XI ordu Azərbaycana daxil olur və bir hissəsi gedib Tovuzun dağ kəndlərinə çıxır. Əhalini çox incidir, gözünü qorxudurlar. Yanıxlı kəndindən yuxarıda Sadıqlı nəsli yaşayırdı. Bir gün iri buynuzları olan keçilər dərə ilə gedir, sadıqlılar buynuzu tüfəngin cidası hesab edib qaçırlar. Tərslikdən birinin çarığının ipi açılır və dingəyə ilişir. Elə düşünür ki, rus onun arxasından yapışıb. Qorxudan arxaya baxmır və qışqırır: “Ay rus, burax, yoxsa bu canı səndən də edəcəyəm, özümdən də...” O vaxtdan bu ifadə hələ də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)