CAİZ
CAM
OBASTAN VİKİ
Asel Cakayeva
Asel Cakayeva (d. 14 mart 1980) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Asel Cakayeva, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Asel Cakayeva, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Cakao boğazı
Cakao boğazı — Sakit okeanın Karonados və Ankud körfəzlərini birləşdirir. Ciloe adasını materikdən (Çili) ayırır. Parqua şəhəri və materik arasında bərə fəaliyyət göstərir. Boğazın uzunluğu 26 km-ə yaxındır, eni 1,852 (şərq), 4,65 km (qərb) təşkil edir. Sahilləri uca və sıldırımlıdır. Ölkənin 200 illiyi münasibət ilə əlaqədar körpü (2635) inşa edilməsi planlaşdırılır. == Naviqasiya == Boğazın dərinliyi çox iri gəmilərin fəaliyyətinə imkan verir. Fevral-aprel ayları ərazidə güclü dumanlar müşahidə edilir. Güclü axınlarda naviqasiyaya müəyyən maneələr törədir. Boğaz daxilində Donya-Sebastyan, Korinos və Lakao adaları vardır.
Cakarta
Cakarta — İndoneziyanın paytaxtı. Rəsmən "Xüsusi paytaxt dairəsi Cakarta" (ind. Daerah Khusus Ibukota Jakarta) adlanır. 1942-ci ilə qədər Cakarta şəhəri Bataviya adlanıb. == Ümumi məlumat == XVI əsrdə Uzaq Şərq ölkələrinin sərvətləri arxasınca qaçan avropalılar bölgəni kəşf etməklə Cakartanın da taleyini dəyişdilər. Həmin dövrə qədər sadə liman şəhəri olan Cakartaya gələn portuqaliyalı dənizçilər yerli xalqla razılığa gələrək, başda ədviyyat olmaqla, ticarət malları üzərində imtiyaz əldə etdilər. Hər iki tərəfin də taleyini dəyişən bu anlaşma xatirə daşı ilə əbədiləşdirildi. Vaxt ötdükcə yerin altına girən bu daş 1918-ci ildə yenidən işıq üzü görərək, şəhər tarixinin önəmli rəmzlərindən birinə çevrildi. Portuqaliyalılardan sonra İndoneziyanın milli qəhrəmanı Fatahillah tərəfindən ələ keçirilən bölgə “Böyük zəfər” mənasını verən “Jayakarta” adlanmağa başladı. Daha sonra ingilis və hollandların hakimiyyət uğrunda mübarizə səhnəsinə çevrilən Cakarta İkinci Dünya müharibəsindən sonra müstəqilliyini elan edən İndoneziyanın paytaxtına çevrilərək sabitliyə qovuşdu.
Cakarta şəhəri

зата́птывать огла́дывать перечека́нивать пробуди́ть свежевы́копанный соде́яться сшива́льщица дефлори́ровать жари́ща нереалисти́чность селадо́н чва́ниться airometer asar axiomatical collapsible congenerous gravestone idiolect pioneering tricyclist unsown Vitebsk меблированный нигилистический