RUY

is. [ fars. ] klas. Üz, çöhrə.
Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb; Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş. M.P.Vaqif.
Düşübdür xəyalım yarın ruyinə; Can quşu bənd olub zülfü muyinə. M.V.Vidadi.
Zülfün ki, tutub ruyunu, çox qorxuram ondan; Aləm toxunar bir-birinə zülmət olanda. Ə.Vahid.

□ Ruyi-zəmin klas. – Yer üzü; dünya, aləm.
Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan qətlə müstəhəq bir kimsənə tapılmaz. M.F.Axundzadə.

RUTİL
RUZ
OBASTAN VİKİ
Ruy Ramos
Ruy Ramos (d. 9 fevral 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib, 1 qol vurub.
Mariu Ruy
Mariu Ruy (27 may 1991, Sineş[d]) — Portuqaliyalı futbolçu. "Napoli" klubunun və Portuqaliya milli komandasının müdafiəçisi. "Benfika"da formalaşan futbolçu, peşəkar karyerasının böyük hissəsini İtaliyada keçirib, A Seriyasında "Empoli" və "Roma" klublarında oynayıb. Mariu Ruy DÇ-2018-də Portuqaliya yığmasının heyətində çıxış edib. == Karyera == Mariu Portuqaliyanın "Benfika" klubunun yetirməsidir. Ancaq o, bu klubun böyüklərdən ibarət komandanın heyətində bir dənə də olsun oyun keçirməyib. 2010/11 mövsümündə Portuqaliyanın "Fatima" klubuna icarəyə verilib və bu komandanın heyətində Portuqaliya ikinci liqasında 25 oyun keçirib və 1 qol vurub.2011-ci ildə İtaliyanın "Parma" klubu ilə müqavilə bağlayıb. 2011–2014-cü illərdə o, İtaliyanın "Parma" klubuna məxsus olsa da, komandanın heyətində bir dənə də olsun oyun keçirməyib və müxtəlif komandalara icarəyə verilib. 2011/12 mövsümündə o, "Qubbio"da icarə əsasında çıxış edib. "Qubbio"nun heyətində B Seriyasında 31 oyun keçirib və 2 qol vurub.
Ruy Qonsales de Klavixo
Ruy Qonsales de Klavixo — (isp Ruy Gonzales de Clavijo) — Kastiliya və Leon Kralı III Enrikenin Əmir Teymura yolladığı səfiri, diplomat. Paytaxt Səmərqəndə qədər keçdiyi yollar və hadisələri nəql edən "Səmərqəndə Səyahət" əsəri orta əsrlərdə Ön Asiya, Qafqaz və Orta Asiyadakı türklərin həyatı haqqında önəmli ipucları verir. == Əlavə Məlumatlar == Timurun dövründə Səmərqəndin bir məhəlləsinə Madrid adı verilir. Hal-hazırda Səmərqənd şəhərində Rui Gonsales de Klavixo küçəsi var.
Ruy Qonzales de Klavixo
Ruy Qonsales de Klavixo — (isp Ruy Gonzales de Clavijo) — Kastiliya və Leon Kralı III Enrikenin Əmir Teymura yolladığı səfiri, diplomat. Paytaxt Səmərqəndə qədər keçdiyi yollar və hadisələri nəql edən "Səmərqəndə Səyahət" əsəri orta əsrlərdə Ön Asiya, Qafqaz və Orta Asiyadakı türklərin həyatı haqqında önəmli ipucları verir. == Əlavə Məlumatlar == Timurun dövründə Səmərqəndin bir məhəlləsinə Madrid adı verilir. Hal-hazırda Səmərqənd şəhərində Rui Gonsales de Klavixo küçəsi var.
Bidens ruyigiensis
Bidens ruyigiensis (lat. Bidens ruyigiensis) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Piku Ruyvu
Piku Ruyvu (port. Pico Ruivo) — Madeyra adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1862 metr təşkil edir. Buradan adanın gözəl mənzərəsi açılır. Ancaq bu hava şəraitindən çox asılıdır.
Ruydər
Ruydər — İranın Hörmüzgan ostanının Xəmir şəhristanının Ruydər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,470 nəfər və 1,236 ailədən ibarət idi.
Ruyponkitya adası
Ruyponkitya adası (rus. Рыпонкича) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan Uşişir adalarının tərkib hissəsini təşkil edən ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adada yaşayış yoxdur. Yankiç adasından 0.5 km cənub-qərbdə yerləşir. Ada Yankiç adasından üç dəfə kiçikdir. Şimal-qərbdən cənub-şərqə uzunluğu 2 km, eni isə 1 km təşkil edir. Şimal-şərqində maksimal hündürlük 60 metr, cənub-qərbində isə 121 metrdir.
Ruysat
Ruysat‎ (ərəb. الرويسات‎) — Əlcəzairin şərqində, Uarqla vilayətind' şəhər və kommuna. Uarqla dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən cənub-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 562 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metrdir.Ruysat kommunası Uarqla, ƏynBəyda və Hassi-Məsud kommunaları, həmçinin Qardaya vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 7331 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,8 °C, ən isti ay (iyul) 34,2 °C-dir.
Ruyş ilanbaşı
Ruyş ilanbaşı — (lat. Dracocephalum ruyschiana) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, nazik, sadə və ya budaqlı, hündürlüyü 20–45 sm, qısatüklü və ya demək olar ki çılpaqdır. Yarpaqları oturaq, xətti-lansetvari və ya xəttvari, üstdən tünd yaşıl, altdan daha açıq rəngdədir. Köbələri azçiçəklidir, gövdənin təpəsində uzunsov başcıqlı çiçəkbirliyi şəklində yığılmışdır, çiçəkləri demək olar ki, oturaqdır. Kasacıqları 7–12 mm, qısatüklü, çox vaxt bənövşəyidir. Tacı 2–2,5 sm, əlvan bənövşəyi və ya bənövşəyi-göy rəngdə, xaricdən qısa tüklüdür. Toxumcaları 3 mm uzunluqda, hamar yumurtavari, küt üçtinli, demək olar ki, qara rəngdədir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində bitir.
Vitis ruyuanensis
Vitis ruyuanensis (lat. Vitis ruyuanensis) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.

Значение слова в других словарях

безапелляцио́нно вы́рисоваться испове́дный кали́льщик переучи́ть перцо́вый предста́виться сбру́йка шту́чница эрите́ма выта́чивание моро́шковый невзыска́тельно сги́нь! александрейка плеть braggart gauze-swab ground-hog day roping up sooner superproton tip-and-run европеизация позади