri özünü bruzə verməyə başladı. Beləcə klub Azərbaycanın fəaliyyətini dayandırmş futbol klubları siyahısına daxil oldu.
Pambıqçı FK (Bərdə)

Pambıqçı FK (Neftçala)
Pambıqçı (Neftçala) futbol klubu Neftçalada yaranmışdır. 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Pambıqçı Neftçala FK
Pambıqçı (Neftçala) futbol klubu Neftçalada yaranmışdır. 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Sabir Əhmədov (pambıqçı)
Sabir Əhmədov (1933-2016) — Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1973). == Həyatı == Sabir Atakişi oğlu Əhmədov 1933-cü ildə Salyanın Seydan kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1960-cı ildə Salyan rayon "Yeni Muğan" təsərrüfatında traktor və maşın ustası kimi başlamışdır. 1970-ci eyni kolxozun rəhbəri seçilmişdir. Pambıqçı Azərbaycan və Mərkəzi Asiya respublikalarının pambıq bölgələrində pambıqyığan fermerlərlə əməkdaşlıq etmişdir. 12 dekabr 1973-cü ildə SSRİ Ali Sovetinin Fərmanı ilə Sabir Əhmədov uğurlarına görə Sosialist Əməyi Qəhrəmanı medalı ilə təltif olunmuşdur. Eyni zamanda Lenin, Oraq və Çəkic, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə də mükafatlandırılmışdır. 1978-ci ildə iş təşkilinin yaxşılaşdırılması ilə texnologiya bacarıqlarından istifadə etməklə tərəvəz, kartof, pambıq, üzüm, meyvə, çay və bostan bitkilərinin yüksək və sabit məhsul əldə edilməsi və əkinçilik şəraitinin yaxşılaşdırılmasına görə, Əhmədov Sabir oğlu Atakişi SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.IX və X çağırış SSRİ Ali Soveti Millətlər Sovetinin 217 saylı Salyan dairəsindən deputat seçilmişdir. Ticarət istehlakçılarına xidmət Komissiyası və kommunal Millətlər Şurasının üzvü idi. 1990-cı ildə təqaüdə çıxmışdır.
Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTB ETİ) — Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi, kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici, alaq otlarından mühafizə xidməti. 6 oktyabr 2022-ci ildə Kənd təsərrüfatı naziri İnam Kərimovun sərəncamına əsasən, İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib. == Haqqında == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, onlara qarşı mübarizə tədbirləri hazırlanır. Eyni zamanda texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır. Həmçinin BMTBETİ-nin Texnologiya laboratoriyasında hər il xam pambıq tədarükü mövsümünə növlər üzrə maşın və əl yığımından ibarər etalonların hazırlanması istiqamətində işlər davam etdirilir. Respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır. BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni və s. zərərvericilərə qarşı Feromon tələlər və mikrobioloji preparatlar (BTB, Trixodermin) hazırlanır və bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi qısametrajlı sənədli filmi rejissor Həbib İsmayılov tərəfindən 1955-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. == Mükafat == 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür.
Azərbaycanda Suvarmanın və Pambıqçılığın Bərpa edilməsi (1923)
Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Film haqqında == Filmin neqativi Moskva Mərkəzi Dövlət Kinofondunda saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycanda pambıqçılıq
Azərbaycanda pambıqçılıq — Azərbaycan Respublikasında pambıq bitkisinin becərilməsi və xam pambıq istehsalı ilə məşğul olan bitkiçilik sahəsi. Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri olan pambıqçılıq aqrar islahatından sonra müvəqqəti tənəzzülə uğrasa da, hazırda fermer təsərrüfatlarında da ildən-ilə pambıq istehsalının artırılmasın xüsusi fikir verilir. == Tarixi == Azərbaycanda pambıqçılığın ilk inkişafı haqda dəqiq ədəbiyyat məlumatı yoxdur. Azərbaycanda pambıqçılığın hətta XIX əsrin əvvəlinə qədər olan vəziyyəti haqda yalnız natamam məlumatlar mövcuddur. Güman edildiyinə görə pambıq bitkisi Azərbaycana İran və İraqdan keçmişdir. Bəzi dəqiq mənbələrin məlumatlarından müəyyən olur ki, 1823-cü ildən dəmir yoluna yaxın olan Gəncə, Göyçay, Ağdaş və digər qəzalarda, eyni zamanda Naxçıvanda da kütləvi sürətdə pambıq əkilmişdir. Həmin vaxtlar pambıqçılığın 39,1 %-i Mil-Qarabağ, 32,8%-i Muğan-Salyan, 19,8%-i Şirvan və 8,3%-i Gəncə-Qazax zonasının payına düşürdü. Pambıq istehsalı ilk əvvəllər yerli əhalinin və kustar karxanalarının tələbatı üçün idisə, sonralar xanlara-bəylərə kömürük vermək üçün becərilirmiş. Əkilən pambıq sortu "Qaraqoza" adlanmaqla, lifləri gödək və kobud idi. Rusiyanın tərkibinə keçdikdən sonra Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar olaraq pambıqtəmizləmə sənayesi də yüksəlirdi.
Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi (film, 1923)
Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Film haqqında == Filmin neqativi Moskva Mərkəzi Dövlət Kinofondunda saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Pambıqçılıq
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Pambıqçılıq (film, 1928)
== Məzmun == Film respublikamızda torpaq islahatından sonra kənd kooperasiyalarında pambıqçılıq təsərrüfatlarının yeni mərhələsinə həsr olunmuşdur. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Kosiçkin Operator: Kosiçkin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
Pambıqçının vüqarı (film, 1975)
== Məzmun == Film məşhur pambıq ustası, Jdanov (indiki Beyləqan) rayonundakı Lenin adına sovxozda çalışan Sərdar İmrəliyevə və onun briqadasına həsr olunmuşdur.

Значение слова в других словарях

гребнечеса́ние догна́ть зво́нница ма́йка планисфе́рный прибра́сывать Уто́пия эмпириокри́тик докипа́ть отчеренкова́ть перебира́ние перепря́сть подведе́ние пресвитериа́нец чихирица шея Interpol outgrowth profitable важность дневник небезызвестно проволочка пух сардоникс