Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oğulcaq xan
Oğulcaq xan - Qaraxanilər dövlətinin üçüncü xaqanı. == Hakimiyyəti == Qardaşının dövründə Buğra xaqan yəni kiçik xaqan kimi tanınırdı. Hakimiyyəti dövründə I İsmayıl tərəfindən qovulmuş I Nəsr Qaraxanilər dövlətinə pənah gətirmişdi. Artış şəhərinin idarəsini Nəsrə verən Oğulcaq xaqan ona məscid tikməyə də icazə vermişdir. Ticarət şəhərinə çevrilməsi və müsəlman tacirlərin artması halı qardaşı oğlu, şahzadə Satıq Buğranın da müsəlman olmasına səbəb oldu. == Ölümü == Oğulcaq xaqan Satıq Buğranın müsəlman olmasına eşidib ona Tenqri məbədi hazırlamağı əmr etdi. Satıq Nəsrin məsləhəti ilə bu məbədi ucaltdı. Daha sonra açıq şəkildə əmisinə qarşı gələn Satıq Buğra xan tərəfindən Oğulcaq öldürüldü.
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.
Bu zalım dünyada doğulma (teleserial, 2009)
Bu zalım dünyada doğulma — Hindistan serialı. == Məzmun == Ammaci Virpur kəndinin başçısıdır. O, həmin kənddə qızların doğulmasına qadağa qoymuşdur. Lakin sonradan onun kiçik oğlu Raghavın həyat yoldaşı Sia seçkilərdə qalib gəlir və kəndin başçısı təyin edilir. Həmin gündən sonra Ammacinin planları baş tutmur. Sianın əkiz qızları olur. Lakin Sia ölür. Ammacinin düşmənləri tərəfindən Raghav da öldürülür. Aradan 18 il ötür. Sia ilə Raghavın qızları onların yolunu davam etdirirlər.
Buqulma
Buqulma (rus. Бугульма; tatar. Бөгелмә) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir. Buqulma rayonunun mərkəzi. == Əhalisi == Əh. 87,2 min (2014). 1736-cı ildən tatarların məskunlaşdığı kənd kimi məlumdur. == Coğrafiyası == Buqulma-Belebey yüksəkliyinin yamaclarında, Buqulminka çayının Zay çayına (Volqa hövzəsi) töküldüyü yerdədir. Dəmiryol stansiyaları Avtomobil yolları qovşağı.
Buqulma rayonu
Buqulma rayonu (tatar. Bөgelmə rayonı, Бөгелмә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimalında yerləşir. İnzibati mərkəzi Buqulma şəhəridir. == Coğrafiyası == Rayonun ərazisi 1408.6 km²-dir. Respublikanın cənub-şərqində yerləşir. Respublikanın Əlmət, Leninoqorsk, Aznakay, Bavlı, Yutmazı rayonları, Samara vilayəti (Klyavlinski rayonu) və Orenburq vilayəti (Severnı rayonu) ilə həmsərhəddir. == Tarixi == 1920-ci ilə qədər rayonun ərazisi Samara vilayətinin Buqulma rayonu, 1920-1930-cu illərdə Buqulma kantonunun bir hissəsi olur. Çağdaş rayon isə 10 avqust 1930-cu ildə qurulmuşdur. == Əhalisi == Əhalisi: 51,6 min nəfər (kişilər - 23,9, qadınlar - 27,7).
Buqulma-Belebey yüksəkliyi
Buqulma-Belebey yüksəkliyi (ing. Bugulma-Belebey Upland) — Şərqi Avropa düzənliyinin şərqində, Rusiya Federasiyasının, Tatarıstan və Başqırdıstan respublikaları, Samara və Orenburq vilayətləri ərazisində pilləli yüksəklik. == Coğrafiyası == Belaya, Kama və Volqa çaylarının sol qollarının suayırıcısıdır. Hündürlüyü 200–400 m-dir. Yamacları çay dərələri ilə parçalanmışdır. Əhəngdaşı, gil və qum daşıdan təşkil olunmuşdur. Karst uçurumları və mağaraları var. Meşə-çöl və çöl landşaftı üstündür. Neft yataqları (Volqa-Ural neftli-qazlı əyaləti) var.