Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hadisə Açıqgöz
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. == Həyatı == Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. === Sweat === Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
HacıBayramlı Qurban Açıqsöz
Hacıbayramlı Qurban Açıqsöz (1894, Kosalı, Qarayazı rayonu – 1973, İzmit) — Qarayazı Müsavat Partiya təşkilatının rəhbəri sonrakı dövrlərdə Müsavatçı, Qarayazı gizli antisovet təşkilatının rəhbəri siyasi mühacir. == Sosial mənşəyi == Hacıbayramlı Qurban Mustafa oğlu 1894-cü ildə Tiflis quberniyası, Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində, mülkədar ailəsində anadan olmuşdur.Hacıbayramlı Qurban Tiflis şəhərində rus dilində gimnaziyada və Cənubi Qafqaz Müəllimlər Seminariyasında təhsil almışdır. Vahid Ömərli Hacıbayramlı Qurban haqqında apardığı araşdırmalar əsasında yazaraq göstərir ki, o rusca gözəl bilən, böyük natiqlik qabiliyyətinə malik, demokratik düşüncəli şəxsiyyət olmuşdur. O, Qarayazıda Musavat partiyasının ideyalarının əsas təbliğatçısı və təşkilatçılarından olmuşdur. == 1921–1930-cu illərdə antisovet fəaliyyəti == Hacıbayramlı Qurban ağa Qarayazı gizli antisovet təşkilatına rəhbərlik etmişdir. Nağı Bayramlı imzası ilə 1936-cı ildə Varşavada dərc etdirdiyi məqalədə Nağı Hacıbayramlı Bayramgil göstərdi ki Qafqazda gizli təşkilatlar, partizanlar bolşeviklər tərəfindən Qafqaz respublikaları işğal edildikləri ilk günlərdən yaranmağa başlamışdır. O yazır, 1924-cü ildə Ümum Gürcüstan üzrə üsyan uğursuz başa çatdıqdan sonra Keyxosro Çolokaşvilnin polku Qarayazı gizli təşkilatının köməyi ilə mən də daxil olmaqla Türkiyəyə çıxa bildi. Dövlət Siyasi İdarəsi tərəfindən edilən bütün təklifləri Hacıbayramlı Qurban qəbul etməmiş kommunistlərə hər hansı bir ünsiyyətin qurulmasını doğru saymamışdır. Apardığı antisovet təbliğatına görə o bir neçə dəfə istintaqa cəlb edilmiş lakin rus dilində verdiyi aydın hüquqi tutumlu ifadələri ilə nəin ki günahkar olmadığını qarşı tərəfin ittihamlarını böhtandan və iftiradan başqa bir şey olmadığını göstərmişdir. Hacıbayramlı Qurbanın gizli antisovet mübarizəsi çox şaxəli olmuşdur.