Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ana Dili
Ana dili — şəxsin doğulduğu vaxtdan etibarı ilə öyrəndiyi dil. Bəzi ölkələrə görə ana dili insanların aid olduqları milliyət ilə bağlıdır. Əgər bir şəxs fərqli dillərdə danışan ailədə böyüyübsə, bu vaxt onun birdən artıq ana dili olur və bu insanlar multilinqual adlanırlar. Bununla bərabər ikinci dil isə şəxsin öz dilindən başqa ayrı bir dil bilməsidir.
Ana dili (abidə)
"Ana dili" abidəsi — Naxçıvan şəhərinin mərkəzi meydanlarından birində Azərbaycan dilinin şərəfinə ucaldılmış abidə. Azərbaycan dilinin əbədiliyinin rəmzi kimi Naxçıvan şəhərində Həsən Əliyev küçəsində ucaldılmışdı. Abidənin qoyuluşu Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" fərmanına uyğun olara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü ilə həyata keçirilmişdir. Naxçıvan şəhərində Həsən Əliyev küçəsində 27 fevral 2004-cü il tarixində ucaldılmışdır. == İstinadlar == == Xarici keçidlər == Ana dilimiz milli kimliyimizdir.
Ana dili (qəzet)
"Ana dili" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet 1901-ci ildə Təbrizdə nəşr edilmişdir. == Redaksiya heyəti == Təsisçisi və redaktoru Hüseyn Ədalət idi.
Beynəlxalq Ana Dili Günü
Beynəlxalq Ana Dili Günü — (BMT dillərində: ing. International Mother Language Day, isp. Día Internacional de la Lengua Materna, ing. la Journée internationale de la langue maternelle) — UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Bu onun mənəvi borcudur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! – Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir çox tənqidçi tərəfindən müsbət rəylər almasına rəğmən film bəzi dini alleqoriyalar və şiddət səhnələrinə görə tənqid olunub.
Al Ana
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. == Etimologiya == (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Ana (albom)
Ana – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun üçüncü studiya albomu. == Albom haqqında == Albomda Əlibaba Məmmədov, Elçin İmanov, Fikrət Əmirov və s. şəxslərin bəstələri yer almışdır. Aranjimanların müəllifləri isə Eldar Məmmədov, Vasif Axundov, Elçin İmanov və Eldar Əzizlidir.
Ana (dəqiqləşdirmə)
Ana Ana!
Ana Doqiç
Ana Doqiç (9 fevral 1979) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Doqiç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ana Harlamenko
Ana Harlamenko (rus. Анна Харлампиевна Харламенко; 15 iyul 1960, Komrat) — Moldova Respublikasından olan Qaqauziya jurnalisti və siyasətçisidir, 2008–2012 illərdə Qaqauziya Xalq Məclisinin sədri vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyət == Ana Harlamenko 15 iyul 1960-cı il tarixində Komrat şəhərində anadan olub. 6 №-li Liseyi bitirdikdən sonra 1976-cı ildə Komratdan, Kişinyovdakı "Gavril Musicescu" İncəsənət İnstitutunun (1979–1983) mədəniyyət direktoru ixtisasına qatılmışdır. Daha sonra Beynəlxalq İqtisadiyyat və Hüquq Akademiyasında jurnalistika ixtisası üzrə təhsil alıb (1996–1998).Kolleci bitirdikdən sonra "Leninçi Kovov" qəzetində müxbiri işləyir (1984–1989). Qaqauziyada separatçı meyllərin təşviqi ilə Ana Harlamenko " Qaqauz TV" televiziya kanalının direktoru oldu (1990–2000). Paralel olaraq, 1996–1998-ci illər arasında Qaqauziya İcraiyyə Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.2001–2006-cı illərdə Dövlət Komrat Universitetində professor olaraq dərs vermişdir. Bu dövrdə eyni zamanda Komrat İdman Liseyinin direktor müavini (2002–2003) və Qaqauziya Gənclər və İdman İdarəsinin direktor müavini (2003–2004) vəzifələrində çalışıb. 2005-ci ildən bəri Ana Harlamenko "Capitala Komrat" qəzetinin baş redaktoru vəzifəsini icra edir. 2007-ci ildə Moldova Respublikasının ən yaxşı jurnalisti seçilmişdir.
Ana Kopado
Ana Kopado (d. 31 mart 1980) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Ana Kopado, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Ana Pelaz
Ana Pelaz (24 sentyabr 1987) — İspaniyanı təmsil edən bədii gimnast. Ana Pelaz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Ana Pelaz 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, İsabel Paqan, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Ana Radoviç
Ana Radoviç (21 avqust 1986, Sarayevo) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Radoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ana Sokliç
Ana Sokliç (10 aprel 1984) — Sloveniyalı müğənni. Ana Sokliç Sloveniyanı Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Ana Səhifə
Ana Tatancelo
Ana Tatancelo(it. Anna Tatangelo) (9 yanvar 1987-ci ildə İtaliyanın Sora şəhərində anadan olub) italyan model, müğənni və aparıcıdır. Anna Tatangelo 9 yanvar 1987-ci ildə İtaliyanın Frozinone şəhərindəki Sora şəhərində anadan olub və musiqi həyatına 1994-cü ildə uşaq mahnı müsabiqələrində iştirak etməklə başlayıb. Anna Tatangelonun ailəsi çörəkçi ailəsindəndir və o, ailənin dördüncü övladıdır. Anna Tatangelo musiqi karyerasına 2000-ci ildə İtaliyanın Rai televiziyasında yayımlanan mahnı müsabiqəsi üçün oxuduğu Dov'é il Coraggio mahnısı ilə başlamışdır. O, San Remo Mahnı Müsabiqəsində ifa etdiyi Essere Una Donna mahnıları ilə uğur qazanmışdır. İstanbul. Anna Tatangelo mahnı oxumaqla yanaşı, Masterchef, X Factor və Ballando con le stelle kimi bir çox müsabiqələrdə münsiflər heyətinin üzvü və iştirakçı kimi iştirak edib, bir çox İtalyan jurnallarında modellik edib və bir çox moda nümayişlərində modellik edib. Anna Tatangelo da məşhur italyan müğənnisi Gigi D'Alessio ilə eşq yaşadı və 2019-cu ildə La Fortuna Sia Con Me albomunu buraxdı.
Ana Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Ak Ana
Ana lövhə
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Ayı Ana
Ağac Ana
Ada dili
Ada dili — proqramlaşdırma dili olub, 1979-1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəldi. == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. == Xarici keçidlər == Definition of "Computer Program" at dictionary.com Язык Ада — двадцать лет спустя Опыт использования языка Ада Адское программирование ТАНТК им.
Anap dili
Аnapa dili — qumdan təşkil dil. Taman yarımadasında Anapa şəhərindən Dəmir Buynuz burnuna qədər 43 km məsafədə uzanır. Qərbdən Qara dəniz, şərqdən isə duzlu limanlarla əhatələnir. Qafqaz ərazisində yayılmış molyusklardan ibarət olan kvars qumlarından təşkil olunmuşdur. Dilin eni 600-2000 metr arasında dəyişir. İnzibati cəhətdən Krasnodar diyarının Anapa rayonuna daxildir. == Tarix == Anapa dili Kuban çayı sayəsində formalaşmışdır. ХIХ əsrin sonunda çay öz deltasını dəyişmişdir. Üstəlik dəniz axınları qumların bir yerə toplanması sayəsinsə dil tədricən formalaşmağa başlamışdır. Bununla belə dilin təməlini çayın dənizə Qafqaz dağlarından gətirdiyi lil olmuşdur.
Ada (proqramlaşdırma dili)
Ada dili — proqramlaşdırma dili olub, 1979-1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəldi. == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. == Xarici keçidlər == Definition of "Computer Program" at dictionary.com Язык Ада — двадцать лет спустя Опыт использования языка Ада Адское программирование ТАНТК им.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.