Rövnəq Abdullayev
Rövnəq İbrahim oğlu Abdullayev (3 aprel 1965, Naxçıvan) — Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti (2005–2022), Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti və Azərbaycan Cüdo Federasiyasının Sabiq Prezidenti (2015–2021).
== Həyatı ==
Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.Rövnəq Abdullayev 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983–1985-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olan Rövnəq Abdullayev, 1985-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cu ildə həmin institutu bitirib.
=== Ailəsi ===
Rövnəq Abdullayev Məlahət Əliyeva ilə ailəlidir, Rəşad adında oğlu, Sevinc adında qızı var.
== Fəaliyyəti ==
Rövnəq Abdullayev 1989–1997-ci illərdə "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) və "28 May" NQÇİ-də, habelə "Xəzərdənizneftqazinşaat" Trestinin inşaat-quraşdırma idarəsində şöbə rəisi, mühəndis və baş mühəndis vəzifələrində çalışıb.1997–2003-cü illərdə "Xəzərdənizneftqazinşaat" Trestinin müdiri vəzifəsində çalışan Rövnəq Abdullayev, 2003–2004-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olub.2004-cü ildə "Neftçi" Futbol Klubunun Prezidenti seçilən Rövnəq Abdullayev, 2005-ci il noyabrın 6-da baş tutan Azərbaycan Milli Məclisinə III çağırış seçimlərə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev, seçimdə qalibi gəldi və Milli Məclisin üzvü oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2005-ci il tarixli 1147 nömrəli Sərəncamı ilə Rövnəq Abdullayev, ARDNŞ Prezidenti vəzifəsinə təyin edilib.2008-ci il martın 14-də 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilən Rövnəq Abdullayev, Neftçi FK-nın Prezidenti vəzifəsindən istefa verdi.Rövnəq Abdullayev 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərədə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev, yenə seçimdə qalibi gəldi.2012-ci il martın 10-da Rövnəq Abdullayev növbəti dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib.2015-ci il sentyabrın 4-də isə Azərbaycan Cüdo Federasiyasının (ACF) Prezidenti seçilən Rövnəq Abdullayev, 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisinə V çağırış seçimlərədə qatıldı. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev, üçüncü dəfə seçimdə qalibi gəlib.2016-cı il martın 11-də Rövnəq Abdullayev üçüncü dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib. Rövnəq Abdullayev 2020-ci ilin dekabr ayından etibarən SOCAR Türkiyə ilə yanaşı, şirkətin törəmə müəssisələri olan "Petkim" və STAR NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb.Prezident İlham Əliyev sərəncamı ilə 2022-ci il fevralın 10-da Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.