Ruslan Baysarov
Ruslan Baysarov (9 avqust 1968) — Rusiyalı sahibkar, Tuva Enerji Sənaye Korporasiyası ASC-nin sahibi, "Most SK" şirkətlər qrupunun əsas səhmdarı, Most USK ASC-nin idarə heyətinin sədri. Forbes jurnalının 2018-ci ildə 900 milyon dollarlıq sərvəti ilə "Rusiyanın 200 ən varlı iş adamı" siyahısına daxil edilir.
9 avqust 1968-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qroznı rayonunun Priqorodnoye kəndində, Sulima və Kasirat Baysarovların böyük ailəsində anadan olur. Milliyyətcə çeçendir. İş adamı özü valideynlərinin zəngin olmadığını, buna görə uşaqlıqdan özü pul qazanmalı olduğunu söyləyir.
1985-ci ildə məktəbi bitirdikdən sonra Moskvaya gəlir və Moskva İnşaat Mühəndisliyi İnstitutuna daxil olur.
1986–1988-ci illərdə Strateji Raket Qüvvələrində xidmət edir, baş çavuş rütbəsi ilə tərxis edilir. Qroznı Neft İnstitutuna köçürüldükdən sonra 1996-cı ildə "mühəndis-iqtisadçı" ixtisasını bitirir.
2001-ci ildə Moskva Dövlət Universitetində sosiologiya üzrə magistr dərəcəsi alır.
2018-ci ildə Ruslan Baysarov "MISiS" Milli Araşdırma Texnologiya Universitetində texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.