Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir.İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. == Etimologiya == "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir.Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir. Bu söz də öz növbəsində latınca "xidmətçi" mənasını verən "serviens" sözündən törəmişdir.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Gevork Çavuş
Gevork Çavuş (erm. Գէորգ Արոյի Ղազարեան) - Osmanlı imperiyası sərhədləri daxilində fəaliyyət göstərmiş Daşnaksütun terrorçusu, qaçaq. Gevork Çavuş Sasunun Mktink kəndində ovçu ailəsində doğulmuşdur İlk təhsilini Muşda Arakelots monastırında almışdır Bir müddətdən sonra monastırı tərk edib Arabonun dəstələrinə qoşulur o zamanlar Arabo fidayi dəstələrinə başçılıq edirdi Arabonun tutulmasından sonra o Arabonu satanın arxasını düşür və həmin şəxsi öldürür 1885dən 1888ə qədər səyahət edir sonunda Hələbdə qalmağı qərarlaşdırır Hələbdə işləyib silahlanmaq üçün yetərincə pul yığır 1890cı ildə yenidən Darona qayıdır və burada dostu Hampartsum Boyacıyananın dəstələrinə qoşulur 1894cu ildə Sasun Üsyanına qatılır burada Osmanlı qüvvələri tərəfindən tutulur və 15 illik həbs qətimkan tədbiri seçilir onun üçün lakin 2 ildən sonra türmədən qaçmağı bacarır və Sasunun Dağlarında qaçaq həyatı yaşayır burada dostları ilə birgə Daşnaksütüna üzv olur 1896cı ildə Andranik ozanyanla tanış olur və 2ci Sasun üsyanında birgə vuruşurlar.
Kiçik çavuş
Kiçik çavuş — Azərbaycan Respublikası Silahlı Qüvvələrində seçilmiş və fərqlənmiş hərbi qulluqçulara, kurs keçməsi nəticəsində verilən hərbi rütbədir. Bu hərbi rütbə kiçik komandir heyəti kateqoriyasına aid hərbi rütbədir. Bu rütbə MAXE hərbi qulluqçulara və müddətli hərbi qulluqçulara verilir.
Qevorq Çavuş
Qevorq Çavuş (erm. Գէորգ Արոյի Ղազարեան) - Osmanlı imperiyası sərhədləri daxilində fəaliyyət göstərmiş Daşnaksütun terrorçusu, qaçaq.Qevorq Çavuş Sasunun Mktink kəndində ovçu ailəsində doğulmuşdur İlk təhsilini Muşda Arakelots monastırında almışdır Bir müddətdən sonra monastırı tərk edib Arabonun dəstələrinə qoşulur o zamanlar Arabo fidayi dəstələrinə başçılıq edirdi Arabonun tutulmasından sonra o Arabonu satanın arxasını düşür və həmin şəxsi öldürür 1885dən 1888ə qədər səyahət edir sonunda Hələbdə qalmağı qərarlaşdırır Hələbdə işləyib silahlanmaq üçün yetərincə pul yığır 1890cı ildə yenidən Darona qayıdır və burada dostu Hampartsum Boyacıyananın dəstələrinə qoşulur 1894cu ildə Sasun Üsyanına qatılır burada Osmanlı qüvvələri tərəfindən tutulur və 15 illik həbs qətimkan tədbiri seçilir onun üçün lakin 2 ildən sonra türmədən qaçmağı bacarır və Sasunun Dağlarında qaçaq həyatı yaşayır burada dostları ilə birgə Daşnaksütüna üzv olur 1896cı ildə Andranik ozanyanla tanış olur və 2ci Sasun üsyanında birgə vuruşurlar.
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Çavuş Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib.Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır.Stabbi 2018-ci il cizgi filminin mövzusudur. == Mükafatları və xatirəsi == Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı.Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb. 2018-ci ildə "Sgt. Stubby: An American Hero" tammetrajlı cizgi filmi ekranlara çıxıb. == Həmçinin bax == Şer Ami == İstinadlar == == Xarici keçidlər == Сержант Стабби Американский герой.
Araz Məmmədov (çavuş)
Araz Telman oğlu Məmmədov (18 noyabr 1980, Şamxor – 28 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz Məmmədov 1980-ci il noyabrın 18-də Şəmkir şəhərində anadan olub. 1986-1996-cə illərdə Şəmkir şəhərində N. Nərimanov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Araz Məmmədov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Araz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Araz Məmmədov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Bəxtiyar Məmmədov (çavuş)
Bəxtiyar Bayramşah oğlu Məmmədov (16 avqust 1996, Nabur, Qobustan rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Məmmədov 1996-cı il avqustun 16-da Qobustan rayonunun Nabur kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar Məmmədov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Hüseynov (çavuş)
Cavid Habil oğlu Hüseynov (1 aprel 1994, Hamarqışlaq, Cəlilabad rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş Çavuşu, Tankçı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub. 2012-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra Cavid Hüseynov 2016-cı ildə yenidən Azərbaycan Respubilkasının ordu sıralarına qayıdır. Azərbaycan Respubilkasının Silahlı Qüvvələrində Baş çavuş və Tank Atıcısı kimi xidmətə başlayır. Xidmət müddətində komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, medal və diplomlarla təltif olunub. Subay idi. Ailədə iki qardaş və evin kiçik oğlu idi. == Hərbi xidməti == Cavid Hüseynov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Elməddin Nəsibov (çavuş)
Elməddin Yusif oğlu Nəsibov (8 avqust 1983; Qazax rayonu, Azərbaycan SSR — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Nəsibov 1983-cü il avqustun 8-də Qazax rayonunun Ağköynək kəndində anadan olub. 1989-2000-ci illərdə S. Çobanov adına Ağköynək kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Elməddin Nəsibov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Nəsibov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub.
Elvin Məmmədov (çavuş)
Elvin Tərlan oğlu Məmmədov (12 dekabr 1992, Xırmandalı, Biləsuvar rayonu – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Məmmədov 1992-ci il dekabrın 12-də Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Elvin Məmmədov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddəli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Məmmədov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonu Xırmandalı kənd məzarlığında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin İsmayılov (çavuş)
Elvin Tələt oğlu İsmayılov (9 mart 1989, Əlinəzərli, Jdanov rayonu – 27 sentyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin İsmayılov 1989-cu il martın 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. Şəhla Mirzəyeva ilə ailəli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Elvin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin İsmayılov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elvin İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Elçin Həsənli (çavuş)
Elçin Qəşəm oğlu Həsənli (6 iyun 1998, Qırıxlı, Xanlar rayonu – 30 oktyabr 2020, Kəlbəcər rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin Quru qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elçin Qəşəm oğlu Həsənli 1998-ci il iyun ayının 6-da Göygöl rayonun Qırıqlı kəndində anadan olmuşdur. 2005-ci ildə Qırıxlı kənd Ramiz Əsgərov adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-ci ildə məktəbi bitirmişdir. == Hərbi xidməti == Elçin Həsənli məktəbi bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və Füzulidə ön cəbhədə yerləşən ″N″ saylı hərbi hissədə başa vurmuşdur. Hərbi xidməti bitirəndən sonra bir müddət Rusiya Federasiyasına işləməyə gedir. Orda müəyyən müddət çalışdıqdan sonra Azərbaycana qayıdır. Daşkəsən şəhərində yerləşən ″N″ saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi fəaliyyətə başlayır. === İkinci Qarabağ müharibəsində iştirakı === Kəlbəcər-Murovdağ silsiləsi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanaraq itkin düşmüşdür. Ailəsi ilə son danışığı 26 sentyabrda olmuş 70 gün Elçindən ailəsi bir məlumat ala bilməmişdir. Nəhayət 5 dekabr 2020-ci il tarixində nəşi tapılır və 6 dekabr günorta saatlarında Göygöl rayonu Qırıqlı kənd Şəhidlər xiyabanında təmtəraqlı dəfn mərasimi ilə son mənzilə yola salınır.
Fariz Babayev (çavuş)
Fariz Zakir oğlu Babayev (15 fevral 1984; Füzuli rayonu, Azərbaycan SSR — 3 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Babayev 1984-cü il fevralın 15-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Fariz Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fariz Babayev noyabrın 3-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fariz Babayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fikrət Məmmədov (çavuş)
Fikrət Sulduz oğlu Məmmədov (20 yanvar 1982; Füzuli rayonu, Azərbaycan SSR — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fikrət Məmmədov 1982-ci il yanvarın 20-də Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Fikrət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fikrət Məmmədov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fikrət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fikrət Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fikrət Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsən Abdullayev (çavuş)
Həsən Aydın oğlu Abdullayev (15 oktyabr 1990; Kəlbəcər rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Abdullayev 1990-cı il oktyabrın 15-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsən Həsənov (çavuş)
Həsən Rəhim oğlu Həsənov (1 oktyabr 1990, Əli-Bayramlı – 2 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində Rəhim və Məryam Həsənovların ailəsində anadan olub. 1997-2008-ci illərdə 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Qəriyyə Həsənova ilə ailəli idi. Ömər və Camal adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Həsən Həsənov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Həsən Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Həsənov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şirvan şəhərinin Şəhidlər Xiyabanında ​dəfn olunub.
Kamil Şirinov (çavuş)
Kamil Altay oğlu Şirinov (9 avqust 1999; Kürdəmir rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Şirinov 1999-cu il avqustun 9-da Kürdəmir rayonunun Ərəb Qubalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Kamil Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Şirinov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunun Ərəb Qubalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mahir Hüseynov (çavuş)
Mahir Ağaxan oğlu Hüseynov (11 aprel 1968, Əmircan, Bakı, Azərbaycan SSR — 10 yanvar 1994, Horadiz, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Mahir Ağaxan oğlu Hüseynov 1968-ci il aprelin 11-də Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1985-ci ildə 114 nömrəli orta məktəbi bitirib. 1986–1988-ci illərdə Rusiyanın Maqadan şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra rabitəçi peşəsinə yiyələnib. 1993-cü ilin yazında könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb.Helikopterdə bort-atıcı kimi döyüşüb. 1994-cü ilin yanvarın 10-da Horadiz ətrafında gedən döyüşlər zamanı şəhid olub.
Mehrac Mahmudov (çavuş)
Mehrac Məhəmməd oğlu Mahmudov (17 yanvar 1958, Səhləbad, Mirbəşir rayonu – 23 aprel 1994, İlxıçılar, Ağdam rayonu) — Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Azərbaycan şəhidi. == Həyatı == Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xaborovski şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib. === Ailəsi === 3 övladı vardır. == Döyüş fəaliyyəti == Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyən M.Mehrac erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlmiş, 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt batalyona rəsmi qəbul edilmədiyi halda hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərmişdir. Sonradan 2 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi.
Murad Mahmudov (çavuş)
Murad Mahmudov (tam adı: Murad Mahir oğlu Mahmudov; 12 aprel 1995; Şəki, Azərbaycan — 10 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Mahmudov 1995-ci il aprelin 12-də Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub. Ailəli idi. Damla və Aysu adında qızları yadigar qaldı. == Hərbi xidməti == Murad Mahmudov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan Murad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Murad Mahmudov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Namiq Quliyev (çavuş)
Namiq Natiq oğlu Quliyev (29 dekabr 1994; Bakı, Azərbaycan — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Quliyev 1994-cü il dekabrın 29-da Bakı şəhərində anadan olub. Ailənin yeganə övladı idi. 1996-cı ildə — Namiq Quliyevin 2 yaşı olanda Quliyevlər ailəsi Moldovanın Kişinyov şəhərində yaşamağa başlayırlar. 2000-ci ildə Kişinyov şəhərində N. Qoqol adına Liseyin birinci sinfinə qəbul olan Namiq Quliyev, 2005-ci ilə qədər orada təhsil alıb. 2005-ci ildə Namiq Quliyevin anası Gülarə Quliyeva oğlunu məhz Azərbaycanlı ruhunda böyütmək istədiyindən, onunla birgə Moldovadan Azərbaycana qayıtmaq qərarına gəlir. Vətənə döndükdə ən böyük istəyi Azərbaycan dilini mükəmməl səviyyədə öyrənmək olan Namiq, qısa müddətdə buna nail olur. Namiq Quliyev təhsilini 2 nömrəli Texniki Humanitar Liseydə davam edib və 8-ci sinfə qədər burada təhsil alıb. 9-11-ci siniflərdə Zərifə Əliyeva adına Liseydə təhsil alıb və 2012-ci ildə məzun olub. 2012-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat" fakultəsinə daxil olan Namiq Quliyev, 2016-cı ildə "Kompyuter elmləri" ixtisası üzrə ali təhsilini başa vurub.
Natiq Əhmədov (çavuş)
Natiq Namiq oğlu Əhmədov (9 mart 1997; Xəzər rayonu, Azərbaycan — 11 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Əhmədov 1997-ci il martın 9-da Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Natiq Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Natiq Əhmədov oktyabrın 11-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Hüseynov (çavuş)
Nicat Adil oğlu Hüseynov (30 mart 1987, Meyniman, Hacıqabul rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Hüseynov 1987-ci il martın 30-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Nicat Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Hüseynov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Corvus
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22—23 sm, kütləsi 150—200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Covas
Gilermo Kovas (ing. Guillermo Covas; 1 fevral 1915, La Plata – 30 avqust 1995) — Argentina botaniki. == Elmi fəaliyyəti == Gilermo Kovas Sumaqkimilər üzrə ixtisaslaşmışdır.
Böyük çöküş
Böyük Çöküş (ing. Big Crunch) — nəzəriyyəsi Big Bangdən (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Alimlər büzülən kainatın sonunda “Big Crunch” (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir: “Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəsiniz… Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu tapdıq: mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər Qara enerjinin mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulasiyasının ortasında ola bilərik”. Big Crunch kimi ifadə edilən bu elmi fərziyyəyə Quranda belə işarə edilir: O gün göyü yazılı səhifələrin büküldüyü kimi yenə əvvəlki halına qaytaracağıq.
Corvus cornix
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460—735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Corvus corone
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Corvus frugilegus
Zağca (lat. Corvus frugilegus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 45-50 sm, çəkisi 350-450 q olur. Rəngi qara, bənövşəyi-göydür. Əsasən Mərkəzi Avropa və Asiyada yayılmışdır. Köçəri quşdur. Lakin Azərbaycanda oturaq həyat sürür. Hündür ağaclarda düzəltdiyi yuvaya 3-7 yumurta qoyur; 19-21 gün kürt yatır. Zərərli həşəratı məhv etməklə fayda,tarlada toxumu cücərtini yeməklə zərər verir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası IV cild, Bakı 1980, səh.
Corvus monedula
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22—23 sm, kütləsi 150—200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Corvus corax
Quzğun (lat. Corvus corax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.
Doğuş
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Havuş
Havuş (əvvəlki adı: Avuş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibindəki Avuş kəndi Havuş kəndi adlandırılmış, Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Hovuz
Hovuz — Üzgüçülük məqsədi ilə istifadə edilən içərisi su ilə doldurulmuş çuxur. Modern hovuzlar beton divarlarla əhatələnir və hovuzun kənarına kafellər vurulur. Hovuzların dərinliyi və uzunluğu təyinatına görə hesablanır. Hovuzlar həm qapalı, həm də açıq havada ola bilər. Onlar istənilən ölçüdə və formada, yeraltı və ya yerüstü ola bilər. Hovuzların əksəriyyəti daimi qurğulardır, digərləri isə müvəqqəti, yıxıla bilən strukturlardır.
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qovut
Qovut — Azərbaycanın milli mətbəxinə daxil olan şirniyyat növlərindən biri. Əsasən qış ayları hazırlanır. Xüsusi ilə səhər yeməyində yeyilir. == Tərkibi və hazırlanma qaydası == Qovut hazırlamaq üçün buğda yaxşıca (sacda) qovrulur. Qovurğa hazırlanır. Hazırlanmış qovurğa isti-isti əl dəyirmanı və ya həvəngdəstə ilə üyüdülür. Kərə yağı əridilir, isti su və ya süd əlavə edilir. Bunun üzərinə hazırlanan qovut qatılır. Nəticədə qatı və qəhvə rəngli kütlə alınır. Qovutun üzərinə şəkər tozu və ya bal, duz qatılır.
Qovuç
Qoğuç - türk, yakut, qırğız və altay şamanizmində Şeytan çıxarma, Cin qovma, Şeytan qovalama (eksorsizm) mənalarını verən bir sözdür. Pis ruhların kənarlaşdırılması əməliyyatıdır. Qərb xristianlığında şeytan çıxarma əməliyyatı işgəncə də daxil hər cür üsulu mübah qəbul etmişdir və orta əsrlər bu tip proqramlara səhnə olmuşdur. Ancaq şamanist ənənədə isə belə hadisələr görülməz. Ruhları görüb insanlardan uzaqlaşdıra bilən kəslərə Qovucu/Quvuçu/Kuvucu/Kuğuçu/Kuğunçu deyilir. Pis ruhu bir dəfə tutan adam qovucu olmağa haqq qazanmış deməkdir. Söz, "qovmaq" feli ilə əlaqəlidir. Şaman tərəfindən cin dəyən adamın üzünə soyuq su səpilərək "qovuç, qovuç!" deyə müraciət ediləcəkdir. Üzərlik və öd ağacları yandırılaraq tütsü edilər, bununla xəstə və olduğu oda tütsülənir. "Qovuz" sözcüyü də cin vurmasına qarşı edilən efsun, üfürün, urasa kimi mənalara gəlir.
Tavuş
Tovuz mərzi (erm. Տավուշ) — Ermənistan Respublikasının 10 mərzindən biri. Ölkənin şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir. Tarixi Qazax qəzasının tərkibində olmuşdur. Mərkəzi İcevan şəhəri olan mərz şimaldan Gürcüstan, cənubdan Geğarkunik (Göyçə mahalı), cənub-qərbdən Kotayk (Dərəçiçək mahalının ərazisi), qərbdən Loru (Dağlıq Borçalı və Pəmbək mahalı) mərzləri ilə, şərqdən isə Azərbaycan rayonları olan Qazax, Ağstafa, Tovuz, Gədəbəy ilə əhatələnib. Keçmiş İcevan, Dilican, Şəmşəddin və Noyemberyan rayonlarını əhatə edir. Azərbaycanlılar yaşamış Qaraqoyunlu mahalının bir hissəsi bu ərazidə yerləşir. Qaraqoyunlu mahalının digər hissəsi isə Göyçə mahalının Krasnoselsk rayonu (indiki Çəmbərək rayonu) ərazisində yerləşir. == Etimologiyası == 1995-ci ildən sonra əraziyə, ermənilər tərəfindən tarixi saxtalaşdırmaq üçün verilmiş ad. Ərazinin əsl adı Tavus adlanmışdır.
Tovuz
Tovuz — Azərbaycan Respublikasının Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsində şəhər, Tovuz rayonunun inzibati mərkəzi. 1947-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha), Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) və Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha), Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha), Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahələri Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Şəhərin adı yazılı mənbələrdə ilk dəfə 827-ci il hadisələri ilə əlaqədar çəkilib. Erkən orta əsrlərdə alban qalalarından biri də Tavuş qalası idi. XII-XIV əsr mənbələrində Tavuş, Tavus, Tavuz, Taus, Tauz, Tus kimi qeyd olunmuşdur. Tovuş çayının (Tovuz çayının qolu) sağ sahilində hündür dağın başında Tovusqala adlı qədim abidə mövcuddur. Həmin qalanın xarabalığı indiki Ermənistan ərazisindədir. Qala öz adını çayın adından almışdır. İndiki yaşayış məntəqəsi XIX əsrdə salınmış dəmir yolu stansiyası əsasında formalaşmışdır.
Çorum
Çorum — Türkiyənin Çorum ilinin inzibati mərkəzi.
Çotur
Çotur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə yerləşir. Hamamlı (Spitak) rayonu təşkil edilənə kimi (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim türk dilində "uc", "kənar" mənasında işlənən "çotur" sözü əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarameç qoyulmuşdur.
Çovğun
Çovğun- düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı yer səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır. Çovğun hadisələri siklonlarda soyuq cəbhələrin keçməsi ilə bağlı olan kəskin soyuma zamanı yaranır. Qar örtüyünün sovrulması ilə çovğunlar bir sahəni çılpaqlaşdırır, digər sahələrdə isə qar təpəsi yaranır. == Çovğunun növləri == Çovğunun bir neçə növü vardır: səth çovğunu; alt çovğun; ümumi çovğun. === Səth çovğunu === Səth çovğunu çox alçaqdan əsən küləklə yaranır və qar bilavasitə qar örtüyünün səthindən sovrulur. === Alt çovğun === Alt çovğun yumşaq qar böyük hündürlüyə qalxır və görünüşü xeyli pisləşdirir. Alt çovğunun yaranma ehtimalı adətən təzə yağmış qar və kifayət qədər alçaq temperaturlarda daha böyük olur === Ümumi çovğun === Ümumi çovğun kifayət qədər güclü küləklə və bərk qar yağma ilə müşayət olunur == Azərbaycanda çovğun == Azərbaycanda çovğun çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir (1959, 1972-ci il). Güclü qaryağmalar və çovğunlarda kifayət qədər hündür qar təpələri yaranmış, dəmiryol nəqliyyatı müəyyən müddətə dayandırılmışdır, şəhər nəqliyyatının normal hərəkəti pozulmuş, qarın ağırlığı və küləyin təsirindən ağacların budaqları qırılmış, neft sənayesinə və heyvandarlığa böyük zərər dəymişdir.Qar örtüyünün dayanıqsız olduğu Kür-Araz ovalığında, ayrı-ayrı yerlərdə 10-20 ildə bir dəfədən çox olmayaraq zəif çovğun hadisələrinə rast gəlmək olar. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1-3 gün təşkil edir. Burada çox güclü çovğunlara da rast gəlinir.
Çoğur
Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir. == Tarixçə == Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir. == Söz açımı == Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir . Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir.
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Şovut
Şovut — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Porsova, Jiy və Horonu kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 255 nəfərdən ibarətdir.[mənbə göstərin] == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == Keçmişdə Şovut kəndi də Telavarın parçası idi. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.
Colius colius
Ağkürək siçanaoxşar (lat. Colius colius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin siçanaoxşarkimilər dəstəsinin siçanaoxşarlar fəsiləsinin siçanaoxşar cinsinə aid heyvan növü.
Acorus
Kəcəvər (lat. Acorus) — kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik həmişəyaşıl ot bitkiləridir.
Bonus
Bonus (bonus) – faydalı qazıntıları şirkətlərə istismara verdiyi üçün həmin ehtiyatların üzərində mülkiyyət hüququnu saxlayan dövlətə buna görə ödənilən vəsait. Bonus hasilatın pay bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı hökumətə ödənilən mükafatdır. Bonuslar adətən mərhələlərlə ödənilir. Onun bir hissəsi layihənin əvvəlində, digər hissəsi isə layihədə müəyyən mərhələlərə çatdıqca ödənilir. Adətən hasilatın pay bölgüsü (PSA) tipli müqavilələrdə bonuslar müqaviləyə daxil edilmir. Çünki onun daxil edilməsi halında bonusun hasilat başladıqdan sonra kompensasiyası məsələsi qaldırıla bilər.
COPUOS
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur.COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. == Tarix == Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.
Cetus
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Colius
Siçanaoxşar (lat. Colius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin siçanaoxşarkimilər dəstəsinin siçanaoxşarlar fəsiləsinə aid heyvan cinsi.
Cornus
Zoğal (lat. Cornus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki – Zaqatala, Quba – Qusar zonalarında, eləcə də Kür – Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11 % üzvi turşular (limon, alma, kəhraba və s.) 8-8 % aşı maddəsi, karotin və C, B vitaminləri, boyayıcı və pektin maddələri və s. vardır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.
Cosmus
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Costus
Kostus (lat. Costus) - kostuskimilər fəsiləsinə aid bitki cinsi.
Çalus
Çalus — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Çalus şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 44,618 nəfər və 12,791 ailədən ibarət idi.