Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avinyon əsarəti
Avinyon əsarəti — papalığın tarixində papaların Romada deyil, Fransanın cənubunda yerləşən Avinyon şəhərində 1309–1377-ci illərdə məcburi yaşadıqları dövr. Fransa kralı IV Filiplə dini və mülki hakimiyyətlərin səlahiyyətləri haqqında mübahisədə papalar məğlub edildikdən sonra kralın tələbi ilə katolik kilsəsinin başçısı V Klement papanın iqamətgahını 1309-cu ildə Avinyon şəhərinə köçürmüşdü. Avinyon əsarəti dövründə papalar fransızların əllərində oyuncaq olub təsirlik baxımından dərin böhrana uğramışdır. Papaların özləri və saray əyanlarının əxlaqi pozğunluqlarına qiymət verən, o zamanlar Avinyonda yaşayan italyan humanisti, şair və alim Françesko Petrarka yazırdı ki, bu şəhər "dünyada mövcud olan bütün şərlərin yuvasına çevrilib", xəyanət yuvasına dönübdür. Papaların və onların əyanlarının Romaya qayıtdıqdan sonra Avinyon əsarətinin bilavasitə təsiri özünü katolik kilsəsinin "böyük parçalanmasında" göstərdi, çünki bu dövrdə kardinalların bir qismi (xüsusən ingilis, alman və italyanlar) papanın birini Romada, digərləri isə (fransız, ispan və şotlandlar) başqasını Avinyonda seçirdilər. Babilistanda qədim yəhudilərin əsarətini nəzərdə tutub Avinyon əsarətini bəzən Babil əsarəti də adlandırırlar.
Cəsarət Abbasov
Cəsarət Abbasov (Cəsarət Adil oğlu Abbasov; 4 aprel 1974, Muğanlı, Xocavənd rayonu, Azərbaycan SSR - 17 mart 1993, Qarabağ, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəsarət Abbasov 4 aprel 1974-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta təhsilini Muğanlı kəndindəki səkkizillik məktəbdə alan Cəsarət 1990-cı ildə Qarabağ müharibəsi zamanı Muğanlı kənd özünümüdafiə dəstəsinə qoşulmuşdur. 1992-ci ilin 2 oktyabrında Muğanlı kəndi düşmənlər tərəfindən işğal edildi. Həmin il Cəsarət Milli Ordu sıralarına yazıldı. Cəsarət Abbasov 17 mart 1993-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.
Cəsarət Səfərov
Cəsarət Xaliq oğlu Səfərov (27 iyun 2001, Suraxanı rayonu – 4 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəsarət Səfərov 2001-ci il iyunun 27-də Suraxanı rayonunda anadan olub. Onun əmisi oğlu — Şahmar Səfərov da İkinci Qarabağ müharibəsi şəhididir. Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cəsarət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsarət Səfərov noyabrın 4-də Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəsarət Valehov
Cəsarət Valehov (31 mart 1974, Qutqaşen) — fəlsəfə doktoru, dosent, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri. == Təhsil* == Bakı Dövlət Universiteti –“Hüquqşünaslıq” fakültəsi, bakalavr (fərqlənmə diplomu) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – "Siyasi idarəetmə" fakültəsi, magistratura (fərqlənmə diplomu) Bakı Dövlət Universiteti- əyani aspirantura Corc Vaşinqton Universiteti(ABŞ)- Fulbrayt proqramı məzunu == Təcrübə == Azərbaycan Televizya və Radio Yayımları Şirkətində redaktor Gənclər Təşkilatları Milli Şurası Məclisinin sədri AMEA-nın Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunun “Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər" şöbəsinin elmi işçisi Qərb, Bakı Mühəndislik və Dövlət Pedaqoji universitetlərində pedaqoji fəaliyyət(müəllim, dosent) Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil departamentinin direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinidə “Açıq Dərs” təhsil layihəsinin müəllifi və moderatoru Təhsil İnstitutunun aparıcı elmi işçisi Elm və təhsil nazirliyinin informasiya şöbəsinin müdir müavini və İctimaiyyətlə əlaqlələr sektorunun müdiri 30-dan çox elmi məqalə, 500-dən çox teleproqramın müəllifi == Elmi dərəcə == Fəlsəfə doktoru Təhsil İnstitutunun dosenti == Təltif == Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. == Təlimlər (sertifikat) == Fransa, Strasburq “İntercultural learning” təlimi. Niderland, Amsterdam "Mediada müxtəliflik" təlimi. Böyük Britaniya, London “Living together” təlimi. Polşa, Varşava, "Puclic broadcasting" təlimi Böyük Britaniya, London, "İntroduction to Pr" təlimi Türkiye, Ankara, I ULUSLARARASI EĞİTİM SOSYOLOJİSİ SEMPOZYUMU Gürcüstan, Tabaxmeli şəhərində keçirilən “Gənc liderlər”in beynəlxalq təlimi == Ailə vəziyyəti == Evlidir. İki övladı var. == Dil biliyi == Azərbaycan, rus, ingilis, türk dilini bilir. == Filmoqrafiya == "Şuşa maarifi" sənədli-bədii filmi, 2023 Açıq Dərs təhsil tok-şousu (2005-2013) Böyük türk (film, 2007) Əşrəf Hüseynov. Yaşamaq yanmaqdır...
Cəsarət Əhmədov
Cəsarət Mehman oğlu Əhmədov (12 fevral 1978, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti == Həyat == Əhmədov Cəsarət 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri kəndində zəhmətkeş bir ailədə anadan olub. 1995-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinə daxil olub, 2000-ci ildə həmin universitetin “Tikintinin iqtisadiyyatı” fakultəsində təhsilini başa vurub. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Milli Qvardiyasında xidmət edib. Əla xidmətə görə Qvardiyanın yaradılmasının 10-cu ildönümü münasibətilə şəxsən general-polkovnik Vaqif Axundov tərəfindən fəxri fərmanla təltif olunub. İdmanla 1995-ci ildən məşğul olur. İdmanın Qol güləşi növü üzrə ölkə çempionu adını qazanmış, dünya və Avropa çempionatlarının iştirakçısı olmuşdur. 2008-ci ildə Azərbaycan Armrestlinq Federasiyasının prezidenti seçilmiş, 2009-cu ildə isə, yeni yaradılmış idman klublarının əsasında Azərbaycan Qol Güləşi Federasiyasını təsis etmişdir. Həmin ildən Azərbaycan Qol Güləşi Federasiyasının prezidentidir. 2008-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür. 2011-ci ildə “Respublikanın fəxri bədən tərbiyyəsi və idman işçisi” adına layiq görülüb.
Cəsarət Əliyev
== Əsas elmi nailiyyətləri == Tezliklərə görə qismən səpilmə nəzərə alınmaqla şüaköçürmə tənliyinə operator əmsallı diftənlik kimi baxılmış və tam analitik həlli verilmişdir [1-3]. Öz-özünü qravitasiya cazibəsində olan qazın halını təsvir edən xətti olmayan tənliklər sisteminin həlli üçün proqram-paket yaradılmış, üç ölçülü halda aşkar soliton həllər alınmış, xətti həyacanlaşma tənliyinin analitik həlləri verilmişdir [6, 7]. Günəş aktivliyinin planet təsiri və spin-orbital qarşılıqlı təsirin nəticəsi olması haqda ileya irəli sürülmüşdür [4]. Günəş aktivliyi probleminin həlli üçün SolAct proqram-paketi yaradılmış, günəş fırlanma momentinin spin – orbital qarşılıqlı təsir nəticəsində dəyişdiyi və günəş aktivliyinin bu dəyişmə ilə korrelyasiya etdiyi aşkar edilmişdir [9, 12]. Sosial kataklizmlərin, siyasi çevrilişlərin günəş aktivliyi korrelyasiya etməsi aşkar edilmişdir [5]. Astronomiya arxivlərindən internet vasitəsilə ədədlər bazasının çəkilib gətirilməsi və işlənməsi üçün DaImAn proqram-paketi yaradılmış, RW Aur ulduzuna tətbiq edilərək aylarla ölçülən dövrülüyün varlığı aşkar edilmişdir [8, 10, 11]. Elmi araşdırmalar, ədədlərin işlənməsi və cihazların avtomatik idarə olunması üçün aşağıdakı modullar yaradılmışdır: Modul RETSLEA – şüaköçürmə tənliyinin ədədi həll edir; Modul SolNoLinPerEq3d – xətti olmayan tənliklər systemini və həyacanlaşma tənliyini analitik həll edir; Modul SolAct - planetlərin günəş sistemində, Günəşin barimərkəz ətrafında hərə-kətini vizuallaşdırır, fiziki parametrlərin hesblanmasına imkan verir. Bundan əlavə modul Günəşin fırlanma momenti ilə orbital momenti arasındakı qarşılıqlı-təsiri cızan tənliklər sistemini həll edir. Modul SpAn – göy cisimlərinin ədədlər şəklində verilmiş spektrlərininin işlənməsi üçün yaradılmışdır. Modul DaImAn – internet vasitəsilə arxiv materiallarınin çəkilib gətirilməsi və işlənməsini həyata keçirir; Modul CeBoSaM - göy cisimləri və onların peyklərinin hərəkətini öyrənmək üçün yaradılmışdır; Modul TelescopeControl - teleskopun idarə edilməsinin avtomatlaşdırılması üçün yaradılmışdır.
Trichilia casaretti
Trichilia casaretti (lat. Trichilia casaretti) — meliekimilər fəsiləsinin trichilia cinsinə aid bitki növü.
"Rəşadətli əməyə görə" nişanı
"Rəşadətli əməyə görə" nişanı — Naxçıvan Muxtar Respublikasının dövlət mükafatı. == Təsisi == "Rəşadətli əməyə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir. == Statusu == "Rəşadətli əməyə görə" nişanı dövlət qulluğunda, iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, hüquq-mühafizə və sosial sahələrdə, ədəbi-bədii yaradıcılıqdakı nailiyyətlərə, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətə görə verilir."Rəşadətli əməyə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları və "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı olduqda onlardan sonra taxılır."Rəşadətli əməyə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur. == Təsviri == "Rəşadətli əməyə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində yuxarı çevrə boyunca "RƏŞADƏTLİ ƏMƏYƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissəsində qoşa sünbül təsviri vardır. Yazı və təsvirlər qabarıqdır.Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır. Ortasında nişanın nömrəsi həkk olunmuşdur.
"Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısı
"Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısı — Naxçıvan Muxtar Respublikasının "Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısıdır.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945-ci ildə təsis olunmuş SSRİ medalı.
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945-ci ildə təsis olunmuş SSRİ medalı.
“Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar rəşadətli əməyə görə” medalı
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — Vladimir İliç Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1969-cu il tarixli Fərmanı ilə təsis edilmişdir. == Təltif olunanlar == 9 milyon işçi-çalışan, 2 milyon hərbi qulluqçu və təxminin 5 min xarici vətəndaş olmaqla yanaşı 11 milyondan çox insan bu medalla təltif edilmişdir. == Təsviri == Medal bürüncdən istehsal edilmişdir və 32 mm diametrli bütöv dairə şəklindədir. Medalın üz tərəfində tutqun fonda sola çevirilmiş V. İ. Leninanın qabarıq profil təsviri yerləşdirilmişdir. Aşağı hissədə isə — "1870-1970" tarixi. Medalın arxa tərəfində tutqun fonda çevrə üzrə yuxarı hissədə "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazısı, onun altında oraq və çəkic təsviri və yazı "V. İ. Leninin anadan olmasının 100 illiyinin qeyd edilməsi şərəfinə". Aşağı hissədə isə — kiçik beş ulduz yerləşdirilmişdir. Xarici vətəndaşların mükafatlandırılması üçün hazırlanmış medalın arxasında — "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazılar yoxdur. Medalın kənarları bortla haşiyələnmişdir.