AKTÖR
AKTÜALİTE
OBASTAN VİKİ
Aida Hüseynova (aktrisa)
Aida Baloğlan qızı Hüseynova (1962) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Aida Hüseynova 1962-ci ildə anadan olub. 1981-ci ildə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirmişdir. 1996-cı ildən hal-hazıradək Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləyir. Kollektivdə işlədiyi müddətdə Dövlət tədbirlərində, səyyar konsertlərdə uğurla çıxışlar edib. Kapellanın yüksək kateqoriyalı artistlərindən biridir. Bir çox xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Aktrisa
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Aktrisa (dəqiqləşdirmə)
Aktrisa
Aktrisa (film, 2011)
Aktrisa filmi rejissor Rövşən İsax tərəfindən 2011-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Pozitiv Mediya" Prodüser Mərkəzində istehsal edilmişdir. Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Filmdə əsas rolları Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax və Şövqi Hüseynov ifa edirlər. == Məzmun == Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq Eldar Əfəndiyev (Rövşən İsax) inanır ki, bu qətllərin üstünün açılması bir şifrənin tapılmasından asılıdır.Bankir Vaqif Fətəliyev (Fuad Poladov) öz bağ evində qətlə yetirilir. Araşdırma zamanı bir-birinin ardınca daha iki qətl hadisəsi baş verir və bunlar qatilin tapılmasını daha da çətinləşdirir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rövşən İsax Əsər müəllifi: İlqar Fəhmi Ssenari müəllifi: İlqar Fəhmi, Rövşən İsax Operator: Rövşən Quliyev Rəssam: Mustafa Mustafayev Geyim rəssamı: Gülnarə Xəlilova Bəstəkar: Vasif Arifoğlu, Nazim Əhmədov === Rollarda === Fuad Poladov — Vaqif Fətəliyev Alesa Kaçer — Lalə Fətəliyeva İlham Hüseynov — Rüfət Hüseynzadə Rövşən İsax — Eldar Əfəndiyev Şövqi Hüseynov — Murad Babayev Rəşad Səfərov — Səməd Orucov Məlahət Əhmədova — qulluqçu Zəhra Həsənova Hicran Nəsirova — aşpaz Xədicə Qulamova Salam İsmayılov — bağban Kərim Həsənov Aydın Əliyev — kriminalist Elay Xasıyev — Süleyman Günel Məmmədova — Rəna Natella Kərimova — katibə Elnar Qarayev — əməliyyatçı Yuri Baliyev — baş prokuror Vaqif Şərifov — mühasib Gülnarə Xəlilova — televiziya aparıcısı == İstinadlar == == Mənbə == Xəlilzadə, F. "Hörümçək toru"nun sirri: Yeni filmlər: [Teatr Xadimlər İttifaqında quruluşçu rejissoru Rövşən İsax olan "Aktrisa" bədii filminin təqdimat mərasimi keçirildi] //Azərbaycan.- 2011.- 12 mart.- S. 7. Zümrüd. “Aktrisa" bədii filminin təqdimatı: [Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Pozitiv Media" prodüser mərkəzində istehsal olunmuş eyni adlı film rejissor Rövşən İsaxın quruluşunda] //Səs.- 2011.- 4 mart.- S. 12.
Aktrisa Janna Samarinin portreti
Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Aktrisanın təbəssümü (film, 1974)
Aktrisanın təbəssümü filmi rejissor Rauf Kazımovski tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Bioqrafik film aktrisa Nəsibə Zeynalovaya həsr olunub. Filmdə əsas rolları Nəsibə Zeynalova, Lütfəli Abdullayev, İmamverdi Bağırov, Nəcibə Behbudova, Mobil Əhmədov, Əzizağa Qasımov, Məmmədsadıq Nuriyev, Ofeliya Aslan, Səyavuş Aslan və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Film görkəmli sənətkar, respublikanın xalq artisti Nəsibə Zeynalovaya, onun zəngin yaradıcılıq yoluna həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Rauf Kazımovski Rejissor: Rauf Kazımovski Operator: Eduard Bədəlov Rəssam: Qurban Məlikov === Rollarda === Nəsibə Zeynalova — özü Lütfəli Abdullayev — Şumal İmamverdi Bağırov — professor Nəcibə Behbudova — ana Mobil Əhmədov — Cəsarət Əzizağa Qasımov — Canəli Məmmədsadıq Nuriyev — Əli Ofeliya Aslan — qız Səyavuş Aslan — Dadaşbala Hacıbaba Bağırov — İlqar Hökümə Qasımova — Tamaşa Lütviyyə Səfərova — Naza Almaz Mustafayeva — Dilbərin rəfiqəsi Z.Babayeva Gülşad Baxşıyeva — Naxış == İstinadlar == == Mənbə == "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Devon (porno aktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsidir. == Həyatı == Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır.İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır. Daha sonra "Digital Playground" Devonla 2004-cü ildə müqavilə imzalamışdır.
Dilarə Əliyeva (aktrisa)
Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: 25 oktyabr 1972, Sumqayıt) — azərbaycanlı teatr və kino aktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2005), == Həyatı == Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib. D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər. Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır. "SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.
Elen Donnelli (aktrisa)
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elmira Kərimova (aktrisa)
Elmira Kərimova (9 oktyabr 1972, Sumqayıt) — Azərbaycanın teatr və kino aktrisası, Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının əməktar artisti. Sumqayıt Dövlət Dram Teatrının aktrisası.Prezident mükafatçısı. == Həyatı == Kərimova Elmira Nəsir qızı 1972-ci il, oktyabr ayının 9-da Sumqayıt şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə Sumqayıt şəhər 27№-li orta məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə orta təhsilini başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetinə qəbul olmuş, 1996-cı ildə "Musiqili Teatr Aktyorluğu" ixtisası üzrə tam kursu bitirmişdir.1997-ci ildə ailə vəziyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikasına köçmüşdür. 1999-cu ildən 2013-cü ilin avqust ayına qədər C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrda çalışmaqla yanaşı, 2006-cı ilin dekabr ayının əvvəlindən 2015-ci ilin oktyabr ayının 23-nə qədər Naxçıvan Dövlət Uşaq Teatrında direktor vəzifəsində çalışmışdır. 2015-ci il, dekabr ayının 1-dən etibarən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Ədəbi-Bədii Verilişlər" redaksiyasında redaktor vəzifəsində çalışıb.2022-ci ildə Sumqayıt Dövlət Dram Teatrına aktyor heyətinə qəbul edilib. == Mükafatları == 2004-cü il 19 May tarixində Naxçıvan Muxtar Respublikasının əməktar artisti;2008-ci il 25 Sentyabr tarixində isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına, 2006-cı ildə ,2011-ci ildə və 2018-ci ildə Prezident mükafatına layiq görülüb. == Ailəsi == 1993-cü ildə teatr aktyoru və rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Səmavi(1968-2021) ilə ailə həyatı qurmuşdur.İki övladı var.
Hüsniyyə Əhmədova (aktrisa)
Hüsniyyə Əhmədova (tam adı: Hüsniyyə Abid qızı Əhmədova; 26 oktyabr 1971) — Azərbaycan aktrisası. == Həyatı == Hüsniyyə Əhmədova 1971-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Astara rayonunda doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2002-ci il martın 1-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Çəkildiyi filmlər == 1. Nigar - («Yeddi məhbusə», Ə.Əmirli) 2. Keti - («Tədbirə qarşı tədbir», V.Şekspir) 3. Ellada - («İntihar», V.Səmədoğlu) 4. Ana - («Vicdanın hökmü», H.Mirələmov) 5.
Mandakini (aktrisa)
Mandakini (hind मन्दाकिनी, ing. Mandakini, əsl adı — Yasmin Cozef (ing. Yasmeen Joseph; 30 iyul 1969 və ya 30 iyul 1963, Merath, Uttar Pradeş) — aktrisa. == Həyatı == Anası Kayna Manqu müsəlman-hindli, atası Hindistanda doğulmuş Ceng Cozef katalik-ingilisdir. == Filmoqrafiya == Qanq, sənin suların bulanıb (film, 1985) / Ram Teri Ganga Maili Məhəbbət toru (film, 1986) / Jaal == İstinadlar == == Xarici keçidlər == Mandakini (aktrisa) — IMDb səhifəsi Vikianbarda Mandakini (aktrisa) ilə əlaqəli mediafayllar var. Мандакини на VIAF Мандакини на GND. Мандакини Arxivləşdirilib 2014-02-17 at the Wayback Machine // The price of fortune Мандакини Arxivləşdirilib 2013-07-07 at the Wayback Machine // The times of India Мандакини // The times of India Мандакини // archive.mid-day.com Мандакини Фотографии и информация о Мандакини на сайте "Индия ТВ" Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine Интервью Мандакини на сайте "Индийские песни. Ru". 8.3.2010 Интервью Мандакини на сайте "Индийские песни. Ru".
Meri Keri (aktrisa)
Meri Ellen Kuk və ya Meri Keri (5 iyun 1980, ABŞ, Klivlend) — porno aktrisa, siyasətçi. == Həyatı == Meri Ellen Kuk 1980-cı ildə ABŞ-nin Klivlend şəhərində doğulub. Anası ruhi xəstə, atası iflic olan Meri 3 aylığından nənəsinin və babasının himayəsində böyüyüb. Onların ölümündən sonra gənc qız müxtəlif barlarda rəqqasə kimi çalışıb. Bir müddət sonra ona porno filmlərdə çəkilmək təklif olunub və qız bu təklifi qəbul edib. Meri Keri adı ilə 80-ə yaxın filmdə çəkilib. 2003-cü ildə Meri Kaliforniya qubernatorluğuna öz namizədliyini verir və populyar Hollivud ulduzu Arnold Şvarseneqqerə rəqib olur. Təbii ki, Meri “terminatora” uduzur. Ancaq seçki müddətində qalmaqallı namizəd öz adından söz etdirə bilir.
Mümtaz (aktrisa)
Mümtaz (Hindcə: मुमताज़ Ərəbcə: ممتاز) (31 iyul 1947, Bombey, Britaniya Hindistanı) — Hindistan aktrisası. == Həyatı == Mümtaz 31 iyul 1947-ci ildə Hindistanın Mumbay şəhərində doğulub. 1961–1963-cü illərdə 6 filmə çəkilmişdi.
Münəvvər Əliyeva (aktrisa, 1951)
Əliyeva Münəvvər Əli qızı – aktrisa. == Həyatı == Münəvvər Əliyeva 1951-ci il iyun ayının 26-da Bakı şəhərində doğulub. 1968-ci ildə Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrı açılarkən orada yaradıcılıq fəaliyyətinə başlayıb. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan İncəsənət İnstitutunu bitirib. Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəlişah" tamaşasında Gülçöhrə, "Bəli, dünya dəyişib" tamaşasında Bənövşə, A.Ximelikin "Miliyonçu Laptep" tamaşasında Petrov, Nəcəf bəy Vəzirovun "Müsübəti-Fəxrəddin" tamaşasında Gülbahar rollarını alıb. 1970-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təyinatla Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib. Bu teatrda İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Fəridə, Əziz Nesinin "Toros canavarı" tamaşasında Cülay, 3,2 tamaşasında Siva, X.Əlizadənin "Dovşanın ad günü" tamaşasında Dovşan, "Sevindik, qız axtarır" musiqili komediyasında Sevər, Bəxtiyar Vahabzadənin "İkinci səs" tamaşasında Qərənfil, G.Xuqayevin "Arvadın əri" komediyasında Zərimə və s. rolları müvəffəqiyyətlə oynayıb. 1975-ci ildə Lənkəran şəhərində yeni teatr açılarkən Münəvvər Əliyeva ora dəvət alıb. O, N.B.Vəzirov adına Dövlət Dram Teatrında bir-birindən fərqli rollar oynayıb və tamaşaçıların məhəbbətini qazanmağa nail olub.
Münəvvər Əliyeva (aktrisa, 1971)
Münəvvər Sabir qızı Əliyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət Yuğ Dövlət Teatrında aktrisa işləyib. 1994-cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. O, bu teatrda müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında oynayıb – D. Aslan "Dindirir əsir bizi" (Fərəh), İlyas Əfəndiyev "Hökmdar və qızı" (Səltənətbəyim), Əli Əmirli "Köhnə ev" (Cana), Ramiz Novruz "Hələ "sevirəm" deməmişdilər..." (Sona), Nəriman Həsənzadə "Pompeyin Qafqaza yürüşü" (Selcan), Hüseyn Cavid "Afət" (Alagöz), İsmayıl Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın" (Həcər), O. İoseliani "Kaş araba aşmayaydı!.." (Landa), Eduardo de Filippo "Kabuslar" (Mari), Hüseyn Cavid "Əmir Teymur" (Meliça), Eduardo de Filippo "Silindr" (Rita), Hüseynbala Mirələmov "Vəsiyyət" (Röya) və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırlanmış A. Rafın "İblis qadın" (İblis qadın), Zəlimxan Yaqubun "Didərginlər" (Ruh), Afaq Məsudun "Cəza" (katibə), teletamaşalarında oynayıb. Münəvvər Əliyeva "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sarı gəlin" (Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Məlahət Abbasova (aktrisa)
Məlahət Elman qızı Abbasova (8 iyul 1966, Bakı) — Azərbaycanlı aktrisa, İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini (2016-cı ildən). Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2014) == Həyatı == Məlahət Abbasova hazırda Türkiyədə yaşayır. 2016-cı ildə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini seçilib.18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar İncəsənət Xadimi" fəxri adı ilə təltif edilibM. Abbasova 2019-cu ildən etibarən Türkiyədə "Kanal 7"də yayımlanan "Yemin" serialında Münəvvər xarakterini canlandırdı.
Nanda (aktrisa)
Nanda (ing: Nanda, 8 yanvar 1939, Kolhapur, Britaniya Hindistanı – 25 mart 2014, Mumbay) – hindistanlı aktrisadır. Az qala 40 illik karyerası ərzində hindi və marathi dillərində 70-ə yaxın filmə çəkilib. Ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Filmfare” mükafatı laureatı olub. Nanda 8 yanvar 1939-cu ildə Kolhapur şəhərində marathi dilində danışan ailədə anadan olub. Atası tanınmış aktyor və rejissor Vinayak Damodar Karnataki (Master Vinayak) anası aktrisa Minaşki olub. Nanda səkkiz yaşında olanda atasını itirib. Ailənin dolanması üçün uşaq yaşlarından kinoya çəkilib. Karyerasının əvvəlində Bebi Nanda adı altında “Mandir” (1948) və “Jagriti” (1954) filmlərində rol alıb. İlk böyük rolunu 1956-cı ildə əmisinin “Toofan Aur Deeya” adlı filmində oynayıb. Daha çox “Toz içində çiçək” (1959) və “Qara bazar” filmlərində oynadığı ikinci plan rolları ilə yaddaşlarda qalıb.
Nataliya Sançez (aktrisa)
Nataliya Sançez Molina (isp. Natalia Sánchez Molina; 27 mart 1990, Madrid) — İspaniya aktrisası və müğənnisi.
Nigar Həsənzadə (aktrisa)
Həsənzadə Nigar Tərlan qızı – Azərbaycan aktrisası. == Həyatı == 1973-cu ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bülbül adına onbirillik orta ixtisas musiqi məktəbində "Fortepiano" sinfidə alıb. İlk müəllimi Elmira Mustafayeva olub. 1991 – 1996-cı illərdə Bakı Musiqi Akademiyasında professor Tərlan Seyidovun sinfində ifaçılıq sənətinə yiyələnib. Xoreoqrafiya məkətəbinə konsertmeyster-pianoçu kimi dəvət alıb. 1998-ci ildə peşəsində köklü dəyişiklik etmək qərarı ilə Bakı Kamera Teatrında aktrisa kimi özünü sınayır. Uilyam Şekspirin "Otello" tamaşasındakı uğuru onu bu peşədə təsadüfi adam olmadığını təsdiqləyir. Sonralar Nigar Həsənzadə müxtəlif teatr festivallarında özünü sınayır. Bakıda keçirilən "Üfüq – XXI" teatr festivalından sonra, 2003-cu ildə Almaniyanın Kil şəhərində keçirilən III Beynəlxalq Monotamaşalar Festivalına dəvət alır və həmin festivalda diploma layiq görülür.
Ofeliya Abbasova (aktrisa)
Ofeliya Məmmədzadə — aktrisa. == Həyatı == Ofelya Məmmədzadə 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmiş, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaratmışdır. O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərmişdir. O, 1999-cı ildə teatrdan çıxmış, 2005-ci ildə yenidən teatra qayıtmışdır. Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış etmişdir.Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaratmışdır. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub.O. Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabil olub. Ofelya Məmmədzadə 20 mart 1987-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. Aktyor Gündüz Abbasovun həyat yoldaşıdır.
Onilliklərinə görə porno aktrisaların siyahısı
Onilliklərinə görə pornoaktrisaların siyahısı - bu siyahı onilliklərinə görə görkəmli pornoaktrisaların siyahısını ehtiva edir.
Samanta Foks (porno aktrisa)
Samanta Foks (ing. Samantha Fox; 3 dekabr 1950, Nyu-York, Nyu-York ştatı – 22 aprel 2020, Nyu-York, Nyu-York ştatı) — ABŞ pornoaktrisasıdır. == Həyatı == Steysiya Tereza Ancela Maykula 1951-ci ildə ABŞ-də doğulmuşdur. Məktəb vaxtı rəqs dərslərini öyrənməyə başlamışdır. 1977-ci ildən başlayaraq pornofilmlərdə iştirak etməyə başlayır. 1990-cı ildə film karyerasını bitirdikdən sonra alkoqolçuluğa meyilliyi artır. Samanta bunun üçün bir neçə il müalicə olunur və alkoqolçuluğa meyilliyi azalır.
Sevinc Əliyeva (aktrisa, 1965)
Sevinc Əliyeva (d. 15 yanvar 1965) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı. == Həyatı == Sevinc Əli qızı Əliyeva 15 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. == Fəaliyyəti == Sevinc Əliyeva aktrisalıq fəaliyyətinə Dövlət Gənclər Teatrında başlayıb. 2000-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunan aktrisa 2001-ci ildə teatrın artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində xarakterik obrazlar oynamışdır.
Sevinc Əliyeva (aktrisa, 1985)
Sevinc Əliyeva — == Həyatı == Sevinc Nadir qızı Əliyeva 2 aprel 1985-ci ildə Bakıda anadan olub. İncəsənət Gimnaziyasında (1992-2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində Cənnət Səlimovanın kursunda (2002-2006) təhsil alıb. I kursda ikən almanların Bakı haqqında çəkdiyi sənədli filmdə, bundan başqa bir çox reklam və kliplərdə çəkilib. == Şəxsi həyatı == 2007-2016-cı illərdə rejissor Fuad Əlişovla ailəli olub və Əlişova soyadını daşıyıb. Onların bu evlilikdən 3 övladı var.
гра́динка катало́нский недоко́рм отомча́ть отти́скиваться проектиро́вка раскоря́чить челнообра́зно загла́живать отыма́ться скаку́н carnification fedora goat-fish gun-metal metrorrhagia millionfold open-ended overheat postcard tullies агроминимум независимо незлопамятный фаготист