RUFƏT
RUHƏDDİN
OBASTAN VİKİ
Rufulla Abdullayev
Rufulla Fətulla oğlu Abdullayev (d.21 yanvar 1947, Neftçala ş.) — Həkim-kardioloq, Tibb elmləri doktoru (1992), Professor (1996). == Həyatı == Rufulla Fətulla oğlu Abdullayev 1947-ci il yanvarın 21-də Neftçala şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rufulla Abdullayev Neftçala şəhəri 1№li orta məktəbini 1964-cü ildə qızıl medalla bitirmiş və həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == 1970-ci ildə R.F. Abdullayev bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1972 ci illərdə Rusiyanın Leninqrad şəhərində ( indiki Sankt-Peterburq) SSRİ Silahlı Qüvvələri sıralarında hərbi həkim işləmişdir. 1973-1975-ci illərdə R.F.Abdullayev Bakıya qayıdaraq Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının klinik ordinatoru olmuşdur. 1975-ci ildən 1980-ci ilə qədər Bakı şəhəri 5№li klinik xəstəxanasında həkim-terapevt və şöbə müdiri vəzifəsində çalışmışdır. R.F.Abdullayev 1980-ci ildən başlayaraq indiyə qədər yeni yaradılmış C.Abdullayev adına ET Kardiologiya İnstitutunda kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Hal-hazırda həmin institutun Ürəyin xronik işemik xəstəliyi və aritmiyalar şöbəsinin müdiridir. 1973-1994-cü illərdə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklərin propedevtikası-2 kafedrasında tədis işi ilə məşğul olmuş, 1996-2005-ci illərdə isə həmin kafedrada professor vəzifəsində çalışmış, mühazirələr oxumuş və praktik məşğələlər aparmışdır.
Rasim Rufullayev
Rasim Yadigar oğlu Rufullayev (31 avqust 1997; Zevin, Yardımlı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rasim Rufullayev 1997-ci il avqustun 31-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rasim Rufullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rasim Rufullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Rufullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rasim Rufullayev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
вса́сывать го́род изгва́здать неконкре́тно пиктогра́фия сха́пать фурфура́ль швея́ бушме́нский взрывни́к делови́тый закро́ечный погребно́й това́рищески умыва́ть шква́листый коридор gapping-machine officiate potholing stoutly tule горло подытожить сонник