Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaymaqlı
Qaymaqlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. 1982-ci ildə kənd ərazisinin bir hissəsi SSRİ Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilmişdir. == Tarixi == Qaymaqlı kəndi İncə dərəsində yerləşən üç kənddən (Qaymaqlı, Kəmərli, Aslanbəyli) biridir. Qaymaqlının yerləşdiyi əlverişli coğrafi mühit burada hələ qədim zamanlardan insanların məskən salmasına imkan vermişdir. Kəndin yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəni nümunələr Qaymaqlıda insanların hələ İslamdan əvvəl məskunlaşdığını göstərir. Abidələrin böyük bir qisminin türk mənşəli olması yerli əhalinin türklərlə qədimdən mədəni əlaqələrinin olmasının əyani sübutudur. İncə dərəsindəki qəbristanlıqda 350-400 illik məzarların olması, bu yerlərin qədimliyindən xəbər verir. Orta əsr mənbələrində və bir sıra arxiv materiallarında Qazaxın, xüsusilə İncə dərəsinin İrandan Tiflisə, oradan da Rusiyaya gedən ticarət yolunun üstündə yerləşməsi ilə bağlı bir sıra maraqlı məlumatlara rast gəlinir. Bu yol Naxçıvan, İrəvan, Avey, İncə dərəsi boyu uzanıb gedirdi.
Yarpaqlı
Yarpaqlı — Culfa rayonunda, Teyvaz kəndi yaxınlığında yerləşən yüksəklikdir. Əhali tərəfindən yaylaq kimi istifadə olunur. Həmçinin Yarpaqlı yaxınlığından keçən kəsə yol Teyvaz kəndini Qazançı kəndi ilə birləşdirir. [mənbə göstərin] == Mənbə == Yarpaqlı GEOnet Names Server-də.
Çılpaqlı
Çılpaqlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbin binasının tikintisinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 31 avqust 2006-cı il tarixli 1643 saylı sərəncam imzalamışdır.
Qabaqlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Qapanlı
Qapanlı (Şəmkir) — Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qapanlı (Tərtər) — Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. Aşağı Qapanlı — Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidində kənd. Yuxarı Qapanlı — Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. Qapanlı (indi Alışarlı) — Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. Qapanlı düzü — Tərtər rayonu ərazisində düz.
Qavaqlı
Qavaqlı (Qoşaçay)
Qalpaq
Qalpaq (türk. kalpak) — kəsik konus şəklində, əsasən kürk, parça və ya dəridən tikilən bir papaq növüdür. ƏsasənTürkiyədə, Qafqazda, İranda, Rusiyada və Orta Asiya ölkələrində istifadə edilir. Tarixən müxtəlif türk birliklərində çox geniş istifadə edilmişdir. İndiki dövrdə Özbəkistan sərhədləri içində yaşayan Qaraqalpaqlar da adlarını qalpaq sözündən götürmüşdür. == Mənbə == "kalpak." Arxivləşdirilib 2009-04-04 at the Wayback Machine Güncel Türkçe Sözlük. Türk Dil Kurumu. 2009. "kalpak." Büyük Larousse Sözlük ve Ansiklopedisi. Gelişim Yayınları.
Bayraq qalmaqalı
Bayraq qalmaqalı — Azərbaycan və Türkiyə münasibətlərində 2009-cu ildə baş vermiş gərgin siyasi mərhələ. == Tarixi == Azərbaycan və Türkiyə arasında "Bayraq qalmaqalı" 14 oktyabr 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra başlanmışdır. Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdir. Bakıdakı Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə 1999-cu ilə qoyulmuş abidənin ətrafından bayraqlar 2009-cu il oktyabrın 16-da götürülmüşdü. Dəmir bayraq dirəkləri kəsilib çıxarılmış, yerinə daş plitələr döşənmişdi. Bursadakı matçda baş verənlərlə əlaqədar olaraq Bursa valisi Şahabəddin Harput 24 oktyabrda keçirdiyi ayrıca mətbuat konfransında bununla bağlı açıqlama verərək bildirmişdir ki, Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarının yerə atılmasına görə bir amir (polis rəisi, yaxud rəis müavini vəzifələrinə uyğun gəlir) və 2 polis əməkdaşı haqda intizam araşdırmasına başlanıb, polislərdən biri işindən kənarlaşdırılıb. Harput demişdir ki, stadiona girişdə, nəzarət və aramalar əsnasında bəzi Azərbaycan bayraqlarının mətbuatda yer alan xoş olmayan görüntüləriylə bağlı valilikdə aparılan araşdırma artıq bitmişdir. Bunun üçün polisin özünün qeydə aldığı kamera görüntüləri, xəbərin yer aldığı 10 beynəlxalq telekanal, 3 yerli kanal, yerli və beynəlxalq mətbuat orqanlarında çıxan foto və xəbərlər incələnmişdir.
Outerqeyt qalmaqalı
Votergeyt qalmaqalı (ing. Watergate scandal) - Amerika Birləşmiş Ştatlarında cərəyan edən və prezident Riçard Niksonun istefası ilə nəticələnmiş siyasi skandal. Votergeyt, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən otel və iş mərkəzinin adıdır. Qalmaqal otelin daxilində baş verdiyinə görə elə Votergeyt qalmaqalı və ya qısaca olaraq Votergeyt adlanmışdır. == Respublikaçılar Partiyasının səsdinləmə qurğuları == 17 iyun, 1972-ci ildə ABŞ Demokrat Partiyasının Vaşinqtondakı məşhur “Votergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər ələ keçirildi. Polislər onları ələ keçirəndə istintaq işləri başladıldı. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxdı. == Mühafizəçi sayıq tərpənir == 1972-ci il, iyun ayının 17-də Vaşinqtondakı “Votergeyt“ mehmanxanasında təhlükəsizlik əməkdaşı kimi çalışan Frank Vills gecəyarı qaraj və digər otaqları bir-birinə bağlayan pilləkənin arxasında qapının bağlanmasına mane olan bir neçə lent aşkar etdi. Əvvəlcə, o düşündü ki, bu xidmətçinin əməlidir və bunu təmizlik məqsədi ilə edib. Sonra bir necə mərtəbə yuxarı qalxıb, ətrafı yoxlayanda belə lentlərdən daha bir neçəsini gördü.
Qalqanlı gölü
Qalqanlı gölü (fars. قالغانلو دریاچه‎) — İran Azərbaycanının ən kiçik təbii göllərindən biridir. Göl Germinin Xankəndi kəndi ilə Azərbaycan sərhədi arasında yerləşir. == Göstəriciləri == Qalqanlı gölünün uzunluğu təqribən 70 metr, eni 45 metr, sahəsi 3150 kvadratmetrdir. Ən dərin yeri 1.5 m, orta dərinliyi isə 1 m təşkil edir.
Qalxanlı (Sayınqala)
Qalxanlı (fars. قالقانلو‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (24 ailə).
Qalxanlı sarılıqotu
Qalxanlı sarılıqotu (lat. Erysimum cuspidatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Qarmaqlı bıçaq
Qarmaqlı bıçaq — xalça istehsalında türkbaf (Simmetrik) toxunuşlu ilmələri toxumaq üçün istifadə edilən ucu əyri qarmaqlı bıçaqlara deyilir. Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur. İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Qaymaqlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaymaqlı xalçaları
Qaymaqlı xalçaları — Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Qaymaqlı xalçası öz adını Gəncə-Qazax düzənliyində, Qazax rayonunun ərazisindəki İncəsu çayının (Kürün qolu) sahilində, Qazax şəhərindən 32 km şimal-qərbdə yerləşən Qaymaqlı kəndinin adından götürülmüşdür. "Qaymaqlı xalçaları"nı xalçaçılarımızın bir çoxu "Ləmbəli xalçası" və ya "Borçalı xalçası" hesab edirlər. == Bədii analiz == Qaymaqlı xalçalarının orta sahəsi ritmik təkrarlanan rombşəkilli naxışlarla doldurulmuş bir göldən, şaquli istiqamətdə uzanmış altıbucaqlı medalyondan ibarətdir. Gölün daxilindəki sərbəst sahələrə isə kiçik ulduzşəkilli naxışlar yerləşdirilmişdir. Bayram görkəmində olan bu xalaçaya gücləndirilmiş müxtəlif rənglər xüsusi görkəm verir. Qaymaqlı xalçalarının toxunması son dövrlər artdığına görə onlar özlərinin əvvəlki görkəmini itirmişlər. XIX əsrin əvvəlinə aid xalçalar həm görkəminə, həm də keyfiyyətinə görə sonralar toxunan xalçalardan çox fərqlənir. == Texniki xüsusiyyətlər == Bəzən sahəsi 4-5 kvadrat metrə çatan "Qaymaqlı xalçaları" əsasən kiçik ölçüdə olur. Nadir hallarda daha böyük ölçülü xalılara rast gəlmək olur.
Qaymaqlı xalçası

Saplaqlı bulaqotu
Hündürlüyü 40 sm-ə qədər, gövdəsi kök hissədən başlayaraq çoxsaylı olub, əyilib qalxandır, yaşıl rəngli, bəzən iki cərgəli qısa qıvrım tüklü olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qısa saplaqlıdır, yumurtaşəkilli,nadir halda uzunsovdur, iri dişli və yaxud kəsilmiş şəkildədir, uzunluğu 1,5-3 (4) sm-dir,hər iki tərəfdən, əsasən alt tərəfdən tüklüdür. == Çiçək == Salxımları qoltuqda yerləşmiş,uzuntəhərdir. Tac ağımtıl olub, qırmızımtıl və ya tutqun mavi rəngli damarı vardır. == Meyvə == Qutucuq 4-5 mm uzunluqdadır, qısa tüklü və ya çılpaqdır, köndələn-ovaldır, az yumulmuş, demək olar ki, bitişikdir, kasacığa bərabər və ya ondan qısadır. Toxumları hər yuvada 2-3 ədəd olmaqla yerləşmiş,yumurtaşəkillidir, uzunluğu 1,5 mm-dir. == Çiçəkləməsi == May-İyul (Avqust) == Meyvə verməsi == İyun-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQşərq, BQ qərb, KQ şimal (nadir halda). Orta dağ qurşağında, subalp qurşağına qədər(1800 m-ə qədər d.s.y.) == Yaşayış mühiti == Meşələrdə və kolluqlarda,subalp çəmənlərində, çaqıl daşlı çay yataqlarında, qayalarda və daşlı töküntülü yerlərdə rast gəlinir.
Saplaqlı istiot
Uotergeyt qalmaqalı
Votergeyt qalmaqalı (ing. Watergate scandal) - Amerika Birləşmiş Ştatlarında cərəyan edən və prezident Riçard Niksonun istefası ilə nəticələnmiş siyasi skandal. Votergeyt, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən otel və iş mərkəzinin adıdır. Qalmaqal otelin daxilində baş verdiyinə görə elə Votergeyt qalmaqalı və ya qısaca olaraq Votergeyt adlanmışdır. == Respublikaçılar Partiyasının səsdinləmə qurğuları == 17 iyun, 1972-ci ildə ABŞ Demokrat Partiyasının Vaşinqtondakı məşhur “Votergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər ələ keçirildi. Polislər onları ələ keçirəndə istintaq işləri başladıldı. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxdı. == Mühafizəçi sayıq tərpənir == 1972-ci il, iyun ayının 17-də Vaşinqtondakı “Votergeyt“ mehmanxanasında təhlükəsizlik əməkdaşı kimi çalışan Frank Vills gecəyarı qaraj və digər otaqları bir-birinə bağlayan pilləkənin arxasında qapının bağlanmasına mane olan bir neçə lent aşkar etdi. Əvvəlcə, o düşündü ki, bu xidmətçinin əməlidir və bunu təmizlik məqsədi ilə edib. Sonra bir necə mərtəbə yuxarı qalxıb, ətrafı yoxlayanda belə lentlərdən daha bir neçəsini gördü.
Votergeyt qalmaqalı

Yarpaqlı (Xoy)
Yarpaqlı (fars. يارپاقلو‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (89 ailə).
Yarpaqlı (Çankırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı mamırlar
Yarpaqlı mamırlar (lat. Bryopsida) — mamırkimilər şöbəsinə aid bitki sinfi. Yarpaqlı mamırlar sinfi mamırların 95 %-ni əhatə edən böyük sinfidir. Bu sinfə demək olar ki, dünyanın hər yerində bitən 11500-ə yaxın növ daxildir. == Təsnifatı == Əvvəllər Bryopsida qrupuna bütün mamırlar aid edilirdi. Hazırda bu, bir qədər məhdudlaşdırılıb.