Araçadzor (Ağdərə)
Dovşanlı (əvvəlki adı: Araçadzor) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
== Tarixi ==
Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Dovşanlı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
=== Tarixi abidələri ===
Dovşanlı kurqanları (e.ə. XI-IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir.
== Toponimikası ==
Bəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur. XIX əsrdə bu kənddə yerləşmış ermənilər (1830-cu ildə Zəngəzurun Oxçu kəndindən) onun adını dəyişib Aracadzor kimi rəsmiləşdirmışdilər.