Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yumurtalıq
Yumurtalıq (lat. ovarium) — cüt üzvlərdən olub kiçik çanaq, uşaqlığın yan tərəflərində, enli bağın arxasında yerləşmişdir. Həddi-büluğa çatmışlarda bunun şəkli yastılaşmış ellipsoidə bənzəyir. Uzunluğu 3,0–5,0 sm, eni 1,5–3,0 sm, qalınlığı0,7–1,5 sm və çəkisi5,0–8,0 qram olur. Əksər hallarda sağ yumurtalıq sol yumurtalıqdan böyük olur. Xarici səthi zəif qabarıq, rəngi çəhrayı və ağımtıldır. == Quruluşu == Yumurtalığın bayır və içəri səthi (lat. facies lateralis et medialis), çıxıq azad kənarı — lat. margo liber və düz çöz (müsariqə) kənarı — lat. margo mesovaricus, yuxarı bor ucu — lat.
Yumurtalıq (Adana)
Yumurtalık — Adana ilinin ilçələrindən biridir. Keçmiş adı Ayas olub. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 18.587 nəfər yaşayır.
Ölümcül Yumurtalar
Ölümcül Yumurta ( rus. Роковые яйца , tələffüzü [[Beynəlxalq fonetik əlifba|[rəkɐˈvɨjə ˈjæjtsə]]] ) - ən məşhur əsəri Master və Margarita olan Sovet yazıçısı və dramaturqu Mixail Bulqakovun satirik elmi-fantastik romanı . 1924-cü ildə yazılmış və ilk dəfə 1925-ci ildə çap olunmuşdur. Roman olduqca populyar oldu, lakin əksər Sovet tənqidçiləri tərəfindən 1917-ci il Rus İnqilabı və Sovet Rusiyası rəhbərliyinə istehza kimi çox tənqid olundu. == Fon == 1924-cü ilə qədər Bulgakov bir yazıçı olaraq nisbətən yaxşı tanınırdı. Dyavoliada da daxil olmaqla, bir sıra yollarla Master və Margaritanın əvvəlçisi olan bir neçə hekayəsini nəşr etdirdi və ilk romanı Ağ Qvardiya nəşrinə başladı. Ölümcül Yumurtalar 1924-cü il oktyabr ayının əvvəlində bitmişdi və 1925-ci ilin fevralında Nedra jurnalında nəşr olundu; qısaldılmış bir nəşr də 1925-ci ilin may-iyun aylarında Krasnaya Panorama jurnalında The Life of Ray (Rus: Луч жизни) başlığı ilə yayımlandı. Bulgakov, romanı bir neçə dəfə müxtəlif ictimai məclislərdə oxudu, burada əlverişli qəbul ilə qarşılaşdı. == Torpaq xülasəsi == Ölümcül Yumurtalar satirik elmi fantastika romanı kimi xarakterizə edilə bilər. Əsas qəhrəmanı qocalmış zooloq, amfibiyalar üzrə mütəxəssis Vladimir İpatyeviç Persikovdur.
Faberje yumurtası
Faberje yumurtası — Faberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlamış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır."Faberje yumurtası" söz birləşməsi çar sarayının ümumiyyətlə Rusiya imperiyasının dəbdəbə və zənginlik embleminin sinoniminə çevrilmişdir. Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir. Karl Faberje 1885-ci ildə ilk olaraq "Toyuq" adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. "Toyuq" adlanan bu yumurta klassik yumurta şəklində hazırlanmışdır.
Nürnberq yumurtası
"Nürnberq yumurtası" — İntibah dövründə Nürnberq şəhərində ixtira olunmuş saatlar. Bu saatlar öz formasına görə yumurtaya oxşadığından belə adlanmış və ondan istifadə edən şəxslər onu öz kəmərlərinə zəncirlə bərkidirək üstlərində gəzdirərmişlər. == Tarixi == 1510-cu ildə Nürnberq şəhərinin sakini Peter Henlayn dairəvi formada olan cib saatlarını ixtira etmişdir. Onun tərəfindən ixtira olunmuş bu saatları pul kisəsinə və cibə qoymaq mümkün olurdu. Bu saatlar təkcə öz quruluşuna görə yumurtanı xatırlatmırdı. Belə ki, latıncadan "saat" sözü ilə alman dilindəki "yumurta" sözünün tələffüzü bir-birinə çox oxşar səsləndiyindən belə adlanmışdır. Bu saatlar Qərbi Avropa ölkələrinin saray əhlinin arasında tez bir zamanda geniş yayılmağa başlamışdır. Müasirləri onun saatları haqda bunları qeyd etmişdilər: Saatlar şarja qoyulmadan təxminən 40 saat işləyə bilirdi. Bu saatların cəmi bir ədəd saat əqrəbi var idi. Almaniyada orta əsrlərdə baş vermiş Reformasiyanın məşhur xadimi olan Martin Lüterə Henlayn özünün düzəltdiyi bu saatlardan birini hədiyyə vermişdir.
Pasxa yumurtası
Pasxa yumurtası (rus. Пасха́льные я́йцa) — xüsusi olaraq rənglənən və Pasxa bayramına bağışlanan yumurta. Yumurta ənənəvi olaraq məhsuldarlıq və dirçəliş simvolu hesab edilir. Xristianlıqda Pasxa yumurtası ilk növbədə Müqəddəs qəbirin simvolu hesab edilir. Yumurta formasına görə qəbirin üstünü örtdükləri daşları xatırladır və yeni həyatın başlanğıcını xarakterizə edir. Həmçinin xristianlar üçün o Xristosun dirilməsini yada salır.[2][3] == Mənbə == Яйцо Arxivləşdirilib 2014-04-17 at the Wayback Machine // Российский Этнографический Музей Игры и забавы с яйцами Arxivləşdirilib 2014-04-17 at the Wayback Machine // Российский Этнографический Музей Исторические особенности возникновения пасхальных яиц А. В. Амфитеатров.
Pasxa yumurtası (virtual)
Pasxa yumurtası – (slenq) kompüter proqramının sənədlərdə göstərilməmiş (təsvir olunmamış) gizli hissəsi. “Pasxa yumurtası”, adətən, qəribə hərəkətlər ardıcıllığı ilə aktivləşir. Məsələn, WinRAR proqramında menyudan “About WinRAR” bəndini seçib, açılan pəncərədə kitab qalağını çıqqıldatdıqda o, aşağı düşür və bir neçə dəfə qalxıb enir. WinRAR yazısını çıqqıldatdıqda dəniz dalğalanmağa başlayır, bir neçə dəfə çıqqıldatdıqda isə yelkən görünür. Bəzən “yumurtanı” görmək üçün çox mürəkkəb hərəkətlər etmək lazım gəlir və proqramın adi istifadəçisi onu heç zaman yerinə yetirməyəcək. “Pasxa yumurtaları” haqqında informasiya çox zaman İnternetdə yayımlanır. Bəzən “pasxa yumurtaları”na avadalıqlarda da rast gəlmək olur. Məsələn, Hewlett-Packard LaserJet 1100 printerinin alt qapağını açdıqda, interfeys lövhəsində işarələnmiş elementlərlə yanaşı, belə bir yazı da oxumaq olar: “This product is dedicated in memory of our good friend Ming-Zen Kuo” (“Bu məhsul bizim yaxşı dostumuz Min Zen Ko’nun xatirəsinə həsr olunub”). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 251 s.
Qafqaz (Faberje yumurtası)
"Qafqaz" (rus. “Ренессанс”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1893 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == Qafqaz Faberje yumurtası XV Lüdovik sonrakı dövr stilində hazırlanmışdır. Yumurta dörd oval qapıcıqlara malikdir. Hər bir qapıcığın kənarlarına dövrəmə mirvariləl düzülmüşdür. Hər bir apıcığın bayır səhinə rəqəmli brilliant çələng vurulmuşdur. Hə çələnglərdə hək olunmuş rəqəmlər birlikdə, “1893” onun hazırlanma ilini göstərir. Oval qapıcıqların yanlarında rəmzlər həkk olunmuşdur. Hər oval qapıcıq fil dişi sümüyündən hazırlanmış miniatürlərə açılır.
Teslanın Kolumb yumurtası
Nikola Tesla 1893-cü il Dünya sərgisində Kolumb yumurtası kimi yaradılan qurğusunu nümayiş etdirdi. Bu asinxron maşın və fırlanan maqnit sahəsi nümunəsi prinsiplərini izah və nümayiş etdirmək üçün istifadə olunmuşdu. Teslanın Kolumb yumurtası fırlanan maqnit sahəsində mis yumurta ilə Kolumb çevikliyini nümayiş etdirib. Yumurata giroskopun hərəkətinə görə dimdik dayanan əsas oxları ətrafında fırlanır. Teslanın qurğusunda dörd elektromaqnit sarğı sarınmış statorun içində toroid dəmir istifadə edilib. Qurğu fırlanan maqnit sahəsi yaratmaq üçün ikifazlı dəyişən cərəyan mənbəyi ilə qidalandırılır. Bu qurğu 25 -300 hers tezliyində fəaliyyət göstərirdi. İdeal fəaliyyət göstərmə tezliyi 35-40 hers arasında xarakterizə olunur. Qurğunun surəti Belqradda Nikola Tesla Muzeyində, Zaqrebdə Texniki muzey və Xorvatiya Tarixi Muzeyində , Miçiqanda Ann Arbor əyləncəli elm muzeyində nümayiş olunur. == İstinadlar == == Xarici keçidlər == What Did Nikola Tesla Invent?
Toyuq (Faberje yumurtası)
"Toyuq" (rus. “Курочка — Первое императорское пасхальное яйцо” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje 1885-ci ildə ilk olaraq “Toyuq” adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. “Toyuq” adlanan bu yumurta klassik yumurta şəklində, onun içərisindəki sarısı isə qızıldan hazırlanmışdır. Yumurta sarısının içində isə onun surprizi olan gözləri yaqut qaşı ilə işlənilmiş toyuq fiquru, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir. Hündürlüyü 64 mm eni isə 35 mm olan bu yumurtanın ustası Erik Kollindir.
İntibah (Faberje yumurtası)
"İntibah" (rus. “Ренессанс”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1894 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == Mücrünü xatırladan məmulat yumurta formasında olub, şəffaf mavi-ağ çalarlı aqat üzlüyə malikdir. Yimirta üfuqi vəziyyətdə oval formalı, qızıldan hazırlanmış əsas üzərində durur. Yumurta boylama kəsik üzrə üst və alt hissəyə bölünür. Üst yarısının səhi rombşəkilli qəfəslə əhatələnmişdir. Qəfəsin romblarının bir-biri ilə birləşən nöqtələri güllər ilə bəzədilmişdir. Üst yarısının mərkəz hissəsində “1884” tarixi almazlarla işlənilmişdir. Ust ə alt hissələr bir birinə şarnirlər (bəndlər) vasitəsilə bərkidilmişdir.
Almaz qəfəsli (Faberje yumurtası)
"Almaz qəfəsli" (rus. “Алмазная сетка”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1892 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == Yumurta bavenit suxurundan hazırlanmışdır. Diaqonal istiqamətdə toxunulmuş qızıl qəfəsə başdan-başa brilliant daşlar düzülmüşdür. Qəfəsin diaqonal millərinin birləşdiyi yumurtanın yuxarı və aşağı qütblərində iki böyük brilliant daş yerləşir. Yumurtanın içərisi sürpriz üçün nəzərdə tutulmuş, ağ atlasla örtülmüş boşluğa malikdir. == Sürprizi == Almaz qəfəsli yumurtanın sürprizi ilk dəfə Faderje emalatxanasında hazırlanmış mexanizmli fil fiquru olmuşdur. Fiqur xüsusi açar vasitəsilə qurula bilirmiş. Filfiquru Danimarka krallığının gerbindəki fil ilə eynilik təşkil edir.
Böyük Pyotr (Faberje yumurtası)
“Böyük Pyotr” (rus. “Пётр Великий”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Yumurta II Nikolayın sifarişi əsasında 1903 cü ildə pasxa yumurtası qismində arvadı Aleksandra Fyodorovnaya hədiyyə edilmək üçün hazırlanmışdır. Bu yumurta eyni zamanda I Pyotr tərəfindən Sankt-Peterburqun salınmasının 200 illiyinə həsr edilmişdir. Yumurtanın hündürlüyü 11ç1 sm, eni isə 7.94 sm-dır. Sürprizi qızıldan hazırlanmış I Pyotrun heykəlciyidir. Qəzəl, almaz, yaqut, daö bülluru və emaldan hazırlanmış bu zərgərlik əsərinin ustası Mixayıl Perxindir.
Qızılgül qönçəli (Faberje yumurtası)
Qızılgül qönçəli (rus. Яйцо с бутоном розы ) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1895 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu imperator II Nikolay tərəfindən pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün sifariş olunmuş ilk yumurtadır. == Dizaynı və sürprizi == Neoklassisizmin modern üslubunda hazırlanmış olan "Qızılgül qönçəli" Faberje yumurtası mücrü kimi açılır. Onun içərisində sarı ləçək və yaşıl kasacıq yarpaqlı qızılgül qönçəsi yerləşmişdir. III Aleksandr vəfat etdikdən sonra, taxta çıxan II Nikolay Aleksandra Fyodorovna adı altında imperatriça titulu əldə etmiş Hessen-Darmştadt şahzadəsi Alisa Viktoriya Yelena Luiza Beatrisə evlənir. İmperatriçanın vətəni olan Darmştadt öz qızılgülləri ilə məşhur idi və o, onlar üçün çox darıxırmış. Məhz sürprizin qızılgül qönçəsi formasında olması bununla bağlı idi. Şabalıdı rəngdə olan yumurta emal ilə örtülüdür. Yumurta dörd meridian xətti ilə hücrələrə bölünür.
İsanın dirilməsi (Faberje yumurtası)
"İsanın dirilməsi" (rus. “Воскресение Христово”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1894 cü ildə Karl Faberje ərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == === Sürprizi === Sürprizi yoxdur və yaxud onun özü məhz sürprizdir. Fərziyələrin birinə görə mirvarilərdənibarət olmuşdur. Kristofer Forbsa görə "İntibah"ın sürprizi ölçü ebarilə tam uyğun gələn "İsanın dirilməsi" olmuşdur. "İsanın dirilməsi" ymurtasının öz invertar nömrəsinin olması, "İntibah" ilə oxşar işləmə üslubu və hər zaman birlikdə səgilənməsi ona belə deməyə əsas vrmişdir.
Qızılgüllü və qəfəsli (Faberje yumurtası)
"Qızılgüllü və qəfəsli " (rus. “” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje bu yumurtanı 1907-ci ildə çar II Nikolayın sifarişi ilə pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün hazırlamışdır.