Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toxtamış
Toxtamış (1342?-1405-08?, Tümen yaxını, Qərbi Sibir) Tatarca:Тухтамыш/Tuqtamış) 1380-96-cı illər arasında Qızıl Orda xanı. Ağ Orda və Göy Orda xanlıqlarını Qızıl Orda dövləti altında birləşdirmişdir. Çingiz xanın ən kiçik nəvəsi Orda xanın soyundan gəlir. == Hakimiyyəti == thumb|right|300px|Vasili Smirnovun Toxtamışın Moskovanın mühasirəsi adlı tablosu Cuçi xanin oğullarından Toğay Teymur xan soyundan gələn Manqışlaq hakimi Tuy Xocanın oğludur. Ağ Orda hökmdarı Urus xan atasını öldürdüncə Səmərqəndə gedərək Əmir Teymura sığındı (1375). Teymurdan aldığı dəstəklə 1375-ci ildən başlayaraq öncə Ağ Orda hökmdarı Timur Məliki məğlub edərək hakim oldu. Mamay xanın Kulikovo döyüşündə məğlub olmasından istifadə Toxtamış özünü xan elan edərək Ağ Orda ilə Qızıl Ordanı birləşdirdi. 1382-ci ildə Moskvanı yandıran Toxtamış rusların bir daha güclənməsinin qarşısını aldı. Balxaş gölündən Litvayacan uzanan dövlətin hakimi oldu. == Toxtamış-Teymur savaşları == Bu uğurlardan sonra Qızıl Orda dövlətini əvvəlki sərhədlərinə qovuşdurmaq məqsədiylə Teymura bağlı olan Xarəzmi geri istədi.
Toxtamış Atəş
Toxtamış Atəş (1944-2013) — professor, publisist == Həyatı == Professor Toxtamış Atəş 1944-cü ildə İstanbulda anadan olub. Türkiyədə şərqşünaslıq-fars filologiyasının əsasını qoyan Fuad Körpülü, Zəki Vəlidi Toran kimi Cümhuriyyət dövrünün böyük və məşhur professorlarından olan Əhməd Atəşin orludur. Əhməd Atəş Məhəmmədhüseyn Şəhriyarın yaxın dostu kimi onunla tez-tez görüşmüş, həm də "Heydərbabaya salam" poemasını ilk dəfə Türkiyədə nəşr etdirərək onu dünya türkoloji dairələrinə tanıtmışdı. O, Güney Azərbaycan ədəbiyyatı başda olmaqla şərqşünaslıq və türkologiya sahəcində Türkiyə Cümhuriyyətinin qurucu alimlərindən ən birincisi kimi zoxlu sayda əsər yazmışdı.Toxtamış Atəş orta və lisey təhsilini Avstriya orta məktəbində və Vəfa Liseyində alıb, daha sonra Istanbul Universitetinin iqisadiyyat fakültəsində oxuyub, 1967-ci ildə həmin universiteti bitirib, 1968-ci ildə orda siyasət elimləri doktoru, 1974-cü ildə dosent, 1982-ci ildə isə professor olub. Müxtəlif dövrlərdə ABŞ və Almaniya universitetlərində dərs deyib. İstanbul Universiteti iqtisad fakültəsi beynəlxalq münasibətlər kafedrasında müəllimi, eyni zamanda Bilgi Universitetinin qurucularından biri və idarə heyətinin üzvüdür. "Cümhuriyyət" qəzetində köşə yazarıdır, ayrı-ayrı mətbuat orqanlarında məqalələr nəşr etdirir. Indiyədək 30-dan artıq kitabı çapdan çıxıb.Evli və bir uşaq atası olan Toxtamış Atəş 1968-cı il hadisələrinin önündə gedən gənc liderlərindən olub.
Toxtamış xan
Toxtamış (1342?-1405-08?, Tümen yaxını, Qərbi Sibir) Tatarca:Тухтамыш/Tuqtamış) 1380-96-cı illər arasında Qızıl Orda xanı. Ağ Orda və Göy Orda xanlıqlarını Qızıl Orda dövləti altında birləşdirmişdir. Çingiz xanın ən kiçik nəvəsi Orda xanın soyundan gəlir. == Hakimiyyəti == thumb|right|300px|Vasili Smirnovun Toxtamışın Moskovanın mühasirəsi adlı tablosu Cuçi xanin oğullarından Toğay Teymur xan soyundan gələn Manqışlaq hakimi Tuy Xocanın oğludur. Ağ Orda hökmdarı Urus xan atasını öldürdüncə Səmərqəndə gedərək Əmir Teymura sığındı (1375). Teymurdan aldığı dəstəklə 1375-ci ildən başlayaraq öncə Ağ Orda hökmdarı Timur Məliki məğlub edərək hakim oldu. Mamay xanın Kulikovo döyüşündə məğlub olmasından istifadə Toxtamış özünü xan elan edərək Ağ Orda ilə Qızıl Ordanı birləşdirdi. 1382-ci ildə Moskvanı yandıran Toxtamış rusların bir daha güclənməsinin qarşısını aldı. Balxaş gölündən Litvayacan uzanan dövlətin hakimi oldu. == Toxtamış-Teymur savaşları == Bu uğurlardan sonra Qızıl Orda dövlətini əvvəlki sərhədlərinə qovuşdurmaq məqsədiylə Teymura bağlı olan Xarəzmi geri istədi.
Toxtamış Gəray
Toxtamış Gəray (1589 – 1608) — XVI Krım xanı.Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından Osmanlı sultanının razılığını almadan saray əyanlarının köməyilə özünü xan, kiçik qardaşı Səfər Gərayı isə kalqay elan etdi. O əsnada Toxtamış Gərayın 18 yaşı var idi və İstanbulda özündən dəfələrlə böyük əmisi Səlamət Gəray taxt sırası gözləyirdi. İstanbuldakı tərəfdarlarının da dəstəyini alan Səlamət Gəray 1608-ci ildə xan elan edildi və xanlıq fərmanı alaraq gəmiylə Krıma yola düşdü. Bunu xəbər alan Toxtamış Gəray kiçik qardaşı Səfər Gərayı da yanına alaraq quru yoluyla İstanbula qaçdı. Ancaq bədbəxtlikdən yolda ikən Osmanlı sultanı tərəfindən yeni kalqay təyin edilən Mehmed Gərayla qarşılaşdılar. Çıxan silahlı toqquşmada Toxtamış və qardaşı qətlə yetirildi.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Toxmaq barmağı
Toxmaq barmağı və ya beysbol barmağı kimi də tanınır — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Bu, barmağın ucunu basmadan uzada bilməməsi ilə nəticələnir. Ağrı və göyərmə adətən barmağın ən kənar vətərinin arxasında baş verir. == Səbəbi == Toxmaq barmağı adətən barmaq ucunun həddindən artıq əyilməsi nəticəsində yaranır. Tipik olaraq, bu, bir top uzadılmış barmağa dəydikdə və onu sıxışdırdıqda baş verir. Bu, ya vətərin parçalanması, ya da avulsiya sınığı ilə nəticələnir.Diaqnoz ümumiyyətlə simptomlara əsaslanır və rentgen şüaları ilə təsdiqlənir.Müalicə adətən barmağın ucunu 8 həftə ərzində daimi olaraq düz saxlayan şin istifadəsini nəzərdə tutur. Orta oynaq hərəkət edə bilər. Bu, zədədən sonra 1 həftə ərzində başlamalıdır. Bu həftələrdə barmaq əyilirsə, sağalma daha uzun çəkə bilər.Böyük bir sümük parçası qoparsa, əməliyyat tövsiyə oluna bilər. Müvafiq müalicə olmadan barmaqların daimi deformasiyası baş verə bilər.
Əmir Teymurun Toxtamış xanla müharibəsi
Əmir Teymurun Toxtamış xanla müharibəsi (1380 - 1390) – rus knyazlıqları üzərində monqol təsirinin azaldılmasında mühüm yeri olan XIV əsr hərbi münaqişəsi. Döyüş əməliyatları Mərkəzi Asiya, Qafqaz və Volqaboyunda aparılırdı. == Ön şərtlər == 1359-1380-ci illər ərzində Qızıl Orda taxtı 25 xan dəyişdi, xanlığın bir çox əyaləti mərkəzi hakimiyəti tanımırdı. 1370-ci ildə Sırdərya ulusundan olan Urus xan yüksəldi. Bu vaxt ərzində Çığatay ulusunda hakimiyətə gəlmiş əmir Teymur Urus xanın güclənməsindən ehtiyat edərək onun rəqibi Toxtamışı dəstəklədi. Urus bir neçə dəfə Toxtamışı məğlub etsə də, Toxtamış hər dəfə, yenə ona qoşun verərək yola salan Teymurun yanına qaçdı. Lakin Urus qəflətən ölür və Kulikovo döyüşündən sonra Teymurun yardımı ilə Toxtamış nəhayət ki Qızıl Ordanın taxtına yiyələnir. 1382-ci ildə Toxtamış Rusiyanı yağmalayır və özünü keçmiş himayədarı Teymura qarşı çıxmaq gücündə olduğunu sanmağa başladı. == Teymurun Qızıl Ordaya birinci yürüşü == 1380-ci ildə Teymur İranın fəthinə yollandı. Teymurun qışlaqda olmasından yararlanan Toxtamış, o zaman dünyanın ən böyük və zəngin şəhərlərindən biri olan Təbrizi tutdu və taladı.