ZAMPARA
ZANGIRDAMAK
OBASTAN VİKİ
Gökhan Zan
Gökhan Zan (7 sentyabr 1981[…], Antioxiya) — təqaüddə olan türk futbolçu. Gökhan Zanın ilk klubu "Hatayspor" olub. Sonradan "Çanaqqala Dardanelspor"a keçən futbolçu 2003–2004-cü il mövsümündə "Beşiktaş"a transfer olub. O, 2005–2006-cı il mövsümünü "Qaziantepspor"da keçirdikdən sonra "qartallar"ın heyətinə qaytarılıb. 2000-ci ildən Türkiyə milli komandasına çağırılan Gökhan indiyədək 45 dəfə "ay-ulduzlu" forma geyib. 2009-cu ildə "Qalatasaray"la 2 illik müqavilə imzalayıb.
Zan dilləri
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. == Tarix == Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Tomaş Zan
Tomaş Zan (pol. Tomasz Zan, belar. Тамаш Зан; 21 dekabr 1796 – 19 iyul 1855) — Polşa və Belarus şairi. O, Filomatlar Cəmiyyətinin üzvü, Adam Mitskeviç və Yan Çeçotun dostu olmuşdur. Zan yeni "inqilabi romantizm" adlanan ədəbi cərəyanın inkişafında mühüm rol oynamışdır. Vilnüs şairlərindən birincisi Belarus xalq yaradıcılığını siyasi proqramının bölmələrindən biri kimi tanımışdır. == Həyatı == Tomaş Zan kasıb bir zadəgan ailəsindən gəlirdi. O, Vilna Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Alman ədəbiyyatı ilə tanış olan Zan Vilnada romantik poeziyanın yetişdiricisinə çevrilmişdir. O, balladalar yazmış, Bürgerin "Lenora" əsərini yenidən yazmış və əsərləri poetik ləyaqətlə parlamasa da, Mitskeviç dahiliyini oyatmışdır.
Amerika zantoksilumu
== Ümumi yayılması == Şimali Amerikada Kvebekdən Nebraska və Virciniyaya qədər yayılmışdır. == Botaniki təsviri == 8-12 m hündürlükdə yarpağını tökən, çoх iri olmayan ağac, bəzən koldur. Gövdəsinin qabığı açıq boz rəngdə olub, üzəri şişə oхşar çıхıntılarla örtülüdür. Cavan budaqları palıdı rəngdə olub, tükcüklərlə və 1-1,5 sm-ə qədər uzunluqda tikanlarla örtülüdür. Yarpaqları təklələkvari, 12-25 sm uzunluqdadır. Hər yarpaq tamkənarlı və dişli, 3-6 sm uzunluqda, 5-11 ədəd yumurtavarı və ya enli ellips formalı yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngli, tükcüklüdür. Tükcüklər əksərən damarların üzərindədir. Çiçəkləri bircinsli, хırda, yaşılımtıl-sarı rəngdə olub, keçən ilki budaqlarda yarpaqların qoltuğunda yerləşmişdir. Yarpaqlamadan qabaq çiçəkləyir.
Amerikan zantoksilumu

Aphanopleura zangelanica
Aphanopleura zangelanica (lat. Aphanopleura zangelanica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin aphanopleura cinsinə aid bitki növü. == Arealı == Azərbaycanın Zəngilan rayonu ərazisində bitir.
Ağ zanbaq
Ağ zanbaq (lat. Lilium candidum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. == Təbii yayılması == Ağ zanbaq daha çox Balkan və Qərbi Asiya ölkələrində yayılmışdır. == Botaniki təsviri == Bitkinin soğanaqları yer səviyyəsində formalaşır və yarpaqla örtülmüş çiçək gövdəsi, adətən, 1,2 m, yaz fəslində isə 2 m-ə qədər yüksələ bilir. Yay fəslində çox gözəl ətirli çiçəkləri olan Ağ zanbağın çiçəkləri, əsasən, ağ rənglidir və bazis rəngini sarı rəng təşkil edir. Ağ zanbaq virus xəstəliklərinə və Botrytis göbələyinə qarşı həssas bitkidir.
Ağ zanbaqlar ölkəsi
Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə Bolqarıstan və Türkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsi ilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir. Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.
Bakirə zanbaqlar arasında
"Bakirə zanbaqlar arasında" (fr. La Vierge au lys) — fransız akademik rəssamı Vilyam Buqronun 1899-cu ildə işlədiyi rəsm əsəri. Əsərdə zanbaqlar arasında öz taxtında əyləşmiş Məryəm ana təsvir olunmuşdur. O, qucağında balaca İsanı tutmuşdur. Arxa fon isə tamamilə güllərlə örtülmüş şəkildə təsvir edilmişdir.
Broun zanbağı
Broun zanbağı (lat. Lilium brownii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü.
Bəyaz zanbaqlar ölkəsində
Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə Bolqarıstan və Türkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsi ilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir. Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Dəniz zanbaqları
Dəniz lalələri (lat. Crinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. == Haqqında == Dəniz dibinə təhkim olunmuş çətir, gövdə və köklərdən ibarət olan heyvanlar. Bədənin əsas hissəsi bir-birinə bitişən, müxtəlif saylı lövhəciklərdən təşkil olunmuş fincan (teka) içərisində yerləşir. Teka üzərində, adətən, 5 budaqlanan qol vardır. Tekanın aşağı hissəsi fincan, üst hissəsi-qolların əsasını təşkil edən disk, yaxud qapaq adlanır. Ağız dəliyi diskin ortasında, anal dəliyi mərkəzdən bir qədər kənarda, bəzən xortum üzərində yerləşir. Fincanın əsasından başlayaraq içərisindən ox kanalı keçən kalsium-karbonatlı buğumlardan təşkil olunmuş və kök şaxələri ilə substrata təhkim olunan gövdə yerəlşir. Bəzi nümayəndələrində gövdə olmur. Müasir nümayəndələri böyük dərinliklərdə məskunlaşırlar.
Emanuela Zançi
Emanuela Zançi (17 oktyabr 1977, Milan) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Emanuela Zançi İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Emanuela Zançi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. İdman xidmətlərinə görə mühüm mükafatlara layiq görülüb.
Fanfan-zanbaq (film, 1952)
Fanfan-zanbaq — 1952-ci ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == Cavan və yaraşıqlı Fanfan evlənməkdən canını qurtarmaq üçün əsgər gedir. O, əsgərliyə getməmişdən əvvəl qaraçı qız Fanfanın falına baxır. Qaraçı qız gələcəkdə Fanfanın tanınmış döyüşçü olacağını və şahzadə qızla evlənəcəyini deyir. Sonda bəlli olur ki, cazibədar qaraçı qız zabitin qızıdır. Bunu öyrənən Fanfan arzusunun arxasınca getməyə başlayır. O, qaraçı qızın dediklərini gerçəkləşdirmək üçün əlindən gələni etməyə başlayır. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh.
Fanfan-zanbağ (film, 1952)

Fərqanə zanbaqcası
Valuyev zanbaqcası (lat. Fritillaria walujewii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Herald zanbağı
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Heraldik zanbaq

Həqiqi zanbaqkimilər (Liliodeae)
Junierus zanonii
Kristina Zantlyaytner
Kristina Zantlyaytner (8 may 1974, Tatabanya) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Zantlyaytner, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Kristina Zantlyaytner, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Köbəcikli zanbaqca
Köbəcikli zanbaqca (lat. Fritillaria verticillata) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Ledebur zanbağı
Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir.
Ley Zanq
Ley Zanq – Çinli qadın voleybolçu. 2013-cü ildən İqtisadçının şərəfini qoruyur. == Karyerası == Zanq voleybol həyatına məktəb səviyyəsində başlamışdır. 2001-ci ildən Şanxay voleybol klubunun A komandasında oynamışdır. Karyerasına uzun müddət doğma vətənində davam edən voleybolçunun legioner həyatı 2013-cü ildə başlayır. Belə ki, o, 2013–14 mövsümündə Bakının İqtisadçı klubuna transfer olunur. 2010-cu ildə isə ilk dəfə milliyə dəvət olunur. Voleybolçu milli komanda da ilk matçını İsveçrə millisinə qarşı oynayır.O milli komanda ilə birlikdə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edir. Həmin il Zanq komandası ilə birlikdə Asiya kubokunun da sahibi olmuşdur. 2013–14 mövsümünü İqtisadçıda keçirən voleybolçu Superliqada oynayan ilk çinli olur.
Maksimoviç zanbaqcası
Maksimoviç zanbaqcası (lat. Fritillaria maximowiczii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Mariya Zankovetska
Mariya Zankovetska (tam adı: Mariya Konstantinivna Zankovetska, ukr. Марія Костянтинівна Заньковецька, rus. Мари́я Константи́новна Занькове́цкая təxəllüsü: Adosovska, ukr. Адасовська, rus. Адасо́вская; 23 iyul (4 avqust) 1854, Zanki[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 4 oktyabr 1934, Kiyev, Ukrayna SSR, SSRİ) — Ukrayna və SSRİ aktrisası, USSR-nın xalq artisti.. == Həyatı == Mariya Konstantinivna Zankovetska 4 avqust 1854-cü ildə Rusiya imperiyasının Çerniqov quberniyasının ərazisində yerləşən Nejin mahalında, tanınmış mülkiyyətçi və vəkil olan Konstantin Konstantinoviç Adasovskinin ailəsində anadan olmuşdur. O, Çerniqov şəhərindəki bir gimnaziyadan məzun olmuşdur. Uşaq yaşlarından o, həvəskar tamaşalarda aktrisa kimi çıxış etmişdir. 1882-ci ildə o, peşəkar səhnədəki debütünü etmişdir – Yelizavetqrad şəhərində "Natalka Poltavka" operası. Onun vokal səsi (messo-soprano) səhnədəki uğuruna böyük təsir göstərmişdir.
...фо́бия архаизи́ровать бага́ж баси́ст мох ограждённый опцио́н перепека́ние повива́ние Псалтерио́н графологи́ческий ерала́шный кондициони́ровать неулы́бчивый обставля́ть прессо́вщик разозли́ть Armageddon calefactive latitudinarian prairie smoke press time выбросить неблагоустроенный соскребать