Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canavarları çağırma (film, 1983)
Canavarları çağırma filmi 1983-cü ildə eyniadlı kitab əsasında Karroll Ballardın rejissorluğu ilə çəkilib, baş rolda Çarlz Martin Smit, Brayan Dennehi və Zakari İttimanqnaq oynayıb. == Məzmun == Tayler (Çarlz Martin Smit) Kanada hökuməti tərəfindən şimal qütb qurdu və maralların sayı arasındakı əlaqəni araşdırmaq üçün göndərilir.
Bağırsaq
Bağırsaq — insanlar da daxil olmaqla çoxhüceyrəli heyvanlarda həzm orqanı. Bağırsaq (Kəlbəcər) — Kəlbəcər rayonunun YanŞaq inzibati ərazi vahidində kənd. Bağırsaq (bulaq) — Kəlbəcər rayonunda çıxan mineral bulaqlar. Bağırsaq (dağ) — Şərur rayonunda dağ. Bağırsaqçayı — Kəlbəcər rayonu ərazisində çay. Tərtər çayının qoludur.
Bağırsaq (Kəlbəcər)
Bağırsaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Bağırsaq Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi vahidində kənd. Kəndin ərazisi əvvəllər yaxınlıqdakı Qamışlı kəndinin binəsi olmuşdur. Tədricən həmin kənddə ki, ağayarlı və qazıxanlı nəsillərinə mənsub ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Kənd öz adını ərazidəki eyniadlı çay dərəsindən və bulaqdan almışdır. Burada dərənin relyef formasının əyri-üyrülüyünə, bağırsaqşəkilli olmasına görə belə adlandırılmışdır. 1917-ci ildə Baqarsıx variantında qeydə alınmışdır.
Bağırsaq (bulaq)
Bağırsaq – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağırsaq kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Bağırsaq çayının dərəsində, 2400 metr yüksəklikdə, İstisu Kurortunun yaxasında çıxan mineral bulaqdır. Suyu çoxdibetlidir. Suyundan müalicə və içmək üçün istifadə edilir. Vannası oynaq, sinir və digər xəstəliklərin müalicəsində müsbət təsir göstərir.Suyun hərarəti aşağıdır. Suyunun tərkibində bol miqdarda həm müxtəlif təbii qazlar, həm də mineral maddələr var. == Həmçinin bax == Bağırsaq == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.74.
Bağırsaq (dağ)
Bağırsaq dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayrıcında, Bağırsaqdərəsi çayının sağ sahilində, Günnüt kəndindən 4,5 km cənub-qərbdə dağ (hünd. 1993,6 m). Üst Devonun Famen mərtəbəsinə aid Qabaqdağ lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. Həmçinin yamaclarında şimal-şərq və şimal-qərb istiqamərli qırılmalar izlənilir.
Bağırsaq amöbü
Bağırsaq amöbü xəstəliktörətmə xüsusiyyətinə malik deyil. Bağırsaq amöbü iki - kiçik (forma minuta) və iri (forma magna) vegetativ formaya malikdir. == Quruluşu və həyat tərzi == Bədən dairəvi və düzgün olmayan şəkildə olur. Dizenteriya amöbünə nisbətən zəif hərəkətlidir. Şəffaflıq dərəcəsinə görə ektoplazmasını endoplazmadan ayırmaq çətinlik törədir. Sitoplazmanın iri vakuollarında törəməyə təsadüf edilmir. Parazitin qidasını müxtəlif bakteriyalar və leykositlər təşkil edir. Sistada nüvələrin sayı dizenteriya amöbündən fərqli olaraq 8 ədəddir. Nüvənin ölçüsü 2,5-9 mkm-dir. Rənglənmiş preparatda nüvədəki xromatin aydın görünür.
Bağırsaq balantidisi
Bağırsaq balantidisi lat. Balantidium coli - insanın bağırsağında yaşayan parazit olub, xroniki dizenteriya əmələ gətirir. Parazitin uzunluğu 30-200 mkm, eni isə 20-70 mkm-dir. Bədənin ön hissəsində infuzorlar üçün xarakter olan sitostom yerləşir. Sitostom peristomdan və qıfabənzər udlaqdan ibarətdir. Sitostom formaca yarıq şəklində olub, perpendikulyar yerləşir. Bədənin ortasında lobya formalı iri nüvə (makronukleus) və onun əyilmiş tərəfində isə dairəvi kiçik nüvə (mikronukleus) yerləşir. İki yığılıb-açılan ifrazat vakuolu vardır. Müxtəlif qida qalıqları və eritrositlər parazitin qidasını təşkil edir. == İnkişaf dövriyyəsi == Parazit yoğun bağırsaqda, az hallarda nazik bağırsağın aşağı şöbələrində yaşayır.
Bağırsaq dağı
Bağırsaq dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayrıcında, Bağırsaqdərəsi çayının sağ sahilində, Günnüt kəndindən 4,5 km cənub-qərbdə dağ (hünd. 1993,6 m). Üst Devonun Famen mərtəbəsinə aid Qabaqdağ lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. Həmçinin yamaclarında şimal-şərq və şimal-qərb istiqamərli qırılmalar izlənilir.
Bağırsaq dolması
Bağırsaq keçməzliyi
Bağırsaq keçməzliyi — bağırsaqların bu, yaxud digər səviyyəsində kənar edilə bilməyən maneə əmələ gələrək, onun içindəkilərin irəliləməsini pozaraq əmələ gəlir.Bağırsaq keçməzliyinin iki əsas forması ayırd edilir: dinamik; mexaniki.Dinamik bağırsaq keçməzliyi bağırsaqların iflici yaxud spazması nəticəsində bağırsaqlarda irəlilədilmə pozulduqda inkişaf edir.Mexaniki bağırsaq keçməzliyin öz növbəsində iki növü ayırd edilir: obturasion; stranqulyasion.Birinci halda maneə bağırsağın içində yerləşərək bacanı tıxaclayır (şiş, qurd yumağı) və bağırsaq keçməzliyinə səbəb olur. Stranqulyasion keçilməzliyi zamanı bağırsaq bacanı xaricdən və müxtəlif cərrahi əməliyyatlardan sonra əmələ gələn yapışmaların (bitişik yerləri) sıxılıb əzilməsi nəticəsində baş verir. == Əlamətləri == Ən çox təsadüf edilən bağırsaq keçməzliyinin əlamətlərindən qarın nahiyəsində bərk tutma şəkilli ağrıları qeyd etmək olar. Stranqulyasion keçilməzliyində ağrılar daimi olub, tutma şəkilli xarakter daşıyaraq, qəflətən başlayır. Ağrıların dözülməz səviyyəsində qarında "tərpənməni" müşahidə etmək olar. Obturasion keçməzliyində ağrılar elə intensiv olmayaraq, tədricən inkişaf edir.Xəstələrdə çox vaxt qusma olur. Ən əvvəl qusuntu kütləsində qida qalıqları, sonralar isə qusuntu öd tərkibli olur (çirkli sarı rəngli, nəcis qoxulu maye). Bağırsaqlardan yellərin (bağırsaqdan çıxan yel), nəcisin və ifrazatın çıxmasının dayanması ən vacib əlamətlərdəndir. Sonralar qarın nahiyəsində köpmə inkişaf edir və tez bir zamanda xəstənin ümumi vəziyyəti pisləşir, ağız nahiyəsi və dili quruyur, taxikardiya qeyd edilir.Bağırsaq keçməzliyinə ilkin şübhələrdə, həkimə qədər heç bir müalicəvi tədbir və prosedurun (müalicənin hər hansı bir prosesi) yerinə yetirilməsi qəti qadağandır. Xəstə təcili xəstəxananın cərrahiyə şöbəsinə çatdırılmalıdır.
Bağırsaq lyambliası
Bağırsaq lyambliyası (lat. Giardia lamblia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinin lyambliya cinsinə aid heyvan növü. İlk dəfə Xarkov Universitetinin professoru D.F.Lyamble tərəfindən öyrənilmiş və elmə daxil edilmişdir. Parazit müxtəlif onurğalıların, o cümlədən, insanın onikibarmaq bağırsağında yaşayır. == Morfologiyası == 4 cüt qamçıya malikdir, onlardan biri arxa hissədən, qalanları isə alt və yan tərəflərdən çıxır. Bədənin ön hissəsi dəyirmi, arxa hissəsi isə konusvari itidir. Ümumi görünüşü armudvari olub, ikitərəfli simmetriyaya malikdir. Bədənin alt tərəfində bağırsağa yapışmaq üçün bir ədəd sorucu disk vardır. Parazitin uzunluğu 10–18 mkm, eni isə 8–10 mkm-dir. Bədənin ön hissəsində simmetrik yerləşən iki nüvə vardır.
Bağırsaq trixomonadı
Bağırsaq trixomonadı(lat. Dientamoeba fragilis) — insan, donuz və qorillaların mədə-bağırsaq traktında mövcud olan tək hüceyrəli excavata. Bəzi insanlarda narahatlığa səbəb ola bilir. == Morfoloji quruluşu == Bağırsaq trixomonadının bədən forması kürə və oxlovvari olub, uzunluğu 5–15 mkm-dir. Bədənin ön hissəsi qismən dəyirmi olub, qamçıya malikdir. Bədənin bir tərəfində onun bütün uzunluğu boyu qamçı formasında uzanan və bədənə nazik pərdə ilə birləşən titrəyici membran yerləşir. Membranı onun zəif hərəkəti zamanı görmək mümkündür. Bədənin ön hissəsinə yaxın tərkibində bir neçə xromatini olan kiçik qovuğabənzər nüvə vardır. Nüvə ilə bədənin ön kənarı arasında kinetosom yerləşir və ondan bilavasitə qamçılar çıxır. Öndən arxaya doğru uzanan bütün bədən üçün dayaq rolu oynayan aksostil yerləşir.
Bağırsaq çöpləri
Escherichia coli- Enterobacteriaceae fəsiləsinin Escherichia cinsinə daxildir. İnsan patologiyalarında əhəmiyyət kəsb edən E.coli növü ilk dəfə 1885-ci ildə T. Eşerix tərəfindən nəcisdən əldə edilmiş və onun şərəfinə də adlandırılmışdır. Morfo-bioloji xüsusiyyətləri. E.coli ölçüləri 0,5–3,0*0,5–0,8 mkm olan qram mənfi qısa çöplərdir. Peritrix flagellalar hesabına hərəkətlidirlər. Bir çox ştammları mikrokapsula əmələ gətirir. Fakultativ anaerobdur, adi qidalı mühitlərdə 37° temperaturda pH 7.2–7.6 intervalında asanlıqla inkişaf edir. Bərk qidalı mühitlərdə hamar, azacıq qabarıq, parlaq, yarımşəffaf koloniyalar əmələ gətirir. Maye mühitlərdə diffuz bulanıq və çöküntü əmələ gətirir. Laktozanı parçaladığı üçün Endo mühitində metal parlaqlığı olan moruğu-qırmızı, MacConkey mühitində çəhrayı, eozin-metilen abısı mühitində (Levin mühitində) tünd bənövşəyi koloniyalar əmələ gətirir.
Düz bağırsaq
Düz bağırsaq - lat. rectum; yun. proktos yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək lat. articulatio sacroiliaca sinistra — sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda lat. anus adlanan dəlik vasitəsilə xaricə açılır. Bu dəlik olan hissə 2,5-3 sm uzunluğunda, dairəsi isə 5-9 sm olub və anus kanalı — lat. canalis analis adlanır. Düz bağırsağın uzunluğu 15-20 sm olub kiçik çanaqda omanın ön səthində, kişilərdə sidikliyin, toxum kisəciyinin və prostat vəzinin arxasında və qadınlarda isə uşaqlıq ilə uşaqlıq yolunun arxasında yerləşmişdir. Düz bağırsaq sagital istiqamətdə iki: çıxıq tərəfi arxaya baxan oma əyriliyinə — lat. flexura sacralis, önə baxan aralıq əyriliyinə — lat.
Kor bağırsaq
Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır.
Nazik bağırsaq
Nazik bağırsaq, orta bağırsaq (lat. intestinum tenue; yun. enteron ona görə də onun iltihabı enteritis adlanır) ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür: Onikibarmaq bağırsaq – lat. duodenum (intestinum duodenum – BNA) Acı bağırsaq – lat. jejunum (intestinum jejunum – BNA) Qalça bağırsaq – lat. ileum (intestinum ileum – BNA)Acı bağırsaq və qalça bağırsaq peritondan əmələ gəlmiş çöz (müsariqə) – lat. mesenterium vasitəsilə qarın boşluğunun arxa divarına bağlanmışdır; ona görə bunlara biryerdə çözlü (müsariqəli) bağırsaq – lat. intestinum tenue mesenteriale s.
Onikibarmaq bağırsaq
Onikibarmaq bağırsaq (lat. duodenum) — nazik bağırsağın ön ya birinci hissəsini təşkil edir; şəkil və vəziyyət cəhətcən müxtəlif olub, uzunluğu adətən 25-30 santimetrdir. Onikibarmaq bağırsaq onurğanın bel nahiyəsində yerləşərək, başlanan və qurtaran uclarından başqa qarın boşluğunun arxa divarına hərəkətsiz bir surətdə bağlanmışdır. Nala bənzəyir, çıxıq tərəfi sağa baxır, basıq tərəfi isə soldan mədəaltı vəzin başını əhatə edir. Onikibarmaq bağırsaq özü bir neçə hissələrə bölünür: birinci hissə - lat. pars superior (pars horisontalis superior - BNA) onikinci döş fəqərəsi ilə birinci bel fəqərəsi arasında mədə çıxacağından başlayır. Onurğanın sağ tərəfi ilə arxaya və sağa doğru üfüqi istiqamətdə gedir və öd kisəsinin boynuna çatdıqda aşağı dönərək ikinci hissəyə - enən hissəyə - lat. pars descendens keçir. Burada əmələ gələn əyriliyə lat. flexura duodenum superior deyilir.
Yoğun bağırsaq
Yoğun bağırsaq ya arxa bağırsaq — lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür: Kor bağırsaq — lat. cecum (intestinum caecum - BNA); Çənbər bağırsaq — lat. colon; Düz bağırsaq — lat. rectum (intestinum rectum - BNA).Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar — lat. teniae coli, çömçələr — lat. haustra coli, köndələn şırımlar — lat. sulci transversi və piy artımları (çıxıntıları) — lat. appendices epiploicae vasitəsilə nazik bağırsaqdan ayrılır.
Bağırsaq lyambliyası
Bağırsaq lyambliyası (lat. Giardia lamblia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinin lyambliya cinsinə aid heyvan növü. İlk dəfə Xarkov Universitetinin professoru D.F.Lyamble tərəfindən öyrənilmiş və elmə daxil edilmişdir. Parazit müxtəlif onurğalıların, o cümlədən, insanın onikibarmaq bağırsağında yaşayır. == Morfologiyası == 4 cüt qamçıya malikdir, onlardan biri arxa hissədən, qalanları isə alt və yan tərəflərdən çıxır. Bədənin ön hissəsi dəyirmi, arxa hissəsi isə konusvari itidir. Ümumi görünüşü armudvari olub, ikitərəfli simmetriyaya malikdir. Bədənin alt tərəfində bağırsağa yapışmaq üçün bir ədəd sorucu disk vardır. Parazitin uzunluğu 10–18 mkm, eni isə 8–10 mkm-dir. Bədənin ön hissəsində simmetrik yerləşən iki nüvə vardır.
Acı bağırsaq
Acı bağırsaq (lat. jejunum) — insanlarda və ən yüksək onurğalılarda, o cümlədən məməlilər, sürünənlər və quşlarda nazik bağırsağın ikinci hissəsi. Onun membranı əvvəllər onikibarmaq bağırsağın fermentləri tərəfindən həzm olunmuş qida maddələrinin kiçik molekullarının enterositlər tərəfindən udulması üçün ixtisaslaşmışdır. Acı bağırsağın döngələri qarın boşluğunun yuxarı sol hissəsində yerləşir. Acı bağırsaq və qalça bağırsağın arasındakı bölünmə anatomik olaraq fərqlənmir.Yetkinlərdə qalça bağırsaq adətən 6-7 m (20-23 fut) uzunluğundadır, bunun təxminən beşdə ikisi acı bağırsaqdır. == Tərkibi == Qəbul edilən qidaya məruz qalan acı bağırsağın daxili səthi, qəbul edilən qidalardan qida maddələrinin udulması üçün mövcud olan toxumaların səth sahəsini artıran villi adlanan selikli qişalarla örtülüb. Qida maddələrinin epitelial hüceyrələr vasitəsilə acı bağırsaq və qalça bağırsaq vasitəsilə daşınmasına şəkər fruktozasının passiv daşınması və amin turşularının, kiçik peptidlərin, vitaminlərin və əksər qlükozanın aktiv daşınması daxildir. Acı bağırsaqdakı villi onikibarmaq bağırsaq və ya qalça bağırsaqdan daha uzundur. Acı bağırsaqdakı pH adətən 7 ilə 8 arasındadır (neytral və ya bir qədər qələvi). O, həmçinin peristaltika kimi tanınan proseslə qidanın hərəkətinə kömək edən dairəvi və uzununa hamar əzələləri ehtiva edir.
Baqırdağ
Baqırdağ - türk və altay mifologiyasında yeraltı dağı. Mis Dağ mənası vardır. Müxtəlif türk dillərində Bakırtav, Pakırtağ olaraq da deyilər. Maştağ (Mıştav) da yenə bu sözlə eyni mənalı və ya xarakterizə edici olaraq istifadə edilər. Yeraltında doqquz dəniz vardır, bunların hamısının birləşməsindən Böyük Dəniz (Taluy) meydana gəlir. Burada doqquz Tanrı yaşayır. Bu doqquz dənizin qovuşduğu yer olan tam orta nöqtədə Mis Dağ iştirak edər. Mis üçüncü olmağı ifadə edir. Birinci sırada qızıl, ikinci sırada dəmir vardır. Bakırdağ, mifologiyada Altındağın yeraltındakı hissəsi olaraq düşünülər.
Çayqıraq
Çayqıraq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhali == Əhalinin sayı 1554 nəfərdir. (2017)[mənbə göstərin] == Din == Kənddə Çayqıraq kənd məscidi dini icması fəaliyyət göstərir.
Çaşirdağ
Çaşirdağ (Kaşirdağ) kəsilişi - Naxçıvan qoyma çökəkliyinin cənub-şərq kənarının geoloji kəsilişində iştirak edərək Əlincəçay dərəsinin sağ sahili boyu izlənilir və tufbrekçiyalar, tuflar və andezit avtoklastitlərin növbələnməsi ilə təmsil olunan, alt miosendən orta miosenə keçid stratiqra­fik intervalında vulkanogen fasiyanın yeganə çıxışıdır. Culfa rayonu ərazisində dağ (hünd. 1491,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən eyniadlı ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 4,2 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.KAŞİRDAĞ – Culfa rayonu ərazisində Çaşırdağın yerli əhali arasında işlədilən başqa adı.
Çatırdağ itburnusu
Çoxtikanlı itburnu (lat. Rosa spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropadan təsvir edilmişdir. Çində, Rusyada Sibirdə, İngiltərədə, Şimali-Qərbi və Cənubi Asiyada yayılmışdır. == Botaniki təsviri == Dik duran budaqlara malik 50-75 sm hündürlüyündə xırda kolcuqdur. Qopartikanları müxtəlifdir: nisbətən iri, düz və ya bir qədər dala doğru əyilmiş və xırda iynəşəkilli formada olur. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir, çiçək saplağı 25-40 mm uzunluqdadır. Meyvələri kürəşəkilli və ya bir qədər dikvarı, basıqdır, yetişdikdə tünd qəhvəyi, demək olar ki, qara rəngdə olur. == Ekologiyası == Əsasən meşələrdə, qayalıqlarda, çay kənarında, subalp çəmənlərdə, dəniz səviyyəsindən 1100-2300 m hündürlükdə bitir.
Çatırdağ yaylası
Çatırdağ (ukr. Чатир-Даг, krımtat. Çatır Dağ, Чатыр Дагъ) — Krım yarımadasının cənubunda, dənizdən 10 km aralıda yerləşən yayla. Krım dağlarının əsas sırasını təşkil edir. Əvvəllər silsilələr arasında məsafə böyük olmamışdır. Ancaq Ulu-Üzən və Alma çaylarının eroziya fəaliyyəti nəticəsində bu məsafə artır. Yayla yuxarı və aşağı olmaqla iki platodan ibarətdir. Yuxarı platonda iki zirvə vardır: şərqdə — Anqar-Burun (1453 m) və qərbdə — Əkizli-Burun (1527 m). Yaylanın uzunlu şimaldan cənuba 10 km, şərqdən qərbə isə eni 4 km təşkil edir. == Geologiya == Massiv klassik kars rayonudur.
Aşıq Gördüyün Çağırar (1983)
Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bugünündən söhbət açılır. == Məzmun == Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bugünündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Çaşirdağ (Kaşirdağ) kəsilişi
Çaşirdağ (Kaşirdağ) kəsilişi - Naxçıvan qoyma çökəkliyinin cənub-şərq kənarının geoloji kəsilişində iştirak edərək Əlincəçay dərəsinin sağ sahili boyu izlənilir və tufbrekçiyalar, tuflar və andezit avtoklastitlərin növbələnməsi ilə təmsil olunan, alt miosendən orta miosenə keçid stratiqra­fik intervalında vulkanogen fasiyanın yeganə çıxışıdır. Culfa rayonu ərazisində dağ (hünd. 1491,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən eyniadlı ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 4,2 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.KAŞİRDAĞ – Culfa rayonu ərazisində Çaşırdağın yerli əhali arasında işlədilən başqa adı.