RÜBƏND

is. [ fars. ] köhn. Üz örtüyü (qadınlarda).
Məni qoca gördü, rübəndin açdı; Ala gözlərinə gözüm sataşdı. Aşıq Ələsgər.
Axırda Minnət xanım rübəndini açıb Mərcanın üzünə baxır. Ü.Hacıbəyov.

// məc. Təşbehlərdə: örtü, pərdə mənasında.
Rübənd tut üzə, dağlar; Gəlməsin gözə dağlar. (Bayatı).
Təbiət bürünür ağ rübəndinə; Dağların əhvalı pozulur yenə. S.Vurğun.
Yatağından dirçəlməmiş Şahtaxtı kəndi; Gərilmiş hər pəncərəyə uyqu rübəndi. M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RÜBƏND RÜBƏND [Əbülhəsən bəy:] Hamının üzündə rübənd var (M.S.Ordubadi); BÜRQƏ (köhn.) Günəş camalından götür bürqəni; Xublar yaşınmaz divanələrdən (Q

Etimologiya

  • RÜBƏND Farsca rü (üz) və bənd (bağlı) sözlərindən əmələ gəlib, üz örtüyü deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
RÜBAİ
RÜBƏNDLİ

Digər lüğətlərdə

агаря́нин досу́шиваться доще́чка здоровёшенький кровено́сный культма́ссовый неполега́ющий порозове́ть прика́рмливание приходи́ться соро́мный черне́ческий ава́рия затова́рить ледник магомета́нка спинная сухо́тка шпале́рник impellent paper money presentably synchromesh trench digger воодушевляться разболтанность