RUHANİ₁

[ ər. ]
1. is. Din xadimi.
Əqdinikah mərasimi olduqca təntənəli keçdi, bütün Şuşa ruhanilərinə xələt verildi. Çəmənzəminli.

2. sif. Din ilə bağlı olan, dinə aid olan; dini.
…Millətin ruhani ataları – mollalar millətin avamlıqda qalmaqlarından nəfbərdar olub, zahirdə dediklərinə batində əməl etmirlərmiş… F.Köçərli.
Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. A.Şaiq.

// Din tədris edilən. Ruhani məktəb.
3. sif. Ruhla bağlı olan, ruha aid olan. Həyatın mənşəyinin ruhani başlanğıcla bağlılığı.
4. sif. Qeyri-cismani, qeyri-maddi; mənəvi, xəyali, mücərrəd.
Həqiqət, axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk yox idi. N.Nərimanov.

5. is. Sazda çalınan aşıq havalarından birinin adı.
◊ Ruhani ata məc. – tərbiyəçi, mürəbbi, tərbiyə verib yetişdirən adam; ustad, yol göstərən.
Ruhani ataydı şagirdlərinə; Köksü dar gələrdi iftixarına; Ondakı məhəbbət, ondakı şəfqət; Sığmırdı insanlıq hüdudlarına. Şəhriyar.

Синонимы

  • RUHANİ RUHANİ (din.) [Əbülhəsən bəy] Mən onlara şiəliyin bu adətini anlatdım və oturanların əksəriyyətlə ruhani olduğunu söylədim (M
RUH
RUHANİ₂

Значение слова в других словарях