AKREP
AKSAMAK
OBASTAN VİKİ
Aksak
Aksak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı. XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur. Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak), Sarsaxlı (Sarı-Saklı), Seyid-Axsaqlı, Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak — "içməli su" sözlərindən ibarətdir.
Burak Aksak
Burak Aksak (d. 12 sentyabr 1985, İstanbul) — türkiyəli yazar, rejissor və aktyor. İlk təhsilini Yedikule'de və orta təhsilini Koca Mustafa Paşa Liseyində tamamladı. Hal hazırda Eskişehir Anadolu Universitetində İctimai İdarəetmə Fakültəsində təhsil alır. 2006-cı ildə o, təqaüd qazanmış və Platon Film Məktəbinə daxil olmuşdur. Ekol Drama İncəsənət Məktəbində Kamera üçün aktyorluq edir. Kariyerini televiziya üzərinə əmisi Selçuk Aydemir ilə başlamış və TRT ilə "Ramazan Güzeldir" idarə etmişdir. Leyla və Mecnun seriyası nəşrdən çıxarıldı və "Ben de Ozledim" filmində ssenarist kimi işləməyə davam etdi. O, BKM tərəfindən hazırlanan və 9 yanvar 2015-ci ildə nümayiş etdirilən :Bana Masal anlat" filmin ssenari müəllifi və rejissorudur. O, 2013-cü ildən etibarən aylıq "OT Magazine" jurnalında yazır.
Aksakovlar
Aksakovlar— Rusiya xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Aksakov soy adı türk sözü axsaq, aksak (fel əsası axsamak, aksamak) sözündən yaranmışdır. Bu mənada da, əlbəttə Aksakov familiyasının türk mənşəyi heç kimdə şübhə yeri qoymur. İlk dəfə adı Kiyev Rus dövlətinin tarixində çəkilən Aksakovun 1027-ci ildə böyük knyaz Yaroslav Vladimiroviçin yanında xidmət etdiyi məlumdur. Yaroslav Vladimiroviç Kiyev Rusunda xristianlığı yayan böyük knyaz Vladimirin oğludur. Salnamələr Aksak xanın özünün 3 min adamıyla Kiyev knyazına xidmətdə olduğunu göstərir. İndi bu faktın necə işıqlandırıldığına, tarix səhnəsində necə əks olunduğuna diqqət yetirək. Məlumdur ki, qədim slavyanlar bugünkü cənubi rus çöllərinin türkcə danışan ən azı üç xalqı ilə — qara klobuklar (qara qalpaqlar, qara papaqlar), poloveslər (yəni qıpçaqlar, rus dilində polovets "çöl adamı, çölçü") və peçeneqlərlə yaxın əlaqədə idilər. Bu xalqlar yəni qara klobuklar, poloveslər, peçeneqlər, torklar, berendeylər tarixdən məlum olduğuna görə hələ monqola qədərki Rusun taleyində vacib və əhəmiyyətli rol oynamışlar. Hətta müxtəlif din-inancları belə bu dövrün münasibətlərinə təsir edə bilmirdi.
Sergey Aksakov
Sergey Timofeyeviç Aksakov (1 oktyabr 1791 - 12 may 1859) — Rusiya yazıçısı. == Həyatı == Sergey Aksakov 1791-ci ildə Ufada qədim zadəgan ailəsində anadan olmuşdu. Bütün yaşadıqları və başı çəkənlər onun əsərlərinin mövzusuna çevrildi. "Ailə xronikası", "Nəvə Baqrovun uşaqlıq illəri" və "Xatirələr" bu mənada trilogiya adlanmağa layiqdi. Çünki bu kitablarda da Baqrovların (Baqrov da türk əsilli rus soy adlarındandır; baqrovıy rus dilində tünd qırmızı, "bağır, ciyər" sözündən yaranmış türkizmdir) əslində müəllifin öz ailəsinin nəsilbənəsil tarixi açılır. Yazıçı bilərəkdən adları dəyişmişdi, çünki hadisələri, əhvalatları dəyişdirmədən elə təfərrüatı ilə təsvir etmişdi ki, həmin adamlar özlərini görüb, tanıyıb inciyə bilərdilər. Onsuz da özünü burada tanıyan tapılmışdı; müəllifi qınayırdılar. Ailənin başçısı yazıçının babası özünün bütün qəddarlığı, zalımlığı ilə təsvir olunmuĢdu. Ailə sirrini açıb-ağartdığına görə yazıçıdan küsənlər var idi. O isə ata ocağının nağıllarını bədii yaddaşlara köçürürdü, bunu isə hələ gözdə bilib qiymətləndirən yox idi.
Zekai Aksakallı
Zekai Aksakallı (25 dekabr 1961, Ərzurum) — Türkiyə Xüsusi Təyinatlı Qüvvələri Komandanı. 4 avqust 2013-cü ildən bu vəzifədə xidmət göstərir. == Şəxsi həyatı == 17 yaşında olarkən Erzurum litseyində oxuduğu illərdə Avstraliyada baş tutan Dünya Qaçış Çempionatında Türkiyəni təmsil etmiş və 397 idmançı arasında 27-ci olmuşdur. Evli və 2 uşaq atasıdır. İngilis dilində sərbəst danışır. 1984-cü ildən bəri aktiv hərbi xidməti davam edir.
предвеща́ние расстре́ливание чо́мга ало́э бессмы́сленность визуализа́ция вычи́тываться дю́жий заглуша́ться ледопа́д парши́вый распластова́ть сарга́ссовый сублима́тор черво́неть шиньо́н регимент фурить allegoristic hare's-foot fern jack off misspeak televisional Vaisya овсюг