Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AiD
Orxan Araz oğlu Zeynallı və ya AiD (5 iyun 1989, Bakı) — azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi. == Bioqrafiya == Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirmir. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞda yaşayır. === Karyerası === Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
Adaçayı cinsinə aid növlər
== A == Salvia abbottii Urb., 1922. Salvia absconditiflora Greuter & Burdet, 1985. Salvia abyssinica L.F., 1782. Salvia abyssinica Hochst. ex Engl., 1891 Salvia abyssinica Jacq., 1781-86 Salvia abyssinica R.Br. Salvia acaulis Vahl, 1804 Salvia acetabulosa L., 1767 Salvia acuminata Ruiz & Pav, 1798. Salvia acuminata Vent., 1800. Salvia acuminatissima Steud., 1841 Salvia acutata Brot. Salvia acutifolia Ruiz & Pav., 1798. Salvia adenoclada Briq., 1898.
Banksiya cinsinə aid növlər
Anturium cinsinə aid bitki növləri
"İranAir"ə aid mülki təyyarənin vurulması
"İranAir"ə aid mülki təyyarənin vurulması — 3 iyul 1988-ci ildə İran Havayollarına (İranAir) aid 655 uşuş nömrəli Airbus A300B2-203 tipli təyyarənin Tehran-Dubay marşrutu üzrə hərəkəti zamanı Fars körfəzində Amerika Birləşmiş Ştatlarına aid Vinsennes raket gəmisi (USS Vincennes (CG-49)) tərəfindən vurulması hadisəsi. Hadisə nəticəsində təyyarədəki 290 nəfər nəfər həlak olmuşdur. Onlardan 16-sı təyyarə ekipaj üzvləri, 274-ü isə sərnişin olmuşdur. Sərnişinlərdən 66-sı uşaq olmuşdur. Hadisə ilə bağlı ABŞ İrandan üzr istəməmişdir.
Ağcaqayın cinsinə aid növlər
Acer cinsinə aid 100-dən çox növ var. == Növləri və sinonimlər == Acer albopurpurascens Hayata See A. oblongum Acer acuminatum Wall. ex D.Don Acer aidzuense Franch. Acer ambiguum Dipp. See A. pictum Acer amplum Rehder Acer argutum Maxim. Acer barbatum Michx. See A. floridanum Acer barbinerve Maxim. Acer buergerianum Miq. Acer caesium Wall. ex Brandis Acer calcaratum Gagnep.
Bulbofillium cinsinə aid növlər
== Növləri == == A == == B == == C == == D == == E == == F == == G == == H == == I == == J == == K == == L == == M == == N == == O == {{SS|4| Bulbophyllum oblanceolatum King & Pantl. Bulbophyllum obliquum Schltr. Bulbophyllum obovatifolium J.J.Sm. Bulbophyllum obscuriflorum H.Perrier Bulbophyllum obtusangulum Z.H. Tsi Bulbophyllum obtusatum Schltr. Bulbophyllum obtusipetalum J.J.Sm. Bulbophyllum obtusum (Blume) Lindl. Bulbophyllum obyrnei Garay, Hamer & Siegerist Bulbophyllum occlusum Ridl. Bulbophyllum occultum Thouars Bulbophyllum ocellatum Cootes & M.A.Clem. Bulbophyllum ochraceum (Barb.Rodr.) Cogn. Bulbophyllum ochroleucum Schltr.
Dendroxilum cinsinə aid növlər
== A == Dendrochilum abbreviatum Blume (Java) Dendrochilum abbreviatum var. abbreviatum Dendrochilum abbreviatum var. remiforme J.J.Sm. Dendrochilum abortum (Ames) L.O.Williams (Filippin) Dendrochilum acuiferum Carr (Borneo) Dendrochilum acuminatum J.J.Sm. (Sumatra) Dendrochilum acuminatum var. acuminatum Dendrochilum acuminatum var. laxum J.J.Sm. Dendrochilum adpressibulbum J.J.Sm. (Sumatra) Dendrochilum affine Ames (Filippin) Dendrochilum alatum Ames (Borneo) Dendrochilum alboviride J.J.Sm. (Sumatra) Dendrochilum alpinum Carr (Borneo) Dendrochilum ambangense H.A.Pedersen (Sulavesi) Dendrochilum amesianum H.A.Pedersen (Filippin) Dendrochilum anfractum (Ames) Pfitzer in H.G.A.Engler – Bent Dendrochilum (Filippin) Dendrochilum anfractum var.
Phytoseiidae fəsiləsinə aid növlər
Aida
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida HüseynovaAida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas)Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor.DigərAida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Chlorophyceae sinfinə aid cinslərin siyahısı
== Chaetopeltidales sırası == == Chaetophorales sırası == == Order Chlamydomonadales == == Chlorococcales sırası == == Chlorosarcinales sırası == Incertae sedis Chlorosarcina Chlorosarcinopsis Chlorosphaeropsis Desmochloris Neochlorosarcina == Oedogoniales sırası == Fəsilə: Oedogoniaceae Oedocladium Oedogonium == Sphaeropleales sırası == == Tetrasporales sırası == == Incertae sedis == == References == Chlorophyceae sinfinə aid cinslərin siyahısı: ITIS saytındakı taksonomiya 3166 Chlorophyceae (ing.) Milli Biotexnoloji Məlumat Mərkəzinin (NCBI) saytında.
Malaleuca cinsinə aid növlərin siyahısı
Mürəkkəbçiçəklilər fəsiləsinə aid cinslərin siyahısı
== A ==
Trebouxiophyceae sinfinə aid cinslərin siyahısı
== Order Chlorellales == === Family Chlorellaceae === === Eremosphaeraceae fəsiləsi === Excentrosphaera Neglectella === Oocystaceae fəsiləsi === === incertae sedis fəsiləsi === Ankistrodesmopsis Picochlorum == Microthamniales sırası == Microthamniaceae fəsiləsiMicrothamnion == Phyllosiphonales sırası == Phyllosiphonaceae fəsiləsiMysteriochloris Phyllosiphon Phytophysa Polulichloris == Prasiolales sırası == === Koliellaceae fəsiləsi === === Prasiolaceae fəsiləsi === === incertae sedis fəsiləsi === Elliptochloris == Trebouxiales sırası == === Botryococcaceae fəsiləsi === === Trebouxiaceae fəsiləsi === == incertae sedis sırası == === Coccomyxaceae fəsiləsi === === Dictyosphaeriaceae fəsiləsi === === Micractiniaceae fəsiləsi === === incertae sedis fəsiləsi === == References == == External links == Şablon:Wikispecies Guiry, M.D.; Guiry, G.M. "Trebouxiophyceae". AlgaeBase. World-wide electronic publication, National University of Ireland, Galway. 2023. Trebouxiophyceae sinfinə aid cinslərin siyahısı: ITIS saytındakı taksonomiya 75966 Trebouxiophyceae (ing.) Milli Biotexnoloji Məlumat Mərkəzinin (NCBI) saytında.
Özünə aid bir otaq (roman)
Özünə aid bir otaq — Bu məqalə Virciniya Vulfun ilk dəfə 1929-cu ilin sentyabrında nəşr olunmuş məqaləsidir. Məqalə Kembric Universitetində Vulfun qadınlar tərəfindən qurulan kollecləri haqqındadır. Girton və Newnham kollecində tədris etdiyi iki kursa əsaslanır. == Haqqında == Məqaləni feminist prizmadan yazan Vulf ədəbi istehsalda qadınları qeyri-adekvat görən patriarxal düşüncəni də tənqid edib. Bu məşhur məqaləsində Vulf qadınların və xüsusən də qadın sənətçilərinin statusundan bəhz edir, qadının yazmaq üçün pulu və öz otağının olması lazım olduğunu iddia edir. Vulfun fikrincə, əsrlər boyu mövcud olan qərəz, maliyyə və təhsildəki çatışmazlıqlar qadınların yaradıcılığına mane olub.
Aida (opera)
Aida (it. Aida) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Gislançoni Antonionun farnsız misirünası, Mariet Ogüstün bir senarisi üzrə librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 24 dekabr 1871-ci ildə Qahirədə səhnəyə qoyulmuşdur. Hadisə Qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini saray mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir. == Tarixi == XIX əsrin altmışıncı illərində Misir Osmanlı mülki olsa da ölkə vassal hökmdar “Xədivə” tərəfindən idarə olunurdu. İngilislərin gəlməsindən sonra 20 il sonra de fakto hakim Məhəmməd Əli tərəfindən müsəqillik əldə etmiş olur. Məhəmməd Əlinin xələfi Xədivə İsmayıl avropa təhsilli, fransız mədəniyyəti və ədəb ərkanı tərbiyəsi almış bir şəxs idi. Ölkəsində mədəni islahatların əsasını qoymuş Xədivə İsmayıl Qahirədə bir 850 tamaşaçı yerli taxta materialından opera binası inşa etdirir. Dövlət himninin musiqisini bəstələmək Verdidən xahiş olunsa da o, vaxtının olmaması bəhanəsi ilə bundan imtina edir.
Aida Abdullayeva
Abdullayeva Aida Həmdulla qızı (13 aprel 1922, Bakı – 11 aprel 2009, Bakı) – musiqiçi, Azərbaycan SSR əməkdar artisti (1972), Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı. == Həyatı == Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edildi. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir. 1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.
Aida Balayeva
Aida Ğalım qızı Balayeva (qaz. Аида Ғалымқызы Балаева; 4 iyul 1974, Almatı vilayəti) — Qazaxıstan dövlət xadimi. Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (4 may 2020-ci il tarixindən). == Bioqrafiyası == 2000-ci ildə Abay adına Almatı Dövlət Universitetini rus dili və ədəbiyyatı müəllimi ixtisası ilə, 2007-ci ildə Qazaxıstan Milli Aqrar Universitetini hüquqşünaslıq ixtisası ilə bitirib.2010-cu ildə sosioloji elmlər namizədi akademik adını müdafiə etdi, tezis mövzusu: "Qazaxıstan gəncliyinin etnik-dini identifikasiyası: sosioloji aspekt".1994-2004-cü illərdə Qazaxıstan Respublikası İnformasiya və İctimai Saziş Nazirliyinin Almatı regional informasiya və ictimai razılıq şöbəsinin ictimai və siyasi proseslərin təhlili və əlaqələndirilməsi şöbəsinin aparıcı mütəxəssisi, Almatı şəhəri üçün məlumat şöbəsi.2004-2006-cı illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamenti Direktorunun birinci müavini.2006-2008-ci illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamentinin direktoru.2008-2010-cu illərdə — Astana şəhərinin daxili siyasət departamentinin direktoru, daxili siyasət şöbəsinin müdiri.2010-cu ilin fevralından 2014-cü ilin dekabrına qədər — Astana şəhəri müavini.30 dekabr 2014-cü ildən 2019-cu ilin iyul ayına qədər — Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Daxili siyasət şöbəsinin müdiri.22 iyul 2019 - 4 may 2020 - Qazaxıstan Respublikası Prezidentinin köməkçisi - Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının müraciətlərinə baxılmasına nəzarət şöbəsinin müdiri.4 may 2020-ci ildən — Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri.30 iyun 2020-ci ildə Facebook-da de-fakto senzuranın tətbiq olunmasını təklif etdi - “O telekanalı da daxil olmaqla Qazaxıstandakı bütün televiziya kanallarının rəhbərliyi üçün oxşar məzmunlu televiziya proqramlarının yayımlanmasının qarşısını almağı vacib hesab edirəm. Qazaxıstan Respublikasının beynəlxalq məsələlərdə mövqelərinin yanlış yozulmasının qarşısını almaq üçün ”.2008-2010-cu illərdə Astana şəhərinin Daxili Siyasət Departamentinin direktoru vəzifəsində çalışıb. Balayeva 2010-cu ilin fevralından 2014-cü ilin dekabrına qədər Astana bələdiyyə sədrinin müavinidir. 30 dekabr 2014-cü ildən 2019-cu ilin iyul ayına qədər Qazaxıstan Prezidenti Administrasiyasının Daxili siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. Balayeva 22 iyul 2019-cu il tarixində Qazaxıstan Prezidentinin köməkçisi Müraciətlərə baxılmasına nəzarət ofisinin rəhbəri təyin edildi. 4 may 2020-ci ildən Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri vəzifəsində çalışır.
Aida Bağırova
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. == Həyatı == Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-cı illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Aida Hacıaliç
Aida Hacıaliç (bosn. Aida Hadžialić; d. 21 yanvar 1987) — İsveç Sosial-demokratlarının təmsilçisi olan siyasətçisi. 3 oktyabr 2014-cü ildən İsveçin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziri == Həyatı == Aida Hacıaliç 21 yanvar 1987-ci ildə Bosniya və Herseqovinanın Foça şəhərində anadan olmuşdur. 5 yaşında ikən ailəsi sığınacaq alaraq İsveçə köçüblər.O, Lund Universitetində hüquq təhsili almışdır. Peşəsi vəkillikdir.2010-cu ildə Halmstad bələdiyyə başçısının müavini seçilmişdir.3 oktyabr 2014-cü ildən Stefan Löfvenin kabinetinin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziridir. İsveç, ingilis, bosniya, xorvat və serb dillərini bilir. == Maraqlı fakt == İsveçdə ilk müsəlman nazirdir.
Aida Halzialik
Aida Hacıaliç (bosn. Aida Hadžialić; d. 21 yanvar 1987) — İsveç Sosial-demokratlarının təmsilçisi olan siyasətçisi. 3 oktyabr 2014-cü ildən İsveçin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziri == Həyatı == Aida Hacıaliç 21 yanvar 1987-ci ildə Bosniya və Herseqovinanın Foça şəhərində anadan olmuşdur. 5 yaşında ikən ailəsi sığınacaq alaraq İsveçə köçüblər.O, Lund Universitetində hüquq təhsili almışdır. Peşəsi vəkillikdir.2010-cu ildə Halmstad bələdiyyə başçısının müavini seçilmişdir.3 oktyabr 2014-cü ildən Stefan Löfvenin kabinetinin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziridir. İsveç, ingilis, bosniya, xorvat və serb dillərini bilir. == Maraqlı fakt == İsveçdə ilk müsəlman nazirdir.
Aida Hüseynova
Aida Hüseynova (aktrisa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). Aida Hüseynova (musiqişünas) — musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1992), Bakı Musiqi Akademiyasının professoru (2005), İndiana Universitetinin müəllimi (2007).
Aida Hüseynova (aktrisa)
Aida Baloğlan qızı Hüseynova (1962) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Aida Hüseynova 1962-ci ildə anadan olub. 1981-ci ildə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirmişdir. 1996-cı ildən hal-hazıradək Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləyir. Kollektivdə işlədiyi müddətdə Dövlət tədbirlərində, səyyar konsertlərdə uğurla çıxışlar edib. Kapellanın yüksək kateqoriyalı artistlərindən biridir. Bir çox xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Aida Hüseynova (musiqişünas)
Aida Nemət qızı Hüseynova (1964, Bakı – 20 iyun 2022) — musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1992), Bakı Musiqi Akademiyasının professoru (2005), İndiana Universitetinin müəllimi (2007). == Həyatı == Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 8 nömrəli və 16 nömrəli musiqi məktəblərində təhsil alıb. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Konservatoriyada tarixi-nəzəriyyə və fortepiano ixtisasları üzrə təhsil aldığı zaman nüfuzlu Lenin təqaüdünə layiq görülüb.1992-ci ildə Sankt-Peterburq Dövlət Konservatoriyasında bəstəkar Müslüm Maqomayevə həsr olunmuş dissertasiyanı müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, 1995-ci ildən dosent, 2005-ci ildən professor vəzifələrində çalışıb. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.Endryu Mellon təqaüdü (2015), Fulbrayt təqaüdü (2007–08) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təqaüdlərə (2000, 2001–02) layiq görülmüşdür.2008-ci ildən ABŞ-nin İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışır. .Onun təşəbbüsü ilə həmin məktəbdə “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq ilə Qərbin Rastlaşması” fənnləri yaradılıb. Hazırda qeyd edilən fənlərlə yanaşı, musiqi nəzəriyyəsi, Avropa və Asiyanın populyar musiqisi və Rusiya musiqisi fənlərini də tədris edir.21 iyun 2022-ci ildə vəfat edib. == Fəaliyyəti == Aida Hüseynova beş kitab və 200-dən çox məqalənin müəllifidir.
Aida Mahmudova
Aida Mahmudova (10 yanvar 1982, Bakı) — Azərbaycan rəssamı, YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin təsisçisidir. == Həyatı və təhsili == Aida Mahmudova 10 yanvar 1982-ci ildə Bakıda anadan olub. Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin Rəngkarlıq fakültəsini (2006) bitirib. == Fəaliyyəti == 2011-ci ildə Aida Mahmudova tərəfindən YARAT Müasir İncəsənət Məkanı adlı qeyri-kommersiya təşkilatı təsis edilmişdir. YARAT fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur. Növbəti il yaradıcı şəxslərə dəstək məqsədi ilə YAY Gallery ictimai müəssisəsini yaratmışdır — hal-hazırda ARTIM Layihə Məkanı kimi fəaliyyət göstərir.Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Fəaliyyətinin ilk illərində A. Mahmudova peyzaj və yarım-abstrakt tablolarında işıq, rəng və materiya üzərində aparılan eksperimentlərə daha çox maraq göstərmişdir. Rəsm əsərlərinin mövzusu getdikcə daha da şaxələndikcə, rəssam həmin yanaşmanı heykəltəraşlığa da tətbiq etmək, emosional və gərgin mühit yaratmaqla, öz təcrübəsini üçölçülü olaraq genişləndirmişdir. Rəssam kağız, gil, boya, sement, daş, son zamanlar isə epoksi qatran və işlənməmiş mərmər kimi müxtəlif materialları qatlar şəklində qarışdıraraq istifadə edir. Aida Mahmudovanın əsərləri 2013-cü ildə 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" qrup sərgisində, həmçinin 2015-ci ildə 56-cı Venesiya Biennalesində "Artwise"-nin kuratorluğu ilə "VITA VITALE" sərgisinin bir hissəsi kimi nümayiş etdirilib.
Aida Predele
Aida Predele (latış. Aida Prēdele‎; d. 29 noyabr 1950; Smiltene, Latviya - ö. 19 iyul 2015; Riqa, Latviya) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1993—1995), VI (1995—1998) və VII (1998—2002) çağırış üzvü. == Həyatı == Aida Predele 1950-ci il noyabrın 29-da Smiltene şəhərində anadan olub. O, 1974-cü ildə Latviya Universitetini jurnalist ixtisası üzrə bitirib. Aida Predele 1982-ci ildən 1987-ci ilə qədər Kommunist Partiyasının, 1993-cü ildən 1997-ci ilə qədər Latviyanın Kəndçi Birliyinin, 1998-ci ildən 2011-ci ilə qədər isə «Vətənə və azadlığa» Partiyasının üzvü olub. Aida Predele 2015-ci il iyulun 19-da Riqa şəhərində 64 yaşında vəfat edib. == Fəaliyyəti == 1993-cü ildə Latviyanın Kəndçi Birliyinin üzvü olan Aida Predele, V çağırış Latviya Seyminə üzv seçildi. 1995-ci ildə «Vətənə və azadlıqa» Partiyasının üzvü olan Aida Predele, VI çağırış Latviya Seyminə, 1998-ci ildə isə VII çağırış Latviya Seyminə üzv seçildi.
Aida Qarifullina
Aida Qarifullina (tam adı: Aida Qarifullina, rus. Аида Эмилевна Гарифуллина; 30 sentyabr 1987, Kazan) — Tatar əsilli rus opera sopranosu. 2013 Operaliya müsabiqəsinin qalibidir. Mariinsk Teatrı və Vyana Dövlət Operasında dəfələrlə səhnə almışdır. Decca Records ilə səsyazma müqaviləsi var. == Həyatı == Aida Qarifullina 1987-ci ildə Tatarıstan Respublikasının paytaxtı Kazanda tatar ailəsində anadan olmuşdur. Atası Emil Qarifullin, anası isə hazırda Sofiya Qobəydullina adına Müasir Musiqi Mərkəzinin direktoru, dirijor Leyla İldarovna Qarifullinadır. Uşaqlığının ilk illərindən anası onun musiqi duyumunun inkişafına təsir etmiş və musiqi karyerasının inkişafında həlledici rol oynamışdır. Aida 18 yaşında musiqi təhsili almaq üçün Nürnberqə getmişdir. == Musiqi karyerası == === İlk illəri === 2007-ci ildə Vyana Musiqi və Səhnə Sənəti Universitetində Klaudiya Viskanın sinfinə daxil olmuşdur.
Aida Qasımova
Aida Şahlar qızı Qasımova — Azərbaycan filoloqu. O, Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professoru Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiri, filologiya elmləri doktorudur. == Həyatı == Aida Qasımova 2 iyun 1957-ci ildə Azərbaycan SSR-nin Ağdam şəhərində Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Abbasovanın ailəsində anadan olmuşdur. O, 1975–1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində təhsil almışdır və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Qasımova 1980–1983-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində baş laborant, 1983–1986-cı illərdə həmin fakültənin aspiranturasında təhsil almışdır. O, 1986–1987-ci illərdə ADU-nun Elmi Kitabxanasında kitabxanaçı, 1987-–2003-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995–2005-ci illərdə dosent, 2005-ci ildən Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professorudur. Qasımova həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiridir. O, Azərbaycan, ərəb, ingilis və rus dillərini bilir. == Elmi fəaliyyəti == Aida Qasımova 1989-cu ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Ərəb ədəbiyyatında məqamə janrının yaranması" mövzusunda namizədlik (PhD), 2001-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunda "Quran qissələri XIV–XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya bədii qaynaqlarından biri kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Pedaqoji fəaliyyəti == Professor Aida Qasımova elmlə yanaşı, təhsilin inkişafında da böyük xidmətləri var.
Aida Qəmbər
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. == Həyatı == Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-cı illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Aida Tağızadə
Tağızadə Aida Zeynal qızı (5 fevral 1934, Şuşa, DQMV) — Azərbaycan musiqişünası, Azərbaycanın əməkdar incəsənət xadimi (1987), sənətşünaslıq namizədi (1969), professor (1986). == Həyatı == Aida Zeynal qızı 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olmuşdur. Aida xanım ziyalı ailəsində dünyaya gəlib boya-başa çatdığı üçün çox gözəl təlim-tərbiyə və təhsil almış, sonralar sənətşünaslıq elmlər namizədi, professor və əməkdar incəsənət xadimi səviyyəsinə qədər yüksəlmişdir. Onun atası Zeynal Tağızadə dilşünas, filologiya elmləri doktoru olmuş, anası Hacıyeva Sayalı xanım isə pedaqoji və tibb institutlarını bitirmişdir. Aida xanımın sənətin bütün növlərinə olan məhəbbətinin təməli məhz ailədə qoyulmuşdur, lakin o, musiqişünaslığı özünə peşə seçmişdir. O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirərək Ü. Hacıbəyli adına Konservatoriyada əvvəlcə fortepiano üzrə ifaçılıq şöbəsində oxumuş, iki ildən sonra isə musiqişünaslığa üstünlük verərək bu şöbədə də təhsilini başa vurmuşdur. Aida xanım 1958-ci ildən Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərir. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında böyük səy göstərən, hərtərəfli inkişaf etmiş böyük nəzəriyyəçi, dövrümüzün görkəmli bəstəçisi Cövdət Hacıyevə həsr olunmuş monoqrafiyasında ("İşıq", 1979) müəllif Cövdət Hacıyevin Azərbaycan simfonik musiqisinin ümumi inkişafı fonunda özünəməxsus üslubunu araşdırmaq məqsədini izləyir. Kitabda onun beş simfoniyası, "Sülh uğrunda" simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano üçün "Musiqi lövhələri" yüksək peşəkar səviyyədə təhlil olunur. Aida xanımın 1985-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuş növbəti kitabı bəstəkar Soltan Hacıbəyovun yaradıcılığına həsr edilmişdir.
Aida İmanquliyeva
Aida Nəsir qızı İmanquliyeva (10 oktyabr 1939, Bakı – 19 sentyabr 1992, Bakı) — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1987). == Həyatı == Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş və "Bakı" və "Baku" qazetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Arif Paşayev ilə ailə həyatı qurmuşdur. Mehriban Əliyeva və Nərgiz Paşayevanının anasıdır. === Təhsili === Aida İmanquliyeva Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil aldıqdan sonra 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. == Elmi fəaliyyət == Azərbaycan Milli Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi kimi çalışmışdır. 1966-cı və 1976-cı illərində ərəb filologiyası şöbəsinin müdiri olaraq fəaliyyət göstərmişdir. 1976-cı və 1988-ci illərdə, elmi işlər üzrə direktor müavini, 1988-ci və 1991-ci illərdə həmin institutda direktor vəzifəsində çalışmışdır.1976–1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə, 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
Aida İmanquliyeva (film, 2018)
Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Vasif Məmmədzadənin quruluş verdiyi "Aida İmanquliyeva" sənədli-bədii televiziya filmi 2018-ci ildə İctimai Televiziyada istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycan Şərqşünaslıq elminin görkəmli nümayəndəsi, Ərəb məhcər ədəbiyyatının ilk araşdırıcılarından biri, Azərbaycanın ilk qadın Şərqşünas alimi, filologiya elmləri doktoru, dəyərli zayalı kimi xatirələrdə ehtiramla anılan Aida İmanquliyeva haqqındadır. == Məzmun == Sənədli televiziya filmi görkəmli şərqşünas alim Aida İmanquliyevanın maraqlı həyat və yaradıcılığına həsr olunub. Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O,132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb (1957-1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), direktor vəzifələrində çalışıb (1991-ci ildən). Bütün bunlar haqqında ekran əsərində geniş məlumat verilir, alimin çoxşaxəli və zəngin yaradıcılığı işıqlandırılır. == Film haqqında == Filmdə görkəmli alimi tanıyanlarının, tələbələrinin, davamçılarının, tanımış elm adamlarının, ziyalıların onun mənalı və zəngin elmi yaradıcılığı barədə maraqlı söhbətləri təqdim olunur.
Aida Şahmurova
Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor, PhD. == Həyatı == Aida Şahmurova 1961-ci ildə Azərbaycanda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Biologiya fakültəsi qəbul olub.
Aidjal
Aidjal, Aizaul və ya Aizol (hind आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir. Burada ənənəvi sənətkarlıq istehsalı (metal məmulatları, əl toxuculuğu, mebel), ağac və bambuk yığımı yaxşı inkişaf etmişdir.
Bulbofillium cinsinə aid növlər/P-X
Əvvəli:
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
AMD
AMD — kompüter prossesorları düzəldən kommersiya şirkəti.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Aed
Aed (q.yun. ἀοιδός) — simli çalğı alətinin müşayiəti ilə epik mahnılar ifa edən qədim yunan müğənniləri. Homerin poemalarında aedlərdən bəs edilir. Yunan eposunun inkişafında aedlərin mühüm rolu olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ban'kowski, Lev, redaktor...And a star speaks to a star, Perm: Perm book publisher, 1986, 1 Burkert, Walter, The making of Homer in the 6th century BC: rhapsodes versus Stesichorus // Papers on the Amasis painter and his world, Malibu: Getty Museum, 1987, 43–62 Dalby, Andrew, Rediscovering Homer, New York, London: Norton, 2006, ISBN 978-0-393-05788-1 Graziosi, Barbara, Inventing Homer: the early reception of epic, Cambridge: Cambridge University Press, 2002 Latacz, Joachim, Troy and Homer: towards a solution of an old mystery, Oxford: Oxford University Press, 2004, ISBN 978-0-19-926308-0 Lefkowitz, Mary R., The lives of the Greek poets, London: Duckworth, 1981, ISBN 978-0-7156-1590-4 Lord, Albert Bates, "Homer's originality: oral dictated texts", Transactions and Proceedings of the American Philological Association, 84, 1953: 124–134, doi:10.2307/283403, JSTOR 283403 Lord, Albert Bates, The singer of tales, Cambridge, Mass.: Harvard University Press, 1960 Parry, Milman; Parry, Adam (editor), The making of Homeric verse.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida HüseynovaAida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas)Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor.DigərAida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Aix
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Amid
Amid (Soyuqbulaq) — İranın Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Amid Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Həsənli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Heydərov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Amid İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Amid Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. Amid Salayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
And
And - türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. Ant olaraq da deyilir. Monqolcada Anda və ya Andgay deyilir. == Məna və tərif == Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilir. Sözün müqəddəs gücündən qaynaqlanan bir anlayışdır. Söz ilə bildirdiyi davranış, nəticə və ya obyekt arasında bir fərqlilik olmadığı, sözün (və adların) bir mənada bunların ruhu olduğu, söz ilə bunlar arasında cisimi bir bağ olduğu düşüncəsinin bir nəticəsidir. Böyük bir and içilirken bir qaba qan axıdılması səbəbi debudur. Başkırtlar'da yeri qazaraq and içmə faktı da məzarı çağrıştırması ilə əlaqəlidir. Bu gün belə "And içmək" təbiri istifadə edilər və and edilərkən içilən Süd ilə əlaqəlidir. Söz Vermek deyimi də sözün bir obyekt kimi başqalarına devrdildiği düşüncəsinin bir qalıqları.
AİP
Azərbaycan İslam Partiyası və ya qısa adı ilə AİP — Azərbaycanda 1991-ci ildən etibarən faktiki olaraq və 1992–1995-ci illərdə hüquqi olaraq fəaliyyət göstərən islamçı siyasi partiya. Partiyanın 1995-ci ildən bəri qadağan olmasına baxmayaraq, dövlət tərəfindən (Misirdəki Müsəlman qardaşlar və Türkiyədəki Fətullah Gülən hərəkətlərin əksinə) cinayət təşkilatı və terror təşkilatı elan edilməyib. Beləcə faktiki fəaliyyəti qadağan edilmədi. Buna görə, ictimai qayda və Azərbaycan qanunları pozulmadıqda, de-fakto partiyaya üzv olmaq, fəaliyyətləri və bayrağını və emblemini saxlamaq, cinayət sayılmır. == Tarixi == Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilmiş və 20 sentyabr 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır.1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir.1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır. Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır. Azərbaycan İslam Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, Vəhdət Partiyası və Azər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır. Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.
AİH
Azərbaycan İnvestisiya Holdinqi — Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədi ilə yaradılmış holdinq. 2020-ci il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərmanına əsasən təşkil olunmuşdur. == Tarixi == "Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqi - onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.“Azərbaycan İnvestisiya Holdinqi”nin nizamnamə fondu 10 milyon manatdır.Prezident İlham Əliyev 2021-ci il fevralın 12-də verdiyi sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsini təsdiqləyib.2021-ci il aprelin 27-də Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti“, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Baktelecom”), holdinqin idarəetməsindən çıxarılıb. === Rəhbərlik === Prezidentin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılmışdır.Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.Müşahidə Şurasının sədri: Azərbaycan Respublikasının Baş NaziriMüşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri.İdarə Heyəti 5 (beş) üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir: İdarə Heyətinin sədri - Mətin Eynullayev İdarə Heyətinin üzvləri: Elnur Əliyev Azər Mursaqulov Ruslan Əlixanov (Baş icraçı direktor). == Tərkibi == Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə bir sıra dövlət şirkətləri və müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri daxil edilmişdir: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti “AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərsığorta “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti.
AMD CrossFireX
AMD CrossFireX – üçölçülü təsvirin qurulması üçün iki və daha artıq (eyni zamanda dördə qədər qrafik prosessorların) Radeon videokart güclərindən eyni vaxtda istifadəyə imkan verən texnologiyadır. Müəyyən alqoritmdən istifadə etmklə hər bir videokart Composing Egine masterkartın xüsusi bufer yaddaşına malik çipinə ötürülən, təsvirin öz hissəsini yaradır və final kadrına çıxarır. CrossFire sistemi 2006-cı ildə videokartın, kartın arxa tərəfinə Y formalı kabellə birləşdirilməsi yolu ilə yaradılmışdır. Hal-hazırda sistem artıq xüsusi elastic körpülərdən istifadə edir. Perspektivdə CrossFire əsasında videokartlar prosessorun qrafiklə işini yüngülləşdirəcək. Bir videokart qrafiki, ikincisi fizikanı hazırlayacaq. Bu texnologiya Tayvanda Computex 2005 beynəlxalq sərgisində anons edilib. Bir neçə videokartın kombinasiyası maliyyə cəhətdən daha artıq effektli, məhsuldar və sərfəlidir, nəinki bir ədəd daha güclü və müvafiq olaraq, kifayət qədər daha qiymətli kart. Ancaq, NVİDİA SU halında olduğu kimi, sistemdə iki videokartdan istifadədə məhsuldarlığın artımı yalnız 2 və daha artıq GPU-dan istifadəni bacaran əlavələrdə müşahidə olunacaq. Multi – Gpu sistemləri ilə işləmək bacarığı olmayan köhnə oyunlarda qrafiki tərkiblərin məhsuldarlığı əvvəlki kimi qalacaq, bəzi hallarda hətta aşağı düşəcək.
Adi fındıq
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır.
Adi gavalı
Adi gavalı (lat. Prunus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Botaniki təsviri == Gavalını tərkibində müxtəlif orqanik turşular, karbohidratlar, 9-16% şikər, pektin (2% qədər), mineral maddələr, C,B vitamini, karotin, azot birləşmələri və rəngləyici maddələr vardır. B vitaminlərinin, eləcə də C və PP vitaminlərinin bolluğu ilə məşhurdur. == Təbabətdə == Orta əsr müəllifləri gavalının müalicəvi xüsusiyyətlərindən misallar gətirirlər. Məhəmməd Mömin yazır ki, gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 q gavalını 0,7 suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edirlər. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızılgül ləçəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır.
Adi gicitkan
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Adi gilənar
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Adi giləzəhər
Adi göydimdik
Adi göydimdik (lat. Oxyura leucocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin göydimdik cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı az olan növdür. == Qısa təsviri == Erkəyin rəngi qonurdur. Başının təpəsi qara, qalan hissəsi ağdır, boynu qaradır, dimdiyi göydür. Üzən zaman quyruğunu vertikal şəkildə yuxarı qaldırır. Dişinin başı qonurdur. Gözünün üstündə ağ zolaqlar var. == Yayılması == Avropada, Asiyada, Afrikada, Şimali və Mərkəzi Amerikada, Avstraliyada, Tasmaniya və Yeni Zelandiyada yayılmışdır.
Adi göyrüş
Adi göyrüş (lat. Fraxinus excelsior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropada aşkar edilmişdir. Təbii halda Orta Avropa, Aralıq dənizi ölkələri, Balkan və Kiçik Asiyada yayılmışdır, o cümlədən Krım və Qafqazda enliyarpaqlı meşələrin tərkibində bitir. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə, diametri 100 sm-ə çatan, düz gövdəli ağacdır. Qabığı açıq boz rəngli olub, uzununa və eninə dərin olmayan çatlıdır. Tumurcuqları tutqun qara rənglidir. Zoğları yoğun, yaşılımtıl-boz rəngdə, çılpaqdır. Yarpaqları lələkvari, 7-15 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları uzunsov neştərvari, ucdan sivri, kənarları isə xırda mişardişlidir.
AIDS
QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
IAD
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
AIDA (marketinq)
AIDA (ing. attention, ing. interest, ing. Desire, ing. action sözlərinin ilk hərflərindən yaranıb) – hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır. 1896-cı ildə E. Levis tərəfindən yaradılıb. Attention-diqqət,İnterest-maraq,Desire-arzu və Action-fəaliyyət ingilis sözlərinin baş hərflərindən ibarət abviaturadır. == Attention-diqqət == İlk mərhələdə alıcının diqqətini cəlb etmək lazımdır. Bu zaman etibar üçün zəmin yaradılır. Maksimum səmərəlilik üçün qabaqcadan istehlakçı haqqında məlumat olmalıdır, onun dəyərləri, motivləri, stimulları öyrənilməlidir.
AIL Storm
AIL Storm (ivr. ‏סופה‏‎‎, Sufa) — İsrail təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilən İsrail istehsalı olan bir avtomobildir. Jeep Wrangler qovşaqları üzərində dayanır və Automotive Industries Ltd. tərəfindən tərtib edilir. 1990-cı ildən Chrysler lisenziyası altında Nazaret şəhərində istehsal edilir. İkinci nəslin 4 qapılı modelinin istehsalı, İsrail Silahlı Qüvvələrinin bəzi ziddiyyətli təhlillərinə baxmayaraq 2006-cı ildə başlamışdır. Jeep Wrangler JK bazasında üçüncü nəsil modelinin inkişafını tamamladı. == Storm I == M-240 Storm MultiMission Vehicle Stormun ilk nəsiliydi. 1991-ci ildə Jeep Wrangler YJ knotlarını köhnə CJ-6 / CJ-8 təkər bazası ilə birlikdə istifadə etdi və motorları istisna olmaqla, Automotive Industries Ltd tərəfindən tamamilə İsraildə toplandı. Storm əsasən İsrailin hərbi ehtiyacları üçün nəzərdə tutulmuşdu, ancaq vətəndaş bazarı üçün qısa və uzun təkər bazası modelləri də var idi.