Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
39
39-cu il (Otuz doqquzuncu il) — Şənbədən başlayan uzun olmayan il.
39 (dəqiqləşdirmə)
39 — il 39 (ədəd) — ədəd 39 — Qubadlı rayonunun avtomobil seriya nömrəsi. +39 — İtaliyanın beynəlxalq telefon kodu. E.ə. 39 — il.
39 (say)
Otuz doqquz — say sistemində ədədlərdən biridir. Otuz səkkizdən sonra, qırxdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Otuz doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
39 (ədəd)
Otuz doqquz — say sistemində ədədlərdən biridir. Otuz səkkizdən sonra, qırxdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Otuz doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
NGC 39
NGC 39, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Andromeda bürcü istiqamətində yerləşir. Sc tipli qalaktikadır. İngilis astronomu Uilyam Herşel tərəfindən 1790-cı ildə 47.5 sm (18.7 düymə) ölçülü reflektor vasitəsilə ildə kəşf edilmişdir.
(s)
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
S
Latın qrafikalı Azərbaycan əlifbasında 25-ci hərf, 23 samitdən biri. S kar samitdir, cingiltili qarşılığı z samitidir. Kükürd elementi böyük k (K) hərfi ilə işarə olunur.
39-cu il
39-cu il (Otuz doqquzuncu il) — Şənbədən başlayan uzun olmayan il.
Suxoy Su-39
SU -39 Döyüş təyyarəsi (INDEKS T-8TM). Su-39, SU-25-in dərin modernizasiyasıdır. Təyyarənin üzərində işlər 1986-ci ilin yanvar ayından başlanmışdır. Həmin dövrdə SSRİ müdafiə nazirliyi tərəfindən belə qərara gəlinmişdi ki, sutkanın istənilən vaxtı döyüş apara bilən yeni versiyanın Su-25T-nin üzərində işə başlanılsın. Yeni təyyarədə yeni radioelektron aparatların və geniş silah nomenklaturasının istifadəsi planlaşdırılmışdı. Yeni təyyarə üçün tələblər bunlar idi: 1. Silahların hədəflərə qarşı daha effektiv tətbiqi; 2. Düşmənin hava hücumundan müdafiəsinin effektiv keçilməsi; 3. Relyefin dəyişikliklərinə uyğun olaraq aşağı hündürlüklərdə uça bilmək. T-8TM-3 öz birinci uçuşunu 1995-ci ildə 15 avqustda etdi.
S.U.S. (mahnı)
S.U.S. — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "Aygün Kazımova - 30 il" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır. == Fon və yazılma == Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soul və R&B tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir.
Aero L-39 Albatros
Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır. L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.
It’s a Man’s Man’s Man’s World
"It’s a Man’s Man’s Man’s World" — Ceyms Braunun mahnısı. 1966-cı ildə sinql kimi buraxılıb. ABŞ-nin R&B Singles hit-paradında birinci yeri tutmuşdur. Mahnı Ceyms Braun və Betti Cin Nyusom tərəfindən yazılmışdır. 2004-cü ildə Rolling Stone jurnalı "It’s a Man’s Man’s Man’s World" mahnısının Ceyms Braunun ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 123-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 124-cü yerdə qərarlaşıb.
Christie's
Christie's — 1766-cı ildə Ceyms Kristi tərəfindən yaradılan Böyük Britaniya xərrac evi. Şirkətin əsas binaları mərkəzi London və Nyu-Yorkda yerləşir.
Kanal-S
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51,54 və 32-ci kanallardan ölkənin 70% -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Ən yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "Kanal-S"-dədir. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Km/s
Kilometr bölünsün saat (km/sa formasında da göstərilir), sürət vahidi. Bir cismin 1 saat boyunca getdiyi yolu bildirir. Qısaca km/sa ya da km·sa−1 istifadə olunur. Bir çox ölkədə sürət vahidi kilometr bölünsün saat hesab olunur.
M.s.
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
M/s
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
McDonald's
McDonald's — 1940-cı ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin mənzil-qərargahı ABŞ-nin Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir. == Haqqında == === Tarixi === 1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü.
S-200
S-200 zenit raket kompleksi – NATO kod adı SA-5 Gammon, uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdiir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Rusiya istehsalıdır, 1967-ci ildə hazırlanmışdır. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziyona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər. == Azərbaycan HHMQ-nin silahlanmasında yer alan S-200 "Vega" uzun mənzilli zenit raket kompleksi == S-200 zenit raket kompleksi – uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemidir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Sovet/Rusiya istehsalıdır, 1967-ci ildə istehsal olunmuşdur. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.
S-300
S-300 (ABŞ və NATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) — uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanmışdır. 1978-ci ildə sistemin sınağı başa çatır. 1979-cu ildən ilk S-300 hərbi polku xidmətə götürülmüşdür. S-300 zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur. == Hazırlanma tarixi == 1950-ci illərdə Moskvanın hava hücumundan müdafiə sistemini mobilləşdirmək qərara alındı. Texnikanın seriyalı istehsalına 1975-ci ildə başlanıb, 1978-ci ildə isə sistemin sınağı başa çatıb. Rusiya ordusu üçün "S-300PM" markalı son kompleks 1994-cü ildə istehsal edilib.
S-400
S-400 Triumf (rusca: C-400 Триумф; NATO kod adı: SA-21 Growler) və ya digər adı ilə S-300 PMU-3 Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. S-400 sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.Qərb analitiklərinin fikrincə, S-400 zenit-raket kompleksi "İskəndər" OTRK və Bastion sinifli sahil gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı Qərbdə "Giriş Qadağa Zonası" (A2/AD) kimi məlum olan Rusiyanın yeni konsepsiyasında əsas rolu oynayır. == Təsvir == Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi "Petriot" yalnız ən azı 100 m hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir. Hərbi Hava Qüvvələrinin baş komandanının sözlərinə görə, "onlar intensiv radio elektron yatırılması şəraitində hava hücumunun müasir vasitələrinin hücumlarının qarşısını almağa və müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qabildirlər". == Sistemin tərkibi == === Sistemin baza tərkibi 40R6 (S-400) === 30K6E idarəetmə vasitələri 6-a qədər 98J6E zenit raket kompleksi.
S.Watson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826, Konnektikut — 9 mart 1892, Kembric (Massaçusets)) — Amerika botaniki.
S!sters
S!sters — Almaniyanın Hannover şəhərindən olan Laura Kastel və Karlotta Trumanın birlikdə yaratdığı musiqili duet. S!sters "Sister" mahnısı ilə Almaniyanın NDR telekanalının təşkil etdiyi Unser Lied für Israel yarışmasında qalib gələrək, Almaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.
S-125
S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir. Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir. S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir. 1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir. İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir. S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır.
Stern's
"Stern's" (ilk adı Stern Brothers olub) ― ABŞ-nin Nyu-York, Nyu-Cersi və Pennsilvaniya ştatlarına xidmət edən tarixi regional universal mağaza şəbəkəsi. Şəbəkə 130 ildən çox fəaliyyət göstərmişdir. 2001-ci ildə "Stern's" ana şirkəti "Federated Department Stores" qərara gəldi ki, "Stern's" brendindən imtina eləsin. Mağazaların çoxu dərhal "Stern's"-in korporativ şirkəti "Macy's"-ə çevrildi, digərləri ləğv olunaraq "Bloomingdale's" adı altında təzədən açıldı.
UTC+09:30
UTC+09:30 — Saat qurşağı.
UTC−09:30
UTC−09:30 — Saat qurşağı.
Saab JAS 39 Gripen
Saab JAS 39 Gripen — İsveçin Saab aerokosmik şirkəti tərəfindən istehsal olunmuş yüngül, tək mühərrikli, çoxməqsədli döyüş təyyarəsi. İsveç HHQ-də Saab 35 Draken və Saab 37 Viggen qırıcılarını əvəz etmək məqsədilə hazırlanıb. Güc təminatçısı Volvo RM12, maksimum sürəti isə 2 Machdır. Son modifikasiyası NATO standartlarına uyğun hazırlanıb və havada yanacaqdoldurma qabiliyyətinə sahibdir. 1979-cu ildə İsveç hökuməti silahlanmada olan Saab 35 Draken və 37 Viggen təyyarələrini əvəz etmək məqsədilə qırıcı, hücum və kəşfiyyat məqsədləri daşıyan döyüş təyyarəsi istehsal etmək qərarına gəldi. “Saab” şirkəti tərəfindən yeni dizayn kimi JAS 39 seçildi və bu təyyarə ilk uçuşunu 1988-ci ildə həyata keçirdi. Sınaq uçuşları ərzində baş vermiş iki qəzadan sonra şirkət bu qırıcının uçuşa nəzarət sistemində müəyyən dəyişikliklər etdi və yalnız bundan sonra “Qripen” təyyarələri 1996-cı ildə İsveç Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul olundu. Müasir avionika ilə təchiz olunan və daha çox havada qalma müddətinə sahib olan növbəti variantlar 2003-cü ildə xidmətə qəbul edildi. Bu döyüş təyyarəsinin beynəlxalq silah bazarına daha effektli şəkildə daxil olmasını təmin etmək məqsədilə “Saab” şirkəti bir çox başqa aviakosmik şirkətlərlə razılaşma imzaladı. Bu cür əməkdaşlıqlardan birinə misal olaraq 2001-ci ildə “Saab” şirkəti ilə Böyük Britaniyanın “BAE Systems” şirkəti arasında imzalanan birgə tərəfdaşlıq haqqında müqaviləni göstərmək mümkündür.
.be
.be — Belçikanın internet kodu.
30 de Febrero
30 de Febrero - Amerikalı pop qrupu Ha*Ashın 5-ci studiya albomudur. 1 dekabr 2017-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. == Treklər == == Mənbə == 30 de Febrero - Genius.
Be-200
Beriev Be-200 "Altair" — Rusiya istehsalı amfibiya təyyarə. Be-200, A-40 amfibiya təyyarəsində istifadə olunan idealardan ilhamlanaraq yaradılmışdır. Təyyarə yanğınların söndürülməsi üçün suyu həm aerodromda, həm də suyun səthində sürüşmə rejimində doldurula bilər. Əsas tətbiqlər: yanğınsöndürmə, axtarış-xilasetmə əməliyyatları, ekoloji missiyalar, sərnişinlərin və yüklərin (humanitar yardımların) daşınması. Bir sıra uçuş xüsusiyyətlərinə görə Be-200-ün dünyada analoqu yoxdur. Təyyarənin adı Qartal bürcündəki Əltair ulduzunun adına uyğun olaraq seçilmişdir. Həm də "Al" Beriev A-40 Albatrosu, "ta" Taqanroqu, "ir" təyyarənin hazırlandığı İrkutsk şəhərini təmsil edir.Azərbaycan Rusiyadan 2008-ci ildə BE-200ÇS təyyarəsi almışdır. == Tarixi == Amfibiya təyyarəsinin yaradılması üzrə işə başlamaq qərarı o vaxtkı hökumətin 17 iyul 1992-ci il tarixli 497 nömrəli qərarı ilə qəbul edilmişdir. Be-200ÇS prototipinin ilk uçuşu 24 sentyabr 1998-ci ildə baş tutub. == Konstruksiya == == Modifikasiyaları == == Texniki göstəricilər == Ekipaj: 2 nəfər Sərnişin tutumu:BE-200ÇS- 43 sərnişinə qədər, sərnişin variantı — 72 sərnişinə qədər Uzunluğu: 32.05 m Qanadların eni: 32.78 m Hündürlük: 8.90 m Qanad sahəsi: 117,44 m² Kabin ölçüləri (UxWxH): 18.7 m x 2.4 m x 1.8 m Boş çəki: 28000 kq Faydalı yükün çəkisi: 5000 kq yük, üstəgəl çənlərdə 12 m³ su (eyni zamanda və ya ardıcıl axıdılma imkanı ilə 8 bölməli su çəni) 12m³ suyun səthdən toplanma vaxtı: 14 saniyə Əməliyyat yerinə yetirə biləcəyi maksimum dalğa hündürlüyü: 1.3m Maksimum uçuş çəkisi: Qurudan: 41000 kq Sudan: 37900 kq Su hövzəsində suyu dolduraraq: 43000 kq Uçuş xüsusiyyətləri Maksimum sürət: 7000 m hündürlükdə 700 km/saat Kruiz sürəti: 550–610 km/saat Uçuş sürəti: 220 km/saat Eniş sürəti: 195 km/saat Su doldurarkən sürət: 150–190 km/saat Praktik uçuş məsafəsi: 3300 km Praktik tavan: 8000 m Qalxma sürəti: 12.2 m/s == İstifadəsi == 2003-cü ildən BE-200 Rusiya və digər ölkələrdəki meşə yanğınları ilə mübarizədə istifadə olunur Fövqəladə Hallar Nazirliyinə məxsus BE-200ÇS: 29 aprel 2015: Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.
Be (En)
Be (fr. Bey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01042. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 245 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 171 nəfər (15-64 yaş) arasında 122 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 71.3%, 1999-cu ildə bu 78.4%). Fəal olan 122 sakindən 111 nəfəri (60 kişi və 51 qadın), 11 nəfəri işsizdir (4 kişi və 7 qadın). Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 27 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Be adası
Be adası — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada. Kambocanın Siankuvil şəhər-vilayətinə daxildir. Adanın səthi meşə ilə örtülüdür. Maksimal hündürlüyü 63 metrdir. Adada Kaoxtakiey adlı yaşayış məntəqəsi yerləşir. Ada rean Milli Parkından 1 km aralıda yerləşir. Sahil ərazilərində su altı daşlıqlar vardır. Yaxınlığında yerləşən adalar: Ryusse, Sramoat (Şenal).
Music to Be Murdered By
Music to Be Murdered By, Amerikalı repçi Eminem-in 11-ci studiya albomudur. Əvvəlki albomu Kamikaze ilə oxşar şəkildə əvvəlcədən tanıtımı edilmədən surpriz bir şəkildə 17 Yanvar 2020-de Aftermath Entertainment, Interscope Records və Shady Records tərəfindən yayınlandı. Albom Eminem və Dr. Dre prodüserliyi nəticəsində işıq üzü gördü.
It's Okay to Not Be Okay
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Panzerbüchse 39 - tank əleyhinə tüfəng
Panzerbüchse 39 , qısaldılmış PzB 39 , (almanca: "tank ov tüfəngi modeli 39") İkinci Dünya Müharibəsində istifadə edilən Alman tank əleyhinə tüfəng idi . Bu, Panzerbüchse 38 ( PzB 38 ) tüfənginin təkmilləşdirilməsi idi. == İnkişaf == === PzB 38 === Alman tank əleyhinə tüfəngləri 1917-ci ildə dünyanın ilk tank əleyhinə tüfəngi olan Mauser 1918 T-Gewehr ilə ortaya çıxdı. Qərb cəbhəsində ilk İngilis tanklarının görünməsinə cavab olaraq yaradılmışdır . Bu tək atışlı əllə idarə olunan tüfəng orta səviyyədə uğur qazandı; təxminən 15.800 tüfəng istehsal edildi. Alman inkişafı 1930-cu illərin sonlarında yenidən başladı. Piyadaları insan daşına bilən yüngül tank əleyhinə tüfənglə təmin etmək üçün Dipl.-Ing. (sertifikatlı mühəndis) Suhldakı Gustloff Werke-də B. Brauer Panzerbüchse 38 - i dizayn etdi.(PzB 38). Bu, geri çəkilən lüləsi ilə əllə doldurulmuş tək atışlı silah idi. Atəş zamanı lülə təxminən 9 sm (3,5 düym) geri çəkildi, bu da arxanı açdı və tükənmiş patron gövdəsini çıxardı.
USS Nevada (BB-36)
"USS Nevada (BB-36)" (ing. USS Nevada (BB-36)) — ABŞ hərbi-dəniz donanmasının xətt gəmisi. ABŞ-nin 36-cı ştatının şərəfinə adlandırılmış ikinci hərbi gəmi. "Nevada" xətt gəmiləri tipli ilk gəmi. 1914-cü ildə suya salınmış "USS Nevada (BB-36)" drednout texnologiyasında irəliyə atılmış addım idi və onun dörd yeni xüsusiyyəti ABŞ-də ondan sonra tikilmiş bütün gəmilərdə öz əksini tapmışdı: üçqat silah qülləsi, yanacaq kimi kömür əvəzinə mazut işlətməsi, üzmə məasəfisni artıran mühərrikli buxar turbinləri və "hər şey yaxud heç nə" zirehlənmə prinsipi. Bu xüsusiyyətlər "USS Nevada (BB-36)"ın ABŞ HDQ-nin ilk "super-drednoutu" adlandırmağa imkan verirdi. Yanacaq kimi neft məhsullarının seçilməsi çox vacib və uğurlu qərar idi. Kömür neftlə müqayisədə uduzurdu. Gəmilərin neft məhsulları ilə işləməsi onları kömürün bunkerdən sobaya daşınması, sobaların kömürün yanma məhsullarından təmizlənməsi (hər üç saatdan bir), çirk və kömür tozunun toplanması (xüsusilə də, optika üzərində), kömür şaxtalarında qaz yığılması səbəbindən əlavə ventilyasiyaya ehtiyac yaranması və sair kimi problemlər dən xilas edirdi. == İlk super-drednout == Hələ 1903-cü ildə qərara alınmışdı ki, ABŞ-nin "Monro doktrinası"nı həyata keçirməsi üçün 11 min km hərəkət radiusuna malik hərbi gəmilərin olması zəruridir.
139
== Hadisələr == Müqəddəs Mələk qəsri - Romada yerləşən memarlıq abidəsinin tikintisi başa çatıb.
30
30-cu il (Otuzuncu il) — Çərşənbə axşamıdan başlayan uzun olmayan il. == Hadisələr == == Doğumlar == Kral Mobon 8 noyabr — Nerva.