KAÇ

(-ğı)
neçə, nə qədər; kaça – neçəyə; saat kaçata – saat neçədə; kaç kişi – neçə nəfər; ona kaç defa söyledim – ona neçə dəfə dedim
nə qədər, neçə
KABUS
KAÇAK
OBASTAN VİKİ
Kaç Rannı
Kaç Rannı (qüc. કચ્છનું મોટું રણ) — Hisdistanın qərbində, az bir hissəsi isə Pakistanın şərqində yerləşən şoranlıq. Öz növbəsində iki yerlə bölünür: Böyük Kaç Rannı (şimal hissə) və Kiçik Kaç Rannı (cənub-şərq hissə). Rann şözü sanskritcədən tərcümədə «səhralıq məkan» anlamını verir. Kaç Qucarat ştatının bir dairəsinin adıdır. Sahəsi 20 min. km²-dir. Orta hündürlüyü 200 m, bəzi ərazilərdə isə 465 m çatır. Mussonlar mövsümündə dəniz suyu və Banas, Luni və d. çaylatrın suyu ilə dolur.
Kaç körfəzi
Kaç körfəzi (ing. Gulf of Kutch, hind कच्छ की खाड़ी, Kaççk) — Ərəbistan dənizinə daxil olan körfəz. Hindistanın daxilinə 180 km məsafədə uzanır. Kathiyavar yarımadasını şimaldan Kaç yarımadasını isə cənubdan əhatələyir. Maksimal dərinliyi 122 metrdir. Sahilində yerləşən Camnaqar şəhərində dünyanın ən böyük neftayırma zavodlarından biri yerləşir. Kandlada isə iri neft terminalı vardır.
Böyük Kaç Rannı
Böyük Kaç Rannı (ing. Great Rann of Kutch) — Mövsümdən asılı olaraq bataqlaşan şoranlıq ərazisi. Tar səhrasının bir hissəsini təşkil edir. Qucarat ştatının Kaç dairəsinə daxildir. Ran sözü (hind रण) hindi dilindən tərçümədə «şoranlıq» mənasını verir. Ərazisi 30 000 km² ərazini əhatə edir və Kaç körfəzi ilə Hind çayının mənsəbi arasında yerləşir. Şoranlığın şimalı ilə Kaş körfəzinə Luni çayı tökülür. Yağışlar mövsümündə şoranlıq bütünlüklə su ilə örtülür və burada köçəri quşlar müşahidə edilir. Rütübətli illərdə Kaçdan Kambey körfəzinə qədər ərazilər bataqlıqlaşır. Əvvəllər bölgə Ərəbistan dənizinin şelf ərazisi olmüşdür.
Aşk Kaç Beden Giyer?
Aşk Kaç Beden Giyer? – türk ifaçı Hadisənin beşinci studiya albomu. == Albom Haqqında == Hadise dinləyiciləri ilə yenidən birlikdədir. Müğənni bu dəfə "Aşk Kaç Beden Giyer?" adlı albomu ilə geri qayıdıb. Albomun promo şəkilləri üçün seksual pozalar verən müğənni Beyonsedən (Beyoncé) ilhamlanıb. Eurovision Mahnı Müsabiqəsi 2009-da iştirak edib 4-cü olub pərişan olan Hadise 2 ildir ki, albom çıxarmırdı.Sonda bu susqunluğun üstündən studiyada xətt çəkdi və yeni albom üçün mahnılar yazmağa başladı. Albom Gülşen, Erdem Kınay, Alpyer Narman, Gökhan Şahin, Deniz Erten, Ender Gündüzlü, Ozan Doğulu və Ozan Çolakoğlu kimi məşhurlarla işlənilib. Albomdan ilk klip söz və musiqisinin Gülşəşə məxsus olan, arenjimanı Ozan Çolaqoğluya aid olan "Superman" adlı mahnıya çəkilib. Hadise: Danışmadığım şeyləri, əziyyətlərimi və sevinclərimi "Aşk Kaç Beden Eder?"də toplamışam. == Albom İmici == Albom imici üçün Hadise pələng naxışlı geyimlərdən istifadə edib.
David Kaçi
David Kaçi (25 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == David Kaçi Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Kaçalabad (Sərdəşt)
Kaçalabad (fars. كچل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 187 nəfər yaşayır (36 ailə).
Kaçalar (Germi)
Kaçalar (fars. كچلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (13 ailə).
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km².İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Kaçanovka bağı
Kaçanovka bağı(ukr. Качанівка) — Ukraynanın Çerniqov vilayəti Içnia rayonunun kəndi yaxınlığında yerləşən bir saray və ya park ansamblı. 1770-ci illərdə formalaşmağa başladı, ən böyük inkişaf XIX əsrin ikinci yarısında idi. 1981-ci ildə ansamblı əsasında "Kaçanovka" tarixi-mədəni abidəsi yaradılmışdır ki, 2001-ci ildə milli status verilmişdir. 2010-cu ildən etibarən, şərqi Ukraynanın kompleksində saxlanıla bilən əmlaklar arasında yeganə olmuşdur. == Coğrafiya == Görməli yerləri Çerniqov vilayətinin cənub-şərqində Içinya rayonunda, Smos çayının sahillərində, Kiyevdən və Çerniqovdan 180 kilometr məsafədə yerləşir. == Tarixi == === Yaradılması === Moskva arxitektoru Karl Blankin layihəsinə görə, Rusiyalı memar Maksim Moszepanov bir səy- qotik üslubunda böyük bir saray tikdi. Bir mərtəbəli binanın fasadları çox yaxsı bəzədilmişdir. Tezliklə, sarayın ətrafında park tikildi və 1777-ci ilin martında Pyotr Rumyantsev şəxsən öz təşkilatına əmr verdi: "Mən vaxt itirmədən Kaçanovski təsərrüfatında, bağçanın yarımadaya-sağa doğru, soldan-yola qədər uzanmışdı ... 21 mart 1777 ".
Kaçkanar
Kaçkanar — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir.
Kaçkar Dağları Milli Parkı
Kaçkar Dağları Milli Parkı — böyük hissəsi Rizənin Çamlıhemşin ilçəsində, bir hissəsi isə Ərzurum və Artvin illərində yerləşən milli parkdır. 51.550 hektar ərazisi olan milli park Fırtına dərəsi ilə Hemşin dərəsi arasında yerləşən Kaçkar dağları üzərində qurulmuşdur. == Ümumi məlumat == Sahədə qorunmuş təbii ekosistem, alüvvial meşələr, çayır, kol bitkiləri, yaşıl meşələr, aktual buzlaqlar və onların meydana gətirdiyi şəkillər ilə bölgədə əsrlər boyunca çöl həyat tərzi və mədəniyyəti yaranmışdır. Milli Parkda tarixi dəyərə sahib olan əsər və qalıqlar ilə mədəni dəyərlər yaranmışdır. Zir qala, Qala-i bala, Elevit qalıqları, Çat körpüsü, tarixi qəsrlər, Vartivor və Hodoçur yayla şənlikləri bunlardan bəziləridir. == Fiziki xüsusiyyətləri == Alp qırışıqlığı erasında əmələ gələn dağ kütlələri ümumiyyətlə qranit və qranit qayalardan ibarətdir. Türkiyədə Pleystosen epoxası dövründə buzlaqların əmələ gəlməsi və hələ də aktiv buzlaqların yarandığı məhdud sahələrdən biridir. Milli Parkda 9 buzlaq vadisi, asılı vadilər, buzlaq gölləri, moren gölləri, buzlaq vadiləri və morenlər yerləşmişdir. Dağların yüksəklərində 0.5 hektardan böyük olan 79 ədəd buzlaq gölü yerləşir. == Təbii həyat == Milli park sahəsində nəmli dərə, meşə, alp və subalp ilə bataqlıq və Akva bitki tipləri təyin olunmuşdur.
Kaçkar dağları
Kaçkar dağları (türk. Kaçkarlar və ya türk. Kaçkar Dağları) - Türkiyədə sıra dağlar.
Kaçlar (Xakas)
Kaçlar— Rusiya Federasiyasının orta cənub bölgəsindəki Xakasiyada yaşayan Türk xalqlarından Xakasların bir tayfası. == Ümumi məlumat == Abakan vadisində əyləşirlər. Çat və Çulım civarında oturan tayfalarla bir qrup təşkil edirlər. Vaxtıyla Yeniseyin bir qolu olan Kas çayı boyunda oturmuş olduqlarından özlərinə Kaas tayfa adını vermişdilər. Gerçəkdən də daha XVII əsrin sonralarına doğru, İrtış hövzəsindəki bəzi Türk tayfaları, sırf buraları məzkunlaşdırmağa başlayan rusların təzyiqi ilə, Tomsk şəhərinin şimalındakı Yenisey çayına doğru sıxışdırılmış və sürülmüşdülər. Bu üzdən, bunların mühim bir qismi, Krasnoyarskdan xeyli uzaq olmaq üzrə, Kaç çayı sahillərində yerləşməyə məcbur olmuşdular. Qırğızlar, Abakan vadisindən çəkilincə, bu Türk tayfaları Yuxarı Yeniseydən cənuba doğru enmişdilər. Fəqət, əsas Türk kütləsi Abakanla Askısın şimalındakı Yüs arasında qalmışdılar. Bu Türk topluluğundan törəmiş olanlar, özlərinə Kaas adını vermişdilər. Matias Kastrenə görə kaçlar, vaxtıyla eyni adı daşıyan çay hövzəsində yaşayarkən, tərkiblərində mühüm yer almış olan Ara türkləri ilə birləşmişdilər.
Kaçumbari
Kaçumbari - Afrika Böyük Gölləri regiona məxsus yeməkdir. == İnqredentlər == PomidorSoğan Bibər == Yayılması == Keniya, Tanzaniya, Ruanda, Uqanda, Burundi və Cənubi Afrika ölkələrindən Malavi və Konqoda yayılmışdır. Latın Amerika ölkələrindən bu yemək yayılıb burda ancaq onu salatla birlikdə yeyilir. == Adı == Şahilidə bu yemək "Koşumbri" və ya "Kaçumber" adlanır.
Kaçupa
Kaçupa ( portuqalca [kɐˈʃupɐ], Cape Verdean Creole, Badiu: Kachupa) - Qərbi Afrikada yerləşən Kape Verde adalarında yayılmış məşhur yeməkdir. == Tərkibi == Qarğıdalı, paxla, şirin kartof, toyuq və ya mal ətindən (sosiska, mal, toyuq və qoyun ətindən kolbasa) istifadə edilir. Qərbi Afrika ölkələrinin milli yeməyidir. Şərqi Afrika ölkələrində bu yeməyin başqa növü hazırlanır. == Başqa == Quanta musiqi regionunda bu yeməyin başqa növü hazırlanır. == Ədəbiyyat == Mark Zanger, (2001), The American ethnic cookbook for students, ABC-CLIO Pierre Sorgial, "La table cap-verdienne" ("Capeverdean table")', Guide des îles du Cap-Vert, Karthala, Paris, 1995, p. 49-50 ISBN 2-86537-596-X (in French) Jeanne, Jacob, Ashkenazi, Michael: The World Cookbook: The Greatest Recipes from Around the Globe. ABC-CLIO, 2014, p. 234.
Kaçura Taro
Kaçurkalar
Kaçurkalar (lat. Hydrobatidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin fırtınaquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Lex Kaçinski
Lex Aleksandr Kaçinski (pol. Lech Aleksander Kaczyński; 18 iyun 1949[…], Varşava – 10 aprel 2010[…], Smolensk) — 2005–2010-cu illərdə Polşanın prezidenti, 2002–2005-ci illərdə Varşava şəhərinin rəhbəri (bələdiyyə başçısı), "Haqq və Ədalət" partiyasının rəhbərlərindən biri. == Həyatı == Lex Kaçinski 18 iyun 1949-cu ildə Varşavada anadan olub. Varşava Universitetini bitirib. Bundan sonra Qdansk Universitetində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, professor adı alıb. 1977-ci ildən Fəhlələri Müdafiə Komitəsi, 1978-ci ildən Qdansk Azad Həmkarlar İttifaqlarının Təsis Komitəsi ilə əməkdaşlıq edib. 1980-ci ilin avqustundan Qdansk Zavodlararası Tətil Komitəsinin müşaviri kimi fəaliyyət göstərən Lex Kaçinski 1981-ci ildə "Həmrəylik" Müstəqil Həmkarlar İttifaqlarının 1-ci Ümumpolşa qurultayına nümayəndə seçilib. == Siyasi fəaliyyəti == Polşada hərbi vəziyyət elan olunduqdan sonra Lex Kaçinski həbs edilir. Lex Valensa ilə sıx əməkdaşlıq edən L. Kaçinski "Həmrəylik" hərəkatının gizli Müvəqqəti Koordinasiya Komissiyasının katibi vəzifəsini icra edirdi. O, 1988-ci ildən Lex Valensa yanında Mülki Komitənin, 1989-cu ildən isə "Həmrəylik" hərəkatının Ümumpolşa İcraiyyə Komitəsinin Rəyasət Heyətinin üzvü idi.
Mariya Kaçinska
Mariya Kaçinska, pol. Maria Helena Kaczyńska — Polşanın birinci xanımı. == Həyatı == Mariya Kaçinska 1943-cü il avqustun 21-də faşist Almaniyasının işğalı altında olan Lüblin dairəsinin Maxuv kəndində doğulub. Qızlıq soyadı Matskeviçdir. Atası Çeslav və anası Lidiya Litva polyaklarındandır. Əmilərindən biri Xatın faciəsində qurban gedib. Uşaq vaxtı valideynləri ilə birgə Polşanın Rabka-Zdruy şəhərinə köçüb, orta məktəbi orada bitirib. Sopotda nəqliyyat və xarici ticarət iqtisadiyyatı üzrə təhsil alan Mariya 1966-cı ildə Qdansk Dəniz İnstitutunda çalışmağa başlayıb. Polşanın gələcək prezidenti Lex Kaçinski ilə 1976-cı ildə tanış olub. 1978-ci ildə onunla ailə qurub.
Mariya Kaçinskaya
Mariya Kaçinska, pol. Maria Helena Kaczyńska — Polşanın birinci xanımı. == Həyatı == Mariya Kaçinska 1943-cü il avqustun 21-də faşist Almaniyasının işğalı altında olan Lüblin dairəsinin Maxuv kəndində doğulub. Qızlıq soyadı Matskeviçdir. Atası Çeslav və anası Lidiya Litva polyaklarındandır. Əmilərindən biri Xatın faciəsində qurban gedib. Uşaq vaxtı valideynləri ilə birgə Polşanın Rabka-Zdruy şəhərinə köçüb, orta məktəbi orada bitirib. Sopotda nəqliyyat və xarici ticarət iqtisadiyyatı üzrə təhsil alan Mariya 1966-cı ildə Qdansk Dəniz İnstitutunda çalışmağa başlayıb. Polşanın gələcək prezidenti Lex Kaçinski ilə 1976-cı ildə tanış olub. 1978-ci ildə onunla ailə qurub.
Ovanes Kaçaznuni
Hovanes Kacaznuni (erm: Յովհաննէս Քաջազնունի; 1 fevral 1867, Axalsıx, Rusiya imperiyası – 1938, İrəvan, Ermənistan SSR, SSRİ) — 1918-ci ildə qurulan Ermənistan hökümətinin ilk baş naziri və "Daşnaksütyun" partiyasının liderlərindən. == Həyatı == 1867-ci ildə Axalsıxda doğulmuşdur. Tiflis real məktəbini, İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir (1893). İxtisasca memardır. 1883-cü ildən inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə o, sənayeçi Aleksandr Mantaşevdən "Daşnaksütyun" partiyasının ehtiyacları üçün pul tələb etmək üçün Nitsaya getmişdir. 1907-ci ildə Avropaya mühacirət etmiş, 1914-cü ildə gizli şəkildə Tiflisə qayıtmışdır. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü, Ermənistan Respublikasının ilk baş naziri, sonra Ermənistan parlamentinin sədri olmuşdur. 1921-ci ildə həbs olunub, daşnaklar tərəfindən azad edilib. 1921-ci ildən İrana, sonra Rumıniyaya mühacirət etdi.
Samir Kaçayev
Samir Ziyəddin oğlu Kaçayev (d. 6 mart 1994; Çuxuryurd, Şamaxı rayonu, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Samir Kaçayev 1994-cü ilin 5 mart günündə Şamaxı rayonunun Çuxuryurd kəndində Ziyəddin və Əminə Kaçayevlərin ailəsində anadan olub. 2011-ci ildə orta təhsilini bitirən Samir Qaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) daxil oldu. 2015-ci ildə ADRA-nı müvəfəqqiyətlə bitirən Samir Qaçayev həmin ildəcə magistaturaya qəbul oldu. == Hərbi xidməti == Əsgər Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Ted Kaçinski
Teodor Con Kaçinski (22 may 1942, Everqrin-Park[d], İllinoys – 10 iyun 2023, Federal Tibb Mərkəzi[d], Şimali Karolina), həmçinin Unabomber (/ˈjuːnəbɒmər/) kimi də tanınır, amerikalı yerli terrorçu və keçmiş riyaziyyat professorudur. Bir riyaziyyat dahisi olub, ibtidai həyat yaşamaq üçün 1969-cu ildə akademik karyerasını tərk etmişdir. 1978–1995-ci illər arasında müasir texnologiyanı inkişaf etdirən və ətraf mühitin məhv edilməsində iştirak edən insanlara qarşı ölkə daxili miqyasda apardığı bombalama kampaniyasında üç nəfəri öldürmüş, 23 nəfəri yaralamışdır. O, sənayeləşməyə qarşı çıxan və təbiət mərkəzli bir anarxizm formasını müdafiə edən "Sənaye Cəmiyyəti və Gələcəyi" adlı "Unabomber Manifesto" adı ilə də tanınan sosial tənqidi nəşr etdirmişdir.
Vladimir Kaçalov
Vladimir Yakovleviç Kaçalov (rus. Влади́мир Я́ковлевич Кача́лов) - Sovet Sosialist Respublikaları İttifaqının hərbi xadimi. Böyük Vətən Müharibəsinin ilk dövründə 28-ci Ordunun komandanı olmuş general-leytenant. 1941-ci ildə sovet-alman müharibəsi başlayan zaman Kaçalov Arxangelsk hərbi dairəsinin tərkibində yaradılmış 28-ci Ordunun komandanı olmuşdur. Sözügedən ordu 21 iyul tarixində onun rəhbərliyi altında Qərb cəbhəsinə göndərilmişdir. 28-ci Ordunun almanlarla apardığı döyüşlər zamanı Kaçalovunda içində olduğu birləşmə Smolensk yaxınlığında itkin düşmüşdür. Sovet xüsusi xidmət orqanları generalın əsir düşdüyünü İosif Stalinə məruzə edirlər. 16 avqust tarixində Ali Baş Komandalıq tərəfindən 270 saylı əmr imzalanmışdır. Əmrdə Kaçalovun və bir necə başqa genaralların adları çəkilərək, qorxaqlıq göstərərək əsir düşməkdə ittiham olunurdular. Vətənə xəyanətdə günahlandırılan generalın arvadı və qayınatası 8 il müddətinə həbs edilmişdir.
Yaroslav Kaçinski
Yaroslav Aleksander Kaçinski (pol. Jarosław Aleksander Kaczyński) — Polşanın keçmiş baş naziri, Hüquq və Ədalət Partiyasının lideri, 2010-cu ilin aprelində təyyarə qəzasında həlak olmuş dövlət başçısı Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski 1949-cu il iyunun 18-də Varşavada anadan olub. Sosialist Polşasında müxalif təşkilatların — 1970-ci illərdə "Fəhlələrin müdafiəsi komitəsi"nin, 1980-ci illərdə isə "Solidarnost"un üzvü kimi ictimai-siyasi fəaliyyət göstərib. Varşava Universitetinin hüquq fakültəsini bitirib. Hüquq doktorudur. 1991–1993, 1997–2001, 2001–2005-ci illərdə Polşa parlamentinin üzvü olub. 2006–2007-ci illərdə Polşa hökumətinə rəhbərlik edib.
безвре́дность деи́зм костя́нка ри́гельный синхрофазотро́н шку́ра главным образом крепостни́ческий кучевы́е облака неве́жественность переки́дываться тёк фтизиатри́я чисто́ль тадибей exterminative LORAN nankins S-sleep гоголь-моголь индуктор капрал лазер тогда швырнуть