Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəxşiş
Bəxşiş (fars. بخشش‎) — çaypulu, ianə və Yaxın Şərq və Cənubi Asiyada siyasi korrupsiyanın və rüşvətin müəyyən formalarından biri.
Bəxşiş ovçusu
Kəllə ovçusu (ing. Bounty hunter) — pul mükafatına görə qaçaq cinayətkarların və fərarilərin axtarışı və tutulması ilə məşğul olan şəxs.
İlyas Bəxşiş
İlyas Temirqaya oğlu Bəxşiş (krımtat. İlyas Bahşış, Ильяс Бахшыш; 23 mart 1913, Simferopol – 25 iyul 2000, Simferopol) — Krım Tatar əsilli SSRİ və Ukrayna bəstəkarı, musiqiçi. Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940), Özbəkistan SSR əməkdar artisti (1967), Özbəkistan SSR əməkdar müəllimi (1973), Ukraynanın əməkdar incəsənət xadimi (1993), Fəxri Krımlı (2000). == Həyatı == İlyas Temirqaya oğlu Bəxşiş 1913-cü il martın 23-də Simferopolda anadan olmuşdur. Simferopol Krım Tatar nümunəvi 9 illik 13 nömrəli məktəbi bitirmişdir. 1920-ci illərin sonunda Moskvada Mühəndislik və Kommunal Təsərrüfatı İnstitutunda və Kazanda təhsil almışdır. 1934-cü ildə Simferopol Musiqi Kollecinə (professor İ. İ. Çernovun sinfi) daxil olmuşdur. Tələbə ikən Krım radiosunda diktor vəzifəsində çalışmışdır. Kolleci bitirdikdən sonra (1937) radio komitəsinin baş musiqi redaktoru təyin edilmişdir. 1937-ci ildə Krım Dövlət Tatar Opera və Balet Teatrını yaratmaq üçün Simferopola gələn bəstəkar L. Knipper ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
Abgərm bəxşi
Abgərm bəxşi (fars. بخش آبگرم‎), (az.-əbcəd آبگرم بؤلومو‎), iranın Qəzvin ostanının Avəc şəhristanına daxil olan bəxş.
Aslandüz bəxşi
Aslandüz bəxşi (farsca: بخش اصلاندوز‎‎‎), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşin 2006-cı il siyahıya almaya görə əhalisi 27,418 nəfər ve 5,220 evdir. Bəxşin mərkəzi Aslandüz şəhəridir.
Bəxşi Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903 – 14 sentyabr 1985) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Dəştabi bəxşi
Dəştabi bəxşi (fars. بخش دشتابی‎) , (az.-əbcəd دشتابی بؤلومو‎) iranın Qəzvin ostanının Buyinzəhra şəhristanının ərazisinə daxil olan bəxş.
Kuhin bəxşi
Kuhin bəxşi (fars. بخش کوهین‎; az.-əbcəd کوهین بؤلومو‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının ərazisinə daxil olan bəxş.
Laləcin bəxşi
Laləcin bəxşi (fars. بخش لالجین‎) — İranın Həmədan ostanının Bahar şəhristanında bəxş. Əhalisi 2006-cı il əhalinin sıyahıya alınmasına əsasən 10 635 ailədə 44 568 nəfərdir. Bəxşin iki şəhəri (Laləcin və Mühaciran), iki dehistanı (Mühaciran dehistanı və Sufalqaran dehistanı) var.
Ləvəndil bəxşi
Ləvəndəvil bəxşi (fars. بخش لوندویل‎) — İranda, Gilan ostanının Astara şəhristanında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ləvəndəvil şəhəridir. == Əhalisi == 24 oktyabr – 13 noyabr 2011–ci il siyahıyaalınması yekunlarına əsasən bəxşin əhalisi: == İnzibati bölgü == 2011–ci il siyahıyaalınmasına əsasən bəxş inzibati cəhətdən Ləvəndəvil şəhərini və 2 dehestanı əhatə edir. Dehestanlarda isə 18 kənd yerləşir və onlardan 2–sində əhali yaşamır.
Ləvəndəvil bəxşi
Ləvəndəvil bəxşi (fars. بخش لوندویل‎) — İranda, Gilan ostanının Astara şəhristanında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ləvəndəvil şəhəridir. == Əhalisi == 24 oktyabr – 13 noyabr 2011–ci il siyahıyaalınması yekunlarına əsasən bəxşin əhalisi: == İnzibati bölgü == 2011–ci il siyahıyaalınmasına əsasən bəxş inzibati cəhətdən Ləvəndəvil şəhərini və 2 dehestanı əhatə edir. Dehestanlarda isə 18 kənd yerləşir və onlardan 2–sində əhali yaşamır.
Milacerd bəxşi
Milacerd bəxşi (fars. بخش میلاجرد‎) — İranda, Mərkəzi ostanının Komican şəhristanında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Komican şəhəridir. 2011–ci il siyahıyaalınmasına əsasən bəxşin əhalisi 4.442 ailədə 8.316 nəfəri kişilər və 8.125 nəfəri qadınlar olmaqla cəmi 16.441 nəfərdir. Bəxş inzibati cəhətdən Milacerd şəhərini, Milacerd və Xosro Beyg dehestanlarını əhatə edir.
Məhəmmədiyə bəxşi
Məhəmmədiyə (fars. بخش محمدیه‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. Məhəmmədiyə şəhəri keçmiş Zibaşəhr və Bavers (indi bu adda şəhərin yaxınlığında başqa bir kənd mövcuddur) kəndlərinin birləşməsi ilə qurulub. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 41,766 nəfər və 10,904 ailədən ibarət idi. 2016-cı ilin məlumatına görə bəxşdə 138,093 nəfər yaşayır (43,898 ailə).
Qalaçay bəxşi
Qalaçay bəxşi (Farsca: بخش قلعه‌چای) — İranın Şərqi Azərbaycan ostanındaki Əcəbşir şəhristanının iki bəxşindan biridir.
Rüğeyvə bəxşi
Rüğeyvə bəxşi (fars. بخش رغیوه‎) — İranda, Xuzistan ostanının Həftkel şəhristanında inzibati-ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən bəxşin əhalisi 1.197 ailədə 2.598 nəfəri kişilər və 2.644 nəfəri qadınlar olmaqla cəmi 5.242 nəfərdir və bütünlüklə kənd əhalisidir. İnzibati cəhətdən Gəzin və Rüğeyvə dehestanlarını əhatə edir.
Sultaniyə bəxşi
Sultaniyə şəhristanı (fars. شهرستان سلطانیه‎) — İranda, Zəncan ostanında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sultaniyə şəhəridir. 2014–cü ilədək Əbhər şəhristanının bir hissəsi olaraq bəxş statusu daşıyırdı idi və Sultaniyyə bəxşi adlanırdı. Həmin ildən inzibati cəhətdən statusu şəhristan olaraq yüksəlmişdi.
Sələfçegan bəxşi
Salafçeqan — İranın Qum şəhərinin bölmələrindən biri. 2016 -cı ildə Salafçeqan mahalının əhalisi və evlərinin ümumi siyahıya alınmasına görə 9 938 nəfərə bərabər olmuşdur.
Təzəkənd bəxşi
Təzəkənd bəxşi — (Farsca: بخش تازه‌کند), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 4 bəxşindən biri. Bəxşin 2006-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 14,235 nəfər və ya 2,929 evdir. Bəxşin mərkəzi Təzəkənd şəhəridir.
Çahvarz bəxşi
Çahvarz bəxşi (fars. بخش چاه‌ورز‎) — İranda, Fars ostanının Lamerd şəhristanında inzibati-farsi vahidi. Bəxş inzibati cəhətdən Çahvarz şəhərini, Çavarz və şeyx amer dehestanlarını əhatə edir.
Şahrud bəxşi
Şahrud bəxşi (Farsca: بخش شاهرود‎‎‎)— İranın Ərdəbil ostanında olan Xalxal şəhristanının 3 bəxşindən biridir. Bəxşin mərkəzi Külür şəhəridir. == Ümumi məlumat == Bəxşin 2006-cı il siyahıya alınmasına görə əhali sayı 13,701 nəfər və 3,604 evdir. Şahrudi talışlar Xalxal şəhristanı, Şahrud bəxşinin Külür, Şal və Lerd kəndlərində yaşayırlar.
Xələcistan bəxşi
Xələcistan bəxşi (fars. بخش خلجستان‎‎‎) — İranın Qum ostanında olan Qum şəhristanının 3 bəxşindən biri. Bəxşin 2016-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 7,207 nəfərdir. Bəxşin mərkəzi Dəstcerd şəhəridir.
Sədabad bəxşi
Sədabad bəxşi (Farsca: سعدآباد) — İranın Buşehr ostanında olan Dəştistan şəhristanının bəxşlərindən biri. Bəxşin 2006-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 31,928 nəfər və ya 6,772 evdir. Bəxşin mərkəzi Sədabad şəhəridir.
Aşağı Tarım bəxşi
Aşağı Tarım bəxşi (fars. بخش طارم سفلی‎),(az.-əbcəd آشاغی تاریم بؤلومو‎),iranın Qəzvin ostanının Qəzvin şəhristanının ərazisinə daxil olan bəxş.
Müəmmər Lütfi Bəxşi
Müəmmər Lütfi Bəxşi (1903-1947) — Türkiyə şairi. == Həyatı == Mədrəsə təhsili aldığı üçün qüvvətli bir islam mədəniyyətinə sahibdir. 18-19 yaşlarında əruzla və əski tərzdə şeirlər yazmışdır. Sonralar hecaya və ən sonunda da sərbəst nəzmə keçmişdir. Şeirləri "Ahəng", "Sədayi-həqq", "Yeni gün", "Məhfəl", "Naziktər", "Hilal", "Anadolu", "Şərq", "Yanıq", "Yurd", "İctihad", "Sərvəti-fünun" və "Yeni səs" kimi dövri nəşrlərdə çıxır. Antalyada olduğu zaman Antalya xalq evi dərgisi olan "Türk Akdəniz"i idarə edir. Şeirləri kitablaşmadı. Dörd dəftər dolusu şeiri olduğu söylənir. Şeirlərində daha çox milli mövzulara və eşqə yer vermişdir. Tokadizadə Şəkib, Tahir ül-Mövləvi, Əhməd Haşim, hecanın beş şairi, Kamaləddin Kamu kimi şairlərin təsirində qalmışdır.
Mərkəzi bəxşi (Parsabad)
Parsabad mərkəzi bəxşi (Farsca: بخش مرکزی شهرستان پارس‌آباد‎‎), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşın 2006-cı il əhali sayımına görə əhalisi 122,923 nəfər və 26,307 evdir.
Bəxşayş
Bəxşayş və ya Baxşeyiş (fars. بخشایش‎) - İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 120 kilometr şimal-şərqdə, Heris şəhərinin cənub-qərbində yerləşir. Əhalisi ۵٬۷۵۲ (2006–ci il əhali sayına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycanın otuz dördüncü böyük şəhəri sayılır. Bəxşayş Azərbaycanın əski şəhərlərindəndir və dindarlıqa məşhur olubdur. İranlı şair Pərvin Etisaminin əsli bu şəhərdəndir. Hal-hazırda Bəxşayş öz xalçaları ilə dünyada məşhurdur.
Baxşi
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Bellis
Qızçiçəyi (lat. Bellis) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Bəlqis
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Sepsis
Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis — müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik olub, törədicinin növündən asılı olmayaraq bədənin özünəməxsus cavab reaksiyası və eyni tipli kliniki mənzərə ilə özünü büruzə verir. == Mərhələləri == Sepsis — bakteriemiya, üzv və sistemlərin iltihaba cavab reaksiyası sindromu, aşkar sepsis, ağır sepsis, septik şok mərhələləri ilə təzahür edir. Bakteriemiya (septisemiya) — qan dövranında canlı bakteriyalar və onların toksinlərinin olmasına deyilir. Sepsisin sonrakı kliniki gedişi bədəndə olan irinli iltihab ocağına və oradan başlayan bakteriemiyaya ayrı-ayrı üzv və sistemlərin cavab reaksiyası ilə təzahür edir. Üzv və sistemlərin iltihaba və ağır zədələnmələrə cavab reaksiyası sindromu — aşağıda göstərilən əlamətlərlə özünü büruzə verir: bədənin hərarəti 38°C-yə qədər yüksəlir, yaxud 36° C-dən aşağı düşür; nəbz vurğusu 90-ı keçir; tənəffüsün sayı 20-ni ötür, yaxud karbon qazının parsial təzyiqi qanda 32 mm civə sütunundan aşağı olur; qanda neytrofil leykositlərin sayı 12.109/l-dən yuxarı, yaxud 4.109/l-dən aşağı olur; çubuq nüvəli leykositlərin sayı artır, sola meyllilik müşahidə olunur. Sadalanan əlamətlərdən 2 və artığı xəstədə qeyd edildikdə həmin sindrom müəyyən edilir. Yeni terminologiyaya görə sepsis müvafiq infeksiya ocağı olduğu halda inkişaf edən iltihaba sistemli reaksiya sindromudur.
Təxmis
Təxmis — şərq, o cümlədən Azərbaycan şeirində lirik janrın nisbətən az yayılan şəkillərindən biri.Müxəmməs kimi təxmis də 5 misradan ibarət şeirdir. Çox vaxt 5 bənddən ibarət olur. Bu bəndlərin 1, 2, 3-cü misralarını şeir müəllifinin özü yazır, 4 və 5-ci misralar isə başqa bir müəllifin şeirindən olduğu kimi götürülür və məzmunca özündən əvvəlki orijinal misralarla bağlanır. Bu forma XIX-XX əsrlərdə tədriclə aradan çıxmış, sovet dövründə isə demək olar ki, işlənməmişdir. == Ədəbiyyat == Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh.