ÜLSER
ÜMMET
OBASTAN VİKİ
Ahmet Ümit
Ahmet Ümit (1960[…], Qaziantep) — Türkiyə şairi və yazıçısı. Daha çox kriminal janrında olan romanları ilə tanınmışdır. == Həyatı == === Kommunist dövr === Ahmet Ümit 1960-cı ildə Türkiyənin Qaziantep şəhərində 7 uşaqlı ailənin ən kiçiyi kimi anadan oldu. Atası xalça satıcısı, anası dərzi idi. İbtidai təhsilindən sonra Qaziantep Atatürk Liseyinə girdi. 14 yaşında siyasi baxışına görə 24 dostu ilə birlikdə Qaziantepin xaricinə sürgün edilmiş və təhsilini Diyarbəkirin Erqani ilçəsində tamamlamışdır.1979-cu ildə Mərmərə Universitetinə daxil oldu. Tələbəlik illərində tanış olduğu Vildan xanım ilə evliliyindən Gül adında bir qızı oldu (1981). 1980-ci il çevrilişindən sonra Ahmet Ümit kommunist dərnəklərdə işləməyə başladı. 1982-ci ildə "Ana Yasaya yox" kampaniyasına qatıldı. Divarlarda afişa yapıştırarkən həbs olunan dostları üçün hekayə şəklində yazdığı əsər təxəllüsü "K. Yalçın" imzası ilə əvvəlcə "Atılım" jurnalında, daha sonra Praqada 40 dildə nəşr olunan "Sülh və Sosializm Problemləri" jurnalında çap olundu.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. == Həyatı == Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.
Ümit Erdim
Ümit Erdim (15 iyun 1985, Kocaeli ili) — teatr və kino aktyoru. == Həyatı == 15 iyun 1985-ci ildə Kocaelidə doğulub. İbtidai təhsilini orada aldıqdan sonra, İzmit Atılım Anadolu Liseyini başa vurdu. 1998–2003 illəri arasında "Kocaeli Bələdiyyəsi Şəhər Teartı" nda bir müddət fəaliyyət göstərmişdir. 1997-ci ildə Böyle mi Olacaktı adlı serialda qonaq aktyor olaraq başladığı Hayat Bilgisi, Gönül və Selena adlı kinolarda davam etmişdir. Bir çox serialda rol almışdır. İştirak etdiyi "Can Dostum" adlı yarışmada birinci olmuşdur. === Yer Aldığı Seriallar === Böyle mi Olacaktı?
Ümit Özat
Ümit Özat (30 oktyabr 1976, Ankara) — türk professional futbol meneceri və keçmiş oyunçu. == Həyatı == Ümit Özat 30 oktyabr 1976-cı ildə Ankarada anadan olub.
Ümit Ünal
Ümit Ünal (14 aprel 1965, Tirə, İzmir ili) — türk rejissor və ssenarist. == Həyatı == 1985-ci ildə 9 İyul Universitetinin İncəsənət Fakültəsinin Film Televiziya ixtisasını bitirib. Universitet vaxtında çəkdiyi qısa filmlər müxtəlif mükafatlara layiq görülüb. Yazdığı ilk ssenari olan “ Teyzem”( Xalam) 1986-cı ildə Milliyyet Qəzetinin Ssenari Müsabiqəsində birincilik qazanıb və bu ssenari Halit Refiğ tərəfindən ekranlaçdırılıb. 1986- 1993-cü illər ərzində yazdığı səkkiz ssenari əsasında film çəkilib. Ilk filmi olan “9”u 2001-ci ildə yazdı və filmə rejissorluq etdi. Bu film 2003-cü il Xarici Film üzrə Oskar Mükafatı üçün Türkiyə temsilçisi olaraq seçildi və müxtəlif festivallarda mükafatlandırıldı. Dörd kitabı işıq üzü görüb.
Ümit Karan
Ümit Karan (1 oktyabr 1976, Almaniya) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. == Klub karyerası == Karyerasına Almaniyanın Berlin komandası Herta Zehlendorfda başlayıb. Herta Zehlendorfun ardından Türkiyəmspor Berlinə yollanıb. Bunun ardınca Super Liqaya keçdi və Gençlerbirliği'nde oynamağa başladı. 2001-ci ildə "Qalatasaray" a keçib və yenidən komandasının çempionluğunda böyük pay sahibi olub. 2004-2005 mövsümünün ikinci yarısında "Qalatasaray "ın baş məşqçisi Gheorghe Hagi ilə fikir ayrılığı nəticəsində Borussia Mönchengladbach, Hannover 96 və DSC Arminia Bielefeld ilə müqavilə masasına oturdu. Lakin Ümit Karan Bundesliqa komandalarının təkliflərini rədd etdi; son anda Böyükşəhər Bələdiyyəsi Ankaraspor ilə anlaşdı . 2005-ci il mövsümünün sonuna kimi "Ankaraspor"da çıxış edən Ümit Karan icarə müqaviləsi başa çatdıqdan sonra "Qalatasaray"a qayıdıb. 2005-2006 mövsümündə yenidən "Qalatasaray"da oynamağa başlayan Ümit Karan mövsüm ərzində 17 qolla bombardir olub. Amma zədəsi səbəbindən mövsümü bağladı.
Ümit Özdağ
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı. Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir. Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir. == Həyatı == Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur. İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır. Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.
бре́дни вазомото́ры иссве́рливание перева́лец подкли́кивание подко́с при́чет пу́дик скла́дство тростяно́й уме́рить устро́ить шата́ть автома́тчица посрыва́ться эксте́нзия colt Midlothian odeum reason away self-care slanging match spring-well verbigeration иррадиация