Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə. Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır.
Dərman (Soyuqbulaq)
Dərman (fars. درمان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Dərman acıqıjısı
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Dərman alpiniyası
Dərman alpiniyası (lat. Alpinia officinarum) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Dərman bitkiləri
Dərman bitkiləri — qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində istifadə edilmişdir. Bitkilər həşəratlara, göbələklərə, xəstəliklərə və ot yeyən məməlilərə qarşı müdafiə və qorunma da daxil olmaqla, müxtəlif funksiyalar üçün yüzlərlə kimyəvi birləşmə sintez edir. Dərman bitkiləri haqqında ən erkən tarixi qeydlərə Şumer sivilizasiyasına məxsus olan e.ə. 3000-ci ilə aid gil lövhələrdə rast gəlinir. Bu qeydlərdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi yer alır. Qədim Misirə məxsus olan e.ə. təxminən 1550-ci ilə aid Ebers papirusunda isə 850-dən çox dərman bitkisi təsvir edilmişdir. Roma ordusunda işləmiş yunan həkimi Dioskorid e.ə. təxminən 60-cı ildə De materia medica adlı əsərində 600-dən çox dərman bitkisinin istifadə edildiyi 1 000-dən çox dərmanın reseptini sənədləşdirmişdir. Bu əsər təxminən 1 500 il ərzində digər farmakopeyaların əsasını təşkil etmişdir.
Dərman bulaqotu
Dərman bulaqotu (lat. Veronica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. == Sinonimlər == Cardia officinalis (L.) Dulac Veronica officinalis var. officinalis Veronica officinalis f.
Dərman bədrənci
Dərman bəlğəmotu
Dərman bəlğəmotu (lat. Althaea officinalis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin bəlğəmotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Malva althaea E.H.L.Krause Malva officinalis (L.) K.F.Schimp. & Spenn.
Dərman ciyərotu
Dərman cəbrayılotu
Dərman dəfnəgilənarı
Dərman fillantusu
Dərman fillantusu (lat. Phyllanthus emblica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cicca emblica (L.) Kurz Diasperus emblica (L.) Kuntze Emblica officinalis Gaertn.
Dərman göyzabanı
Dərman göyzabanı (lat. Borago officinalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin göyzaban cinsinə aid bitki növü.
Sulfanilamid (dərman)
Sulfanil turşusu – C6H7NO3S. Sulfanil turşusu p-aminobenzol sulfoturşu anilin sulfolaşmasından alınır və bipolyar ion şəklində mövcud olur. Struktur formulu NH2—C6H4SO3H. Sulfanil turşusunun boyalar istehsalında əhəmiyyəti böyükdür. Sulfanil turşusunun amidi (sulfanilamid) adı ilə tanınır. Bu maddə antibakterial xassəyə malik olan və sulfanilamidlər (sulfoamidlər) adlanan dərman maddələrinin sələfidir. == Tarixi == Sulfanilamid ilk dəfə 1908-ci ildə sintez olunub və boyalar istehsalında aralıq birləşmə kimi istafadə olunub. Onun antibakterial aktivliyi 1935-ci ildə müəyyən edilib. Streptosidi almaq üçün anilinin amin qrupunu oksidləşmədən qorumaq üçün əvvəlcə asetilləşdirilir, alınan asetanilid xlorsulfon turşusu ilə (HSO3Cl) sulfiləşdirilir. Məhsulda xlor atomunu amin qrupu (streptosidin alınması) və ya RNH-qrupu ilə (sulfanilamid törəmələri) əvəz etməklə məhsullar alınır. Bütün sulfanilamidlərin tərkibində mütləq sulfamid (sulfoamid) qrupu (–SO2NH2) vardır. Bu qrupun karboksoamid (–CONH2) və ya nitril (–CN) qrupları ilə əvəzlənməsi antibakterial aktivliyin itirilməsinə səbəb olur.
Dərman öfgəotu
Dərman öfgəotu (lat. Pulmonaria officinalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin öfgəotu cinsinə aid bitki növü.
Dərman ballınanəsi
Dərman ballınanəsi (lat. Melissa officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin ballınanə cinsinə aid bitki növü. == İstifadəsi == Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə effekt göstərir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanm yüngül formalarmda, iştahasızlıqda, diskineziyada, meteorizmdə, menstrual sikl pozğunluqlarında təyin edilir. === Əks göstəriş === Yüksək həssaslıq. === İstifadə qaydası === Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3–4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən sonra daxilə qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə hər yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.
Dərman bitkisi
Dərman bitkiləri — qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində istifadə edilmişdir. Bitkilər həşəratlara, göbələklərə, xəstəliklərə və ot yeyən məməlilərə qarşı müdafiə və qorunma da daxil olmaqla, müxtəlif funksiyalar üçün yüzlərlə kimyəvi birləşmə sintez edir. Dərman bitkiləri haqqında ən erkən tarixi qeydlərə Şumer sivilizasiyasına məxsus olan e.ə. 3000-ci ilə aid gil lövhələrdə rast gəlinir. Bu qeydlərdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi yer alır. Qədim Misirə məxsus olan e.ə. təxminən 1550-ci ilə aid Ebers papirusunda isə 850-dən çox dərman bitkisi təsvir edilmişdir. Roma ordusunda işləmiş yunan həkimi Dioskorid e.ə. təxminən 60-cı ildə De materia medica adlı əsərində 600-dən çox dərman bitkisinin istifadə edildiyi 1 000-dən çox dərmanın reseptini sənədləşdirmişdir. Bu əsər təxminən 1 500 il ərzində digər farmakopeyaların əsasını təşkil etmişdir.
Dərman adaçayı
Dərman adaçayı (lat. Salvia officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Bioloji xüsusiyyəti == Hündürlüyü 75 sm-ə qədər olan yarımkol ot bitkisidir. Birinci il dərman adaçayı payıza qədər möhkəm kola malik olur. İkinci ildən başlayaraq çiçəkləməyə başlayır. İyunda çiçəkləyir. Meyvələri avqust-sentyabrda yetişir. Toxum 3 ilə qədər qala bilir. Yarımkol olub, hündürlüyü 50 sm, budaqlanan, gövdəsi dördtilli, qarşı-qarşıya, uzunsaplaqlı və uzunsov yarpaqlıdır. Yarpaqlarının əsası dairəvi və ya ürəkşəkilli, hətta ikipərli olmaqla, kiçik çəpərlidir.
Dərman gülxətmi
Dərman gülümbaharı
Dərman gülümbaharı (lat. Calendula officinalis) — gülümbahar cinsinə aid bitki növü. *Calendula officinalis L. — Dərman gülümbaharı == Botaniki xarakteristikası: == Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır. Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır.
Dərman köpəkdili
Dərman köpəkdili (lat. Cynoglossum officinale) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin köpəkdili cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 40-85 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düzduran, şırımlı, yuxarı hissədə süpürgəvari budaqlanmış, bozumtul tüklü, qara mil kökləri torpağın içərisinə vertikal yeriyən ikiillik ot bitkisidir. Yarpaqları yumşaq və basıqtükcüklüdür, uzundur, neştərə oxşar, sivri ucludur, aşağı yarpaqları saplağa daralmışdır və saplaqla birgə uzunluğu 10-21,5 sm, eni 18-30 mm-dir. Ondan sonrakı yarpaqlar oturaqdır, uzunluğu 9-19 sm və eni 12-20 mm-dir; kökətrafı yarpaqları bitki çiçək açana qədər quruyur. Çiçək qrupu süpürgəvaridir və meyvə verəndə budaqları uzanmış halda olur. Çiçək saplağı yumşaq-boz tükcüklüdür və nazikdir, kasacıqla eynidir, meyvə verən zaman 10-13 sm-ə qədər uzanır və aşağıya doğru qövsşəkilli əyilir. Tac çirkli tünd-qırmızı və ya qırmızı-göy rənglidir, qıfa oxşardır. Fındıqcalar 5-7 mm uzunluqdadır, enliyumurtavari, arxa hissədən demək olar ki, yastı, kənarları az qalxmış və qalınlaşmışdır, üzərində seyrək tikanları vardır. Fındıqcanın yan və qarın tərəfi tikanlarla sıx örtülüdür.
Dərman köpəkdiliotu
Dərman levistiki
Dərman limonotu
Dərman mandraqorası
Dərman mandraqorası (lat. Mandragora officinalis) - mandraqora cinsinə aid bitki növü.
Antiaritmik dərmanlar
Antiaritmik dərmanlar – ürək fəaliyyəti ritminin pozğunluqlarını aradan qaldırmaq və onun qarşısını almaq üçün istifadə olunan dərman preparatları. == Ümumi məlumat == Onların təsiri ürək hüceyrəsi membranının ion cərəyanı keçiriciliyinin dəyişməsinə əsaslanmışdır. Antiaritmik dərmanlar sinus-qulaqcıqda, qulaqcıq-mədəcik düyünlərində və ürəyin keçiricilik sistemində olan xüsusi hüceyrələrin fəaliyyət potensialının müxtəlif mərhələlərinə təsir göstərir. Təsir mexanizminə görə antiaritmik dərmanlar 4 sinfə bölünür: I sinif – membransabitləşdirici dərmanlar və ya natrium kanalı blokatorları; təsir xüsusiyyətinə görə: I A sinfi – xinidin, novokainamid, dizopiramid, aymalin; I B sinfi – lidokain, meksiletin, difenin; I C sinfi – propafenon, etmozin, etasizin, allapinin; II sinif – β adreno blokatorlar; III sinif – kalium kanalı repolyarizasiyasını ləngidən blokatorlar – amiodaron, sotalol; IV sinif yavaş kalsium kanalı ritmyavaşıdıcı blokatorları-verapamil, diltiazem. Göstərişlər: ürək ritminin proqnostik mənfi pozğunluqları (xroniki ürək çatışmazlığı fonunda politop mədəcik ekstrasistoliyası və ya miokard infarktının kəskin dövrü). Antiritmik dərmanlar bəzi növ ürək çatışmazlığı, qulaqcıq-mədəcik keçiriciliyinin 1-ci dərəcədən yuxarı və mədəcik daxili keçiriciliyin pozğunluqları zamanı əks-göstərişdir.
Dərman bitkilərin əlifba göstəricisi
== A ==
Dərman bitkilərinin siyahısı
== A ==
Haçakənd-i Dərmanlı (Germi)
Haçakənd-i Dərmanlı (fars. هاچاكنددرمانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 643 nəfər yaşayır (130 ailə).
Labirint qaçışçısı: Ölümə dərman
Ölümə dərman və ya original adı ilə The Death Cure adlanan bu roman, Amerika yazıçısı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının üçüncüsü olub 2011-ci ildə nəşr edilmiş gənclik romanıdır. Filmin ekranlaşdırılmış versiyasının buraxılış tarixi 2018-ci il yanvarın 12-də olmuşdur.
Labirintdə qaçış: ölümə dərman (film, 2018)
Labirintdə qaçış: ölümə dərman eyniadlı roman əsasında rejissor Ues Balın çəkdiyi distopik elmi-fantastik döyüş triller filmidir. T.S. Nowlinin ssenarisini yazmış olduğu film 2018-ci ildə ABŞ-də istehsal edilmişdir. == Süjet xətti == “Labirintdə qaçış” saqasının sonuncu hissəsi: Tomas sonuncu və təhlükəli missiyanı yerinə yetirmək üçün qleyderlər ordusuna başçılıq edir. Dostlarının xilası üçün onlar əfsanəvi Sonuncu şəhərə, QUDUZ tərəfindən idarə olunan ölümcül labirintə daxil olmalıdırlar. Orada sağ qalan hər kəs labirintə düşən andan qleyderlərə əziyyət verən bütün suallara cavab tapacaq.
Şuşa Dərman Bitkiləri Muzeyi
Şuşa Dərman Bitkiləri Muzeyi və ya Yaşıl aptek-muzey — Azərbaycanın Şuşa şəhərində yerləşmiş aptek-muzey. Dərman bitkilərinə həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır. == Tarixi == Dərman Bitkiləri Muzeyi 29 iyul 1984-cü ildə Şuşa şəhərində Vaqif poeziya bayramında açılmışdır. Muzey Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş Təzə məhəllə məscidində fəaliyyət göstərirdi. Bərpa prosesi zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə orijinal halına qaytarılmış, tavanları təbii bitki boyaları ilə rənglənmişdir. Muzeyin direktoru Əmirşah Məmmədov olmuşdur. == Xüsusiyyətlər == Muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağtərxunu, adaçiçəyi, darçın, dağnanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi. Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən dərman bitkiləri muzeydə dağ bağçası təəssüratı oyadırdı. Muzeydəki dərman bitkilərinin hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında yetişmiş bitkilər idi. Muzeyin bir bölməsi keçmiş təbabətdə istifadə edilən alətlərə həsr olunmuşdu.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Kerman
Kirman şəhəri — İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Herman
Herman — ad. Herman Hesse — alman-isveçrə yazıçısı, şairi və rəssamı Herman Qmayner — Avstriyalı filantropist və Sos Uşaq kəndlərinin yaradıcısı Herman Obert — Almaniya mühəndisi və alimi.