AYA
AYAKKABI
OBASTAN VİKİ
1404 Ayaks
1404 Ayaks (yun. Αίας) — L4 Laqranj nöqtəsində, planetdən 60° qabaqda hərəkət edən Yupiter planetinin troyan asteroidi. 17 avqust 1936-cı ildə alman astronomu Karl Reynmut tərəfindən kəşf edilmiş və qədim yunan mifologiyasına görə Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı Böyük Ayaksın şərəfinə adlandırılmışdır.
Ayaka Yamaşita
Ayaka Yamaşita (d. 29 sentyabr 1995) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Ayako
Ayako (kanci: 文子, 綾子, 絢子, 彩子, 順子, 礼子; hiraqana: あやこ; katakana: アヤコ) — yapon qadın adı. Mənası istifadə olunan kancilərdən asılı olaraq dəyişir. Ayaka Yamaşita — Yaponiya qadın futbolçusu. Ayako Kitamoto — keçmiş Yaponiya qadın futbolçusu. Ayako İnada — Yaponiyanı təmsil edən bədii gimnast.
Ayako Kitamoto
Ayako Kitamoto (d. 22 iyun 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Ayako İnada
Ayaks 5–1 Liverpul (1966)
Ayaks 5–1 Liverpul — 7 dekabr 1966-cı ildə Amsterdamın Olimpiya stadionunda keçirilən və Ayaks klubu ilə Liverpul klubu arasında baş tutan futbol oyunudur. Görüş UEFA Çempionlar Kuboku 1966/1967 mövsümünün ikinci mərhələsinin ilk oyunu nəznində keçirilmişdir. Oyun çox dumanlı havada baş tutduğu üçün Holland dilində "De Mistwedstrijd" (Niderlandca tələffüz: [də ˈmɪstˌʋɛt.strɛi̯t]; "Duman oyunu") adını almışdır. Ayaks klubu Avropa Kubokuna Erediviziyanın 1965-66 mövsümünün qalibi olduqdan sonra üçüncü dəfə vəsiqə qazanmışdır. Onlar ilk mərhələdə Türkiyə komandası olan Beşiktaş klubu ilə üz-üzə gəlmiş və iki oyunun nəticəsinə görə 4-1 hesabı ilə qalib gələrək ikinci mərhələyə yüksəlmişdir. Bu mövsüm Liverpulun Avropa Kubokunda ikinci mövsümü idi: İlk dəfə 1964-65 mövsümündə çıxış edən klub yarımfinala qədər irəliləyə bilmişdi. Lakin yarımfinalda mövsümün qalibi olan İnter klubuna məğlub olmuşdur. Onlar ilk mərhələdə Rumıniyanın Petrolul Ployeşti üz-üzə gəldilər. İki oyunun nəticəsinə görə hesab 3-3 olsa da, Liverpul pley-off oyununda rəqibinə 2-0 hesabı ilə qalib gəldi. Oyunu 55722 nəfər tamaşaçı stadiondan canlı izləyirdi.
Ayaks AFK
"Ayaks" AFK — Niderland futbol klubu. 33 qat hollandiya çempiyonu və 1971, 1972, 1973, 1995 ci illərdə Uefa Çempiyoblar liqasının qalibi , 1969, 1996 ci illərdə finalçısı.20 ci əsrin ən uğurlu 7 ci klubu. Adının mənası qədim yunan mifalogiyası qəhrəmanı Ajax dan almışdır. == Tarixi == Klub 18 mart 1900-cü ildə Flores Stempel, Corel Reser və Yohar Deyt tərəfindən yaradılıb. İlk liqa kubokunu 1918-ci ildə qazanıb. 1967-ci ildə növbəti dəfə çempionluğunu qazanarkən 112 qol ataraq rekord müəyyənləşdirib. 1971-ci ildə isə həm kubok, həm də liqada ən güclü klub adını qazanmış, eyni zamanda da Çempionlar Kubokunda "Panatinaykos" klubunu 2 cavabsız qolla məğlub etmişdir. 1979-cu ildə Yohan Kroyff "Barselona" klubuna transfer olarkən klubda zəifləmə hiss olunurdu. 1985-ci ildə Kroyff məşqçilik vəzifəsinə gətirildi. Həmin ildə Ayaks o vaxtkı adı ilə Lokomotiv Leypziqə 1 cavabsız qolla qalib gəldi.
Ayaks Amsterdam

Ayaks Telamonid
Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı. Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər. Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır.
Ayaks əməliyyatı
Ayaks əməliyyatı — 1953-cü ildə Amerika və Böyük Britaniya tərəfindən hazırlanan C. İ. A tərəfindən həyata keçirilən bir əməliyyatdır. Əməliyyatın həyata keçirilməsində səbəb İranda Məhəmməd Mussadıqı devirib hakimiyyətə yenidən sonuncu İran şahı Məhəmməd Rza şah Pəhləvini gətirmək idi. İranda Tənbəki üsyanı olan zaman Mussadıq 8 yaşındaydı. Atası dövlət məmuru idi, digər qohumları da İranda yüksək vəzifələrdə çalışırdılar. 1906-cı ildə İranda ilk dəfə məclis üçün keçirilən seçkilərdə İsfahandan namizədliyini irəli sürdü, lakin seçilməsinə baxmayaraq yaşının düşmədiyi üçün məclis üzvü ola bilmədi. Təhsili üçün Parisə getdi . Burada Siyasi Elmlər Fakültəsində təhsil alırdı, lakin təhsilini ömrünün sonuna kimi sağalmaz xəstəliyə düçar olduğu üçün buraxdı və ölkəsinə geri döndü. Sonra ailəsi ilə birlikdə İsveçrənin Neuchatel qəsəbəsinə gəldi. İsveçrədə hüquq elmi üzrə doktorluq dərəcəsinə kimi elmi müdafiə etdi. 1921-ci ildə Rza xanın Qacarları devirərək hakimiyyətə gəlməsindən sonra yaxın qohumu olan Fərman Fərmanın dəstəyi ilə hakimiyyətdəki yüksək insanlardan biri oldu.
Ayakuço döyüşü
Ayakuço döyüşü (ispanca.: Batalla de Ayacucho, IPA: [baˈtaʎa ðe aʝaˈkutʃo]) — Perunun İspaniya ağalığından xilas olmaq uğrunda apardığı azadlıq mücadiləsindəki döyüşlərdən biri. Döyüş peruluların qələbəsi, İspaniyanın məğlubiyyəti ilə nəticələnmişdir. === Döyüşdən əvvəl === 1824-cü ilin sonunda royalistlər, yəni İspaniya kralının tərəfdarları hələ də Perunun böyük bir hissəsini və Kalyao limanındakı kral qalasını əlində saxlamaqla, üsyançıları ciddi təhlükə altında saxlayırdı. Royalistlərə vitse-kral Xose de la Serna, azadlıq savaşçılarına isə Simon Bolivar və Antonio Xose Fransisko de Sukre başçılıq edirdi. Perululara bu mübarizədə argentinalı, kolumbiyalı, venesuelalı və çilili üsyançı qonşular da dəstək vermişdi. === Döyüş === 9 dekabr 1824-cü ildə cənubi amerikalılarla İspaniya əsgərləri Ayakuço adlı yerdə qarşı-qarşıya gəldi. 8500 üsyançı 9310 nəfərlik qoşuna qarşı vuruşmalı olmuşdu. Ancaq royalistlərin nisbi üstünlüyünə baxmayaraq, onlardan 1800-ü öldürülmüş, 700-ü yaralanmışdı. Üsyançılar isə 370 nəfər itki vermişdi. Güclü düşmən qarşısında qorxmadan vuruşan cəsur azadlıqsevərlər Ayakuço döyüşündə zəfər çalmışdı.
Böyük Ayaks
Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı. Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər. Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır.
Kiçik Ayaks
Kiçik Ayaks (q.yun. Αἴᾱς, daha dəqiq Eant Oilid) — qədim yunan qəhrəmanı, lokrlar padşahı Oiley və nimfa Renanın oğlu. Boy və güc baxımından Troya müharibəsinin digər iştirakçısı Ayaks Telamoniddən (Böyük Ayaks) aşağı olduğu üçün Kiçik Ayaks ləqəbini aldı. İliadanın əhəmiyyətli qəhrəmanlarından biridir və adı Odisseydə çəkilir. == Rəşadətləri == "İliada" əsərində hər iki Ayaks (Telamonid və Oilid) tez-tez yan-yana döyüşürlər. Çox ehtimal ki, əvvəlcə hər iki Ayaks bir bütöv mifoloji obrazı yaradırdılar, hansı ki sonradan müəyyən bir dəyişikliyə məruz qaldı (başqa bir fərziyyəyə görə, Eant Oilid əvvəlcə Axillesin bənzəri idi). O, Yelenanın adaxlısı idi. Troya müharibəsi zamanı Lokridadan (Mərkəzi Yunanıstan) gələn yığma qoşunun başçısı idi. Troyaya qarşı 40 gəmi gətirmişdir (və ya 20). Homerə görə, yunan ordusunda Ayaks Oilid ən cəsur qəhrəmanlardan biri və bacarıqlı nizə atan sayılırdı və sürətinə görə yalnız itiayaq Axillesdən geri qalırdı.
Əlahəzrət Ayaks (gəmi)
“Əlahəzrətin gəmisi Ayaks" (ing. HMS Ajax - Her or His Majesty’s Ship Ajax) (1798) — 74-toplu III ranq xətt gəmisi. Böyük Britaniya Kral donamasının antik qəhrəman Ayaksın şərəfinə adlandırılmış ikinci xətt gəmisi.
выма́тывать жнея́ оседла́ние питьево́й поврежда́ть шо́рная эмбле́ма ксе́рокс непристо́йный откипе́ть с каких пор спира́лью хрю́кать что-нибу́дь Франция discount Pan-Islamism passionflower Sorbonist Theodore vinal крюк ортопедический пудриться таборный