AKSIRMAK
AKŞAM
OBASTAN VİKİ
Aksi
Aksi, Akti (lat. Actium, yun. Άκτιον) - Yunanıstanın qərb sahilində, Arta körfəzindən İon dənizinə çıxan yerdə yerləşən burun. B.e.ə 31-ci il sentyabrın 2-də Oktavian (Avqust) Aksi yaxınlığında Antoni və Kleopatranın donanmasını məğlub etmişdir.
Aksi döyüşü
Aksi döyüşü — e.ə. 31-ci il sentyabrın 2-də Qədim Romada vətəndaş müharibəsi dövründə Aksi burunu yaxınlığında dəniz döyüşü. Oktavianın Aqrippanın komandanlığı altında döyüşən 260 gəmidən ibarət donanması həlledici vuruşda Antoni və Kleopatranın 230 gəmidən ibarət donanmasını əzmişdir. Döyüşün qızğın çağında savaşın uduzulduğunu zənn edən Kleopatra Misir donanmasına döyüşdən çıxmaq haqqında əmr verdi. Vuruşan gəmilər arasından sivişib qaçan 60 gəmi araya çaxnaşma saldı. Antoni Kleopatranın xəyanətinə inana bilmirdi. Antoni onun uğrunda vuruşub-ölən döyüşçüləri tərk edərək sürətli gəmiyə minib Kleopatranın ardınca getdi. Antoninin sərkərdəsiz qalmış donanması məğlubıyyətə uğradı və təslim oldu. Antoni ilə Kleopatra Misir İsgəndəriyyəsinə gəldilər.
1981-ci il irland aclıq aksiyası
1981-ci il irland aclıq aksiyası (ing. 1981 Irish hunger strike) — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir. Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı. Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu (ing. Special Category Status) anlayışını ləğv etmişdi. Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi, siyasi status təmin edirdi. Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu. Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər. 1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı. Bu aksiya 53 gün davam etmişdir.İkinci aclıq aksiyası 1981-ci ildə başladı.
Aksidensiya
Aksidensiya [ lat. accidentia; — təsadüfi yaranan] – yunan dilinə (yun. συμβεβηκός) Aristotel tərəfindən gətirilmiş və əşyanın mühüm, daimi, substansional olandan (substansiya) fərqli müvəqqəti, keçici, qeyri mühüm xassəsini nəzərdə tutan fəlsəfi termindir. Aksidensiya termini fəlsəfə tarixi boyunca fəqli mənalarda işlədilmişdir. Azərbaycan dilində aksidenisya termini əvəzinə daha çox tarixən "ərəz" termini işlənilirdi. Görkəmli Azərbaycan filosofu Bəhmənyar aksidensiyanı "əl-arad" adlandırmışdır (bunun əksi olan substansiyanı isə "əl-cəuhər"). Bu anlamda aksidensiya nisbətən, yeni, modern bir termindir və avropa mənşəli hesab olunur. Aksidensiya termini xristian fəlsəfəsində çox böyük əhəmiyyət daşıyır.
Aksinit
Aksinit — mineral, Ca2Fe2+Al2BO3 [Si4O12](OH). == Haqqında == Triklinik kristalları pazabənzər, yastılanmış. Ayrılma orta, yaxud qeyri-mü­kəmməl {010}, {12}, {10}. Aqreqat.: löv­hə­cikvari, dənəvar. Boz, qonur, bənövşəyi-göy, bozumtul-yaşıl. Parıltı şüşəli. Sərtliyi 6,5-7. Xüsusi çəkisi 3,3. Skarnlarda, epidoditlərdə, peqmatitlərdə, karbonatlı-kvars və kvars damarlarında. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Aksiologiya
Aksiologiya (yun. ἀξία — dəyər) – mədəniyyətin və fəlsəfənin bir istiqaməti olaraq insani dəyərləri öyrənən elmdir. Bəşər tarixində bir çox alimləri bizi əhatə edən "faydalı" və "zərərli" olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində insan intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəlmişdir.Müxtəlif xalqlarda «xeyir», «şər» anlayışları özünü müxtəlif dəyərlərdə təzahür etdirdi. Lakin bütün bunlara baxmayaraq insan bütün dövrlərdə və şəraitdə nəyin xeyirli və zərərli olduğunu həmişə anlamışdır.
Aksiom
Aksiom [yun. axioma – qəbul edilmiş müddəa, axioo – layiq bilirəm] mənasını verir. Riyaziyyatda sübutsuz qəbul edilən fikir; Ümumiyyətlə, məcazi mənada dəlilə, sübuta ehtiyacı olmayan həqiqət; İsbatsız qəbul edilən düşüncə, fikir; Müəyyən nəzəriyyənin deduktiv quruluşunda sübüt edilməyən, lakin həmin nəzəriyyənin digər təkliflərinin sübutunun çıxış nöqtəsi, əsası kimi qəbul olunan nəzəri təklif. Aksiom kimi, adətən, nəzərdən keçirilən nəzəriyyənin elə təklifləri götürülür ki, bunların düzgünlüyü artıq məlumdur, yaxud həmin nəzəriyyə daxilində düzgün sayıla bilər; Təsdiqə, sübuta ehtiyacı olmayan fikir və ya müddəa.“Aksiom” terminini ilk dəfə Aristotel işlətmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Aksiomatik üsul
Aksiomatik üsul – elmi nəzəriyyənin qurulma və tədqiqat üsuludur. Əsasən, riyazi nəzəriyyələrə tətbiq olunur. Aksiomatik üsulla qurulmuş elmi nəzəriyyə aksiomatik və ya deduktiv nəzəriyyə adlanır. Riyazi nəzəriyyə Aksiomatik üsulla qurulduqda əvvəlcə qurulan aksiomatika üçün ilkin olan anlayışlar verilir. İlkin anlayışlar başqa anlayışlarla izah edilmir və məntiqi əsaslandırılmır. Aksiomatik nəzəriyyənin başqa anlayışları ilkin anlayışlar əsasında məntiqi yolla daxil edilir. Hər başqa anlayış ilkin anlayışlardan təşkil edilmiş predikatın ixtisarlaşdırılmış adıdır. Aksiomatik nəzəriyyənin hökmü onun anlayışları arasındakı məntiqi əlaqəni göstərən formullar olub, məntiqi yolla ilkin anlayışlardan alınmışdır. Aksiomatik nəzəriyyəni başqa elmi nəzəriyyələrdən ayıran əsas əlamət isbat olunan hökmün məntiqi əsaslandırılmasıdır. Aksiomatik üsula görə baxılan nəzəriyyənin bəzi müddəa və təklifləri qurulan aksiomatik nəzəriyyə üçün doğru elan edilir, isbatsız qəbul olunur və aksiomatik nəzəriyyənin aksiomları adlanır.
Aksiomatika
Aksiomatika - Riyaziyyat elminin bu və ya digər sahəsinin aksiomları sistemidir. Məsələn, Elementar həndəsənin 25-ə yaxın aksiomu, Ədədlər meydanının 9 aksiomu, və s. var. Aksiomlar üzərinə üç tələb qoyulur: Aksiomlar sisteminin ziddiyyətsizliyi.Yəni bu sistemdən məntiqi mühakimə ilə bir-birini inkar edən iki təklif alınmasın. Aksiomlar sisteminin asılı olmaması.Yəni aksiomlar sisteminin heç bir aksiomu məntiqi mühakimələrlə sistemin digər aksiomlarından alınmasın. Başqa sözlə, aksiomlar sisteminin asılı olmaması tələbi bu sistemdəki aksiomların sayını minimuma endirir. Aksiomlar sisteminin tamlığı.Yəni ziddiyyətsiz aksiomlar sisteminin ixtiyari iki modeli (interpretasiyası) izomorfdur. Tam aksiomlar sistemi bu və ya digər nəzəriyyənin qurulması üçün kifayətdir. Məsələn, üçölçülü Evklid həndəsəsinin, Lobaçevski həndəsəsinin, üçölçülü Proyektiv həndəsənin aksiomlar sistemi tamdır. Lakin qruplar nəzəriyyəsinin aksiomlar sistemi tam deyil, çünki izomorf olmayan qruplar var.
Aksiomlar
Aksiom [yun. axioma – qəbul edilmiş müddəa, axioo – layiq bilirəm] mənasını verir. Riyaziyyatda sübutsuz qəbul edilən fikir; Ümumiyyətlə, məcazi mənada dəlilə, sübuta ehtiyacı olmayan həqiqət; İsbatsız qəbul edilən düşüncə, fikir; Müəyyən nəzəriyyənin deduktiv quruluşunda sübüt edilməyən, lakin həmin nəzəriyyənin digər təkliflərinin sübutunun çıxış nöqtəsi, əsası kimi qəbul olunan nəzəri təklif. Aksiom kimi, adətən, nəzərdən keçirilən nəzəriyyənin elə təklifləri götürülür ki, bunların düzgünlüyü artıq məlumdur, yaxud həmin nəzəriyyə daxilində düzgün sayıla bilər; Təsdiqə, sübuta ehtiyacı olmayan fikir və ya müddəa.“Aksiom” terminini ilk dəfə Aristotel işlətmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Aksion
Aksion — fizikada atom nüvələrini parçalanmaqdan qoruyub saxlayan güclü qarşılıqlı təsiri modelləşdirərkən istifadə olunan hipotetik zərrəcikdir. Bir aksion bir elektrondan trilyon dəfə yüngüldür, lakin bir kub santimetrdə onların sayı yüz milyard ola bilər. WIMPs zərrəciklər Ağ Yolun qaranlıq qalosunda annihilyasiya edərək qamma-şüalar, antiproton və pozitronlar buraxa bilər. Belə bir şüalanmanı ümumiyyətlə, müşahidə etmək olar, lakin onu Qalaktikanın ümumi şüalanmasından ayırmaq çətin bir məsələdir.
Aksis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Aksis (fəqərə)
Aksis , Oxlu fəqərə (lat. axis) — onurğa sütununun II və eyni zamanda II boyun fəqərəsi. Digər boyun fəqərələrindən xüsusi qurluşuna görə fərqlənir ki, bu da onun atlas ilə oynaq əmələ gətirməsi ilə izah olunur. Cisminin diş çıxıntıya (lat. Dens axis) malik olması əmələ gətirdiyi atlant-aksis oynağından boyunun sağa və sola 90° bucaq altında dönməsinə, ümumiyyətlə hərlənmə hərəkətinə imkan verir.
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Aksiya rol-pleyinq oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Aksiya rol oyunu

Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Vergi ödəyiciləri == Azərbaycan Respublikasında aksizli malların istehsalçıları; Azərbaycan Respublikasına aksizli malların idxalçıları; Xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;Aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir. Aksiz dərəcələri təyinolunma üsuluna görə Dəyişilməz Məxsusi - icbari məbləğlərdə Advalorem - faizlərlə olur.Bütün əmtəə növlərinə (zərgərlik məmulatı və təbii qazdan savayı) məxsusi Aksiz dərəcələri təyin edilir. Tarif dərəcələrinə görə Vahid Aksiz — sortları keyfiyyət və qiymət baxımından az fərqlənən mallar üçün, Diferensiallaşdırılmış Aksiz — keyfiyyətə görə təsniflənən mallar. Məsələn: tündlüyünə görə şərablar üçün Orta Aksiz — sortları müxtəlif qiymət səviyyəsində olan eynicinsli mallar.
Altıncı donanmaya qarşı etiraz aksiyaları (Türkiyə)
Türkiyədə altıncı donanmaya qarşı etiraz aksiyaları – İstanbul səfəri zamanı ABŞ-nin VI Donanmasındakı əsgərlərinə qarşı edilən hərəkətlərin ümumi adıdır. 1967-1969-cu illər arasında Bəyoğluda amerikalı əsgərlərin papaqlarını götürmək, üzərinə qırmızı boya atmaq, formalarını ülgüclə doğramaq və ya küncə sıxışdırıb döyməklə başlayan anti-imperialist hərəkətlər, əsgərlərin dənizə atılmasına qədər davam etmişdir. Kipr problemində ABŞ-nin mövqeyi, Vyetnam müharibəsi, ABŞ-nin Yaxın Şərqdə israilyönlü mövqeyi və Ərəb-İsrail müharibələri, ABŞ əsgərləri üçün fahişəxanaların rənglənməsi 1960-cı illərin gənclərini ABŞ əleyhinə mövqe tutmağa vadar etmişdir. ABŞ-nin Aralıq dənizindəki gücü olan VI Donanma gənclərin aksiyalarının hədəflərindən birinə çevrilmişdir. Bu nümayişlər 1967-ci ilin iyununda İstanbulda başlanmış və zaman-zaman təkrarlanmışdır. Bunlara cavab olaraq Mehmet Şevket Eygi kimi yazıçıların təhriki, Kommunizmlə Mübarizə Dərnəyi və Milli Türk Tələbələr Birliyinin rəhbərliyi altında 1969-cu il fevralın 16-da “Qanlı bazar günü” kimi tanınan hücum baş vermişdir. Tarixçi Feroz Əhməd bu hadisə zamanı sağçı təşkilatlardan danışarkən onları “mütəşəkkil faşist zorakılığının nümunəsi” kimi təsvir etmişdir.
Arximed aksioması
Arximed aksiomu və ya Arximed prinsipi və ya Arximed mülkiyyəti — Qədim yunan riyaziyyatçısı Arximedin adını daşıyan riyazi ifadələr. Bu təklif əvvəlcə Knidli Evdoks Kəmiyyətlər münasibətləri nəzəriyyəsində formalaşdırıldı (Evdoksun kəmiyyət anlayışı həm nömrələri, həm də davamlı kəmiyyətləri əhatə edir: parçalar, sahələr, həcmlər): İki miqdar varsa a {\displaystyle a} və b {\displaystyle b} , a {\displaystyle a} b {\displaystyle b} -dən azdırsa, sonra a {\displaystyle a} komponent olaraq götürüb,kifayət qədər b {\displaystyle b} -ni kənarlaşdıra bilərik: a + a + … + a ⏟ n > b {\displaystyle \underbrace {a+a+\ldots +a} _{n}>b} Məsələn, seqmentlər üçün Arximed aksiomu belə səslənir: əgər iki seqment verilirsə, onlardan daha kiçik olanı kifayət qədər dəfə təxirə salmaqla daha böyük hissəni örtə bilər. Arximed aksiomu ifadəsi mənasız görünür,lakin əsl mənası sonsuz və ya sonsuz böyük miqdarda olmamasıdır. Beləliklə, bu aksiom qeyri-standart analizdə yerinə yetirilmir: hiperreal ədədlər dəstində sonsuz və sonsuz böyük miqdarlar var. Bu cür elementlər Arximedin aksiomunu qane edə bilməz. Digər nümunələr mümkündür. Arximed əmlakının razı olduğu riyazi quruluşlar,arximediya adlanır,məsələn, Arximed sahəsi və Arximed qrupu və yerinə yetirilməyənlər isə - arximediya deyil. == Tarixi == Riyaziyyatda Arximedin aksiomu kimi tanınan aksiom, əslində ilk olaraq Knidli Evdoks tərəfindən tərtib edilmişdir. Bu təklif əslində əsl ədədlərin ilk aksiomatik nəzəriyyəsi olan münasibətlər nəzəriyyəsində əsas rol oynadı. Buna görə də buna Evdoksun aksiomu da deyilir.
Arximed aksiomu

Azərbaycan Xalq Cümhuriyyətinin aksiz idarələri
== Tarixi == Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. == Qurumlar == === Bakı Aksiz İdarəsi === Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Bakı Aksiz idarəsi

Bakı Quberniyasının Neft Rüsumları üzrə Aksiz İdarəsi

Gəncə Aksiz İdarəsi

Laçın dəhlizində aksiyalar
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. == Zəmin == 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. == Xrolonogiya == === 12 dekabr, 1-ci gün === Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.
архимандри́тский букети́ровать драпирова́ние зади́рчивость промига́ться сиву́шный синхрониза́ция тре́фа фанатизи́ровать громогла́сность докладна́я записка междуря́дный никчёмность обла́вливание располо́женный скрепи́ться спидофо́б тирюха acarus diagnostic nihil habet pig sweat sanman senocular десятисложный