rudi 2021
rudimentar
OBASTAN VİKİ
Rudiment orqanlar
Rudiment orqan - bioloji təkamül prosesində əsas funksiyasını itirmiş lakin saxlanılan orqanlardır. Rudiment orqanlar filogenezin yolunu müəyyən etməkdə kömək edir. Rudimentlər ölmüş və yeni orqanizmlərlə növlər arasında əlaqələri bərpa edir. Onlar həmdə gərəksiz xüsusiyyətləri aradan götürən təbii seçməni təsdiqləyirlər. Alman anatomiyaçısı R.Viderşeym tərəfindən 1895-ci ildə ortaya atılan rudiment insan orqanları siyahısı apendiks, büzdüm sümüyü kimi təxminən 100 orqandan ibarət idi. (Apendiks, əsasən, apendisit kimi tanınan orqandır. Dilimizdə səhvən “apendisit” tələffüz edilən bu söz bu orqanın infeksiyaya uğramasına verilən addır). Ancaq elm inkişaf etdikcə Viderşeymin siyahısındakı orqanların hamısının orqanizmdə çox mühüm funksiya yerinə yetirdiyi məlum oldu. Məsələn, “rudiment orqan” hesab edilən apendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Bu həqiqət 1997-ci il tarixli bir tibbi mənbədə belə bildirilir: Orqanizmdəki qalxanabənzər vəz, dalaq, apendiks, sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir.

Значение слова в других словарях

батра́к на себя́ навёртка насини́ть обособля́ть пете́льчатый пу́дреный бри́твенный брюзгли́во ве́тер свистит в карманах завеща́тель затве́рживание кирги́зка тра́йдент чай globosity mantelpiece shaggy dog вынести гидроцентраль демонический непочтительность подмазать подснежник потирать