rusizm
ruslaşdırılma
OBASTAN VİKİ
Ruslar
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Azərbaycanda ruslar
Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayır. Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar. == Məskunlaşma tarixi == === Çarizm dövrü === Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər.
Serb Respublikasında ruslar
Serb Respublikasında ruslar (serb. Руси у Републици Српској) — Serb Respublikası əraziaində yaşayan və işləyən rus əsilli əhali. 1991-ci il əhalinin siyahıya alınmasına görə Sosialist Bosniya və Herseqovina Respublikası ərazisində 297 nəfər rus yaşsyırdı (ümumi əhalinin 0,01%). 2013-cü il siyahıya alınmasına görə Serb Respublikası ərazuşisində 177 rus yaşayır. Hazırda ruslar Serb Respublikasının rəsmi milli azlıqları siyahısına daxil deyildir. == Tarixi == Serb Respublikası ərazisində ilk dəfə ruslar XX əsrin əvvəllərində meydana gəlmişlər. Onlar əsasən keçmiş Rusiya imperiyasından olan miqrantlar idilər. Onlar Oktyabr inqilabından sonra ölkəni tərk etməyə məcbur olanlar idi. 1919-cu ildə "Ağlar" hərəkatının tərəfdarları Yuqoslaviya Krallığına pənah gətirmişlər. Onların böyük qismi müxtəlif mədəni və təhsil mərkəzlərində, kınd təsərrüfatı sahələrində, sənsyedə çalışırdılar.
Ruslar müharibə istəyirmi? (film, 1990)
== Məzmun == Film sovet qoşunlarının 1956-cı ildə Budapeştə, 1968-ci ildə Praqaya, 1979-1989-cu illərdə Əfqanıstana, 1986-cı ildə Alma-Ataya, 1989-cu ildə Tbilisiyə, 1990-cı ildə Bakıya soxulmalarının səbəb və nəticələrindən bəhs edir. == Film haqqında == Film Qarabağ Xalq Yardımı Komitəsinin sifarişi ilə çəkilmişdir.
Azərbaycan rusları
Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayır. Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar. == Məskunlaşma tarixi == === Çarizm dövrü === Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər.
Dağıstan rusları
Dağıstan rusları — 2002-ci il siyahıyaalmasına görə ruslar respublikanın beşinci və ya altıncı ən böyük əhali qrupudur. 2010-cu il siyahıyaalınmasına görə isə səkkizinci etnik qrupdur. Dağıstanda aparılan siyahıya alınmaya əsasən rusların sayı 104.020 nəfər və ya əhalinin 3.57% olaraq qeydə alınmışdır. Dağıstanın ümumi şəhər əhalisinin 50%-dən az olmasına baxmayaraq rusların 80% -dən çoxu şəhərlərdə yaşayırlar. == Tarixi == Çağdaş Dağıstan Respublikası ərazisindəki ilk rus məskəni 1588-1589-cu illərdə Terek çayının mənsəbində qurulmuş Terski qalası (Tersk şəhəri) idi. 1813-cü ildə bütün bölgənin Rusiya İmperiyasına daxil edilməsindən sonra ruslar Terekdən cənubda da yayılmağa başladılar. O dövrdən etibarən rus dili millətlərarası ünsiyyət dili olaraq bütün Dağıstan və Cənubi Qafqazda yayılmağa başladı. Kəndli rus əhalisi uzun müddət respublikanın bir hissəsi olmayan Terek deltasında cəmləşməyə davam dirdi. Sovet hakimiyyətinin ilk onilliklərində Rusiya Sovet Federativ Sosialist Respublikasının digər bölgələrindən çox sayda rus mütəxəssisi Terekin cənubundakı şəhərlərə köç edir. Respublikadfakı rusların maksimum payı 1950-ci ildə, Dağıstan əhalisinin 20,1% -ni (213,8 min nəfər) ruslar təşkil etdiyi zaman qeydə alınır.
Ermənistan rusları
Ermənistan rusları — Ermənistan ərazisində yaşayan etnik azlıq. Sayları 11,9 min nəfər təşkil edir. Bu isə ümumi Ermənistan əhalisinin 0,39 % təşkil edir. Əvvəllər Ermənistan ərazisində rusların sayı kifayət qədər çox olmuşdur. Spitak zəlzələsi, SSRİ-nin çöküşü, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Türkiyə tərəfindən tətbiq edilən blokada Ermənistanda iqtisadı vəziyyəti ağırlaşdırması, ölkədə iqtisadi, elmi və təsərrüfat sahələrində baş verən çöküşlər rusların sayına mənfi təsir göstərmişdir. Onların böyük əksəriyyəti Rusiyaya çiqrasiya etmək məcburiyyətində qalmışdır. Gürcü-osetin və gürcü-abxaz münaqişləri nəticəsində Ermənistanla Rusiya arasında quru əlaqələrinin kəsilməsi bu köçü dahada artırmışdır. Ermənistanda hazırda ruslar güçlü şəkildə asimiliasiyaya məruz qalırlar. Bu diaspor keçmiş Sovetlər birliyi ölkələri arasında ən az saylısıdır. == Rus diasporunun tarixi == Ermənistandakı ruslar sosial və mədəni cəhətdən Ermənistana bağlılıq dərəcələrinə görə Sovet dövrü və ondan əvvəlki miqrantlara bölünürlər.
Gürcüstan rusları
Gürcüstan rusları — respublikanın tarixi etnik icmalarından biridir. Gürcüstanın 2014-cü il siyahıya alınmasına görə respublikanın üçüncü böyük etnik azlığıdır. Çağdaş Rusiyadan kənarda MDB ölkələrindəki rus diasporlarından biridir. İqtisadi tənəzzül və etnik təmizlənmə 1990-cı illərin əvvəllərində rusların Gürcüstandan kütləvi şəkildə mühacirətinə səbəb olmuşdur. Bu öz növbəsində, ölkənin rus əhalisinin əhəmiyyətli dərəcədə qocalmasına və demoqrafik göstəricilərinin pisləşməsinə səbəb olur. Baxmayaraq ki, 2000-ci ildən sonra bir qədər sabitləşmə müşahidə olunmuşdur. Rusların ümumi əhali üzrə payı əhəmiyyətli dərəcədə azalıb: 1960-cı illərin əvvəllərindəki 10,1% -dən 2014-cü ildə 0,7% -ə enmişdir. == Yayılması == Çağdaş Gürcüstanın rus əhalisi tarixən şəhərlərdə, ilk növbədə Tiflisdə cəmləşmişdir. Baxmayaraq ki respublikada rus Molokan və Duxobor kəndləri var idi. Ruslar ən çox (bütün rusların demək olar ki, 1/2 hissəsi) ölkənin paytaxtı, Tiflis şəhərində yaşayır.
Qazaxıstan rusları
Qazaxıstanda ruslar—Ruslar 2019-cu ilin əvvəlində ölkə əhalisinin 19,32% -ni (3553 232 nəfər) təşkil edirdi.Əsasən Şimali, Mərkəzi və Şərqi Qazaxıstanda, daha az dərəcədə Semireçye və sərhəd bölgələrdə Orenburq vilayətində yaşayırlar. Bu ərazilərdən kənarda onlar yalnız böyük şəhərlərdə yaşayırlar. 1940-1980-ci illərdə ruslar respublika əhalisinin 40% -dən çoxunu, digər Avropa xalqları ilə birlikdə - təxminən 60-70% -ni təşkil etdi, baxmayaraq ki, qazaxlar az məskunlaşmış ərazilərdə tamamilə üstünlük təşkil edirdi.Qazaxıstanda ruslar əsasən 19 - 20-ci əsrlərə, 17-18-ci əsrlərə nisbətən daha az məskunlaşanların nəsilləridir. Hazırda Ruslar Qazaxıstandakı ən çox qazax olmayan əhalinin qrupudur. XVI əsrdən başlayaraq, Rusiya imperiyası, sonra isə Rusiya imperiyası tərəfindən Qazax xanlığı ərazisində qurulan ilk hərbi yaşayış məntəqələri və qalalar yaranmağa başladı. Kazaklar əvvəlcə hərbi qarnizonla bir qala qurdular, sonra ailələr daşındı, bundan sonra yaxınlıqda bir qəsəbə göründü. Qazaxıstan ərazisində üç kazak əsgəri var idi - Ural]], Sibir və Semirechensk. Bir çox kazakın qazax kökləri var idi, xüsusən də qadın xətti boyunca. Qazax xanlığı ərazisindəki ən qədim yaşayış məntəqəsi Yaitsky şəhəridir. == Sovet dövrü == Qazaxıstan rusları bölgənin digər etnik qrupları ilə birlikdə Rusiya vətəndaş müharibəsi və SSRİ-də Kollektivləşmə zamanı ağır əziyyət çəkdi və təkrarən aclıq və iğtişaşlara dözdü.
Rusların Qafqaz ekspedisiyaları
Rusların Qafqaz ekspedisiyaları və ya Xəzər ekspedisiyaları — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü. 944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi.
Rusların Qafqaz yürüşləri

Rusların Təbriz işğalı (1911)
Rusların Təbriz işğalı (1911) — Qacarlar sülaləsi zaman 1905-ci ildən 1911-ci ilə qədər davam etmiş Məşrutə inqilabı zamanı Çar Rusiyası qoşunlarının hücum edərək Təbriz şəhərini işğal etməsi nəzərdə tutulur. Rus işğalı Birinci Dünya müharibəsi zamanı da davam etmişdir.İşğal zamanı 1200-dən çox təbrizli rus hərbi dəstələri tərəfindən qətlə yetirilmişdir. == Arxa plan == 1905-ci ildə bütün İranda məşrutə hərəkatı başlamışdı. 1908-ci ildə Tehranda əksinqilabı çevriliş baş verdikdən sonra buna qarşı bir çox yerlərdə üsyanlar başladı. Bu üsyanların ən böyüyü isə Təbriz şəhərində baş vermişdir.İran irtica qüvvələri bütün ölkəni bürüyən inqilabı hərəkatı yatırmaq üçün Rusiyadan kömək istəmişdi. == Rus işğalı == Ruslar şəhəri işğal etməmişdən əvvəl İran parlamentinə ultimatum verdilər. Ultimatumda rusların 3 əsas şərti var idi, bunlardan ən əsası isə amerikan hüquqşünas Morqan Şusterin işindən qovulması idi. Morqan Şuster ölkə parlamenti tərəfindən maliyyə sistemini qaydaya salmaq üçün yenicə işə götürülmüşdü. Rusiyanın ultimatumundan sonra İran parlamenti bunu rədd etdi, lakin hökumət ultimatumu qəbul etdi. Buna baxmayaraq, rus qoşunları şəhərə hücum etdilər.Rusların əsas məqsədi Təbriz, Ənzəli və Rəşt şəhərinin işğal edilməsi idi.
Rusların Xəzər ekspedisiyaları
Rusların Qafqaz ekspedisiyaları və ya Xəzər ekspedisiyaları — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü. 944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi.
Rusların tatar soyqırımı (1552-ci il)
Rusların tatar soyqırımı (1552-сi il) - Rusiya çarı IV İvan Qroznı tərəfindən Qazan xanlığının işğalı. Qazan tatarlarına qarşı ruslar tərəfindən törədilən soyqırım. == Soyqırıma qədər Qazan xanlığının Rusiya ilə münasibətləri == XVI əsrdə Qazan xanlığını Girey xanları sülaləsinin nümayəndələri idarə etməyə başlayanadan sonra xanlıq daha da möhkəmləndi. 1521-ci ildə saray çevrilişi nəticəsində hakimiyyətə Krım xanlığının nümayəndəsi Sahib Girey keçdi və yerli hakim Şah Əli kənar edildi. Şah Əli Moskvaya sığındığına görə 1521-ci ildə Qazan xanı Sahib Girey Krım xanı Məhəmməd Gireylə birgə Moskva üzərinə yürüşə çıxdılar. Onlar Nijeqorodu, Muromu, Klini, Meşeri, Kolomnanı və Vladimiri ələ keçirdilər. Lakin Moskvanı tuta bilmədilər. Bundan sonra 1545-ci ilə kimi Qazan xanları Moskva üzərinə çoxsaylı yürüşlər etdi. Amma onu da deyək ki, 1445-ci ildən başlayaraq, Qazan xanlığı da ruslardan müdafiə olunmuşdu. Qazan xanlığının mövcud olduğu 114 il ərzində Moskva ilə 12 irimiqyaslı müharibə baş vermişdi.
Çeçenistan rusları
Çeçenistan rusları — 2010-cu il əhalinin siyahıya alınmasına görə sayı 24,3 min nəfər olan Çeçenistanın rus əhalisi (Çeçenistan əhalisinin 1,9%) vardır. == Tarixi == 1897-ci il əhalinin siyahıya alınmasına görə, Qroznı dairəsində 12.945 rus dilində danışan sakin yaşayırdı. Brokhauz və Efronun ensiklopedik lüğətiə görə, ruslar Qroznıda və Vozdvijenskayada üstünlük təşkil etdilər. Eyni zamanda Vedeno və Şatoyda da yaşayırdılar. 1900-cü ilədək Qroznı dairəsində 20 189 rus vardı. Bunlardan 18 388 nəfəri Qroznıda və 1504 nəfər isə Vozdviyenskayada yaşayırdı. 1926-cı il əhalinin siyahıya alınmasına görə Çeçenistan Muxtar Vilayətində 9122 rus yaşayırdı. 1939-cu il siyahıyaalmasına görə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasında rus əhalisi 201.010 nəfərə çatırdı. Rus əhalisinin 1926 və 1939-cu illərdəki siyahıyaalmalar arasındakı çoxsaylı artımı, əsasən 1929-cu ildə Çeçenistan Muxtar Vilayətinə Qroznı şəhəri və Sunca kazak dairəsinin daxil edilməsi ilə əlaqədardır. 1926-cı il əhalinin siyahıya alınmasına görə, Qroznıda əhalinin 2/3-dən çoxunu rus təşkil edirdi.
ита́к киносеа́нс колонизи́ровать натрепа́ться недо́лгий отупе́ние подвесно́й припома́живаться толкану́ть укрыва́ть хира́грик эклекти́ческий вчу́вствоваться ополчи́ть остропи́лить полоса́ платина тальянка crap floating vote hard-edge immixture нарез населённый перевоплощение