ATA SÖZÜ
ATAMAK
OBASTAN VİKİ
İstanbul Atak
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
Aslan Atakişiyev
Aslan Atakişiyev (16 avqust 1953, Muradxanlı, Qubadlı rayonu – 7 avqust 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Atakişiyev 1953-cü il 16 avqustda Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1960-cı ildə burada birinci sinfə getmiş. 1970-ci ildə məktəbi bitirmişdir. 1972–1974-cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunda müəllimliyə başlamışdır. Qarabağ hadisələri başlayanda o, müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollandı. == Döyüşlərdə iştirakı == Aslan Atakişiyev torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi.
Asya Atakişiyeva
Atakişiyeva Asya Çingiz qızı — Azərbaycan aktrisası. == Həyatı == Asya Çingiz qızı Atakişiyeva Bakı şəhərində doğulub. 7 nömrəli orta məktəbi bitirmiş, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Teatr kollektivinin rejissoru» fakültəsini bitirib. 2008-ci ildə «Rejissorluq» fakültəsinin magistraturasına daxil olub. 2004-cü ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Universitetdə Naibə Rəcəbovadan dərs alıb, 4-cü kursda oxuyanda Hüseynağa müəllimin yanına gəlib ki, orada işləmək istəyir. Rejissorluq üçün müraciət etsə də, aktrisa kimi işə qəbul olunub. == Yaradıcılığı == İlk baş rolu Kamal Abdullanın “Kim deyir ki, Simurq quşu yox imiş” tamaşasında olmuşdur. Gənclər teatrı Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən sonra burda əsasən uşaq tamaşalarında oynayıb, əsasən də Nicat Kazımovun tamaşalarında.
Ata Atakişiyev
Ata Atakişiyev (14 dekabr 1954, Bakı – 29 sentyabr 1997) — Azərbaycanın mahir klarnet ifaçısı. == Həyatı == Ata Atakişiyev 1954-cü il dekabr ayının 14-də Bakıda dünyaya göz açıb. 1963-68-ci illər ərzində klarnet sahəsində musiqi təhsili alır. O, 1971-ci ildə 31 saylı orta məktəbi bitirir.1975-ci ildə ailə həyatı qurur. Ata Atakişiyev 1978-ci ildən başlayaraq efirə çıxır və bununla da məşhurluğun pik nöqtəsinə çatır. Ata Atakişiyevin 1 oğlu və iki nəvəsi var. == Yaradıcılığı == Ata Atakişiyev artıq 60-cı illərin sonu 70-ci illərin əvvəllərində el şənliklərinə dəvət alır, dövlət tədbirlərində iştirak edirdi. Məşhurluq ona “Klarnetin Atası” adını qazandırmışdı. Müasirlərinin sözlərinə görə, Ata artıq 20 yaşında sənətin zirvəsini fəth edə bilmişdi. Daha çox paytaxtda və Abşeron ərazisində populyarlıq qazanmış Ata Atakişiyev, deyilənlərə görə, ayın 30 günü toy sifarişi alarmış.
Atakama
Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi. Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır. Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir.
Atakamanın florası
Dünyanın ən quraq səhrası olan Atakamanın florası (Çili) qeyri-sabit bitki örtüyü ilə xarakterizə olunur. Adətən El Nino fazaları ilə üst-üstə düşən nisbətən daha əlverişli yağışlı dövrün vaxt çərçivəsi ilə ciddi şəkildə məhdudlaşır. == Təsviri == Səhranın cənub yarımkürəsində yerləşdiyinə görə, Atakamada iqlim baharı sentyabr-noyabr ayları arasında, səhrada leysan yağışlarının baş verdiyi və quru çay yataqlarının müvəqqəti axınlarla dolduğu zaman baş verir. Bu zamanda yerli otların və xüsusilə uzun illər nəm ehtiyatı saxlaya bilən soğanlı bitkilərin sürətli, lakin qısa müddətli çiçəklənməsi başlayır. Bu fenomen çiçəklənən səhra adlanır. Aktiv bitki örtüyü yalnız nisbətən daha rütubətli illərdə baş verir. Çiçəkləmə həşəratların, quşların və kərtənkələlərin sürətli çoxalması dövrü ilə müşayiət olunur. Bu fenomen ən çox cənubda Vallenar şəhərindən şimalda Kopiapo şəhərinə qədər olan ərazidə özünü daha aydın göstərir və El Nino iqlim hadisəsinin ən çox təzahür etdiyi illərdə sentyabrdan noyabr ayına qədər həm sahilyanı, həm də Andyönlü səhra zonasına təsir göstərir. Belə illərdə yazda yağıntının miqdarı maksimum olur. Atakamada orta illik yağıntı 12,0 mm-dir.
Atakamit
Atakamit — mineral, Cu2(OH)3Cl == Haqqında == Atakamit - Rombik. Habitus. Nazik prizmatik və lövhəvari, bəzən psevdooktaedrik. Ayrılma{010} üzrə mükəmməl, {101} üzrə orta. Aqreqat: qarışıq-kristallik, lifli, dənəvər, sıx, qum şəklində. Rəngi parlaq-ya­şıl, tünd zümrüdü-ya­şıl, qaramtıl-yaşıl. Parıltısı almazıdan şüşəliyədək. Sərtliyi 3-3,5. Xüsusi çəkisi 3,78. Quraqlıq rayonlarda mis yataqlarının oksidləşmə zonasında rast gəlir.
Atakan Karazor
Atakan Karazor (13 oktyabr 1996, Essen, Şimali Reyn-Vestfaliya) — 2. Bundesliqa təmsilçilərindən olan "Holştayn Kiel" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya Dortmund === Karazor "Boxum" akademiyası vasitəsilə inkişaf etmişdir. 5 may 2015-ci ildə o, "Borussiya Dortmund" klubuna transfer olmuşdur. Karazor "Borussiya Dortmund II" komandası ilə 59 oyuna çıxmış və bir qolla yadda qalmışdır. === Holştayn Kiel === 14 iyun 2017-ci ildə Karazor "Holştayn Kielv" klubu ilə müqavilə imzalamışdır. Karazor klub ilə debütünü 23 yanvar 2018-ci ildə "Yunion Berlin" klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 2. Bundesliqa görüşündə "Holştayn" rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.
Atakişi bəy Mərdanbəyov
Atakişi bəy Mərdan bəy oğlu Mərdanbəyov (1825-1881) —çar ordusunun zabiti == Həyatı == Atakişi bəy Mərdan bəy oğlu 1825-ci ildə Qarabağın Qaraçorlu mahalının Əliyanlı camaatının Qalalı kəndində olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. 1 may 1845-ci ildə çar ordusunda, Zaqafqaziya Müsəlman Atlı alayında xidmətə başlamışdı. 23 fevral 1851-ci ildə çarın Leyb-qvardiyasına daxil edilmişdi. 12 dekabr 1852-ci ildə vəkil rütbəsi almışdı. 1849-cu ilin 27 maydan 9 sentyabradək macarların qiyamının yatırılmasında iştirak etmişdi. Georgi lentli gümüş medalla təltif olunmuşdu. Atakişi bəy Mərdanbəyov praporşik rütbəsi almışdı. 1863-cü ilə bağlı qaynaqda kornet rütbəsi daşıdığı haqda bilgi var. Ordudan tərxis olduqdan sonra doğma kəndinə qayıtmışdı.
Atakişili
Atakişili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Atakişili oyk. Kürdəmir r-nunun Atakişili i.ə.v.-də kənd. Şirvan düzündədir. XIX əsrin ortalarında maldarlıqla məşğul olan atakişili nəslinə mənsub ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Bu etnonimlə bağlı 1933-cü ildə Ağcabədi r-nunda Atakişibəyli, 1917-ci ildə Quba qəzasında Atakişiqazma adlı yaşayış məntəqələri qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 5680 nəfər əhali yaşayır.Kənddə ancaq azərbaycan türkləri yaşayır. == Təhsil == Kənddə Kürdəmir rayonu M.Əzimov adına Atakişili kənd tam orta məktəbi fəaliyyət göstərir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Atakişili bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ataksiya
Ataksiya — parez, əzələ tonusunun pozulması və ya istəmsiz hərəkət olmadan hərəkətlərin dayanıqlı və məqsədinə uyğun şəkildə icrasında pozulmanın olması zamanı istifadə olunur. Ümumi olaraq bədən və ətraflarda olmaqla iki qrupa bölünür. Beyincik xəstəliklərinə bağlı yarana bildiyi kimi, vestibulyar nüvələr, vestibulyar sinir və ya arxa ciyə xəstəliklərində də ataksiya rast gəlinir. Qeyd olunan hissələrin funksiyasının pozulmasına irsi, iltihabi, degenerativ, damar, infeksiyon, metabolik, endokrin və ya neoplastik kibi geniş xəstəliklər qrupu səbəb ola bilər.
Atakule
Atakule (türk. Atakule) - Türkiyənin paytaxtı, Ankarada yerləşən 125 metrlik televiziya və baxış qülləsi. Qüllə şəhərin demək olar ki, hər yerindən görünür və qüllənin yuxarı hissəsindən bütün şəhəri quş baxışı ilə görmək mümkündür. Qüllənin içində 1,5 saat ərzində bir 360 dərəcə fırlanan bir restoran vardır. Həmçinin Türkiyənin ilk ticarət mərkəzlərindən biri də qüllənin altında yerləşir. == Yerləşməsi == Qüllə Ankara şəhərində Çankayanın ən yüksək bölgələrindən birində, Cinax və Çankaya prospektlərinin kəsişməsində yerləşir. Qüllə dəniz səviyyəsindən 118,2 metr yüksəkliyə qalxır. == Tarixi == Qüllənin inşasına 1987-ci ildə başlanılmışdır və tikinti təxminən 3 il davam etmişdir. Layihənin müəllifi onu 1985-ci ildə hazırlamış türkiyəli memar Ragip Buluçdur. Qüllənin diametri 21 metr, çəkisi 9 min tondur.
Azər Atakişiyev
Atakişiyev Azər Füzuli oğlu — azərbaycanlı model. == Həyatı == Azər Atakişiyev 1990-cı ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə orta məktəbə daxil olub və 2008-ci ildə oxuduğu məktəbi bitirib. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutuna daxil olub. == Şəxsi məlumatlar == Boyu =197 sm. Çəkisi = 80 kq. Ölçüləri = 107-77-102. Ayaqqabı ölçüsü = 42. Gözləri = qonur. Saç rəngi = qəhvəyi.
Ağasəlim Atakişiyev
Ağasəlim İbrahim oğlu Atakişiyev (1903, Bakı – 1970, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (1950–1953). == Həyatı == Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyas — Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləmişdir. A. Atakişiyev bu illər ərzində məsul tapşırıqları yerinə yetirmiş, sosializm dövlətinin düşmənlərinə qarşı mübarizə etmişdir. A. Atakişiyev 1931-ci ildə ÜİK(b)P sıralarına daxil olmuşdur.A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə Azərbaycan SSR xalq daxili işlər komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində böyük təşkilatçılıq işi görmüşdür.1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR xalq dövlət təhlükəsizliyi komissarının birinci müavini olmuşdur. Sonra o, N. Ordusunun hərbi şura üzvü təyin edilmişdir. 1945-ci ildə ona general-mayor rütbəsi verilmişdir.Ağasəlim Atakişiyev SSRİ ikinci çağırış Ali Sovetinə deputat seçilmişdir.
Bəhruz Atakişiyev
Bəhruz Atakişiyev (tam adı: Bəhruz Tofiq oğlu Atakişiyev; 23 noyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ – 21 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1961-ci il noyabrın 23-də Bakıda anadan olmuşdur. 1968-ci ildə 199 nömrəli orta məktəbə qəbul olmuş, 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-1981-ci illərdə Rusiyanın Çita şəhərində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra avtomobil dəstəsində sürücü işləmişdir.Subay idi. == Qanlı Yanvar faciəsi == Qardaşı Faiqin dediklərindən: Aldığı xəsarətlərdən yanvarın 21-də gündüz saatlarında vəfat etmişdir.[1]Şəhidlər xiyabanında dəfn olunub. == Ünvan == Bakı, Naxçıvani küçəsi, ev 6, mənzil 3. == Qeyd == ^ Rafiq Səməndər öz ktabında Bəhruzun gündüz saat 4 radələrində, Qulu Kəngərli isə öz kitabında Bəhruzun gündüz saat 6 radələrində vəfat etdiyini yazmışdır.
Elçin Atakişiyev
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. == Həyatı == Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Firdovsi Atakişiyev
Atakişiyev Firdovsi Nurəddin oğlu (7 iyun 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikası Əməkdar Artisti (2008), Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1992-ci ildən). == Həyatı == Firdovsi Nurəddin oğlu Atakişiyev 1970-ci il iyunun 7-də anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində Nəsir Sadıqzadənin kursunu bitirib. Elə həmin ildən bu günədək Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir. Lider TV-də "Bakımız" layihəsinin aparıcısı olmuşdur.28 oktyabr 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Sənətkarın taleyi" tamaşasında canlandırdığı Ərəblinski obrazına görə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Fərhad Atakişiyev (şəhid)
Fərhad Rəhman oğlu Atakişiyev — erməni əsirliyində olmuş azərbaycanlı döyüşçü. Qarabağ müharibəsi şəhidi. 1991-ci ildə Qarabağ bölgəsində hərbi əməliyyatar başlandığı zaman, ali təhsilini yarımçıq qoyaraq, könüllü surətdə cəbhəyə yollanmış və Kərkicahan qəsəbəsini müdafiə edən hərbi dəstələlərə qoşulmuşdur. 1991-ci ilin Dekabr ayının 28-i qeyri-bərabər döyüşdə, Milli Ordunun könüllü əsgərləri ilə birlikdə mühasiyərə düşmüş, yaralı vəziyyətdə əsir götürülümüşdür. Çoxsaylı itkilərin əsas səbəbini Fərhad Atakişiyevin bələdçiliyində görən erməni hərbi dəstələri ona qarşı fasiləsiz, amansız və xüsusi işgəncələr tətbiq etmişdir. Düşmənin hər tələbinə, "Qarabağ Azəbaycanındır!" cümləsi ilə cavab verən Fərhad Atakişiyev, bu səbədən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Ölümündən sonra haqqında "Cinealliance" kinoşirkəti tərəfindən "Qarabağdır Azərbaycan!" adlı film çəkilib və Azərbaycan Bayrağı ordeni ilə təltif edilib. == Həyatı, Qarabağ müharibəsi == 1970-ci il iyulun 3-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olmuşdur. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Sovet Ordu sıralarına çağırılmışdır. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuşdur.
Hüseynağa Atakişiyev
Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (8 sentyabr 1949, Bakı – 9 aprel 2006, Bakı) — Azərbaycan aktyoru və teatr rejissoru, Azərbaycan Dövlət Gənclər Teatrının təsisçisi, bədii rəhbəri və direktoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982). == Həyatı == Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda Çəmbərəkənd məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Atası Ağahüseyn Atakişiyev sürücü, anası İranida Atakişiyeva evdar xanım idi. Üç uşaqlı ailənin (bir qız, iki oğul) böyük oğlu olan Hüseynağa Atakişiyev altı yaşında olarkən anasını itirir. Anasının ölümündən sarsılan aktyor evdən qaçır, yalnız bir neçə gün sonra onu tapmaq mümkün olur. Hüseynağa Atakişiyev yoxsul ailədə böyüdüyü üçün 12–13 yaşlarından işləməyə məcbur olmuşdur. Lakin təhsilini yarımçıq qoymamış, orta təhsilini başa vurduqdan sonra M.Əliyev adına İncəsənət İnstitutuna qəbul olmuşdur. Burada 4 il boyunca teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənir. == Fəaliyyəti == Hüseynağa Atakişiyev 1975-ci ildə universiteti bitirdikdən sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla birlikdə Şəkiyə gedir. O, Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır.
Kamil Atakişiyev
Kamil Araz oğlu Atakişiyev (12 iyun 2000, Xaçmaz, Oğuz rayonu – 5 noyabr 2020, Laçın dəhlizi, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Atakişiyev 12 iyun 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2006-2017-ci illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Kamil Atakişiyev 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Kamil Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayılda bir dəfə ayağından yaralanıb, bir neçə gün xəstəxanada yatdıqdan sonra yenidən özü israrla döyüşlərə qatılmışdı. Kamil Atakişiyev noyabrın 5-də Laçın dəhlizində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Kamil Atakişiyev noyabrın 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ləman Atakişiyeva
Ləman Həsən qızı Atakişiyeva (3 avqust 1933, Bakı – 2015) — Azərbaycan dirijoru, xormeyster, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Ləman Atakişiyeva 1976–1989-cu illərdə Azərbaycan Xor cəmiyyətinin nəzdində fəaliyyət göstərən kamera xorunun təşkilatçısı və bədii rəhbəri olmuşdur. == Həyat və yaradıcılığı == Ləman Atakişiyeva 3 avqust 1933-cü ildə Bakıda pedaqoqlar — Həsən Atakişiyev və Səkinə Terequlovanın ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbdə almış, 1951-ci ildə buranı bitirmişdir. Daha sonra konservatoriyanın xor dirijorluğu şöbəsində L. V. Frolova sinfini bitirmişdir. 1955-ci ilin mayında A. Yurlov tərəfindən təşkil olunmuş II mahnı bayramının baş dirijoru təyin olunmuşdur. L. Atakişiyeva 1956-cı ildə konservatoriyada pedaqoji fəaliyyətə başlamış və 1961-ci ildə baş müəllim vəzifəsinə keçmişdir. Həmin il konservatoriyanın nəzdində yeni yaradılmış opera studiyasında işləməyə başlamış və 12 il ərzində studiyanın xoruna rəhbərlik etmişdir.Ləman Atakişiyeva 1966–1969-cu illərdə öz təhsilini Qnesinlər adına Moskva Musiqi-Pedaqoji İnstitutunun aspiranturasında davam etdirmiş, Moskvadan qayıtdıqdan sonra konservatoriyada xor dirijorluğu kafedrasının dosenti vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə yaradılmış Xor cəmiyyətinin nəzdində Kamera xorunun bədii rəhbəri təyin edilmişdir. Kollektivlə birlikdə çox sayda qastrol səfərlərində olmuş, çox saylı konsertlərlə çıxış etmişdir.
Mirzə Atakişiyev
Mirzə Şükür oğlu Atakişiyev (10 oktyabr 1949, Xoləzəy Alxaslı, Kəlbəcər rayonu – 29 iyun 1992, Papravənd, Ağdam rayonu) — I Qarabağ müharibəsi Şəhidi. SSRİ DİN Ufa xüsusi təyinatlı hərbi məktəbinin məzunu, Azərbaycan Respublikasının DİN İİİ-nin işçisi, daxili xidmət mayoru, Ağdam rayonu Paprəvənd kəndi, 1 saylı köçürmə kaloniyası rəsinin növbətçi köməkçisi. Ermənilərin kaloniyaya hücumu nəticəsində məhbusları xilas edərək təkbətək döyüşdə şəhid olmuşdur. == Həyatı == Mirzə Şükür oğlu Atakişiyev 10 oktyabr 1949-cu ildə Kəlbəcər rayonunun Xoləzəy kəndində qulluqçu ailəsində anadan olmuşdur. 4 yaşında anasını, 13 yaşında atasını itirərək bacısı Məleykənin himayəsində böyüyümüşdür. 1957–1967-ci illərdə Kəlbəcər şəhəri 1 saylı tam orta məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə əxlaqına, məktəb daxili intizam qaydalarına əməl etməsinə görə "nümunəvi əxlaqına görə" məktəb rəhbərliyi tərəfindən şəxsi işinə xüsusi qeydlər edilirdi. Orta məktəbi bitirdikdə kamal atestatında da fənlərdən aldığı qiymətlərlə yanaşı "əla əxlaqı" sözləri qeyd edilmişdir. === Təhsili === Mirzə Atakişiyev orta məktəbi bitirdikdən sonra 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. İnstitutda oxuduğu illərdə daima fikirlərini məşğul edən bir arzu onun rahatlığını pozurdu.
Müşfiq Atakişiyev
Atakişiyev Müşfiq Cəmil oğlu (22 aprel 1966, Ağaməmmədli, İmişli rayonu) — iqtisad elmləri doktoru, professor. 2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, AMEA İqtisadiyyat İnstitutu Müdafiə Şurasının üzvü, AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının baş redaktor müavinidir. == Həyatı == Müşfiq Atakişiyev 1966–cı ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Orta təhsilini orada bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1990-cı ildə həmin institutun "İqtisadçı mühəndis" fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ali təhsilini başa vurduqdan sonra, təyinatla həmin fakültədə stajyor kimi saxlanılmışdır. Elmi fəaliyyətini davam etdirərək 1996–cı ildə "Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1996-cı ildən "Neft və Qaz Sənayesinin İqtisadiyyatı" kafedrasında dosent vəzifəsində fəaliyyət göstərmişdir. 1999-cu ildə "Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən Azərbaycan Ali Attestasiya komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür.
Mətanət Atakişiyeva
Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002). == Həyatı == Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir. M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == İblis (H. Cavid) — qaraçı Atabəylər (N. Həsənzadə) — kəniz Sehrli alma (Y. Lada) — dayə Nişanlı qız (S. Rəhman) — Qəmər Od gəlini (C. Cabbarlı) — 2-ci qız Ah, Paris… Paris!..
Natiq Atakişiyev
Natiq Atakişiyev (15 fevral 1939, Bakı) — professor, azərbaycanlı fizik, riyaziyyatçı, əməkdar elm xadimi. == Həyatı == Natiq Atakişiyev 1939-cu il fevralın 15-də Bakıda anadan olub. Atası – Atakişiyev Məmməd Atakişi oğlu – orta məktəb müəllimi, anası – Mehdiyeva Nərgiz Abulxalıq qızı – 1 saylı Bakı şəhər poliklinikasında həkim işləmişdir. 1956-cı ildə 6 sayli Bakı şəhər orta məktəbini bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Natiq Atakişiyev 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Azərbaycan SSR Elmlər Akademiyasının Fizika institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə, Azərbaycan SSR Elmlər Akademiyasında aspiranturaya daxil olaraq, 1964–1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilmişdir. Aspiranturanı bitirdikdən sonra, 1967–1972-ci illlərdə, Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.1971-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda "Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1972–1983-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1973–1974-cü illər ərzində ABŞ-nin Nyu-York Kolumbiya Universitetində 10 ay müddətində elmi-tədqiqat işləri həyata keçirmişdir.
брю́хо отжа́тие переши́вок сироти́ночка суса́льность э́вот детабуи́рование задурма́нить подкора́чиваться поколоти́ть просемафо́рить раздели́тель согласо́вывать стихотво́рство гал-гал-гал ипподром марь Ahab deep cultivator golden boy jug-eared material noun nanoid невразумительность снаряд