ADET
ADIMLAMAK
OBASTAN VİKİ
Mənim adım qırmızı
Mənim adım qırmızı (Benim adım kırmızı) Nobel mükafatı sahibi Orxan Pamukun 1998-ci ildə yazdığı roman. == Mövzu == Mənim adın qırmızı romanında hadisələr 1591-ci ildə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda cərəyan edir. Saray xəttat və nəqqaşları gizlicə sultanın əmri ilə hazırlanan bir kitab üçün Avropa təsirli rəsmlər çəkillər. Romanın əsas qəhrəmanı sənətkarları evində saxlayan evin qızı Şeküre və ona aşiq olmuş xalası oğlu Karadır. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Mənim adım qırmızı romanının özünəməxsusluğu roman qəhrəmanlarının öz dilindən danışırlar, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar. == Başqa dillərdə == • "My Name is Red" : Erdağ M. Göknar, Nyuyork: Knopf, 2001 (İngiliscə). • "Mənim Adım Qırmızı"Türkcədən tərcümə edən Nəriman Əbdurrəhmanlı : [Bakı] 2007 (Azərbaycanca) • "Mon nom est Rouge" : Türkcədən tərcümə edən: Gilles Authier, Paris : Gallimard, 2001 (Fransızca). • "Rot ist mein Name" Türkcədən tərcümə edən: Ingrid Iren, Münih : Hanser, 2001 (Alman dili). • "Me llamo Rojo" Türkcədən tərcümə edən: Rafael Carpintero, Madrid, Alfaguara, 2003 ISBN 84-204-6618-2 (İspan dili).
Adım Ələsgərdir, Göyçə mahalım...
Adım Ələsgərdir, Göyçə mahalım... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Murad Quliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Aşıq Ələsgərin həyat və yaradıcılığını bədii obrazlarla əks etdirir. == Məzmun == Ustad el sənətkarı Aşıq Ələsgər özünəməxsus təbii gözəlliklərə malik olan və aşıq şeirinin beşiyi sayılan əzəli Azərbaycan torpağı Göyçə mahalında yaşayıb yaratmışdır. Sonralar bu iki amil — təbiətin gözəlliyi və əhatə olunduğu mühit Aşıq Ələsgərin yaradıcılığının ideya-məzmun cəhətdən formalaşmasına güclü təsir göstərmişdir. Hələ kiçik yaşlarından şeirə, sənətə böyük maraq göstərən Ələsgər digər bir ustad sənətkarın — Aşıq Alının yanında şagirdlik edərək, ondan həm aşıq sənətinin sirlərini, həm də ədəb-ərkan, mərifət qaydalarını öyrənmişdir. Gözəl çalmaq, avazla oxumaq, dastan söyləmək, şeir, havacat qoşmaq vərdişlərinə mükəmməl yiyələnən Aşıq Ələsgər zəmanənin kamil saz, söz ustadı kimi püxtələşir.Film Aşıq Ələsgərin həyat və yaradıcılığını bədii obrazlarla əks etdirir.
Mənim adım Xandır (film, 2010)
Mənim adım Xandır həm də MNIK kimi tanınan Bollivud filmidir. 2010-cu ildə istehsal olunan filmin rejissoru Karan Cohar, əsas ssenari müəllifi Şibani Baticadır. Filmin baş rollarında Şahrux Xan və Kacol yer almışdır. Bollivudun qızıl cütlüyü hesab olunan bu cütlük əvvəllərdə bir çox filmlərdə əsas yer tutmuşdur. Film həmçinin Berlin Beynəlxalq Film Festivalında nümayiş etdirilmişdir. == Film haqqında == Əvəllər Hindistanda yaşamış, sonralar Amerikaya — balaca qardaşının yanına köçmüş psixi xəstə Rizvan Xan (Şahrux Xan) burada dul kadın Mandiraya (Kacol) aşiq olur. Onlar evlənir. Və 11 sentyabr hadisələri zamanı Mandiranın oğlu terorist adı ilə öldürülür. Bu səhvi doğruya çatdırmaq üçün Rizvan ABŞ prezidenti ilə görüşə yollanır...
Adım Ələsgərdir, Göyçə mahalım... (film, 2014)
Adım Ələsgərdir, Göyçə mahalım... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Murad Quliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Aşıq Ələsgərin həyat və yaradıcılığını bədii obrazlarla əks etdirir. == Məzmun == Ustad el sənətkarı Aşıq Ələsgər özünəməxsus təbii gözəlliklərə malik olan və aşıq şeirinin beşiyi sayılan əzəli Azərbaycan torpağı Göyçə mahalında yaşayıb yaratmışdır. Sonralar bu iki amil — təbiətin gözəlliyi və əhatə olunduğu mühit Aşıq Ələsgərin yaradıcılığının ideya-məzmun cəhətdən formalaşmasına güclü təsir göstərmişdir. Hələ kiçik yaşlarından şeirə, sənətə böyük maraq göstərən Ələsgər digər bir ustad sənətkarın — Aşıq Alının yanında şagirdlik edərək, ondan həm aşıq sənətinin sirlərini, həm də ədəb-ərkan, mərifət qaydalarını öyrənmişdir. Gözəl çalmaq, avazla oxumaq, dastan söyləmək, şeir, havacat qoşmaq vərdişlərinə mükəmməl yiyələnən Aşıq Ələsgər zəmanənin kamil saz, söz ustadı kimi püxtələşir.Film Aşıq Ələsgərin həyat və yaradıcılığını bədii obrazlarla əks etdirir.
Adımurtuzapaşa (Urmiya)
Adımurtuzapaşa — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Nazlu kəndistanında, Urmiya şəhərindən 25 km şimal-qərbdədir.
Adımı Kalbine Yaz
Adımı Kalbine Yaz - Tarkanın 29 iyul 2010 - cu ildə çıxardığı sayca səkkizinci studio albomudur. Alboma daxil olan mahnılar üzərində Tarkan, Sezen Aksu, Yıldız Tilbe, Ozan Çolakoğlu, Mithatcan, Günay Çoban və başqaları işləmişlər. Son albomunun yayımlanmasından sonra çıxışı dəfələrlə təxirə salınmış bu albom uzun çalışmalardan sonra 2010 - cu ildə dinləyicilərə təqdim edilmişdir. Alboma daxil olan nmahnılar hamısı türk dilində ifa edilmişdir. Müğənni müsahibələrinin birində albomun ərsəyə gəlməsi üçün çox əmək sərf etdiyini qeyd etmişdir. Albomun satşa çıxarılmasından əvvəl 11 may 2010 - cu il tarixində alboma daxil olan Sevdanın Son Vuruşu mahnısı promo sinql kimi satışa çıxarılmış və böyük uğur qazanmışdır. Ümumilikdə albom satışa çıxarıldığı iki ay müddətində 591.782 nüsxəylə satılmaqla böyük uğur qazanmışdır.
выпе́ндриваться кучеря́вость непристу́пный печо́ринство подлу́нный словооби́льно тороси́ться белоры́бица в данный моме́нт культу́рно монго́лка набаламу́тить невзви́деть света обогаща́емость подпи́сывать оксамит approach fedayee hacking jacket irenic Orangeman sociable молодец триолет черкешенка