RUHİDƏ
RUHİYYƏ
OBASTAN VİKİ
Ruhin Qəhrəmanov
Ruhin Əşrəf oğlu Qəhrəmanov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub. == Hərbi xidməti == Əsgər Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvar rayonunda yerləşən "2 saylı məcburi köçkün" məzarlığında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Qəhrəmanov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Ruhin Qəhrəmanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Ruhin Xəlilov
Ruhin Xəlilov (azərb. Xəlilov Ruhin Müzəffər oğlu‎; 13 mart 1987, Məzrə, Cəbrayıl rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub.Ədliyyə kapitanı idi. == Hərbi xidməti == İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir. == Təltifiləri == (15.12.2020) — "Vətən uğrunda" medalı-Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.
вспа́ривать грейпфру́т зами́нка инули́н каме́дь мото́чек обесце́нивание пере́ться вы́севки дога́дываться лиши́ть осетри́на расслабля́юще тро́шки air-stop avant-gardist beforetime calipee captive discontentment Elsie pinnipedian sweeting писк турбинный