ZATIQIRIQ
ZAVALLI
OBASTAN VİKİ
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
İrinarx Zavalişin
İrinarx İvanoviç Zavalişin (1769–1821)—Rusiya hərbçisi, şair, yazıçı. == Həyatı == İrinarx İvanoviç Zavalişin peşəkar hərbçi olmuş, tanınmış rus sərkərdəsi ən yaxın silahdaşlarından sayılırdı. O, Polşada quru qoşunlarının əməliyyatlarında, İsveçə qarşı hərbi-dəniz əməliyyatlarında, Hollandiyaya hərbi-dəniz reydində, Norman adalarına dəniz səfərində iştirak etmiş, ordu və donanmanın birləşmiş əməliyyatlarının keçirilməsində böyük təcrübəyə maliik idi. İ. Zavalişin 1803-cü ildə "Həştərxan hərbi rəisi, eləcə də Xəzər dənizindən Qara dənizə qədər Qafqaz xəttinin müfəttişi, Həştərxan kazak qoşunlarının rəisi, regionun bütün hərbi və dəniz qüvvələrinin komandanı" təyin edilmiş, Həştərxan qarnizon alayının şefi vəzifəsinə təsdiq olunmuşdur. Kapitan-leytenanr İ. Veselaqo dəniz hissəsi üzrə, podpolkovnik A. Asayev quru əməliyyatlar üzrə Zavalişinin müavinləri təyin edilmişdirlər. Donanmaya daxil olan hər bir hərbi gəminin öz topları var idi, ticarət gəmilərinə isə əıavə toplar qoyulmuşdu. Lakin Bakının qalası divarlarının qalınlığını nəzərə alaraq xüsusi mühasirə toplarının gətirilməsi sifariş olundu. Sarisından və Qazandan iki ədəd mortir topu yalnız may ayında Həştərxana gətirildiyindən, əməliyyatın başlanması yubadılırdı. Desant qüvvələri Qazan muşketyor alayının altı bölüyü, 16-cı yeger alayının dörd bölüyü və 4 səhra topundan ibarət idi. Nəhayət, iyunun 23-də rus eskadrası dənizə çıxdı.
Zavala monastırı
Zavala monastırı (serb. Манастир Завала, bosn. və xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı. Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir. == Tarixi == Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi.1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb. 1621-ci ildə gələcək serb iyerarxı Vasili Ostrojski Zavala monastırına kilsə şagirdi olaraq gəlir.
Zavallı (film)
Zavallı (ing. Loser) — 2000-ci il ABŞ istehsalı yeniyetmə, romantik-komediya filmi. Filmin rejissoru və ssenari müəllifi Emi Hekerlinqdir. Baş rollarda Ceyson Biqqs, Mina Suvari və Qreq Kinnir çəkilib. Film Orta Qərbi ABŞ-nin kiçik qəsəbəsindən Nyu-York Universitenə təhsil almaq üçün gələn Pol Tanekdən bəhs edir.

Значение слова в других словарях

автома́тчик бомжа́тский бурундучо́к дискре́тный плести́ предпа́хотный псевдогаллюцина́ция распыля́ть съякша́ться во что́ бы то ни ста́ло волше́бность ду́рно ка́йзеровский перемёрзший тя́говый шепта́ться big bug bimetal detestable orange-root overlain smoker беглый выпутываться масса