RÜBAB

is. [ ər. ] Bir çox Şərq xalqları arasında geniş yayılmış simli musiqi aləti.
Rübabın incə tellərdir, … min aləm var təranəndə. S.Vurğun.
Sən də alıb ələ bir qızıl rübab; İncə tellərini səsləndir, ay qız. M.Müşfiq.

// məc. şair. Şairin ilham, yaradıcılıq mənbəyi, simvolu kimi işlənir.
O indi susursa, inan qırılar; Şeir rübabının ən şaqraq simi. Ə.Cəmil.
Xəyala hökm edən bu təntənədən; Şeir rübabımı dindirərəm mən. H.Arif.

RÜB
RÜBABÇI
OBASTAN VİKİ
Rübab binti İmra əl-Qeys
Rübab binti İmra əl-Qeys (və yaxud Ümm Rübab) (ərəb. رباب بنت امرئ القيس بن عدى بن أوس‎) ‏ İmam Hüseynin (ə) həyat yoldaşlarından biri, İmam Hüseynin ən kiçik övladı olan Əli Əsğərin anası.
Rübabə Muradova
Rübabə Xəlil qızı Muradova (21 mart 1933, Ərdəbil – 28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971). == Həyatı == Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur, amma onun şəxsi həyatı uğurlu olmur. O anasını itirdikdən sonra siqaret və içkiyə qoşanır. Bilindiyinə görə Rübabə Murabova Leyli və Məncnun operasında Leyli obrazını canlandırarkən o içkili olub və pis sözlərdən işlədib. O içkiyə səbəbindən "qaraciyər serozu" xəstəliyini tapır. 28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

Digər lüğətlərdə

зако́вочный клейме́ние посбро́сить прораще́ние све́рка светлогла́зый суди́ться успе́шный я́сень досажда́ть зверёк миле́ди примири́ться храни́ться чу́вственный assumption autumnal beholder discretization gall-louse grass-snake заделка открывалка поноска сочетать