RUZİGAR

is. [ fars. ]
1. Külək, yel.
…Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. M.S.Ordubadi.
Çılğın kimi ruzigar vıyıldar; Qar parçaların göyə sovurar. A.Şaiq.
Kəndin kənarındakı əkinlərin başaqları xəfifcə əsən bir ruzigarın təsiri ilə sakit bir dəniz kimi ləpələnir. S.Hüseyn.

// məc. Təşbehlərdə: iti, sürətli mənasında.
Uçun ey vətənin ruzgar qanadlı; Şahin təbiətli mərd oğulları! Ə.Cəmil.

2. Hava mənasında. Ruzigar qaranlıqlaşdı. Ruzigar buludlaşdı.
– Bəzən də ruzigar dəyişir, hava elə quraq keçir ki, cücü əlindən yollardan ötmək olmur. Mir Cəlal.

3. məc. Dövran, zəmanə; tale, fələk.
Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. S.Ə.Şirvani.
[Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir. N.Nərimanov.

4. məc. Ömür, yaşayış, həyat, gün.
Neçə gündür didarını görmənəm; Ruzigarım qara günə bağlandı. M.P.Vaqif.

5. Güzəran, vəziyyət, gün, hal.
Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir.
[Tafta:] Qabaqlar [Sevili] gördüm, göz gərək ruzigarına ağlasın. C.Cabbarlı.
Ana mehriban gözlərini Cəmilə dikib balasının ağır ruzigarına acıyırdı. S.Rəhimov.

□ Ruzigarını keçirmək – gün(ünü) keçirmək, birtəhər yaşamaq, həyat sürmək.
Yoldaşımın sənəti baqqaldı, yəni bir daxmaya üç-dörd pud duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür ruzigarını keçirir. C.Məmmədquluzadə.

◊ Ruzigarı bəd əsmək – bəxti gətirməmək, bəxti küsmək, taleyi üz döndərmək.
Biçarə Məhəmmədin ruzigarı bəd əsdi; Üzünə saldı, gəldi bu altıncı qız – “Bəsti”. Ə.Cavad.

Синонимы

  • RUZİGAR zaman — vaxt
  • RUZİGAR həyat — yaşayış — ömür
RUZİ
RUZİSİZ
OBASTAN VİKİ
Ruzigar Qasımov
Ruzigar Qasımov (tam adı: Ruzigar İmran oğlu Qasımov; d. 31 dekabr 1956, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. Gəncə, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi, müxbir. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülmüşdür. == Bioqrafiya == Ruzigar Qasımov 31 dekabr 1956-cı il tarixində Gəncədə anadan olmuşdur. Gəncə gil-torpaq kombinatında çıxan «Əməkçi» çoxtirajlı qəzetində müxbir işləmişdir. === Şəhid olması === Ruzigar 19 dekabr 1989-ci il tarixində 12 nəfərlə birlikdə Nüvədiyə yola düşmüşdü. 11 yanvar 1990-cı il tarixində Nüvədidən Gəncəyə qayıtmışdılar. Həmin gün axşam saat 10-da Ruzigarın dostu Bəxtiyar Çaykənddən Gəncəyə gəlmişdir. Xəbər verib ki, orada vəziyyət pisdir, dinc əhalini erməni quldurlarından qorumaq lazımdır.

Значение слова в других словарях

де́ти ка́нтик купну́ться напу́дривание па́морока переню́хиваться прибива́ться пя́тница сре́зчик уложе́ние упили́ть блефовый дремо́тный матадо́рский поме́тить приспособле́ние сты́лость кассир brownout ciao recipient search warrant spandrel Youngstown осушение