ARK
ARKADAŞ
OBASTAN VİKİ
Arka Bahçem
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
Arka Bahçem (Göksel albomu)
Arka Bahçem – Göksel-in 2005-ci ildə çıxardığı 4-cü albomudur.
Arkad (krater)
Arkad – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Ölçüsü 60 kilometr təşkil edir. Mərkəzi çuxur zərbə krateri olduğu güman olunur. Kraterin yaxınlığında Qinandi adlı başqa krater yerləşir. Krater Yunan mifologiyasında Kallistonun oğlu Arkadın şərəfinə adlandırılmışdır.
Arkada
Arkada — tağla örtülən, təkrarlanan eyni oyuqların sırasıdır. Arkadanın qurulması üçün bir sıra ölçülər – oyuqların eni və hündürlüyü, divarın pəncərə və qapılar arasındakı hissəsi, o cümlədən divarın qalınlığı müəyyənləşdirilməlidir. Bütün deyilən ölçülər bir-birindən qarşılıqlı asılıdır. Roma memarlığının öyrənilməsi göstərir ki, Roma memarları müəyyənləşmiş münasibətlər hazırlamışlar. Oyuqların eni onun hündürlüyündən iki dəfə azdır, aralıq divarın eni oyuqların enindən iki dəfə azdır, divarın qalınlığı isə aralıq divarın enindən iki dəfə azdır. Başqa sözlə, oyuğun forması özünü düzbucaqlı kimi göstərir.
Arkada oyunu
Arkada oyunu — oyun salonlarında oynanılan oyun növlərinə və həmin oyunların oynandığı salon maşınlarına verilən addır. Oyunçu əmtəəlik jetonunu maşına ataraq oyuna başlayır. Oynanış tərzi baxımından hərəkət ön plandadır. Qeyd etmə və təkrar yükləmə variantları yoxdur. Bu cür oyunlar eyni zamanda internet üzərində müxtəlif veb saytlarında da təqdim edilməkdədir. Arkada oyunlar Fleş proqram texnologiyası ilə inkişaf etdirilir. Xüsusi inkişaf çağındakı uşaqlar üçün düşünəbiləcək olan bu cür oyunlar müxtəlif saytlarda tapıla bilər.
Arkadak
Arkadak — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Arkadaşım Hoşgeldin
Arkadaşım Hoşgeldin — 2014-cü ildə Tolqa Çevikin və "BKM Mutfak"ın səyiylə Komedi Dükkanından sonra Kanal D-də yayımlanan əyləncəli, bədahətən gülməli proqram. Komedi Dükkanından fərqli olaraq Arkadaşım Hoşgeldində Ezgi Mola da rol alır .
Arkadi Arzumanyan
Artaşes Nikolayeviç Arzumanyan (5 (17) may 1898, Şuşa – 1985) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1954). == Həyatı == 17 may 1898-ci ildə Şuşada anadan olmuşdur.Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərmişdir. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusilə məşhur olmuşdur.1985-ci ildə vəfat edib.
Arkadi Manciyev
Arkadi Naminoviç Manciyev və ya Mancin Arkad (rus. Аркадий Наминович Манджиев, kalm. Манҗин Аркадь, 14 dekabr 1961, Komsomolski[d], Kalmıkiya MSSR[d] – 16 may 2022, Elista) — Kalmıkiyanın pop, rok və folk-müğənni, bəstəkar.
Arkadi Manuçarov
Arkadi Manveloviç Manuçarov (erm. Արկադի Մանվելի Մանուչարով; 22 iyul 1931, Stepanakert – 4 yanvar 2008, Moskva) - Ermənistanda Qarabağ hərəkatının rəhbərlərindən, Xankəndi tikinti materialları kombinatının direktoru və 1988-ci ildə Xankəndi şəhərində yaradılmış Krunk (erm. Կռունկ, azərb. Durna‎) adlı ictimai-siyasi-terror təşkilatın rəhbəri. Manuçarov Dağlıq Qarabağ münaqişəsinin başladığı 1988-ci ildən etibarən Azərbaycana qarşı açıq terror siyasəti aparmış və azərbaycanlıların Dağlıq Qarabağdan və ətraf 7 rayondan qovulmasında xüsusi xidmətlər göstərmişdir. == Həyatı == Arkadi Manveloviç Manuçarov 1931-ci ilin 22 sentyabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasına daxil olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində anadan olmuşdur. Xankəndi əhərdəki 3 nömrəli orta məktəbdə oxuyub. 1950–1955-ci ildə Moskvada Kuybışev adına Mühəndis-Tikinti institutunda ali təhsil alıb.İlk əmək fəaliyyətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Çelyabinsk şəhərində mühəndis kimi başlayıb. Manuçarov 1958-ci ildə Xankəndi şəhərinə qayıdıb və şəhərdəki tikinti idarəsində baş mühəndis, 1962-ci ildən isə idarənin rəisi vəzifəsində işləyib. 1960-cı illərin əvvəllərində vilayətin partiya, daxili işlər və milli təhlükəsizlik orqanları tərəfindən təşkil edilən tədbilərdə milli zəmində məsələlərə toxunmağa və bu tipli mövzuları gündəmə gətirməyə başlamışdır.1966-cı ildə Manuçarov və Xankəndidə fəaliyyət göstərən digər dörd iri müəssisənin rəhbərləri vilayət tədbirlərində etdikləri çıxışlarda milli zəmində məsələlərə toxunublar.
Arkadi Naydiç
Arkadi Naydiç (alm. Arkadij Naiditsch‎; 25 oktyabr 1985, Riqa) — əvvəllər Almaniyanı təmsil etmiş Azərbaycan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub. 1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır. 2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.2015-ci ilin iyulunda Almaniya Şahmat Federasiyasını Azərbaycan Şahmat Federasiyasına dəyişib.
Arkadi Plastov
Arkadi Aleksandroviç Plastov (rus. Аркадий Александрович Пластов; 31 yanvar 1893 Simbirsk Rusiya; 12 may 1972 Ulyanovsk vilayəti)—Rusiya rəssamı. == Həyatı == Arkadi Aleksandroviç Plastov 31 yanvar 1893-cü ildə Rusiya imperiyasının Simbirsk şəhəri yaxınlığındakı Prislonixa kəndində anadan olmuşdu. O, misilsiz tablolar yaradan dahi bir rəssam idi. Sosializm realizminin ustalarından sayılır. Arkadi Aleksandroviç Plastov 12 may 1972-ci ildə vəfat edib. Ulyanovsk vilayəti Prislonixa kəndində dəfn edilib.
Arkadi Qaydar
Arkadi Petroviç Qaydar (rus. Арка́дий Петро́вич Гайда́р, 9 (22) yanvar 1904, Lqov[d], Kursk quberniyası[d][…] – 26 oktyabr 1941[…], Leplyavo[d], Poltava vilayəti) — Sovet yazıçısı. == Həyatı == Arkadi Qaydar 1904-cü il fevralın 9-da Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin edirlər. Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis edirlər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxır. 1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilir.
Arkadi Qukasyan
Arkadi Qukasyan (erm. Արկադի Ղուկասյան; 22 iyun 1957, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 8 sentyabr 1997-ci ildə prezident seçilib və 2002-ci ildə yenidən seçilib, onun prezidentlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatdı. == Həyatı == Arkadi Qukasyan 1957-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirmişdir. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi başlayıb. 1991-ci ildə Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk parlamentinə seçildi. 1992-ci ilin sentyabr ayında Dövlət Müdafiə Komitəsinin sədri təyin olundu və ATƏT-in Azərbaycanla görüşləri zamanı Dağlıq Qarabağın nümayəndə heyətlərinə rəhbərlik etdi. 1993-cü ildən Dağlıq Qarabağın Təhlükəsizlik Şurasına üzv olmuşdur. 1993-cü il iyulun 23-də Dağlıq Qarabağ Respublikasının ilk xarici işlər naziri olmuşdur.
Arkadi Raykin
Аrkadi İsaakoviç Raykin (latış. Arkādijs Raikins‎; rus. Аркадий Исаакович Райкин, 11 (24) oktyabr 1911, Riqa – 17 dekabr 1987, Moskva) — sovet teatr və kino aktyoru, SSRİ xalq artisti (1968), Lenin mükafatı laureatı (1980), Sosialist Əməyi Qəhrəmanı (1981). == Həyatı == Arkadi İsaаkoviç Raykin 1911-ci il oktyabr ayının 24-də Riqa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Tеatr Tеxnikumunu bitirmişdir. Əvvəllər Leninqrad fəhlə-gənclər teatrında, sonralar Lenin komsomolu adına teatrda, eyni zamanda estradada çıxış etmişdir. 1939-cu ildə Moskvada keçirilən Ümumittifaq estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1939-cu ildə Leninqrad Estrada və Miniatür Tеatrının artisti, sonradan bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur. 1982-ci ildən teatr Moskvadadır. Raykinin yaradıcılığı üçün zəngin ifadə vasitələri, dərin ictimai kəskinlik, güclü satira səciyyəvidir.
Arkadi Struqatski
Arkadi və Boris Struqatski qardaşları (Arkadi Struqatski d.1925 – ö.1991), (Boris Struqatski 14.4.1933 - 19.11.2012) - Rus yazıçı, == Həyatı == Boris Struqatski 20-ci əsrin ən məşhur sovet və rus yazıçı-fantastlarından biri olub. Qardaşı Arkadi ilə birlikdə o, “Bazar ertəsi şənbə günü başlayır”, “Tanrı olmaq çətindir”, “Yol kənarında piknik” kimi 30-dan çox roman və povest yazıb. Struqatskinin əsərləri dəfələrlə ekranlaşdırılıb. Ən çox tanınan əsəri “Yol kənarında piknik” əsasında 1979-cu ildə Andrey Tarkovskinin çəkdiyi “Stalker” filmi çox məşhurdur. Qardaşının ölümündən sonra Struqatski Vititski ləqəbi altında bir neçə əsəri təkbaşına yazıb. Onun ölümünə səbəb kimi ürəyində olan problemlər göstərilib. Yazıçının 79 yaşı var idi. 2012-ci ilin noyabr ayının 19-da xəstəxana ölüb.
Arkadi Ter-Tadevosyan
Arkadi Ter-Tadevosyan (erm. Արկադի Տեր-Թադևոսյան, rus. Аркадий Тер-Тадевосян; 22 may 1939, Tbilisi – 31 mart 2021, İrəvan) — Qarabağ müharibəsi dövründə erməni qüvvələrinin hərbi lideri və Ermənistanın keçmiş müdafiə nazirinin müavini olan sovet və erməni generalı. Ter-Tadevosyan 1992-ci ilin may ayında baş vermiş Şuşanın işğalı əməliyyatının komandiri kimi tanınır. Xocalı soyqırımının əsas təşkilatçılarından biri olmuşdur. == Həyatı == Ter-Tadevosyan Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Tbilisidə orta məktəbi bitirdikdən sonra zabit olmağa qərar verdi. Ümumqoşun Komandirlər Məktəbi və Leninqrad Hərbi Akademiyasının Arxeoloji Xidmətlər və Nəqliyyat Akademiyasına qəbul oldu. Əfqanıstanda vəzifədə olarkən "Dağ tülküsü" ləqəbini qazandı. Şərqi Almaniyada, Çexoslovakiyada və Belarusiyada hərbi xidmətini davam etdirdi və Ermənistan Dövlət Aqrar Universitetində müəllim vəzifəsində çalışmağa başladı.
Arkadi Tolbuzin
Aktyor == Həyatı == Arkadi Nikolayeviç Tolbuzin 1 avqust 1920-ci ildə Moskvada anadan olub. Petrozavodsk Teatr Texnikumunda təhsil alıb (1940). Bir çox teatrlarda çalışıb. 1960-cı ildən Kinoaktyor Teatr-Studiyasının aktyoru olub. Rusiyanın əməkdar artisti (1954) Arkadi Tolbuzin 24 mart 1972-ci ildə vəfat edib.
Arkadi Yalovoy
Arkadi Yalovoy (rus. Аркадий Антонович Яловой; 1894, Yekaterinodar, Rusiya imperiyası) — SSRİ kinooperatoru. == Həyatı == Arkadi Yalovoy 1894 -cü ildə Yekaterinodar şəhərində dünyaya gəlib. Riqa Politexnikumunda təhsil alıb. 1922-ci ildən Mərkəzi Əmək İnstitutundakı kinofotolaboratoriyanın müdiri olub. ÜDKİ-də dərs deyib. == Filmoqrafiya == Bismillah (film, 1925) (tammetrajlı bədii film) — operator, ikinci rejissor. Dördüncü Bakı yarmarkası (film, 1925) (qısametrajlı sənədli film) Nəriman Nərimanovun dəfni (film, 1925) (qısametrajlı sənədli film) Şaxsey-vaxsey (film, 1925) (qısametrajlı sənədli film) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Arkadi və Boris Struqatski
Arkadi və Boris Struqatski qardaşları (Arkadi Struqatski d.1925 – ö.1991), (Boris Struqatski 14.4.1933 - 19.11.2012) - Rus yazıçı, == Həyatı == Boris Struqatski 20-ci əsrin ən məşhur sovet və rus yazıçı-fantastlarından biri olub. Qardaşı Arkadi ilə birlikdə o, “Bazar ertəsi şənbə günü başlayır”, “Tanrı olmaq çətindir”, “Yol kənarında piknik” kimi 30-dan çox roman və povest yazıb. Struqatskinin əsərləri dəfələrlə ekranlaşdırılıb. Ən çox tanınan əsəri “Yol kənarında piknik” əsasında 1979-cu ildə Andrey Tarkovskinin çəkdiyi “Stalker” filmi çox məşhurdur. Qardaşının ölümündən sonra Struqatski Vititski ləqəbi altında bir neçə əsəri təkbaşına yazıb. Onun ölümünə səbəb kimi ürəyində olan problemlər göstərilib. Yazıçının 79 yaşı var idi. 2012-ci ilin noyabr ayının 19-da xəstəxana ölüb.
Arkadiy Kruqlov
Arkadi Konstantinoviç Kruqlov (4 sentyabr 1926 – 1998, Moskva) — rus mühəndisi, alim, SSRİ Dövlət mükafatı laureatı (1980). == Həyatı == 1926-cı il sentyabrın 4-də Smolensk vilayətinin Jornovski kənd Sovetinin Sıçevski rayonunun Rojevo kəndində kəndli ailəsində anadan olmuşdur. Atası — Konstantin Nikolaeviç Kruqlov (1897–1941?) Kotovski G.İ. süvarilərinin tərkibində vətəndaş müharibəsində döyüşmüşdür. Anası — Yevdakiya Andreyevna Kruqlova (doğularkən — Qromova), (1895–1989) qalan uşaqlar (Gennadiy, Zinaida, Mixail, İvan və daha ikisi) ilə, kəndin və onların rayonlarının bütün sakinləri kimi 1941-ci ildə Qərbi Belorus ərazisindəki həbs düşərgəsinə aparılmışdır. 1940-cı ildən (14 yaşından) fabrik-zavod məktəbinin — FZM-nin şagirdi olarkən Leninqradda Kirov zavodunda işləməyə başlamışdı. FZM üzrə ixtisası: modelçi. 1942-ci ildə o, həyat yolu ilə Böyük Rostova, oradan isə Luqanska evakuasiya edilmiş və burada orta məktəbi bitirmişdi. 1946–1951-ci illərdə V. İ. Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun xüsusi elektrofizika fakültəsində oxumuş, təhsilini bitirdikdən sonra 817 nömrəli zavoda göndərilmişdir. 1968-ci ildə Moskvada SSRİ Orta maşınqayırma nazirliyinin mərkəzi aparatına köçürülmüş, burada əvvəlcə elmi-texniki idarənin (ETİ) fizika-texniki şöbəsinin müdiri, elmi-texniki idarənin rəis müavini, sonra isə rəisi vəzifələrində çalışmışdır (1991-ci ilə qədər). 1972-ci ildə Xalq Təsərrüfatının İdarə edilməsi İnstitutunu bitirmişdir.
Arkadiya
Arkadiya (yun. Αρκαδία) — Qədim Yunanıstanda çobanlar və ovçuların yaşadığı dağlıq bir yer. Yunan mifologiyası meşə tanrısı Panın vətəni. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Arkadiya konfransı
Arkadiya konfransı, Birləşmiş Krallıq və ABŞ nümayəndələri arasında 22 dekabr 1941 - 14 fevral 1942-ci il tarixləri arasında Vaşinqtonda təşkil edilən, tərəflər arasında Avropadakı müharibə ilə bağlı strategiyaların müəyyən edildiyi görüşlərdir. Konfransa hər iki ölkənin dövlət rəhbərləri kimi Vinston Çörçil və Franklin Delano Ruzvelt başçılıq etmişdir. == Konfransdan əvvəlki hadisələr == Nasist Almaniyası və İtaliyanın 11 noyabr 1941-ci il tarixində ABŞ-yə müharibə elan etməsi ilə ABŞ-nin Avropadakı müharibəyə qatılması qaçınılmaz hala gəlmişdi. Ardıyca yaponların 7 yanvar 1941-ci ildəki Pörl-Harbora hücumundan sonra ABŞ Sakit okeanda yaponlarla müharibəyə başlamışdı. Pörl-Harbora hücumu eyni zamanda Birləşmiş Krallığı Uzaq Şərqdəki təsir sahələrinə daha çox qüvvə ayırmağa məcbur etmişdi. Bu vəziyyətdə hər iki ölkə güclərinin birləşdirilməsi və hər iki müharibə sahəsində bölüşdürülməsi üçün stratejik qərarlar almağa məcbur oldular. Başlanğıcda ABŞ-nin Avropada müharibəyə girmək barədə düşüncəsi La-Manş sahillərindəki Fransa torpaqlarına hücum etmək yönündə idi. Stalin Avropada ikinci cəbhənin açılması məsələsində israrlı idi. Ancaq Çörçil konfrans zamanı cəbhənin Avropada yox, Şimali Aftrikada açılması məsələsində israr edirdi.Şimali Afrikada ABŞ VIII Ordusunun 18 noyabr 1942-ci ildə başlatdığı Səlib hərəkatının davamında Ervin Rommelin komandanlığındakı Alman-İtalyan qüvvələri Sirenaykanın qərbinə çəkilməyə başlamışdılar. Çörçil şimal-qərbi Afrika sahillərinə ediləcək ABŞ hücumunun Almaniyanı Şimali Afrikada iki cəbhəli döyüşlərə məcbur edəcəyinə inanırdı.
Arkaim
Arkaim— Açıq hava muzeyi, qədim yaşayış məskəni. Rusiya Federasiyasının Çelyabinsk vilayətində e.ə. 20–18 (başqa məlumatlara əsasən e.ə. 18–16) əsrlərə aid yaşayış məskəni. Böyük Karaqanka və Utyaqanka çayları vadisində yerləşir. 1971 ildə aşkar olunmuş, 1980–90 illərdə tədqiq edilmişdir. İki dairəvi torpaq sədlə əhatələnmiş yaşayış məskəninin dünya cəhətlərinə istiqamətlənmiş dörd keçidi vardır. Evlər iç-içə iki dairəvi cərgədə yerləşir, cərgələrin arasından isə taxta döşənmiş dairəvi yol keçir. Yolun altında suaşıran quyuları olan yağış suları kanalizasiyasının xəndəyi aşkar edilmişdir. Arkaimin mərkəzində diametri təqribən 25 m olan boş meydança var.
Arkanzas
Arkanzas — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Litl-Rok şəhəridir. == Ümumi məlumat == Arkansas, ABŞ-nin Cənub əyalətlərindən biridir. Təqribən 3 milyon əhalisi ilə Arkansas 137.754 km² bir sahə də yerləşir. İki coğrafi bölgəyə ayrılır: Dağlıq bölgələr və düzənliklər. Şərqdə və qərbdəki düzənliklər Mississippi Çayı və Qərbi Körfəz Sahilindən meydana gəlir. Şimalda və qərbdəki dağlıq bölgələr, Ozark Platosu, Ouachita Dağları və onların arasından axan Arkanzas çayı vadisidir. Rütubətli subtropik iqlimi var (illik yağıntı 1000 mm-dən çox). Ərazisindəki subtropik meşələrin 8,6 mln. ha-ından istifadə edilir.

Значение слова в других словарях

бо́ртик га́лечка испога́ниться метагала́ктика млекопита́ющее на́дпись отто́чие по-митинго́вому трио́ль акуше́рствовать брандва́хта засо́л зу́день идолопокло́ннический по-печа́тному профилиро́вка размно́житься blind curve pepper-box pylorus sal ammoniac stop volley tart up terrestrial space unrenderable