Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü.Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır.
Gilas povidlosu
Gilas povidlosu - gilas püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Yabanı gilas
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Gilas Ağacı (1972)
Gilas ağacı (film)
== Məzmun == Burada II Dünya müharibəsi illəri uşaqlarının fərəhsiz həyatından, mənasız keçən günlərindən, xeyirxah adamların saf və ülvi mənəviyyatından bəhs edilir. Filmdəki hadisələr Azərbaycanın uzaq kəndlərinin birində cərəyan edir. Burada Qulam baba (Məmmədrza Şeyxzamanov) və onun ətrafında toplaşan kənd uşaqlarının başlarına gələn əhvalatlardan danışılır. Müharibə nə qədər dəhşətli, ağır olsa da, dünya görmüş müdrik qocanın iradəsini qıra bilmir, bütün ölkə üçün çətin günlərdə kənddə qalan Qulam baba uşaq və qadınlara, həmyerlilərinə dayaq olur. Kinolentdə oğurlanmış uşaqlıq haqqında söhbət gedir. Müharibə uşaqların həyatına müdaxilə etmiş, onların rahatlığını pozmuş, şən və qayğısız keçən uşaqlıq çağlarını əllərindən almışdır. Müharibənin çətinlikləri, törətdiyi fəlakətlər-bütün bunlar tamaşaçıların gözləri önündən gəlib keçir. == Film haqqında == Film yazıçı Əkrəm Əylislinin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilmişdir. == Səhv == Titrlər: Quraşdırılmış səhnə operatoru Ramiz Babayev səhvən Rafiq Babayev kimi göstərilmişdir.
Gilas ağacı (film, 1972)
== Məzmun == Burada II Dünya müharibəsi illəri uşaqlarının fərəhsiz həyatından, mənasız keçən günlərindən, xeyirxah adamların saf və ülvi mənəviyyatından bəhs edilir. Filmdəki hadisələr Azərbaycanın uzaq kəndlərinin birində cərəyan edir. Burada Qulam baba (Məmmədrza Şeyxzamanov) və onun ətrafında toplaşan kənd uşaqlarının başlarına gələn əhvalatlardan danışılır. Müharibə nə qədər dəhşətli, ağır olsa da, dünya görmüş müdrik qocanın iradəsini qıra bilmir, bütün ölkə üçün çətin günlərdə kənddə qalan Qulam baba uşaq və qadınlara, həmyerlilərinə dayaq olur. Kinolentdə oğurlanmış uşaqlıq haqqında söhbət gedir. Müharibə uşaqların həyatına müdaxilə etmiş, onların rahatlığını pozmuş, şən və qayğısız keçən uşaqlıq çağlarını əllərindən almışdır. Müharibənin çətinlikləri, törətdiyi fəlakətlər-bütün bunlar tamaşaçıların gözləri önündən gəlib keçir. == Film haqqında == Film yazıçı Əkrəm Əylislinin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilmişdir. == Səhv == Titrlər: Quraşdırılmış səhnə operatoru Ramiz Babayev səhvən Rafiq Babayev kimi göstərilmişdir.
Gilas mövsümü (teleserial, 2014)
Gilas Mövsümü - Türkiyə istehsalı serial. == Məzmunu == Serialın baş qəhrəmanı moda ilə maraqlanan və bu ixtisas üzrə təhsil alan Öykü Acar (Özge Gürel) adlı gənc bir qızdır. O, yeniyetmə qardaşı Cem və anası Meral (Ayşegül Ünsal) ilə sadə bir ailədə yaşayır. Öykünün, ən yaxın rəfiqəsi Bürcü Uyarın (Nihal Işıksaçan) qardaşı Metedən (Daghan Külegec)xoşu gəlir, hansı ki uşaqlıqda bir yerdə böyümüşdülər. Hamı kimi Mete də bunu bilmir və o, Öykünün rəfiqəsi Şeymanı (Nilperi Şahinkaya) sevir. Bir gün Öykü universitetə gedən zaman təsadüf nəticəsində Metenin ən yaxın dostu Ayazla (Serkan Çayoğlu) tanış olur. İlk dəfədən bir-birlərinə nifrət etsələr də, sonra dostlaşır və nəhayət, bir-birlərini həqiqətən də sevməyə başlayırlar. Onda Öykü anlayır ki, əsl sevgi artıq onu tapıb.
Asiya meşə gilası
Gilaslıdərə yaşayış yeri
Gilаslıdərə yaşayış yeri — Ordubad rayonunun Məzrə kəndindən şərqdə, Məzrə pirinə gedən yоlun sаğ tərəfində yerləşən yаşаyış yeri. Yаşаyış yeri təpənin ətəyindədir. Evlər dördkünc fоrmаlı оlub qаyа pаrçаlаrındаn inşа оlunmuşdur. Qаpı girişləri bаşlıcа оlаrаq cənub tərəfdəndir. Yаşаyış yerinin şərq tərəfində bulаq vаrdır. Аrаşdırmаlаr zаmаnı yаşаyış yerinin ərаzisindən Оrtа əsrlərə аid kerаmikа məmulаtı аşkаr оlunmuşdur. Yаşаyış yerinin qərb tərəfində təpənin üzərində müsəlmаn qəbiristаnlığı vаr. Yаşаyış yerindən аşkаr оlunаn аrxeоlоji mаteriаllаr XI-XVIII əsrlərə аiddir. Ehtimаl ki, bu ərаzidə dаhа qədim dövrlərdə yаşаyış оlmuşdur.
Maak meşə gilası
Mahaleb meşə gilası
Pesulvaniya meşə gilası
Virciniya meşə gilası
Virginiya meşə gilası
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Gilan
Gilan ostanı — İranın şimal-qərbində ostan. Gilan dili — Şimal-qərbi İran dillərindən biri. Xaraba Gilan — Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Gilan Holding — Azərbaycanda şirkət.
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi.Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür.Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir. == Qeydlər == == Ədəbiyyat == Вергилий. Буколики VI 43-44; Георгики III 6; Овидий.
Nilas
== Nilas == Nilas-su hövzələrində əmələ gələn, qalınlığı 10 sm-ə qədər olan cavan, elastik buz örtüyünə deyilir. Dalğa üzərində, onun formasına uyğun olaraq. Nilas asanlıqla əyilir, parçalandıqda isə laylı, kündəvari yığımlar əmələ gətirir.
Abkənar (Gilan)
Abkənar - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Ənzəli şəhristanının Mərkəzi bölgəsinin Çaharfərizə kəndistanında, Ənzəli şəhərindən 26 km qərbdədir.
Acıbuzayə (Gilan)
Acıbuzayə — İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Rəşt şəhristanının Küçsəfəhan bölgəsinin Ətraf kəndistanında, Küçsəfəhan qəsəbəsindən 6 km şimaldadır.
Ahkəlan (Gilan)
Ankəlan - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Masal Şandirmən bölgəsinin Masal kəndistanında, Masaldan 6 km cənubdadır.
Ahənkərməhlə (Gilan)
Ahənkərməhlə — İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Rizvandeh bölgəsinin Pərəsər Talışdolab kəndistanında, Rizvandeh qəsəbəsindən 11 km şimal-qərbdədir.
Alabəxşməhlə (Gilan)
Alabəxşməhlə - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Rizvandeh bölgəsinin Miyandeh kəndistanında, Ənzəli-Astara avtomobil yolunun kənarındakı Punel körpüsünün 7 kilometrliyindədir.
Alalan (Gilan)
Alalan - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 16 km cənubda, Ənzəli-Astara avtomobil yolunun 5 kilometrliyindədir.
Angelica gigas
Angelica gigas (lat. Angelica gigas) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Baladeh (Gilan)
Baladeh — İranın Gilan ostanında kənd. == Coğrafi yerləşməsi == Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 11 km. cənubda, Ənzəli-Astara avtomobil yolunun 2 kilometrliyindədir.
Cey Bilas
Cey Bilas (ing. Jay Bilas), (24 dekabr 1963, San Pedro, Kaliforniya, ABŞ)- ABŞ basketbolçusu və aktyoru. Cey Bilas Vendi ilə ailə həyatı qurmuşdur. Onların Viktoriya adlı qızı və oğlu dünyaya gəlmişdi. == Filmoqrafiya == == Maraqlı faktlar == Cey Bilasın boyu 2.03 m-dir.
Dorstenia gigas
Nəhəng dorsteniya (lat. Dorstenia gigas) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Gilad Atzmon
Gilad Atzmon (ivr.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb.18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Gilah (dəqiqləşdirmə)
Gilah — Azərbaycanın Qusar rayonunda kənd. Gilahoba — Azərbaycanın Qusar rayonunda kənd.
Gilan (ostan)
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Gilan Holding
Xəzri Solutions — Azərbaycanda fəaliyyət göstərmiş məhdud məsuliyyətli cəmiyyət (MMC). 2023-cü ilin iyuluna qədər Gilan Holdinq adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv olunduğunu elan edib.1987-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayələr yatırır. Baş ofisi Bakıda yerləşir. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyur. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir.Azərbaycanda turizm, tikinti, qida maliyyə və s. sahələrdə fəaliyyət göstərib. == Haqqında == “Gilan Holdinq” 2005-ci ildən dövlət qeydiyyatında olub.
Qalas
Qalas (osm. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir.İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir.Ancaq ayədəki "qadın üçün qadın" sözünün ləğv edilməsi və ayədə adı çəkilməməsinə baxmayaraq, bir müsəlman qeyri-müsəlmanı öldürdüyü zaman qisasın tətbiq ediləcəyi mübahisəli olaraq qalır.Şəriət qanunlarına görə, kölə azad adam öldürəndə qisas alınır, azad adam qul öldürəndə isə qisas almaq olmaz.İslamda cinayətlərlə əlaqəli olaraq qisas institutu mövcuddur.
Qiyas
Qiyas — Bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə. == İslamda qiyas == Sinni məzhəblərində bu məsələ təzadlı olduğu halda şiəlikdə xüsusi göstəriş olmadıqda, bu cür hökm vermək haramdır.
Qalaç Məhəmməd qalası
Qalaç Məhəmməd qalası — Balakən şəhəri ərazisində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Qala XIX əsrdə Balakən camaatının ağsaqqalı olan Qalaç Məhəmməd tərəfindən inşa etdirilmişdir. Ağsaqqalın ərazini ələ keçirən Rusiya İmperiyası ordusuna təslim olmasından sonra Şeyx Şamil qalanı ələ keçirərək yandırmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə əyri dördbucaqlı formasına malik qala divarları və divarların əhatə etdiyi ərazinin mərkəzində yerləşən qüllədən ibarətdir. Divarların hündürlüyü iki metrə çatır. İnsan boyu hündürlükdə divarlar boyunca mazqallar yerləşdirilmişdir. Qala divarlarının əhatə etdiyi ərazinin ölçüləri 20 x 50 metrə bərabərdir.Qalanın mərkəsində yerləşən qüllənin üç mərtəbəsi dövrümüzə çatmışdır. Qüllənin yeganə qapısı yer səviyyəsində yerləşir. Qapının ölçüləri 0.86 x 1.45 metrə bərabərdir. Qüllənin divarlarında da mazqallar yerləşdirilmişdir.