AMBALAJ YAPMAK
AMBERBALIĞI
OBASTAN VİKİ
Ambar
Ambar Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari.Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi.XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir.Ehtimal ki,Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır.Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər.Bəzi tədqiqatçılara görə türk dillərində ambar,ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. == Etimologiya == (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Ambaras məhəlləsi
Ambaras məhəlləsi — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubadçayın sağ sahilindədir, Aşağı və Yuxarı Ambaras adlanan iki məhəllədən ibarətdir. XVIII əsrin əvvəllərində Naxçıvan sancaqının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir. Mənbələrin məlumatına görə,məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan vardı. Meydan bütünlüklə iri çinar ağaclarının kölgələri örtürdü. Ambaras məhəlləsinin meydanı indi də məhəllə mərkəzi rolunu oynayır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 23.
Ambaras məscidi
Ambaras məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları binanın XVII-XVIII əsr tikililərinə uyğun gəldiyini göstərir. Məscidin tavanında taxta üzərində rənglə yazılmış kitabə vardır. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras məscidində tədqiq olunan bu kitabədən aydın olur ki, məscid hicri 1284-cü (1867-1868) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir etdirilmişdir. Kitabədə məscidin adı "Ağa Mirzə Cəfər məscidi" kimi qeyd olunmuşdur. Məscidin XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh.
Ambarixutsa
Ambarixutsa (gürc. ამბარიხუწა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 700 metr hündürlükdə, Qara dənizdən 6,5 km və Suxumidən 16 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 120.
Ambarlar adası
Anbarlar adası (pol. Wyspa Spichrzów) — Qdansk şəhəri daxilində, Moltava çayının yatağında yerləşən ada. Ada 1576-cı ildə qazılan yeni xəndək nəticəsində meydana gəlmişdir. XIII əsrdən burada çoxlu ambarlar yerləşirdi. XVI əsrdən onların sayı 300 keçmişdi. Anbarda olan tikililərə 1945-ci il bombardımanı zamanı böyük zərər dəymişdir. Qorunub saxlanılan abidələrə 1517–1519-cu illərdə inşa edilən Milxkannetor qapılarını göstərmək olar. Dağıdılmış tarixi abidələrdən ancaq bir qismi bərpa edilmişdir.
Ambarovka
Ambarovka — Gürcüstanın Marneuli rayonunda kənd. Əvvəlki adı Ambarlı olub. Ambarlı Tiflis quberniyasının Borçalı qəzasında pristavlıqlardan birinin adı olmuşdur. İndi Ambarovka adlanır.
Ambarsum Məlikov
Ambarsum Məlikov, Ambarsum Məlik-Şahnəzərov — XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi. Əslən Vərəndə məliklərinin nəslindəndir, kinorejissor Karen Şahnəzərovun atasının babasıdır. II Nikolayla şəxsi dostluq münasibətlərinə malik olmuş Ambarsum, Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyinin qeyd edilməsi tədbirlərinin təşkilində aktiv iştirak etmişdir. == Fəaliyyəti == === Neft və su sənayesi === Ambarsum Məlikov Bakının neft sənayesi sahəsində fəaliyyət göstərmiş "A.S.Melikov and Co" adlı şikətin rəhbəri olmuş, şirkəti oğlu Tiqran Məlikovla birlikdə idarə etmişdir. 1908-ci ildə onun şirkəti Bakının neft şirkətlərinin reytinqində on üçüncü yeri tutmuşdur. Bakıda 170 neft şirkəti tərəfindən çıxarılmış 487 milyon pud neftn 1 faizi "A.S.Melikov and Co" şirkətinin payına düşərək 5,7 milyon puda çatırdı. 1914-cü ildə "A.S.Melikov and Co" şirkəti Stepan Giorgiyeviç Lianozovun "Oil" adlı şirkətinin tərkibinə qatılmışdır.Neft sənayesində biznesindən başqa, A.S.Məlikov Zaqulba su təchizatı sisteminin də sahibi olmuşdur. 1902-1903-cü illərdə Bakı Şəhər Dumasının qlasnısı olduğu zaman Şollar su kəmərinin çəkilməsinə qarşı çıxmış və su kəmərinin onun Zaqulbadakı torpaq sahəsi ərazisində yerləşən bulaqdan çəkilməsinə israr etmişdir. === 1905-ci il qırğınlarında iştirakı === 1905-ci ildə Bakının erməni və müsəlman əhalisi arasında qarşıdurma yarandıqda o zaman Bakı qybernatoru olmuş Mixail Nakaşidze müsəlman tərəfdən Hacı Zeynalabdin Tağıyev, erməni tərəfdən isə Ambarsum Məlikovla danışqlar apararaq öz icmaları arasında kifayət qədər nüfuza malik olan bu iki şəxsi kütlənin sakitləşdirilməsinə cəlb etməyə çalışmışdır. Lakin, Ambrasum Məlikov sonradan əhalinin barışdırılması işində iştirakdan imtina edərək erməni kütlənin silahlandırılmasına başlamışdır.
Ambarsum Məlikovun evi (İslam Səfərli küçəsi)
Ambarsum Məlikovun evi — Bakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir. == Tarixi == === İnşası === Bina 1900-cü ildə, XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi Ambarsum Məlikovun sifarişi ilə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir. === Sonrakı istifadəsi === Əvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən qədim kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Məlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir. Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir.
Ambarçik buxtası
Ambarçik buxtası — Şərqi Sibir dənizinin şərqində yerləşən buxta. Stolbovoy və Medvejıy burunları arasında yerləşir. Şimal hissəsi dənizə açılır. Materik daxilinə 3 km daxil olur. Ən enli yeri 7 km-dir. Maksimal dərinliyi 4 metrdir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Bəzi hissələr isə sıldırımlıdır. Şərqində Medvejıy körfəzi, qərbində isə Troyan buxtası yerləşir.
Euphorbia ambarivatoensis
Euphorbia ambarivatoensis (lat. Euphorbia ambarivatoensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Viktor Ambartzumyan
Viktor Ambartzumyan (erm. Վիկտոր Համբարձումյան; 5 (18) sentyabr 1908[…], Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 12 avqust 1996[…], Byurakan, Araqatsotn mərzi) — erməni mənşəli SSRİ astrofiziki, nəzəri astrofizikanın yaradıcılarından biri. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1953, 1939-cu ildən müxbir üzvü). Ermənistan SSR Elmlər Akademiyasının prezidenti (1947–1993). == Həyatı == Ambartsumian ulduz və dumanlıqlara, mükəmməl astronomiya və ulduz sistemlərinin dinamikası və ulduz və qalaktika kosmoqoniya fizika sahəsində çalışmışdır. Byurakan Astrofizika Rəsədxanasının banisi hesab edilir. == Mükafatları == Sosialist Əməyi Qəhrəmanı (2 dəfə: 1968, 1978). Ermənistan Milli Qəhrəmanı (1994 11 oktyabr). Stalin mükafatı iki dəfə qalibi (2 dəfə: 1946, 1950). Ermənistan SSR Dövlət mükafatı (1988) laureatıdır.
выпа́ривание непрото́чный перезре́лый подчи́стить прорисова́ть резони́рование руте́ниевый стойко́м безбро́вый вы́кушать засы́лка неплохо́й откра́ивание пальцем не пошевельну́ть поезжа́нка реэмигра́ция фальшбо́рт demographist eye shadow foumart lay figure sabre-toothed soft sciences карминный раджа