Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yekəxana
Yekəxana (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Yekəxana (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Yekəxana su anbarı — İsmayıllı rayonu ərazisində su anbarı.
Yekəxana (Göyçay)
Yekəxana — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraməryəm tirəsinin ətəyindədir. Keçən əsrin əvvəllərində bu ərazidə Yekəxana Talib və Yekəxana İbrahim adlı iki kənd olmuşdur. 1870-ci ildə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfası və bu tayfanın 72 ailədən ibarət Yekəxana Talib bəy; 32 ailədən ibarət Yekəxana İbrahimbəy adlı hissələrdən ibarət olması haqqında məlumat verilir. Oturaqlaşdıqdan sonra onlar iki kənd salmışdılar. Talib bəy və İbrahimbəy bu ailələrin başçıları olmuşlar. Sonralar oykonimin ikinci komponentləri ixtisar olunmuş, kəndin adı Yekəxana kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır.
Yekəxana (Qobustan)
Yekəxana — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Yekəxana kəndi Bədəlli kənd inzibati ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yekəxana kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd keçmişdə İbrahimbəy də adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrdə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış və bu tayfanın adı ilə adlandırılmışdır, İbrahimbəy bu ailələrin başçısı olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Mərəzə yastanında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1088 nəfər əhali yaşayır.
Yekəxana bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yekəxana su anbarı
Yekəxana su anbarı — İsmayıllı rayonu ərazisində Kürdmaşı kəndi ilə Göyçayın Yekəxana kəndi arasında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. 1963-cü ildə istifadəyə verilmişdir. Ümumi həcmi 19 mln m³, faydalı həcmi 18.5 mln m³-dir. Suyunu kanalla Aşıqbayramlı su anbarından alır. İsmayıllı və Göyçay rayonlarında 1900 ha (1981-ci il) əkin sahəsinin suvarılmasında istifadə edilir. == Xarici keçidlər == Wikimpaia == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Kələxana
Kələxana — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidinin Kələxana kəndi Şəhriyar qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Kələxana kəndi Şəhriyar qəsəbə inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kələxana kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənddə tarixi-memarlıq kompleksi olan Kələxana türbələri yerləşir. Kəndin adı bu türbələrin adından alınmışdır. Toponim ərəb dilindəki kələ (məbəd, sərdaba, zaviyə) və fars dilindəki xana (bina, ev, tikili) komponentlərindən düzəlib, "məbəd, sərdaba, kompleks tikili" mənasındadır. == Əhalisi == Kənd əhalisi 363 nəfərdir ki, onun da 176 nəfəri kişi, 187 nəfəri isə qadınlar təşkil edir. == Coğrafiyası və iqlimi == Kənd Şamaxı platosunda yerləşir.
Gələxana (Bostanabad)
Gələxana (fars. گله خانه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 160 nəfər yaşayır (32 ailə).
Kələxana türbələri
Kələxana türbələri — Şamaxı şəhərindən 6 km aralıda, Kələxana kəndi yaxınlığında yerləşən və 250x140 m ərazini əhatə edən tübələr kompleksidir. Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir. Türbələrdən yalnız biri üzərində kitabə qalmışdır. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilmişdir. Həmin kitabədən məlum olur ki, türbə hicri tarixlə 1074-cü ildə (miladi 1663/1664) sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edilmişdir. == Tarixi == XIX əsrin sonlarına kimi Kələxana türbələri elmi ədəbiyyatda ötəri olaraq vurğulanmış, komplksə daxil olan abidələrin mümarlıq xüsusiyyətləri isə əsaslı tədqiq edilməmişdir.Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir. Tübələrdən üçünü əhatə edən müdafiə divarlarının qalıqları da dövrümüzə çatmışdır. Onlardan yalnız biri tikilinin ilkin görünüşünün elmi bərpasına imkan verəcək vəziyyətdədir.Kornelius de Bruinin kitabında verdiyi təsvirdə (XVIII əsrin əvvəlləri) doqquz türbədən beşi portallı girişə malik divarlarla əhatə edilmişdir.