röya
Ruanda
OBASTAN VİKİ
Ruan
Ruan — Fransanın şimalında şəhər və liman. Şəhər Sena çayı sahilində yerləşir və dənizkənarı Sena departamentinin inzibati mərkəzidir. Əhalisi 541 410 (2007) nəfərdir. Ruan XI əsrdən toxuculuq, XVI əsrdən isə manufaktura sənayesi mərkəzi idi. Memarlıq abidələri: Notr-Dam, Sent-Uen, Sen-Maklu kilsələri, Burteruld oteli (1501-1537), Ədliyyə sarayı (1508-1509), ağacdan yaşayış evləri (XVI əsr) və s. Şəhərdə zərif sənətlər və keramika muzeyi var. Ruan qallara məxsus qədim yaşayış məskəninin yerində salınmışdır. E.ə. I əsrdə romalılar, V əsrin sonunda isə franklar şəhəri işğal etmişlər. 911-ci ildə Normandiya hersoqluğunun paytaxtı olmuş, 1150-ci ildə isə özünüidarə hüququ almışdır.
Ruan (rayon)
Ruan (fr. Rouen) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dənizkənarı Sena. Suprefektura — Ruan. Rayon əhalisi 2014-cı ildə 626 046 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 323 nəf / km². Rayon sahəsi — 1937 km².
Ruan Renato
Ruan Renato Bonifaço Auqusto (br-port. Ruan Renato Bonifácio Augusto; 14 yanvar 1994 və ya 19 yanvar 1999, Pauliniya, San-Paulu ştatı) — Braziliya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın müdafiəçisi. == Klub karyerası == Ruan Renato Braziliya çempionatında "Yuventude"nin heyətində üçün 3 fevral 2016-cı ildə debüt etmişdir.Renato 5 avqust 2021-ci ildə Azərbaycan Premyer Liqa klubu "Qəbələ" ilə müqavilə imzalamışdır.
Azərbaycan–Ruanda münasibətləri
Azərbaycan–Ruanda münasibətləri — Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin may ayının 28-də qurulmuşdur.
Ruanda
Ruanda (ing. Rwanda; ruan. Rwanda; fr. Rwanda, suah. Rwanda) və ya rəsmi adı ilə Ruanda Respublikası (ing. Republic of Rwanda, ruan. Republika y'u Rwanda; fr. République du Rwanda; suah. Jamhuri ya Rwanda) — Şərqi Afrikada dövlət. Ruanda dənizə çıxışı olmayan ölkələrdəndir.
Ruanda Beynəlxalq Cinayət Tribunalı
Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) (ing. International Criminal Tribunal for Rwanda (ICTR); fr. Tribunal pénal international pour le Rwanda) — 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada törədilmiş və ya qonşu dövlətlərdə Ruanda vətəndaşları tərəfindən törədilmiş Ruanda soyqırımı və beynəlxalq hüququn digər ciddi pozuntularını mühakimə etmək məqsədilə 1994-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Məhkəmə sonda 61 nəfəri məhkum etmiş, 14 nəfərə isə bəraət vermişdir.Tribunal 977 saylı qətnaməyə əsasən 1995-ci ildə Tanzaniyanın Aruşa şəhərində təşkil edilmişdi. 2006-cı ildən Aruşada həm də İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi yerləşirdi. 1998-ci ildə 1165 saylı qətnamə ilə tribunalın fəaliyyəti genişləndirildi. Sonralar Təhlükəsizlik Şurası daha bir neçə qətnamə ilə tribunalı 2004-cü ilin sonuna qədər araşdırmalarını, 2008-ci ilin sonuna qədər bütün məhkəmə işlərini, 2012-ci ildə isə ümumilikdə bütün fəaliyyətini başa çatdırmağa çağırmışdı. Tribunal genosid, insanlıq əleyhinə cinayətlər, Cenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun (daxili münaqişəyə dair) pozuntuları ilə bağlı yurisdiksiyaya malik idi. İlk məhkəmə işi Jan Pol Akayesu ilə əlaqədar olub 1997-ci ildə başlamışdı. Tribunal müəyyən etmişdi ki, bu qədər insanın kütləvi qırğını heç bir halda təsadüf ola bilməz; bu, yalnız əvvəlcədən dövlətin rəsmi nümayəndələrinin hazırladığı plan əsasında həyata keçirilib.
Ruanda Respublikası
Ruanda (ing. Rwanda; ruan. Rwanda; fr. Rwanda, suah. Rwanda) və ya rəsmi adı ilə Ruanda Respublikası (ing. Republic of Rwanda, ruan. Republika y'u Rwanda; fr. République du Rwanda; suah. Jamhuri ya Rwanda) — Şərqi Afrikada dövlət. Ruanda dənizə çıxışı olmayan ölkələrdəndir.
Ruanda Vətənpərvər Cəbhəsi
Ruanda Vətənpərvər Cəbhəsi (RVC) — həm hutu, həm tutsi nümayəndələrindən ibarət hərbi-siyasi təşkilat. 1988-ci ildə mühacirlər tərəfindən Uqandada qurulan bu təşkilat, bütün qonşu ölkələrdə sürgün edilmiş tutsi və mülayim hutu millətlərindən kadrlar toplayırdı. Liderləri Pol Kaqame sayılır. 2 oktyabr 1990-cı ildə RVC Ruanda hökumətinə qarşı hərbi əməliyyat başlatdı, cəbhənin 500 silahlı birləşmə üzvləri sərhədi keçdilər. 1990, 7 oktyabr — sayca üstün və ağır silahlanmış hökumət qüvvələri əks-hücuma başladılar. Oktyabr ayının sonlarında silahlı birləşmə üzvləri Uqandaya çəkilməli oldular. 1991, 23 yanvar — RVC bölmələrinin Ruhengeri şəhərinə basqını və Ruanda ordusunun əsas qüvvələrinin gəlməsindən əvvəl geri çəkilməsi. 1993-cü ildə hərbi əməliyyatların dayandırılmış və dövlət idarəsindəki vəzifələrin bölünməsi barədə müqavilə imzalandı, ancaq hər iki tərəf buna yalnız nominal yanaşmış və dəfələrlə sabotaj edirdi. 1994, 7 aprel — Ruandada soyqırımın başlanmasına cavab olaraq RVC təxminən 25 min nəfərlə hücuma keçdi. 1994, 4 iyul — RVC qoşunları paytaxta daxil oldu.
Ruanda bayrağı
Ruanda bayrağı — Ruandanın Dövlət bayrağı
Ruanda frankı
Ruanda frankı (ing. Rwanda Franc, fr. Franc rwandais) — Ruandanın pul vahididir və 1 Ruanda frank 100 santimə bərabərdir. == Tarixi == Ruanda Almaniyanın əsarətindən Belçika əsarətinə keçidindən sonra 1916-cı ildən 1960-cı ilə qədər Şərqi Afrika rupisindən imtina etdi. Ruandanın və Burundinin frankı əvəz edilmiş şəkildə Belçika Konqosu frankı ilə əvəz olundu. Sonda — 1964-cü ildə Ruanda və Burundi üçün vahid valyuta kimi Ruanda frankı mübadiləyə daxil edildi. == Sikkələr == Mübadilədə 1, 5, 10, 20, 50 və 100 frank nominallı sikkələrdən istifadə olunur. == Əsginaslar == Dövriyyədə müxtəlif nominallı: müxtəlif buraxılış illərinə məxsus 500, 1000, 2000 və 5000 nominallı Ruanda frankına rast gəlmək olar. 2004-cü ilə qədər buraxılmış bütün əsginaslar 1 yanvar 2010-cı il tarixindən ləğv edilmişdir.
Ruanda oteli (film, 2004)
Ruanda oteli (ing. Hotel Rwanda) — Ruanda soyqırımı mövzusunda olan dram filmidir. 2004-cü ildə yayıma çıxan filin rejissoru Teri Corc'dur. Kanada, Böyük Britaniya, İtaliya və CAR firmaların birgə istehsalı olan bu filmin baş rolunu Don Çidl oynayır. Filmin rejissoru olan Teri Corc, A. Kitman Ho ilə birlikdə həmçinin filmin prodüserlərindəndir. Ruanda'nın paytaxtı Kiqali'dəki bəzi çəkimlər xaricində filmin böyük bir hissəsi CAR'da çəkilmişdir. Film Ruanda'da 1994-cü ildə Hutu və Tutsi etnik qrupları arasında çıxan və böyük bir sayda (təqribən 800.000) Tutsinin həyatının itirməsiylə başa çatan şiddət hadisələrini və qətliamı mövzuya alır və filmin ssenarisi Ruanda soyqırımı'ndaki həqiqi hadisələrə əsaslanmaqdadır. Baş qəhrəman Kiqali'dəki Hôtel des Mille Collines'in müdürü olan Hutu əsilli Pol Rusesabacina'dır.
Ruanda soyqırımı
Ruanda soyqırımı və ya rəsmi olaraq Tutsilərin soyqırımı — hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım Ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və İnterahamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir. Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu hökuməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökumətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı. Mühafizəkar hutular və prezidentin yaxın ətrafı sülh müqaviləsindən narazı idilər onlar, bunu düşmənə güzəşt kimi qəbul edirdilər. RVC-nin dayaqlarını möhkəmləndirməsi hutular arasında "hutu gücü" ideologiyasının populyarlaşmasına gətirib çıxardı.
Ruandadakı vulkanların siyahısı
Ruandada fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı == Qeydlər == Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
ёрничать заштукова́ть по душе́ постла́ть прима́сливаться ста́дность субстратоста́т уда́чник голоду́ха двойни́к осемена́тор подопре́ть подро́бный се́ятель сигнату́ра сторо́нница curr decrepitude heliskiing Ijsselmeer Islay pyophthalmia roller-bearing метить самолётовождение