ANMAK
ANSIZIN
OBASTAN VİKİ
Anne Haney
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Anne Veski
Anne Veski (est. Anne Veski 27 fevral 1956, Rapla) — Sovet və Estoniya müğənnisi, Estoniya SSR-nin əməkdar artisti (1984). == Bioqrafiyası == 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərində İlmar-Tınis Vaarmann (est. Ilmar-Tõnis Vaarmann; 1927-2005) və Ellen Vaarmannın (est. Ellen Vaarmann; 1930-1988) ailəsində doğulur. Orada musiqi məktəbini bitirir. Sonra Tallinn Politexnik İnstitutuna daxil olur. Universiteti itirdikdən sonra fabrikdə çalışır və Filarmoniyada pop-studiyaya işə götürülü. Mobile ansamblı ilə birlikdə çalışır. İlk estrada kompozisiyası (1980) - "Gül bağının kraliçası".
China Anne McClain
Çayna Enn MakKlayn (25 avqust 1998), ABŞ-lı gənc müğənni, söz yazıçısıdır. MakKlayn Bacıları qrupunda müğənnidir. Karyerasına 2005-ci ildə başlamışdır. 2005-ci ildə İncil Kitabı filminə çəkilmişdir. Daha sonra 2007-ci ildə Taylr Perrinin Peyni Evi serialında Cazmin Peyni roluna çəkilmişdir. Ən məşhur rolu isə Disney Channelın serialı Bacarıq Fermasıdadır, bu serialda Çayna Parks roluna çəkilmişdir. == Filmoqrafiyası == === Filmlər === === Seriallar === == Mahnıları == Bacarıq Fermasında 6 mahnısı vardır: "Calling All The Monsters", "Dynamite" , "Unstoppable",Exeptional,My Crush, Beatiful, amma yalnız Calling All The Monsters və Dynamite'in kliplərini çəkmişdir.
Anne with an E
Enn (ing. Anne with an E) — Lucy Maud Montgomery'nin 1908 klassik uşaq ədəbiyyatı kateqoriyasına aid edilən əsəri Anne of Green Gablesdan uyğunlaşdırılmış bir Kanada epizodik televiziya serialıdır. CBC üçün Moira Walley-Beckett tərəfindən yaradıldı və Amybeth Mcnulty kimsəsiz Anne Shirley, Geraldine James Marilla Cuthbert, R.H. Thomson Matthew Cuthbert, Dalila Bela Diana Barry və Lucas Jade Zumann Gilbert Blythe rolunu səhnələşdirib. Tele-serialda kimsəsizlik, psixoloji travmalar ve gender bərabərsizliyi, irqçilik kimi sosial mövzulardan bəhs olunmuşdur.1896 -cı ildə iki bacı-qardaş, Mattheu və Marilla Cuthbert, təsərrüfatının işinə kömək etmək üçün uşaq evindən bir oğlan övladlığa götürmək qərarına gəlirlər. Mattheu, övladlığa götürdükləri uşağı götürmək üçün qatar stansiyasına gedəndə anlayır ki, oğlan əvəzinə, 13 yaşında xəyalpərəst, danışan, şən, enerjili bir qız övladlığa götürüblər. Bu qız, Anne ailəsi, yalnız bir neçə aylıq olanda öldü və Anne bu günə qədər fərqli ailələrdə qulluqçu olaraq çalışdı.Mattheu Annenin qalmasını istəsə də, Marilla Annaya güvənmir, çünki yararsız bir yetimdir. Daha sonra Annenin səhvini tuturlar, Anneni yenidən uşaq evinə göndərirlər. Daha sonra Annenin haqqında yanıldıqlarını başa düşürlər və Anneni tapmağa çalışırlar. Anne ailəsi ilə yaşamağa başlayanda, məktəb yoldaşları və qonşuluqdakı qonşuları tərəfindən təklənir. Ancaq Anne zəkası, problem həll etmə qabiliyyəti və təxəyyülü sayəsində bütün çətinliklərin öhdəsindən gəlir.
Annekov adası
Annenkov adası (ing. Annenkov Island) — yaşayışı olmayan və Atlantik okeanın cənubunda yerləşir. Cənubi Georgiya adasında 13 km qərbdə yerləşir. Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sandviç adalarının ərazisinə daxildir. == Coğrafiya == Adanın ən hündür nöqtəsi 650 m hündürlüyə malik olan Olstad-Pik zirvəsidir. Adada bitkilərə rast gəlinmir. Bununla adaya girişə xüsusi icazə lazımdır. Səbəb isə adada 500 cüt albatrosun yuva qurmasıdır (Diomedea exulans). == Tarixi == Ada ilk dəfə 20 yanvar 1775 ildə Ceyms Kuk tərəfindən aşkarlanmışdır. İlk əvvəl Pikkerson olaraq adlandırılır (HMS Resolution gəmisinin kapitanının şərəfinə).
Anneksiya
Anneksiya (lat. anneks-birləşdirmə)— Bir dövlətə məxsus məskunlaşmamış ərazinin digər dövlətə qeyri-qanuni yolla (zorla, qəsb etməklə) birləşdirməsidir. Anneksiya beynəlxalq hüquqda kobud qanun pozuntusudur. Anneksiya nəticəsində ərazilərin zəbt olunmasının qeyri-qanuniliyi Nürnberq hərbi tribunalının hökmündə, həmçinin beynəlxaq müqavilə və aktlarda, o, cümlədən dövlətin daxili işinə qarışmaq, onun suverenliyinə və müstəqilliyinə sədd cəkməyin yol verilməzliyi haqqında BMT-nin 1965-ci il bəyanaməsində, ATƏT-in yekun aktında öz əksini tapmışdır.
Annelida
Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip. Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır. == Xarici quruluşu == Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır.
Annemari fon Qabayn
Annemari fon Qabayn(alm. Annemarie von Gabain‎, doğ. 4 iyul 1901 Moranj, Lotaringiya, Almaniya — öl. 15 yanvar 1993 Berlin) — alman türkoloqu, şərqşünası. == Həyatı == Annemari von Qabayn 4 iyul 1901-ci ildə Mörchingendə doğuldu. Orta təhsilini bitirdikdən sonra Berlin Universitetində tanınmış sinoloq Otto Frankenin və türkoloq Vilhelm Bangın dərslərinə qatıldı. Bang, Turfan qazıntılarında olan Uyğur əlyazmaları üzərində çalışdığından Qabaynın Çincə bilgisindən faydalandı və bu bəlgələri birlikdə nəşr etdirərək elm aləminə tanıtdılar. Qabayn 1934-cü ildə Bangın ölümünün arxasından Türkiyəyə gəldi və 1935–1937-ci illərdə Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsində Sinoloji profesoru oldu. Türkiyədən ayrıldıqdan sonra Berlin Universitetində Türk dili təhsilini üzərinə aldı və bu vəzifəni II Dünya Savaşının bitiminə qədər sürdürdü; savaşdan sonra da Hamburq Universitetində Türk dili professorluğuna təyin edildi. Bangın vəfatından sonra heç axsatmadığı Uyğur dili sahəsindəki çalışma və nəşrləriylə Türkoloji çevrələrində böyük birşöhrət qazanan Qabayn 1957-ci ildə Türk Dil Qurumunun müxbir üzvülüyünə, 1989-cu ildə də fəxri üzvülüyünə seçildi.
AnnenMayKantereit
AnnenMayKantereit — 2011-ci ildə qurulan Kölndən alman bir rok qrupudur . Əsasən Alman dilində oxuyurlar, lakin ingilis dilində yayımladıqları mahnıları da vardır. Qrupun əlamətdar xüsusiyyətlərindən biri onun üzvü Henning Mayın aşkarcasına kobud və qalın səslə oxumasıdır.
Annenfeld
Annenfeld və ya Annino (alm. Annenfeld‎) — Əsası 1818-ci ildə Cənubi Qafqazda qoyulan, indiki Azərbaycanda Şəmkir rayonunun ərazisində yerləşən Alman koloniyasıdır. == Tarix == Almanların ilk köçü 1818-ci ilə təsadüf olunur. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Göygöl rayonu) və Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi. Koloniyalardan biri olan Annenfeld alman koloniyası 1917-ci ilə kimi Yelizavetpol quberniyası tərkibində qalmışdır.Annenfeld öz adını I Pavelin kiçik qızı olan Anna Pavlovanın adından götürür. Koloniyada Vürtemburq ərazisindən olan 67 ailə yaşayırdı. 1826-cı ildə ikinci Rusiya-İran müharibəsində (1826–1828) bir çox ailə İran qoşunu tərəfindən məhv edilmişdir. Böyük soyuqdəymə nəticəsində 1818–1831-ci illərdə 185 nəfər doğulmuş, 479 nəfər ölmüşdür.
Annenkov adası
Annenkov adası (ing. Annenkov Island) — yaşayışı olmayan və Atlantik okeanın cənubunda yerləşir. Cənubi Georgiya adasında 13 km qərbdə yerləşir. Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sandviç adalarının ərazisinə daxildir. == Coğrafiya == Adanın ən hündür nöqtəsi 650 m hündürlüyə malik olan Olstad-Pik zirvəsidir. Adada bitkilərə rast gəlinmir. Bununla adaya girişə xüsusi icazə lazımdır. Səbəb isə adada 500 cüt albatrosun yuva qurmasıdır (Diomedea exulans). == Tarixi == Ada ilk dəfə 20 yanvar 1775 ildə Ceyms Kuk tərəfindən aşkarlanmışdır. İlk əvvəl Pikkerson olaraq adlandırılır (HMS Resolution gəmisinin kapitanının şərəfinə).
Annesi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Annett adası
Annett adası (ing. Annette Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Revilyahihedo adasından təxminən 1,2 km cənubda yerləşir. Təxminən 18 km uzunluğa və eyni enə malikdir. Adanın sahəsi 332,57 km²-dir. Ada 1879-cu ildə Amerika təbiətşünası və Alyaska araşdırmaçısı Vilyam Doll tərəfindən həyat yoldaşı Annett Vitney Dollun şərəfinə adlandırılmışdır.. 2000-ci il siyahıyaalınmasına görə, adanın əhalisi 1447 nəfərdir, onlardan 1375 nəfəri statistik cəhətdən təcrid olunmuş Metlakatla bölgəsində yaşayır. Əhalinin əksəriyyətini simşyanlar təskil edir. Bütün ada hindu rezervasiyasıdır (Alyaska ştatında yeganə). Annet adasında ərazinin ağac sənayesinin mirası olan torpaq yollar şəbəkəsi vardır.
Galendromus annectens
Galendromus annectens (lat. Galendromus annectens) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin galendromus cinsinə aid heyvan növü.
Həlqəvi qurdlar (Annelida)
== Ümumi xarakteristika == Qurd tipləri arasında ən yüksək inkişaf etmiş formalarıdır. Onlar dənizlərdə, şirin su hövzələrində, torpaqda yaşayırlar. 18 000-ə qədər növü məlumdur. Onların uzunluğu 0.5 mm-dən 3 m-ə çatır. Parazit formaları da mövcuddur. Halqalı qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu və ya metamerli olmasıdır. Onların bədəni bir-birindən fərqlənən üç hissəyə ayrılır: baş-pər, buğumlu gövdə və anal-pəri hissə. Halqalı qurdların bədəni simmetrikdir. Onlarda dəri-əzələ kisəsi yaxşı inkişaf etmiş, həzm, tənəffüs, ifrazat, qan-damar (qapalı), sinir və cinsiyyət sistemi vardır. Onlar ikinci bədənboşluğuna (selom) malik olub, əksəriyyəti ayrıcinslidir.
Lusi Anney Seneka
Lutsius Anneus Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoisist-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar. == Bioqrafiyası == Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. 33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır.
Lutsiy Anney Seneka
Lutsius Anneus Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoisist-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar. == Bioqrafiyası == Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. 33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır.
Marqarita Annenskaya
Marqarita Matveyevna Annenskaya (30 iyul 1896, Tiflis – 11 yanvar 1967, Bakı) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1956) == Səhnə fəaliyyəti == Marqarita Annenskaya 30 iyul 1896-cı ildə Tiflisdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildə Tiflis Xalq Teatrında başlamış, sonralar Tiflisin digər teatrlarında işləmiş, Armavir və Tula şəhərlərində çıxış etmişdir. 1930–1937-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Əsas rolları: Panova ("Lyubov Yarovaya", K.Trenyov), Nadejda ("Sonuncular", M. Qorki), Elmira ("Tartüf", J.B. Molyer), Anna Karenina ("Anna Karenina", L. Tolstoy), Oliviya ("On ikinci gecə", U. Şekspir), Mariya Aleksandrovna ("Ailə", İ. Popov), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", V. Rozov), nənə ("Ağaclar ayaq üstə ölür", A. Kasona) və s. M. Annensakayanın yaratdığı obrazlar üçün bütövlük, səmimilik, incə yumor səciyyəvi idi.
Seneka Lutsius Anneus
Lutsius Anneus Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoisist-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar. == Bioqrafiyası == Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. 33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır.
Sent-Annemon
Sent-Annemon (fr. Saint-Ennemond) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03229. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 655 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 430 nəfər (15-64 yaş) arasında 317 nəfər iqtisadi fəal, 113 hərəkətsiz (fəaliyyət göstərici 73,7%, 1999-cu ildə 71.3%) olmuşdur. Fəal 317 nəfərdən 297 nəfəri (162 kişi və 135 qadın), 20 nəfəri işsizdir (8 kişi və 12 qadın). Aktiv olmayan 113 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
воспламени́тельный дуби́на зу́лу ка́мбала мерканти́льно напечатлева́ть но́тка тала́нт хра́бренький бегу́н консервати́зм огуре́чный перекли́к про́стенький капцан мышь тонна co-obligor every one fiduciary glaymore uncongeniality воспитанник встраивать палатализовать