SAĞIR
SAĞLAMAK
OBASTAN VİKİ
Topraq Sağlam
Topraq Sağlam (türk. Toprak Sağlam) — Türkiyəli aktrisa. == Həyatı == Topraq Sağlam 1985-ci ildə oktyabrın 9-da İstanbulda anadan olub . Evdar xanım Handan Sağlam və rəssam Şakir Sağlamın ailəsində dünyaya gələn Topraq ailənin yeganə övladıdır . O , ibtidai təhsilini İqbaliyə İbtidai Məktəbində , orta təhsilini General Əli Rza Ərsin liseyində almışdır. Ali təhsillidir — Müjdət Gəzən Sənət Mərkəzi Konservatoriyasının Teatr bölümünü bitirmişdir .
Sağlam olun! (film, 1969)
== Məzmun == Filmdə Azərbaycanın müalicə əhəmiyyətli kurortlarından, bu müalicə ocaqlarında əhalinin sağlamlığının qorunması üçün hər cür şərait yaradılmasından danışılır. Tamaşaçılar ekran vasitəsilə Şuşaya, Göy-gölə, Naftalana, Abşerona, Şıx çimərliyinə, İstisu kurortuna və sair sağlamlıq ocaqlarına səyahət edirlər. == Film haqqında == Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Sağlam ətraf mühit hüququ
Sağlam ətraf mühit hüququ — insan sağlamlığını təmin edən ekoloji sistemləri qorumaq üçün insan hüquqları və ictimai ekoloji təşkilatlar tərəfindən müdafiə edilən insan hüququdur. Bu hüquq su və sanitar hüququ, qida hüququ və sağlamlıq hüququ kimi digər sağlamlıq yönümlü insan hüquqları ilə qarşılıqlı əlaqədədir. Hüquq dövlətin ətraf mühitin tənzimləmələrini izləmək və tətbiq etmək, çirklənməyə nəzarət etmək və ətraf mühit problemlərindən təsirlənən icmalara ədalət və müdafiəni təmin etmək vəzifəsi yaradır. Sağlam ətraf mühit hüququ iqlim dəyişikliyi və digər ekoloji məsələlər üzrə məhkəmə çəkişmələri üçün ekoloji hüquqi presedentlərin müəyyən edilməsi üçün mühüm hüquq olmuşdur.. Sağlam ətraf mühit hüququ insan hüquqlarına və iqlim dəyişikliyinə beynəlxalq yanaşmanın əsasını təşkil edir. Bu hüququ dəstəkləyən beynəlxalq müqavilələrə 1972-ci il Stokholm bəyannaməsi, 1992-ci il Rio Bəyannaməsi və bu yaxınlarda qəbul edilmiş Qlobal Ətraf Mühit Paktı daxildir. BMT-də 150-dən çox dövlət bu hüququ bu və ya digər formada milli qanunvericilik, məhkəmə çəkişmələri, konstitusiya hüququ, müqavilə hüququ və başqaları vasitəsilə tanımışdır. İki regional müqavilə, İnsan və Xalqların Hüquqları üzrə Afrika Xartiyası və İnsan Hüquqları üzrə Amerika Konvensiyası sağlam ətraf mühit hüququnu özündə ehtiva edir. Uşaq Hüquqları haqqında Konvensiya kimi digər insan hüquqları sənədləri bu sənədin əsas istiqamətləri ilə əlaqəli olduğu dərəcədə ətraf mühit məsələlərinə istinad edir, bu halda o uşaqların hüquqlarına istinad etmiş olur. İnsan Hüquqları və Ətraf Mühit üzrə Xüsusi Məruzəçilər Con Noks (2012-2018) və Devid Boyd (2018-indiki) bu hüquqların beynəlxalq hüquqda necə rəsmiləşdirilməsinə dair tövsiyələr vermişlər.
Şotlandiya sağlam fikir məktəbi
Şotlandiya sağlam fikir məktəbi — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiyada yaranan fəlsəfi məktəb. == Tarixi == 1760–1780-ci illərdə Şotlandiya məktəblərində yaranıb yayılmışdır. Ağlın intuitiv qabiliyyəti, anadangəlmə prinsiplərdən ibarət "sağlam fikir" fəlsəfəsinə əsaslanır. Devid Yumun skeptisizmi və fransız materializmi ilə mübahisələrdə formalaşmışdir. Banisi Tomas Rid, görkəmli nümayəndələri C. Osvlld, Ç. Bitti, D. Stüartdır. Ali ruhi aləmin, yəni tanrının varlığı fikrini müdafiə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шотландская школа / Л. Б. Макеева // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
Beynəlxalq sağlamlıq təşkilatı
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Gülsün Sağlamer
Gülsün Sağlamer (1945, Trabzon). Memar, müəllim, İTU-nun ilk qadın rektoru. İstanbul Texniki Universiteti Memarlıq Fakültəsini bitirdi. 1978-ci ildə dosent, 1988-ci ildə professor oldu. 1996–2004-cü illərdə İstanbul Texniki Universitetinin rektoru vəzifəsində işləmişdir. Bir çox layihədə iştirak etdi. Hal-hazırda "Open House International" jurnalının redaksiya heyətinin üzvüdür. 2006–2014-cü illərdə Kadir Has Universitetinin Nümayəndə Heyətinin üzvüdür.
Günəş ardınca, sağlamlıq ardınca (film, 1971)
== Məzmun == Reklam filmi Azərbaycanın İttifaqda məşhur olan kurortları — Naftalan, Abşeron, İstisu, Nabran haqqındadır.
Milli Sağlamlıq İnstitutları
Milli Səhiyyə Agentliyi və ya Milli Sağlamlıq İnstitutları (ing: National Institutes of Health (NIH)), Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamentinin biotibb və ictimai sağlamlıq sahələrində əsas tədqiqatlar aparan bir agentliyidir. Baş ofisi Merilend ştatının Bethesda şəhərində yerləşir.Milli Sağlamlıq İnstitutları əsas, tərcümə və klinik tədqiqatlarda 1200 əsas tədqiqatçı və 4000-dən çox həkimlə dünyanın ən böyük biotibbi tədqiqat müəssisəsi hesab edilir. NIH 27 müxtəlif institut və mərkəzdən ibarətdir və bir çox elmi nailiyyətlərə cavabdehdir, o cümlədən dişlərin çürüməsinin qarşısını almaq üçün flüoridin kəşfi, bipolyar pozğunluğu idarə etmək üçün istifadə olunan litiumun istifadəsi və hepatitə qarşı peyvəndlərin yaradılması.
Psixi sağlamlıq
Psixi sağlamlıq – insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü büruzə verir.Psixi sağlamlıq sosial-iqtisadi vəziyyəti ilə yanaşı insanın fiziki sağlamlığı ilə sıx bağlıdır.
Reproduktiv sağlamlıq
Reproduktiv sağlamlıq — fiziki, əqli və sosial rifahın seksuallıqla əlaqəli vəziyyətidir. Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində reproduktiv proseslərə, funksiyalara və sistemlərə təsir göstərir. Reproduktiv sağlamlıq seksuallıq və cinsi əlaqələrə qarşı pozitiv münasibət, məcburiyyətdən, ayrı-seçkilik və şiddətdən azad, qane edici təhlükəsiz bir cinsi həyat qurma qabiliyyətini nəzərdə tutur. Reproduktiv sağlamlığa nail olmaq və qorumaq, insana xas cinsi hüquqların həyata keçirilməsi ilə bağlıdır.
Sağlamlıq
Sağlamlıq — istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağrının və xəstəliyin olmadığı vəziyyəti. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Sağlamlığı öyrənən elmlərə dietologiya, psixologiya, psixatriya, tibbi sosilogiya, gigiena, defektologiya və.s. aiddir. == Sağlam olmaq üçün tövsiyələr == İdmanla məşğul olun. Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.Kəpəkli məhsullar xərçəngdən qoruyur. Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır. Meyvə tərəvəzi süfrənizdən əskik etməyin. Meyvə-tərəvəz xüsusilə də pomidor,qırmızı üzüm yeyənlərdə infarkt ,xərçəng və şəkər ehtimalı daha az olur. Fast-food yeməklərini birdəfəlik unudun.
Sağlamlıq Zonası (1965)
== Məzmun == Film Sovet İttifaqında yaşlı adamlar üçün yeganə Bakı sağlamlıq zonası, zamanın entuziast həkimlərinin eksperimentləri haqqındadır.
Sağlamlıq evləri
Sağlamlıq evləri və ya Dar-üş-şəfa — Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçisi, islahatçı və dövlət xadimi Rəşidəddinin təşəbbüsü və tanınmış Azərbaycan təbibi Mahmud ibn İlyasın iştirakı ilə "Sağlamlıq evləri" - çağdaş anlamda özünəməxsus klinik mərkəzlər şəbəkəsi. Mərkəzi "Sağlamlıq evi" Təbrizdə yaradılmış və öz ətrafında bütün şərqdən alimlər cəmləşdirmiş, belə demək mümkünsə, "Elmlər Akademiyası"nın nəzdində yerləşirdi. Baş tibb məktəbi də burada idi. Rəşidəddin özünün məşhur "Tarix" əsərində göstərirdi ki, Təbrizdə elmin demək olar ki, bütün sahələrinin 500-dən artıq nümayəndəsi çalışırdı. Onlar buraya Hindistandan, Misirdən, Çindən, ərəb ölkələrindən və dikər dövlətlərdən gəlmişdilər. Burada həmçinin 6000-ə qədər tələbə də təhsil alırdı. Elə oradaca göstərilir ki, Təbrizdə kitabxanalar və müxtəlif elmi idarələr təşkil olunmuşdu. Burada səhiyyənin təşkilində həlledici rolu həkim-alim Mahmud ibn-İlyasın elmi istedadı və təşkilatçılıq bacarığı oynamışdı. Təsadüfi deyil ki, Rəşidəddin Mahmud ibn İlyası "öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu" adlandırmışdı. Yaxın Şərqdə ilk "Sağlamlıq evi" hələ çox-çox qabaq İbn Sinanın təşəbbüsü ilə yaradılmışdı.
Sağlamlıq mənbəyi (film, 1950)
== Məzmun == Elmi-kütləvi filmdir. Kinolent sağlamlığı qoruyan və möhkəmlədən üsullardan söhbət açır.
Sağlamlıq mərkəzi (film, 1990)
== Məzmun == Filmdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Respublika Stomatoloji Mərkəzi əhaliyə tibbi xidməti yaxşılaşdırmaq məqsədilə yaradılan tanınmış sağlamlıq ocaqlarından biri olduğu əks etdirilir. Filmdə stomatoloji mərkəzin fəaliyyətində-yüksək ixtisaslı həkimlərin xəstələrə göstərdiyi nümunəvi xidmətdən, ən müasir səhiyyə aparatlarından, səhiyyə ocağındakı müxtəlif şöbələrdə aparılan əməliyyatlardan, habelə Azərbaycan stomatoloqlarının bu sahədə qazandığı nailiyyətlərdən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Aydın Mahmudbəyov Ssenari müəllifi: Kamal Aslanov Operator: Azər Salayev Səs operatoru: Şamil Kərimov Məsləhətçi: İ.İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Sağlamlıq ocağı
Sağlamlıq ocaqları – İctimai Dövlət olmanın gətirdiyi və lazımlılığını doğurduğu bir xidmətdir. İnkişaf etməmiş, inkişaf etməkdə olan bölgələrdə və ya əhali baxımından çox sıxlıq olmayan bölgələrdə qurulan və birinci pillə sağlamlıq xidmətləri verən quruluşlardır. Sağlamlıq ocaqları, xəstəxanalar qədər personal və qaynağa sahib olan xidmətlərini regional olaraq verən sağlamlıq xidmət təşkilatlarıdır. == Sağlamlıq Ocağı Personalı == Bir sağlamlıq ocağının xidməti ən az bir həkim və yetər ədəddə sağlamlıq personalından ibarət olan bir qrup tərəfindən icra edilər. Vəzifə tərifi çərçivəsində sağlamlıq xidmətini təsirli və məhsuldar bir şəkildə yerinə yətirə bilməsi üçün bir sağlamlıq ocağında olması lazım olan personal bu şəkildədir: Pratisyen həkimlər, tibb bacısı, mama, ətraf sağlamlıq texniki, sağlamlıq məmuru, tibbi sekretar, şofer, köməkçi xidmətlər (xadimə, qızdırıcı, bağban, gecə gözətçisi, tenisyen köməkçisi v. b.). == Sağlamlıq ocaqlarının Vəzifə və Məsuliyyətləri == Sağlamlıq ocaqları hər cür qoruyucu həkimlik xidmətləri, xəstələrin müayinə və müalicəsi, sağlamlıq ocağına qeydli şəxslərin sağlamlıq sicillərini tutmaq ilə mükəlləfdir. Sağlamlıq ocağı həkimləri müalicə edə bilmədikləri hadisələri, xəstəxanaya sövğü lazım olan təcili hadisələri vs. vəziyyətlərdə xəstələri xəstəxanaya sövq edə bilərlər. Sağlamlıq ocağında həkim olmadığı vəziyyətlərdə köməkçi sağlamlıq personalı xəstələri sağlamlıq mərkəzləri və xəstəxanalara göndərə bilərlər.
Sağlamlıq qərargahı (film, 1969)
== Məzmun == Film tibb elminin və texnikasının son nailiyyətləri ilə təchiz edilmiş yeni respublika xəstəxanası haqqındadır.
Sağlamlıq zonası (film, 1965)
== Məzmun == Film Sovet İttifaqında yaşlı adamlar üçün yeganə Bakı sağlamlıq zonası, zamanın entuziast həkimlərinin eksperimentləri haqqındadır.
Sağlamlığın düşmənləri (film, 1950)
== Məzmun == Elmi-kütləvi filmdir. Kinolent sağlamlıq üçün təhlükəli olan hər cür vərdişlərdən və onlara qarşı mübarizə üsullarından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Sağlamlığın qorunması hüququ
Sağlamlığın qorunması hüququ — tibbi xidmət hüququ (Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin termini) və ya fiziki və psixi sağlamlığın əldə edilə bilən ən yüksək standartı hüququ (İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın termini). İkinci nəsil insan hüquqlarından biridir. Bu hüquq Avropa Sosial Xartiyasında da təsbit edilmişdir (Maddə 11). == Təriflər == === Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyası === Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyası müəyyən edir: “Sağlamlıq təkcə xəstəliyin və ya əlilliyin olmaması deyil, tam fiziki, əqli və sosial rifah vəziyyətidir”. Konstitusiyada əldə edilə bilən ən yüksək imkanlardan istifadə elan edilir. Sağlamlıq standartı hər bir insanın əsas hüquqlarından biri olması bildirilir. === Ümumdünya İnsan Hüquqları Bəyannaməsi === Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində (BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A (III) saylı Qətnaməsi ilə qəbul edilmişdir) deyilir: “Hər kəsin özünün və ailəsinin sağlamlığı və rifahı üçün zəruri sosial xidmətlər, qida, geyim, mənzil, tibbi xidmət və tibbi xidmətə adekvat həyat səviyyəsi hüququ vardır. ”. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi əsas hüquqlara dair ilk beynəlxalq paktdır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Navi Pilley yazıb ki, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə “bütün insan hüquqlarının – mülki, siyasi, iqtisadi, sosial və ya mədəni – bölünməz və üzvi bir bütöv, bölünməz və bir-birindən asılı olaraq nəzərə alınmasını tələb edən konsepsiyanı gücləndirir”.
Çində qadın sağlamlığı
Çində qadın sağlamlığı Çin Xalq Respublikasındakı (ÇXR) qadınların sağlamlığından bəhs edir ki, bu da Çində kişilərin sağlamlığından bir çox cəhətdən fərqlənir. Ümumiyyətlə, sağlamlıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konstitusiyasında "xəstəlik və ya zəifliyin olmaması deyil, tam fiziki, zehni və sosial rifah vəziyyəti" olaraq təyin edilir. Çinli qadınların sağlamlığının vəziyyəti Çinin tarixi kontekstləri və son yeddi onillikdə iqtisadi inkişafı ilə əlaqədardır. Çində qadınların sağlamlığına dair tarixi bir perspektiv islahatlardan əvvəl (1949–1978) və islahatdan sonrakı dövrdə (1978-ci ildən bəri) qadınlar üçün səhiyyə siyasətlərini və nəticələrini araşdırmağı tələb edir. Ümumiyyətlə, Çində qadın sağlamlığı, 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri əhəmiyyətli dərəcədə yaxşılaşd. Bununla birlikdə, gender bərabərsizliyi və Çin siyasi sisteminin mürəkkəbliyi ilə əlaqəli ənənəvi Çin ideologiyasına görə, qadın sağlamlığının reproduktiv sağlamlıq və HİV/ AİDS kimi bir çox aspektləri baxımından problemlər hələ də artmaqdadır. == ÜTT üzvü (2001-indiyə qədər) == Çinin ÜTT-yə daxil olması iqtisadi inkişafını daha da həvəsləndirmək və bazar quruluşunu yaxşılaşdırmaq üçün qəbul edilsə də, ÜTT-yə qoşulmağın Çinin işçi qüvvəsini pisləşdirəcəyindən də narahat idi, çünki dövlət müəssisələrində həddindən artıq muzdlu işçi qüvvəsi "səmərəsiz" hesab edilə bilər. Çin qlobal bazara çıxdı. Üstəlik, aparılan araşdırmalar Çində işçi qüvvəsinin yalnız% 40-ı qadınlardan ibarət olduğunu göstərdi, lakin işdən çıxarılanların% 60-ı qadınlar idi ki, bu da qadınların kişilərə nisbətən bu təsirlərə qarşı daha həssas olduğunu göstərdi. 2008-ci ildə əldə edilmiş statistik göstəricilər kişilərin qadınlara nisbətən daha yüksək fiziki rifahdan istifadə etdiyini göstərmişdir.
Özbəkistanda sağlamlıq
Postsovet dövründə Özbəkistanın səhiyyə xidmətinin keyfiyyəti aşağı düşdü. 1992-2003 illəri arasında səhiyyə xərcləri və xəstəxana çarpayılarının əhaliyə nisbəti hər ikisi təxminən yüzdə 50 azaldı və bu onillikdə Rusiya mühacirəti bir çox praktikantın sağlamlıq sistemindən məhrum oldu. 2004-cü ildə Özbəkistanda hər 10.000 əhaliyə 53 xəstəxana çarpayısı var. Birdəfəlik iynələr, anesteziklər və antibiotiklər kimi əsas tibbi ləvazimatlar çox qıtdır. Nominal olaraq bütün vətəndaşların pulsuz tibbi xidmət almaq hüququ olsa da, postsovet dövründə rüşvətxorluq dövlət sisteminin ləng və məhdud xidmətindən yayınmaq üçün adi bir yola çevrildi. 2000-ci illərin əvvəllərində siyasət ilkin tibbi yardım müəssisələrinin yaxşılaşdırılmasına və stasionar müəssisələrin qiymətinin azaldılmasına yönəldilmişdir. 2006-cı il dövlət büdcəsi səhiyyə xərclərinə 2005-ci ildəki 10,9 faizlə müqayisədə 11.1 faiz ayırdı. == Sağlamlıq vəziyyəti == Ən çox görülən xəstəliklər arasında çirklənmiş içməli su ilə əlaqəli xəstəliklər var: tifo, hepatit, dizenteriya, xolera və müxtəlif xərçəng növləri. Ölümün əsas səbəbləri, tezliyinə görə ürək-damar, tənəffüs və həzm sistemlərinin pozğunluqları və yoluxucu və parazitar xəstəliklərdir. 2019-cu ildə Lancet - də yayımlanan bir araşdırma, dünyada hər 100.000 insana 892 pəhrizlə bağlı ölüm hallarının olduğunu söylədi.

Значение слова в других словарях

закоро́бить ли́стик лично́й океано́лог пенджа́бка показу́шность прилипа́ла уве́шивать каржаки androclinium approve Arabian Desert bunkmate caressive class action cued speech incompatibility morbillous oophyte swallow вся выплести казна отпечатываться тряпьё