rüku
rümuz 2021
OBASTAN VİKİ
Rüqəyya binti Məhəmməd
Rüqəyya binti Məhəmməd (ərəb. رقية بنت محمد‎, 598 və ya 601, Məkkə[…] – 14 mart 624, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı. == Bioqrafiyası == Rüqəyya Məhəmmədin təxminən 33 yaşı olanda anadan olmuşdur. Hələ atasının peyğəmbərlik missiyasına başlamamışdan əvvəl o, Əbu Ləhəbin oğlu Utbə ilə nişanlanmışdır. Məhəmmədin xütbələri başlayandan sonra Əbu Ləhəb oğlunun nikah müqaviləsini ləğv etməkdə israr edir, bundan sonra Məhəmməd qızını Osman ibn Əffana ərə verir. Osmanla birlikdə Rüqəyya Efiopiyaya mühacirət etmişdir. Orada rəvayətlərə görə 6 yaşında vəfat edən oğlu Abdullanı dünyaya gətirir. Efiopiyadan Məkkəyə qayıdaraq Mədinəyə hicrət edir. Bədr döyüşü ərəfəsində Ruüqəyya ağır xəstələnir və peyğəmbər Osmanın xəstə arvadının yanında qalmasına icazə verir. O, müsəlmanların qələbəsi xəbəri Mədinəyə çatdıqdan sonra vəfat etmişdir.
Rüqəyyə Kəbiri
Rüqəyyə Kəbiri - Şair və yazıçı. Öz əsərlərini Azərbaycan və Fars dillərində yazır. == Həyatı == Ruqiyyə Kəbiri 1963-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlmişdir. Orta məktəbi doğulduğu şəhərdə bitirmişdir. Təbriz Universitetinin tibb fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləmişdir. Yaradıcılığa erkən başlsa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin bədii yazıları, şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir. “Təbrizin al təbim” (2010) şeir toplusu, “İçimdəki qız” (2013), “Bu qapı heç çalın¬mayacaq” (2011) hekayələr toplusu, “Evim” (2013), “Yerdən uca torpaq” (2014) romanları kitab kimi nəşr olunmuşdur. Çağdaş Güney Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır.
Rüqəyyə binti Hüseyn
Ruqəyyə binti Hüseyn (676–680/681) — İmam Hüseynin qızı. Hüseyn və onun tərəfdarlarının kiçik bir qrupu Əməvi xəlifəsi Yezidin (r. 680-683) əmri ilə 680-ci ildə Kərbəla döyüşündə qətlə yetirildi. Daha sonra onların qadınları və uşaqları əsir götürülərək paytaxt Dəməşqə yürüş etdilər və burada deyilir ki, Rüqəyyənin üç yaşında, ehtimal ki, onu əsir götürənlərin düşmənçiliyi ucbatından dünyasını dəyişib. Dəməşqdəki Rüqəyyə ilə əlaqəli ziyarətgah şiə ziyarəti üçün məşhur yerdir.
Rüqəyya binti Əli
Rüqəyya binti Əli (ərəb. رقية بنت علي‎) — dördüncü Rəşidi xəlifəsi Əli ibn Əbu Talibin qızı. O, seyid sayılır. Anası isə Səhbə binti Rəbiədir. Abbas ibn Əlinin doğma bacısı olduğu iddia edilir. Onun Qahirədəki ziyarətgahı hələ də ona nəzir və şəfaət dualarının edildiyi bir yer kimi istifadə olunur. O, uşaq ikən öldüyünə inanılır. Lahorda (Pakistan) Bibi Pak Daman (urdu بی بی پاکدامن) adlı bir ziyarətgah da var ki, yerli əhalinin bunun Rüqəyyə bint Əlinin məqbərəsi olduğu deyilir.

Digər lüğətlərdə

ве́нчурный доту́да зано́рыш инвайроментали́зм инициа́л куве́йтец отве́сность перепира́ть подпряга́ние прозвони́ть выка́чиваться стебе́льчатый шов турне́псовый шнуро́чек cycleway ericetal milkweed woo кардиология квашня номенклатура первенец прерывисто пьянка резь