RÜXSARƏ
RÜŞVƏT
OBASTAN VİKİ
Rüstəm
Rüstəm və ya Rüstəm Zal (pəhl. Rodastahm, Rostahm; fars. رستم‎) — Fars xalq dastanının əfsanəvi qəhrəmanı, Firdovsinin "Şahnamə"sinin əsas personajlarından biri. == Ənənə == Firdovsinin "Şahnamə"sində pəhləvan Rüstəm (və onun oğlu Zöhrab) haqqında şeir ümumi həcmin üçdə birindən çoxunu tutur. Rüstəm Siyavuş və İsfəndiyarla birlikdə "Şahnamə"nin əsas epik qəhrəmanlarıdır. Rüstəm obrazını yaradarkən Firdovsi üçün əsas material sak və soqdların qəhrəmanlar haqqında əfsanələr silsiləsi olmuşdur. Rüstəm və Zöhrab haqqında əfsanənin osetin (Nart), alman və kelt qəhrəmanlıq əfsanə və mifləri ilə çox oxşar cəhətləri var. Rus folklorunun personajı Yeruslan Lazareviçin adı və iştirak etdiyi bəzi süjetlər Zalın oğlu Rüstəmə gedib çıxır. == İstinadlar == == Əlavə ədəbiyyat == Фирдоуси А., «Шах-Наме. Критический текст», т.т.1-9, Москва 1960-71 Бертельс Е. Э. «История персидско-таджикской литературы.
Bəni-Rüstəm
Bəni-Rüstəm — Rüstəm övladı sülaləsi Bəni-Rüstəm Əlcəzairdə hakimiyyət qurmuş kiçik bir sülalə olmuşdur. Bəni-Rüstəm dövləti 755-ci ildə Abbasilərin valisi Rüstəm tərəfindən təsis edilmiş və 909-cu ilədək davam etmişdir.
Can Rüstəm
Can Rüstəm (erm. Յան Ռուստամ) — erməni rəssamı. Can Rüstəmin yunan və ya osmanlı mənşəyli olması barədə də bəzi ehtimallar vardır. Rüstəm həyatının əsas illərini Reç Pospolita dövlətində yaşayıb, yaratmışdır. Vilna və Vilnüs universitetlərində dərs demiş və sonuncu universitetin professoru seçilmişdir. Can Rüstəm 1762-ci ildə Osmanlı imperiyasının mərkəzi hesab olunan İstanbul şəhərində anadan olmuşdur. Uşaq yaşlarından kimsəsiz böyüməyə başlamışdır və bir gün Adam Kazimersk tərəfindən kəşf edilmiş, onun himayəsinə alınmışdır. Kazimersk öz şagirdini Varşava şəhərinə gətirmiş və burada dönəmin mühüm rəssamlarından dərs almasını təmin etmişdir. Can Rüstəm 1788–1790-cı illərdə Almaniyaya səfər edir və bu səfərləri zamanı masonluğu qəbul edir. İki ildən sonra isə o, Reç Pospolitanın siyasi mərkəzi olan Varşava şəhərinə daha sonra isə Vilnaya köçür.
Hafiz Rüstəm
Hafiz Rüstəm (tam adı: Mir Hafiz Mir Əşrəf oğlu Rüstəmov); 8 yanvar 1951 – şair-publisist, şərqşünas-tərcüməçi == Həyatı == 1951-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Əslən Yardımlı rayonunun Bərcan kəndindəndir. 1958-ci ildə Quba şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Yardımlı rayonunun Bərcan kəndində 8 illik məktəbi (1966), Telavar kəndində orta məktəbi (1968) bitirib. Bakı Dövlət Universiteti-nin Şərqşünaslıq fakültəsində təhsil alıb (1970 – 1975). Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”də kiçik redaktor (1978), redaktor (1983), Xarici dillər redaksiyasının müdiri (1994), baş redaktor (2002 - 2004) vəzifəsində işləyib. 2006-cı ildən “Kövsər” nəşriyyatının baş redaktorudur. Uzun illər boyu yüzlərlə dərslik, dərs vəsaitlərinin, elmi-pedaqoji ədəbiyyatların rəyçisi, redaktoru olmuş, onların ideya-məzmun, dil-üslub, orfoqrafik və s. cəhətdən qüsursuz çıxmasında öz yaradıcı əməyini əsirgəməyib. Moskva və Lvov şəhərlərinin siyasi-hərbi məktəblərində (1976 – 1980), İİR-nin Bakıdakı səfirliyində (1995 – 2000) əsas iş yerindən ayrılmamaqla tərcüməçi işləyib.
I Rüstəm
I Rüstəm — Kartli-Kaxetiya kralı. == Həyatı == 1565-ci ildə XI Davidin kiçik oğlu olaraq dünyaya gəlmişdi. 1618-ci ildə İsfahan darğası olaraq fəaliyyət göstərmişdi. Marabda döyüşündə Georgi Saakadzenin ordusunun sağ cinahını idarə edirdi. 1630-cu ildə Səfəvi ordusuna komandanlıq edərək Bağdadı ələ keçirmişdi. 1633-cü ildə Kartli kralı təyin olunmuşdu. 1648-ci ildə I Teymurazı ağır məğlubiyyətə uğradaraq həm də Kaxeti kralı olmuşdu. Övladı olmadığı üçün 1653-cü V Vaxtanqı vəliəhd təyin etmiş, özü isə 1658-ci ildə vəfat etmişdi.
Nəqşi-Rüstəm
Nəqşi-Rüstəm— Persepol yaxınlığında Nəqşi-Rüstəm dərəsində yerləşən arxeoloji sahə. I Şapurun (241–272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sisakan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir. Nəqşi Rüstəm (Farsca: نقش رستم Næqš-e Rostæm) İranın Fars əyalətində, Persepolun 12 km şimal-qərbində yerləşən bir arxeoloji sahədir. Fars mifologiyasının qəhrəmanı Rüstəmin təsvir edildiyi düşünülən abidə məzarların altındakı Sasani oymalarına görə Nəqşi Rüstəm, yəni "Rüstəmin Rəsmi" adlandırılır. Nəqşi-Rüstəm də Əhəməni krallarına aid yeddi türbə var. Üzərindəki yazılar onlardan birinin I Daraya aid olduğunu açıq şəkildə göstərir. I Daradan başqa o biri üç məzarın, I Xerxes, I Artaserhas və II Daraya aid olduğu düşünülür. Persepolun arxasında tamamlanmamış vəziyyətdə tapılan iki məzar, ehtimal ki, II Artaserhas və III Artaserhasa məxsusdur. Yarımçıq qalan bir dənəsi, ən uzun iki il hökmdarlıq etmiş Arsesə, daha güclü ehtimalla isə Makedoniyalı İsgəndər tərəfindən taxtdan salınmış son Əhəmənilər hökmdarı III Daraya aiddir. Nəqşi-Rüstəmdəki qəbirlərdən əlavə, məzarların alt hissəsində Sasanilər padşahlarına aid yeddi nəhəng qayaüstü təsvir vardır.
Rüstəm Allahyarov
Allahyarov Rüstəm Söhrab oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahyarov Rüstəm Söhrab oğlu 1973 Ağdaş rayonu Yenicə (Ağdaş) kəndində anadan olub. 1981-ci ildə Yenicə kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. 1991-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 1992-ci il martın 2-də hərbi xidmətə çağırılıb. 4 iyul 1992-ci ildən Sumqayıt batalyonunun tərkibində ağdam rayonunda vuruşub. Ağdərə ətrafında döyüşlərdə olub. 11 oktyabr 1992-ci il tarixdə Ağdam rayonu Qazançılar kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. == Təltifləri == Ağdaş rayonu Yenicə (Ağdaş) kəndi tam orta məktəbi Rüstəm Allahyarov adını daşıyır.
Rüstəm Arifcanov
Rüstəm Arifcanov (Arifcanov Rüstəm Mustafa oğlu; d. 22 fevral 1958, Özbəkistan SSR) — Azərbaycan və Rusiya jurnalisti; "Al‑RTV" ilk ictimai müsəlman kanalının baş redaktoru (2012), Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti, Jurnalistlərin “Mediakratiya” Milli Assosiasiyasının Müşahidə Şurasının sədri, Şimali Qafqaz Federal Dairəsi İctimai Şurasının üzvü. == Həyatı == Arifcanov Rüstəm Mustafa oğlu 1958-ci il fevralın 22-də Özbəkistanda anadan olub. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib.1985-ci ildən R.Arifcanov “Komsomolskaya Pravda” qəzetinin Qərbi Sibir üzrə xüsusi müxbiri, 1988-ci ildən “Sobesednik” həftəlik qəzetinin şöbə redaktoru, redaksiya heyətinin üzvü olub. 1990-cı ildən “Meqapolis” jurnalında şöbə redaktoru, daha sonra “Meqapolis-Metro” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1993-cü ildə R.Arifcanov “İzvestiya” qəzetinin şərhçisi olub. 1989-cu ildə “Surqutskaya alternativa” siyasi birliyinin fəaliyyətində iştirak edib. 1996-1997-ci illərdə o, “Kommersant. İzdatelskiy dom” QSC-nin “Stolitsa” publisistik jurnalının şef-redaktoru, redaksiya heyətinin üzvü vəzifələrini daşıyıb. 1998-ci il fevralın 18-dən sentyabr ayına qədər R.Arifcanov “İzvestiya” qəzetinin baş redaktorunun müavini işləyib.
Rüstəm Atakişiyev
Rüstəm Zahid oğlu Atakişiyev (24 dekabr 2000; Qəbələ rayonu, Azərbaycan — 21 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüstəm Atakişiyev 2000-ci il dekabrın 24-də Qəbələ rayonunun Tüntül kəndində ailədə anadan olub. Atası — Zahid Atakişiyev fəhlə, anası — Arifə Atakişiyeva isə xadimə olub. Ailədə 2 bacısı olub. Kasıb ailə olduğlarından Rüstəm Atakişiyev gənc yaşlarından çalışmağa başlayıb. Hərbi təhsil alaraq snayperçi olmağı arzularsa da, ali təhsil ala bilməyib. 2007-2018-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rüstəm Atakişiyev 2019-cu ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Hərbi xidmətinin birinci aylarında digər əsgərlərdən fərqləndiyinə görə hərbi hissə rəhbərliyinin qərarına əsasən xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə snapyer manqasının baş snayperçisi olaraq davam elədi.
Rüstəm Behrudi
Behrudi Rüstəm Hidayət oğlu (12 sentyabr 1957, Behrud, Ordubad rayonu) — Azərbaycan şairi. == Həyatı == Rüstəm Behrudi 1957-ci il sentyabrın 14-də Naxçıvan Muxtar Sovet Spsialist Respublikasının Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. O, 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini C.Cabbarlı adına Biləv kənd orta məktəbində almışdır. 1974-1975-ci illərdə Behruddakı kolxozda işləmiş, elə həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Rüstəm Behrudi 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə elmi şuranın üzvü kimi çalışmışdır. Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərmişdir. Fikir və düşüncələrinə görə sovetlər dönəmində təqib olunmuş, habelə həbsdə yatmışdır == Yaradıcılığı == Bütün ömrünü ədəbiyyata həsr eləmiş Rüstəm Behrudi ədəbi fəaliyyətə 70-ci illərdə başlayıb.
Rüstəm Cabbarov
Rüstəm Cabbarov (özb. Rustam Jabborov; 1979, Urqut rayonu[d], Səmərqənd vilayəti) — özbək yazıçısı, publisisti və tərcüməçisi. == Həyatı == Rüstəm Cabbarov 1979-cu ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətinin Urqut rayonunda anadan olmuşdur. 2003-cü ildə Özbəkistan Milli Universitetinin jurnalistika fakultəsində ali təhsilini başa vuraraq beynəlxalq jurnalistika ixtisasına yiyələnmişdir. 1998–2000-ci illərdə Özbəkistanın "Respublika" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 2000–2003-cü illərdə "Kənd həyatı" qəzetinin böyük redaktoru, 2003-cü ildən 2010-cu ilə qədər Özbəkistan Milli Xəbər Agentliyinin baş redaktorunun müavini vəzifəsini icra ermişdir. 2010–2016-cı illərdə isə "Darakcı" qəzetinin baş redaktorunun müavini, sonra isə baş redaktoru olmuşdur. Davamlı olaraq Özbəkistanın dərgi, qəzet və elektron mətbuatında ictimai-siyasi, iqtisadi, ədəbi-kulturoloji, tarixi-publisist mövzulara həsr olunmuş yazıları ilə çıxış edir. Hazırda "Zamon Press" Nəşriyyat Evinin direktoru vəzifəsində calışır. == Yaradıcılığı == Rüstəm Cabbarov 20-dən cox bədii, publisistik və tərcümə kitabının müəllifidir.
Rüstəm Cəbrayılov
Rüstəm Abil oğlu Cəbrayılov (8 iyun 1986, Luqansk) — azərbaycanlı aktyor və model. == Həyatı == Rüstəm Cəbrayılov 8 iyun 1986-cı ildə Ukraynanın Luqansk şəhərində Abil və Sona Cəbrayılovların ailəsində anadan olub. Ailənin ən böyük övladıdır. Beş yaşında olarkən ailəsi ilə birlikdə Azərbaycanın Bakı şəhərinə köçüb. Orta təhsilini Azərbaycanda başa vurduqdan sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirdikdən sonra coğrafiya müəllimi işləyib.Ailəlidir, bir oğlu var. Şəxsi məlumatlar — boyu: 193 sm, çəkisi: 86 kq, ölçüləri: 115–87–95, ayaqqabı ölçüsü: 45, gözləri: yaşıl, saç rəngi: qəhvəyi. == Karyerası == Rüstəm Cəbrayılov 2005-ci ildə modellik karyerasına başlayıb. Bakı Dövlət Universitetində oxuyarkən reklam çəkilişlərində iştirak etmək üçün dəvət alıb. Bir həftə sonra isə ona "Azercell"in reklam çarxlarına çəkilmək təklif olunub.
Rüstəm Eminli
Rüstəm Mais oğlu Eminli (16 sentyabr 1999; Horonu, Yardımlı rayonu – 1 noyabr 2020; Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüstəm Eminli 15 oktyabr 2020-ci ildə Səfərbərlik Xidməti tərəfindən hərbi xidmətə çağrılmışdır və Vətən Müharibəsində iştirak etmişdir. 1 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Yardımlı rayonu Horonu kəndində dəfn olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Eminli Rüstəm Mais oğlu 2020-ci il noyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsində vuruşaraq həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Eminli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Eminli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rüstəm Emomali
Rustam Emomali (tac. Рустами Эмомалӣ, 19 dekabr 1987) — Tacikistanın paytaxtı Düşənbə şəhərinin meri (2017-ci ildən). == Ailəsi == Atası Emoməli Rəhmon Tacikistan prezidentidir.
Rüstəm Fərruxzad
Rüstəm Fərruxzad — Sasani hərbçisi, dövlət xadimi. == Hakimiyyəti == Fərrux Hörmüzün 631-ci ildə öldürülməsindən sonra Atropatena və Xorasan sipəhsaları olmuşdu. Atasının intiqamını almaq üçün Ktesifonu ələ keçirmiş, Azarmedoxtu öldürərək yerinə Borandoxtu gətirmişdi. Borandoxtun ölümü, III Yezdəgirdin taxta çıxması ilə yenidən hakimiyyətə tabe olmuşdu. Ərəblərin İranı işğalı dövründə Ktesifonun idarəsi ona tapşırılmış, 634-cü ildə Körpü döyüşündə Sasani ordusu qələbə çalsa da Ktesifonda üsyanı yatırmağa məcbur olmuşdu. 636-cı ildə Yezdəgirdin əmrilə ərəblərə hücum etməyə məcbur olan Rüstəm, strateji olaraq uyğun görmədiyi bu döyüşdə iştirak üçün İraqa getdi. Qardaşı Fərruxzad Bavəndiyə yazdığı məktubda Azərbaycana getməsini əmr edir, Yezdəgirdi qorumasını tapşırırdı. Əl-Qadisiyyə yaxınlığında Ömər ibn Xəttabın ordusu ilə qarşılaşan Rüstəm havanın qumlu və toz fırtınalı olmasından istifadə edib ordunun içlərinə qədər səssizcə daxil oldu. Lakin Hilal ibn Ülafəyə arxadan yaxınlaşarkən Hilalın dəvəsi qorxdu və üstündəki ağır silahları yerə atdı, Rüstəm silahların altında qalaraq iflic oldu və Hilal sevincək onun başını kəsdi. Sasani ordusu bundan qorxaraq pərən-pərən düşdü.
Rüstəm Hacıyev
Rüstəm Firqani oğlu Hacıyev (22 sentyabr 2001, Yuxarı Qapanlı, Tərtər, Azərbaycan — 29 oktyabr 2020, Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hacıyev Rüstəm Firqani oğlu 22 sentyabr, 2001-ci ildə Tərtər rayonu Yuxarı Qapanlı kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rüstəm Hacıyev Kəlbəcər döyüşlərində savaşıb. Hacıyev Rüstəm oktyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.Tərtər rayonu Yuxarı Qapanlı kəndində dəfn olunub..Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Hacıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Hacıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rüstəm Hüseynov
Hüseynov Rüstəm Kərim oğlu — "Azərbaycan məktəbi" jurnalının baş redaktoru. == Həyatı == Hüseynov Rüstəm Kərim oğlu 5 may 1910-cu ildə anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, uşaq evində böyümüşdür. 1925–1926-cı illərdə Baki Darülmüəllimində təhsil almışdır. Hüseyn Cavid müəllimi olmuşdur. R.K.Hüseynov 1926-cı ildə ibtidai məktəbdə müəllimlik fəaliyyətinə başlamışdı. 1931–1936-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəblərdə riyaziyyat müəllimi işləmişdir. == İctimai fəaliyyəti == 1937-ci ildə Maarif Komisarlığında ibtidai məktəb idarəsinin rəis müavini vəzifəsində irəli çəkilmiş, bir qədər sonra isə pedaqoji məktəblər şöbəsinin müdiri təyin olunmuşdur. 1940-cı ildə o artıq Azərbaycan Müəllimlərin Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində çalışırdı. 1946-cı ildə ordu sıralarından tərxis edildikdən sonra "Azərbaycan Müəllimi" qəzetinin redaktoru kimi fəaliyyətə başladı.
Rüstəm Həmidov
Rüstəm Zəki oğlu Həmidov (rus. Рустэм Заки́евич Хами́тов; başq. Рөстəм Зəки улы Хəмитов, Röstäm Zäki ulı Xämitow) — Rusiyalı dövlət xadimi, 1954-cü il avqustun 18-də Kemerovo vilayətinin Draşenino kəndində anadan olmuşdur. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvüdür və 14 sentyabr 2014-cü il tarixdə ikinci dəfə seçilmişdir. == Bioqrafiya == Rüstəm Həmidov 1954-cü il avqustun 18-də Kemerovo vilayətində anadan olmuşdur. O, etnik olaraq Başqırddır, Başqırd dili onun ana dilidir. O, həmçinin rus dili və ingilis dili də danışır. Onun atası Zəki Səlim oğlu Həmidov (1930-cu ildə başqıstanın Baltaç rayonunda anadan olub, 1993-cü ildə dünyasını dəyişib) texnika elmləri doktoru idi. Başqırdıstanın Əməkdar mühəndis unvanı ilə mükafatlandırılıb. 1973–1980-ci illərdə Başqırdıstan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı mexanizasiyası fakültəsinin dekanı vəzifəsində çalışıb.
Rüstəm Kamal
Rüstəm Kamal (Rüstəm Kamal oğlu Rəsulov; 2 iyul 1962, Rustavi) — ədəbiyyatşünas və esseist, filologiya elmləri doktoru, professor. == Həyatı == Rüstəm Kamal 2 iyul 1962-ci ildə anadan olub. 1979-cu ildə Qazax rayonu, İkinci Şıxlı kənd orta məktəbində təhsil almışdır. İ. Kant adına Rusiya Dövlət Universitetinin filologiya fakültəsini, aspirantura və doktoranturanı bitirib. Azərbaycan və rus ədəbiyyatı ilə bağlı araşdırmalar aparır. Filologiya elmləri doktorudur. Azərbaycanın ali məktəblərində (BDU-nun Şəki filialı, MDU, BSU, ADNSU) müxtəlif vəzifələrdə (kafedra müdiri, elmi -tədqiqat laboratoriyasının müdiri, dekan) çalışıb. 2010-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2018–2022-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının sədr müavini.
Rüstəm Kazakov
Rüstəm Kazakov Abdulla oğlu (krımtat. Rustem Abdulla oğlu Kazakov, Рустем Абдулла огълу Казаков, rus. Русте́м Абдулла́евич Казако́в; 2 yanvar 1947, Daşkənd) — klassik növ Sovet güləşçisi, olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1969), SSRİ-nin əməkdar məşqçisi, olimpiya çempionu olmuş ilk krım tatarı. == Həyatı == Rustem Kazakov 1947-ci ildə Daşkənddə Krım tatarları ailəsində anadan olmuşdur. 1959-cu ildə güləşə başladı, 1963-cü ildə Özbəkistan çempionatını, 1963-cü ildə və 1964-cü ildə gənclər arasında SSRİ çempionatını qazandı. 1965-ci ildə Bolqarıstanda karyerasında ilk beynəlxalq turniri qazandı, amma artıq böyüklər arasında. 1967-ci ildə Buxarestdə keçirilən Dünya Çempionatında yeddinci yeri tutdu. 1968-ci ildə Mexiko şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün olimpiya komandasına daxil edildi, ancaq məşqdə aldığı zədə səbəbiylə yarışamadı.Münhendə keçirilən 1972 Yay Olimpiya Oyunlarında 57 kiloqram (yüngül çəki) çəki dərəcəsində mübarizə apardı. Aşağıdaki döyüşlərdə iştirak etmişdir: ilk turda hakimin qərarı ilə Alam Mir (Əfqanıstan) üzərində qələbə çaldı ikinci turda Xristo Traykova məğlub oldu üçüncü turun 9-cu dəqiqəsində tuşe ilə Yuzef Lipenə (Polşa) qalib gəldi dördüncü turun 5-ci dəqiqəsində tuşe ilə Oton Moskidisə (Yunanıstan) qalib gəldi beşinci turda hakimin qərarı ilə İkui Yamamotonu (Yaponiya) məğlubiyyətə uğratdı altıncı turda iştirak etmədi yeddinci turda hakimin qərarı ilə Yanoş Varqaya (Macarıstan) qalib gəldi final qarşılaşmasının üçüncü dəqiqəsində tuşe ilə Hans-Yürgen Veylə qalib gəldi və Olimpiya Oyunlarının çempionu oldu1963–1967-ci ildə "Dinamo" (Daşkənd) klubunda çıxış edirdi, 1968–1975-ci illərdə "Silahlı Qüvvələr" (Daşkənd) klubunun üzvü oldu, 1875-ci ildən isə "Silahlı Qüvvələr" (Moskva) klubuna keçdi. İki qat dünya çempionu (1969, 1971), dünya çempionatının gümüş mükafatçısı (1973), dünya çempionatının bürünc mükafatçısı (1970), Avropa çempionatının bürünc mükafatçısı (1967), 1971-ci il SSRİ çempionu.
Rüstəm Kazımov
Rüstəm Kazımov — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1931). == Həyatı == Rüstəm Kazımov 1879-cu ildə Bakıda kasıb ailədə doğulub. Mollaxanada qısa müddət təhsil alıb. Şirin səsi olduğuna görə məhərrəmlik təziyələrində göstərilən şəbih tamaşalarında iştirak edib. 1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin təşkil etdikləri tamşalarda epizodik rollar oynayıb. Sonralar "Müsəlman Artistləri Cəmiyyəti" truppasında, Cahangir Zeynalovun "Ev teatrı"nda aktyorluq edib. 1901–1919-cu illərdə Əbdürrəhim bəy Haqverdiyevin yaratdığı truppada, "Həmiyyət" teatr qrupunda, "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələrində, "Türk Aktyorları İttifaqı"nda, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə əsas aktyorlardan olub. Bugünkü Akademik Milli Dram Teatrı dövlət təsisatına keçəndə onun truppasına daxil olub, 1925-ci ilə qədər bu kollektivdə çalışıb. 1921-ci ilin noyabr ayında Bakı Azad Tənqid və Təbliğ Teatrı (sonralar Türk İşçi Teatrı adlanıb) yaradılanda onun aktyor heyətinə götürülüb. Dörd il hər iki teatrda işləyən aktyor 1925-ci ildən İşçi Teatrında aktyorluq edib.
Rüstəm Kərimov
Rüstəm Kərimov (18 avqust 2003, Bakı) — azərbaycanlı müğənni. == Həyatı == Rüstəm Kərimov 18 avqust 2003-cü ildə Bakıda anadan olub. Rüstəm Kərimov Bakı Avropa Liseyinin 11-ci sinfində oxuyur. Rəşid Behbudov adına 2 saylı 11-illik musiqi məktəbinin piano şöbəsində təhsilini davam etdirir. == Avroviziya == Azərbaycanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Me and my Guitar" (azərb. Mən və mənim gitaram‎) mahnısı ilə təmsil edib. Rüstəm 30 noyabr 2013-cü ildə keçirilən müsabiqədə səhnəyə ikinci çıxıb və yekun səsvermədən sonra 12 iştirakçı arasında 66 xalla 7-ci yeri tutub.
Rüstəm Minnexanov
Rüstəm Nurqali oğlu Minnexanov (tatar. Рөстәм Нургали улы Миңнеханов, Röstäm Nurğäli ulı Miñnexanov), 1 mart 1957-ci ildə Novıy Arış kəndi, Rıbno-slobod rayonu, Таtarıstan MSSR, RSFSR, SSRİ də anadan olub — Rusiya Federasiyası dövlət və siyasi xadimi. 25 mart 2010-cu ildən Tatarıstan Respublikasının Prezidentidir. «Таtneft» Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir, «Татнефтехиминвест-холдинг» Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir.
Rüstəm Minnixanov
Rüstəm Nurqali oğlu Minnexanov (tatar. Рөстәм Нургали улы Миңнеханов, Röstäm Nurğäli ulı Miñnexanov), 1 mart 1957-ci ildə Novıy Arış kəndi, Rıbno-slobod rayonu, Таtarıstan MSSR, RSFSR, SSRİ də anadan olub — Rusiya Federasiyası dövlət və siyasi xadimi. 25 mart 2010-cu ildən Tatarıstan Respublikasının Prezidentidir. «Таtneft» Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir, «Татнефтехиминвест-холдинг» Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir.
Rüstəm Mirzə
Əbülmüzəffər Sultan Rüstəm — Ağqoyunlu dövlətinin hökmdarı (1492-1497) == Həyatı == Uzun Həsənin nəvəsi, Maqsud mirzənin oğludur. 1490-cı ildə Sultan Baysunqur tərəfindən həbsə salınmışdı. Bayandur əyanlarından Eybə Sultan adı ilə məşhur olan Dana Xəliloğlu İbrahim tərəfindən həbsdən azad edilmişdir. 1492-ci ildə də hakimiyyəti ələ keçirmişdi. == Hakimiyyəti == 1492-ci ildə, hakimiyyətə gələrkən etdiyi ilk şey Şeyx Heydərin oğlanlarına Ərdəbilə qayıtmaq icazəsi vermək idi. Lakin 2 il sonra, Eybə Sultan onların yenidən həbs edilməsini əmr etdi. İsmayıl qaçdı. Beş il hakimiyyətdə qaldıqdan sonra, 1497-ci ildə Gödək Əhməd Osmanlıdan qayıdaraq Diyarbəkirdən hücuma keçdi. Rüstəm Mirzə Gürcüstana qaçdı və orada öldürüldü.
Adil Rüstəmov
Adil Əliağa oğlu Rüstəmov (11 mart 1943, Bakı – 22 mart 2018, Ruan, Fransa) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). == Həyatı == Adil Əliağa oğlu Rüstəmov 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq Universitetini bitirmişdir. 1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilmişdir. 1981-ci ildə 3 qrafik rəssam ilə birgə sərgi keçirmişdir. 1985-ci ildə Arktika adlı fərdi sərgisini keçirmişdir. 1991-ci ildə Lirika və Poeziya adlı fərdi sərgisini keçirmişdir. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı adına layiq görülmüşdür. 1994-cü ildə "Əliağa Vahid — 100" adlı fərdi sərgisini keçirmişdir.
Adil Rüstəmov (kəşfiyyatçı)
Adil Əmrah oğlu Rüstəmov (1963, Zəngilan – 10 dekabr 1992, Şayıflı, Zəngilan rayonu) — Qarabağ müharibəsi şəhidi; rota və kəşfiyyat komandiri. == Həyatı == Adil Rüstəmov 1963-cü ildə Zəngilan şəhərində anadan olub. Atasının işi ilə əlaqədar uşaqlıq və yeniyetmə çağları İmişli rayonunda keçib. Bəhrəmtəpə 8 illik məktəbini, 1983-cü ildə isə Bakı Politexnik Texnikumunu bitirib. Qazaxıstanın Şevçenko şəhərində milis serjantı rütbəsində hərbi xidmətdə olub. Nazirlər Soveti sədrinin şəxsi mühafizə dəstəsinə qəbul edilib. 1990-cı illərdə Zəngilana qayıdıb. "Ziya" adlı kiçik müəssisə yaradıb. Müəssisəsinin imkanları ilə Milli Orduya 20.000 manat, şəhid Pirqulu İsmayılovun ailəsinə isə ayda 2.500 manat yardımlar edib. Daha sonra Azərbaycan Milli Ordusuna yazılıb, rota komandiri, ardınca kəşfiyyat komandiri təyin edilib.
Afaq Rüstəmova
Afaq Rüstəmova — fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru. Afaq Baloğlan qızı Rüstəmova 1 avqust 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə M.F.Axundov adına APRDƏİ- ni (indiki Bakı Slavyan Universiteti) bitirmişdir. M.F.Axundov adına APRDƏİ-nin nəzdində aspiranturanın qiyabi şöbəsini bitirmiş, 1995-ci ildə “Tərz kateqoriyasının rus dilində məna və formaları, onların Azərbaycan dilində müvafiq ifadə üsulları” (10.02.01 - Rus dili, 10.02.02 - Azərbaycan dili) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə “Sosial linqvistika və etnodil prosesləri: fəlsəfi təhlil” (09.00.11 - Sosial fəlsəfə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun “rus və xarici dillər” kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərb. SSRİ Xalqlar Dostluğu Respublika Sarayında kiçik elmi işçi, 1992- ci ilin mart ayında 2002-ci ilədək EA-nın Milli Münasibətlər institutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Hazırda Fəlsəfə və Hüquq İnstitutu Sosial fəlsəfə şöbəsinin baş elmi işçisidir. Ailəlidir, iki övladı var.
Akif Rüstəmov
Akif Rüstəmov (rejissor) — Azərbaycan rejissoru. Akif Rüstəmov (alpinist) — Azərbaycan alpinisti. Akif Rüstəmov (jurnalist) — filologiya üzrə fəlsəfə doktoru, professor.
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Akif Rüstəmov (alpinist)
Akif Rüstəmov — məşhur azərbaycanlı alpinist. == Həyatı == Keçmiş SSRİ-nin yeddi min metrlik beş zirvəsindən dörüdünü - İsmayıl Somoni - (7495 m), Korjenev (7135 m), Xantenqri (7010 m) və İbn-Sina zirvələrini (7130 m) fəth etmiş yeganə azərbaycanlıdır. 2003-cü ildə Tyan-Şanda 4700 metr hündürlüyü olan adsız zirvəyə ilk dəfə qalxan Azərbaycan alpinistlərinin kapitanı olub. 19 avqust 2009-cu ildə vəfat etmişdir.
Akif Rüstəmov (jurnalist)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Akif Rüstəmov (rejissor)
Rüstəmov Akif Zəbi oğlu — Azərbaycan rejissoru, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib (1968). "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Uşaqlığın son gecəsi (film, 1968) Sevil (film, 1970) Gün keçdi (film, 1971) Qızıl qaz (film, 1972) Nəsimi (film, 1973) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Şir evdən getdi (film, 1977) Babək (film, 1979) Birisigün, gecəyarısı... (film, 1981) Nizami (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Bağ mövsümü (film, 1985) Burulğan (film, 1986) Təxribat (film, 1989) Qonaq-qaralı ev (film, 1992) O dünyadan salam (film, 1991) Ölüm növbəsi (film, 2009) Mənim ağ şəhərim (film, 1993) Nə gözəldir bu dünya... (film, 1999) Güllələnmə təxirə salınır!...
Aliyə Rüstəmbəyova
Rüstəmbəyova Aliyə Fətulla qızı (1907; Şuşa, Rusiya imperiyası – 1942 iyun; Rusiya SSFR, SSRİ) — İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim. == Həyatının erkən dövrü == Aliyə 1907-ci ildə Şuşa şəhərində doğulmuş, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü. Atası === Təhsili === Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu. Lakin Aliyə Özbəkistanda Çirçik tikintisində çalışanların sağlamlığı üçün çalışmağa könüllü olacaq həkim axtarıldığının görür və Moskvaya təhsilini davam etdirmək əvəzinə Özbəkistana tikintidə həkim kimi çalışmağa gedir. 3 il burada çalışdıqdan sonra 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya göndərilir. == Fəaliyyəti == 3 il Özbəkistanda çalışdıqdan sonra 1938-ci ildən isə Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışmışdır. === Müharibədəki fəaliyyəti === ==== Qış müharibəsində ==== 1939-cu il noyabrın 30-da SSRİ-nin Finlandiyaya qarşı başladığı müharibə zamanı Aliyə də həkim kimi cəbhəyə yollanır. Ən şiddətli döyüşlərin getdiyi Kareliya bərzəxində hərbi tibbi xidmət edir. Müharibə 1940-cı il martın 12-də başa çatdıqdan sonra Aliyə Moskvaya qayıdıb, öz işini S.P.Botkin adına daxili xəstəliklər klinikasında davam etdirir.
Amil Rüstəmov
Amil Bədrəddin oğlu Rüstəmov (10 dekabr 1994, Tovuz – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amil Rüstəmov 1994-cü il dekabrın 10-da Tovuz rayonunun Tovuz şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amil Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Rüstəmov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Rüstəmov
Anar Canməmməd oğlu Rüstəmov (1977, Şamaxı) — fizika elmləri doktoru, Almaniyanın ilk azərbaycanlı fizik-alimi. AMEA Fizika İnstitutunun icraçı direktoru (22.01.2021). == Həyatı == Anar Rüstəmov 1977-ci ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. === Təhsili === 1994-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə nəzəri fizika kafedrasına daxil olmuş və 1998-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. BDU-nin fizika fakültəsində nəzəri və riyazi fizika ixtisası üzrə magistraturaya daxil olmuş, 2000-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 2000-ci ildən başlayan Anar Rüstəmov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Zərrəciklər Fizikası Laboratoriyasında elmi işçi kimi çalışmışdır. 2002-ci ildə Almaniya Federativ Respublikasının Darmştadt şəhərində yerləşən Ağır İonların Elmi Tədqiqatları Mərkəzinə elmi iş aparmağa dəvət olunmuş və orada yerləşən HADES təcrübəsində çalışmağa başlamışdır. 2003-cü ildə Almaniyanın Darmştadt Texniki Universitetinin doktoranturasına daxil olmuş, 2006-cı ildə Almaniyada təcrübi nüvə fizikası və proqramlaşdırma sahəsində müdafiə edərək atom və nüvə fizikası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2006–2011-ci illərdə Almaniyanın Ağır İonların Elmi Tədqiqatları Mərkəzində çalışmış, 2011-ci ildə Almaniyanın Höte adına Frankfurt Universitetində, Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) NA61/SHINE və ALICE təcrübələrində tədqiqatlarını davam etdirmiş, Frankfurt Universitetində Subatom Fizikası, Nüvə Fizikası, Statistik Fizika fənlərindən mahazirələr oxumuşdur. Eyni zamanda Almaniya, Polşa, Misir, İtaliya və Türkiyədən olan tələbələrin elmi işlərinə rəhbərlik etmişdir.
Arif Rüstəmov
Rüstəmov Arif Sədi oğlu (5 sentyabr 1959, Yuxarı Salahlı, Qazax rayonu) — fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Qazax filialinin direktoru. == Həyatı == 1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1977-ci ildə Ağstafa rayonu 1 №li orta məktəbini qızıl medalla bitirmişdir.1977-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olmuş, 1982-ci ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir. 1982–1985-ci illərdə Şamaxı rayonu Ərəbşalbaş kənd orta məktəbində tarix müəllimi və direktor müavini vəzifələrində işləmişdir. 1985-ci ilin iyun ayından BDU-nun indiki politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.2008–2013-cü illərdə BDU sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir. Politologiya və sosiologiya kafedrasının dosentidir. 4 mart 2019-cu ildən etibarən Bakı Dövlət Universitetinin Qazax filialinin direktorudur. 1990-cı ildən fəlsəfə üzrə fəlsəfə doktorudur. 2003-cü ildən dosentdir.1 kitabın, 7 dərsliyin (həmmüəllif), 50-dən artıq elmi məqalənin, tədris proqramının və metodik işin müəllifidir. 1 nəfər elmlər namizədi yetişdirmişdir.Ailəlidir, 2 övladı var.
Arif Rüstəmov (əsgər)
Arif Rüstəmov (Rüstəmov Arif Seymur oğlu) — Salyan rayonunda İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Arif Rüstəmov 11 oktyabr 2001-ci ildə Salyan şəhərində anadan olmuşdur 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olmuşdur == Hərbi xidməti == Arif Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N sayılı hərbi hissədə qulluq edən şəhidimiz 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsinə qatılıb. == İkinci Qarabağ müharibəsində iştirakı == Arif Rüstəmov Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.
Asif Rüstəmli
Asif Rüstəmli (Asif Heydər oğlu Rüstəmli; 16 fevral 1954, Qiyaməddinli, Ağcabədi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2012), professor (2018), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (2014–2018), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri (2018, 12 sentyabr), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015), Prezident təqaüdçüsü (2014–2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003–2018), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013–2018). == Həyatı == 16 fevral 1954-cü il Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Asif Rüstəmli 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru (1991–1995), Elmi nəşrlər bölməsinin (1995–1999) və Mətbuat tarixi və publisistika şöbəsinin (2014–2018) müdiri vəzifələrində işləmişdir. 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür.Asif Rüstəmlinin elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa etmiş, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görmüşdür. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni (Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2004, 45.8 ç.v.) də Asif Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər yazmışdı. O son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. A.Rüstəmlinin "Molla Nəsrəddin" Ensiklopediyası"na (Bakı, "Elm", 2020, 468 s.) 33 məqaləsi daxil edilmişdir.Asif Rüstəmli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dövrü əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtibləyərək 2000-ci ildə "Nəcib, mənəvi idealların tərənnümü" (Bakı, "Ozan", 2000, 29.25 ç.v.) sərlövhəsi ilə çap etdirmiş, ulu öndərin "Ədəbiyyatın yüksək borcu və amalı" (Bakı, "Ozan", 2000, 31 ç.v.) kitabının redaktoru olmuşdur. == Elmi fəaliyyəti == Lalə Hacıyevanın "Əhmədbəy Ağayevin publisistikası" (BDU, 2006), Aygün Həsənovanın "Azərbaycan ədəbiyyatında Şeyx Şamilin bədii obrazı" (Nizami adına Ədəbiyyat İnstitutu, 2007), Bahar Məmmədovanın (Bərdəli) "Balaş Azəroğlunun yaradıcılıq yolu" (Nizami adına Ədəbiyyat İnstitutu, 2010), Tofiq Yusifovun "Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu (1991–2004)" (BDU, 2012) və digər mövzularda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur.
Asif Rüstəmov
Asif Rüstəmov (rejissor)
Asif Rüstəmov (rejissor)
Rüstəmov Asif Tofiq oğlu (20 oktyabr 1975) — Azərbaycan rejissoru. == Həyatı == Asif Rüstəmov 20 oktyabr 1975-ci ildə anadan olub. İqtisad Universitetində (1992-1995), ADMİU-da (2000-2004), AVANTİ kurslarında təhsil alıb (2003-2004). Azərbaycanfilm kinostudiyasında (2002-2004), Lider TV-də (2004-2005), ButaFilm-də (2005), İctimai TV-də (2005-2006) çalışıb. Kinoatelye 24K studiyasının təsisçisidir. Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi ABŞ-nin Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatına layiq görülmüşdür.
Asif Rüstəmov (şəhid)
Rüstəmov Asif Rüstəm oğlu (5 avqust 1956, Keştazlı, Ağdam rayonu – 10 sentyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Rüstəm oğlu Rüstəmov 1956-cı ilin avqust ayının 5-də Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açmışdır. Kənd orta məktəbini bitirdikdən sonra, Rusiya Federasiyasının Kirov vilayətinə əsgəri xidmətinə göndərilib. Hərbi xidmətini başa vurduqdan sonra, bir müddət rusiyada qalıb. 1980-ci ilin ortalarında Ağdama qayıdıb. Burada tikinti sahasində çalışıb və pəhləvan kimi də ad-san qazanıb. Qarabağ muharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yola düşüb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə iştirak edib. 1992-ci il sentyabr ayının 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və boya-başa çatdığı Keştazlı kəndində dəfn olunub. Üç övladı və dörd nəvəsi var.
Aslan Rüstəmov
Aslan Mahmud oğlu Rüstəmov (23 sentyabr 1932, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Aslan Rüstəmov 23 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, Stroqonov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Aslan Rüstəmov 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltaraşın iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Aslan Rüstəmov Azərbaycanda medal incəsənətinin banilərindən biridir. O, 1979-cu ildə Macarıstanda medal simpoziumunun iştirakçısıdır. Aslan Rüstəmov 1958-ci ildən etibarən Albert Mustafayev və Qorxmaz Sücəddinovla birlikdə "Əjdahanı öldürən Bəhram Gur" fəvvarəsinin layihəsini hazırlamışdır. Heykəltaraş Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsinin (1977) Bakıda Ukrayna dairəsində yerləşən Heydər Əliyevin abidəsi, Xocalı qurbanlarına ucaldılmış monument, bəstəkar Vasif Adıgözəlovun abidəsinin müəllifidir. Aslan Rüstəmov 1963-cü ildən Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır.
Aydın Rüstəmov
Rüstəmov Aydın Elxan oğlu (17 avqust 1997, Gəncə – 7 oktyabr 2020, Xocavənd rayonu) — Vətən Müharibəsi şəhidi. == Həyatı == Rüstəmov Aydın Elxan oğlu 17 avqust 1997-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhərində yerləşən 32 saylı orta məktəbi bitirib. == Təhsili == Aydın, 2015-ci ildə Universitetə qəbul olub. 2019-cu ildə, 4 kursda oxuyurkən təhsili dondurub və əsgərliyə getmək qərarına gəlib. == Hərbi xidməti == Aydın 1 il 4 ay əsgərliyini çəkərkən 27 sentyabr 2020 ildə Beylaqana ezam olunub. Rabitəçi olarkən, Füzuli rayonu uğrunda gedən döyüşlərdə travma alıb. Birinci tibbi yardım alıb və sonra yenidən döyüşlərə qatılıb. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. 7 noyabr tarixində Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Ağa bəy Rüstəmbəyov
Ağa bəy Gülməmməd bəy oğlu Rüstəmbəyov (1812, Şuşa – 1873, Şuşa) — Qarabağ bəyi, poruçik. == Həyatı == Ağa bəy Gülməmməd bəy oğlu 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa qəza məktəbində oxumuşdu. Qarabağ atlı alayının sultanı vəzifəsində xidmət etmişdi. Bir çox savaşlara qatılmışdı. Podporuçik, poruçik rütbələri daşımışdı. == Ailəsi == Atası Gülməmməd bəy Qasım bəy oğlu Rüstəmbəyov — 1770-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi.
Ağbulaq-Rüstəmxan (Ərdəbil)
Ağbulaq-Rüstəmxan (fars. اقبلاغ رستم خاني‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 9 km şərqdə, Xalxal-Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,837 nəfər yaşayır (372 ailə).
Baba Rüstəm (Bicar)
Baba Rüstəm (fars. بابارستم‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (24 ailə). Əhalisini kürdlər təşkil edir.
Baloğlan Rüstəmov
Baloğlan Əmrah oğlu Rüstəmov (1922-2007) — ictimai xadim, İkinci dünya müharibəsinin veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Ümumdünya Müharibə Veteranları Baş Assambleyasının üzvü. 1987-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri olmuşdur. 1994-cü ildə o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi və sədr müavini, 2001-ci ildən ömrünün sonunadək qeyd olunan Şuranın sədri kimi fəaliyyət göstərmişdir. == Həyatı == Baloğlan Rüstəmov 1922-ci il iyun ayının 22-də Naxçıvanın indiki Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Naxçıvan İkiillik Müəllimlər İnstitutuna daxil olmuş, lakin burada təhsilini başa vurmadan 1940-cı ildə Bakıya köçərək, 15 nömrəli fabrik-zavod məktəbinin şagirdi olmuş və eyni zamanda neft mədənlərində çalışmışdır. 1941-ci ildə könüllü olaraq ordu sıralarına yollanan Baloğlan Rüstəmov hərbi desant məktəbinə göndərilmişdir. 1941-1945-ci illər müharibəsi dövründə Baloğlan Rüstəmov Qafqazdan başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, alman-faşist işğalçılarına qarşı ağır döyüş əməliyyatlarının iştirakçısı olmuş, qəhrəmanlıqlar nümayiş etdirmişdir. O, müharibədən sonra – 1952-ci ildə Bakı partiya məktəbini bitirmiş, 1978-ci ildə isə Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin məzunu olmuşdur.
Basit Rüstəmov
Basit İdris oğlu Rüstəmov (3 iyun 1996, Xok, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Basit Rüstəmov 2 iyun 1996-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. == Hərbi xidməti == Basit Rüstəmov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 19 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bayram Rüstəmov
== Həyatı == Rüstəmov Bayram Nizam oğlu 29 aprel 1954-cü ildə Bakı şəhərində anadan olmuş, 1971-ci ildə Azərbaycan Respublikası Şamaxı (İndiki Qobustan) rayonunun Nərimankənd kənd orta məktəbini bitirmişdir. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin Astrofizika ixtisası üzrə ali təhsil almışdır. 1976-cı ildə təyinatla AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamış və həmin vaxtdan hal-hazıra kimi ŞAR-da elmi tədqiqatla məşğuldur.1977-ci ildə SSRİ (indiki Rusiya) E.A. Krım astrofizika rəsədxanasında praktik astrofizika ixtisası üzrə ixtisaslaşma kursu keçmişdir. 2003-cü ildə "T Buğa tipli ulduzların və FUOR-ların spektral tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və Fizika Riyaziyyat Elimləri Namizədi adını almışdır. 2004-cü ildən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıda "Səma cisimlərinin fotometriyası və polyarimetriyası" şöbəsinin müdiri vəzifəsində işləyir. AAK-ın 19.11.2014-cü il tarixli qərarı ilə astrofizika və ulduz astronomiyası ixtisası üzrə dosent elmi adı almışdır. Astrofizika sahəsində ixtisaslaşmış xarici və yerli elmi jurnallarda 36 məqalə və tezisi dərc olunmuşdur. 2004-cü ildən ŞAR Elmi Şurasının üzvüdür.2013-cü ildən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında yaradılmış FD 01.241 FƏLSƏFƏ DOKTORU Dissertasiya Şurasının üzvü təyin olunmuşdur. == Elmi maraq dairəsi == Cavan ulduzların spektral və fotometrik tədqiqi; müasir işıqqəbuledicilərinin - CCD matrislərin fotometrik müşahidələrdə tətbiqi, rəqəmli astronomik təsvirlərin alınması və işlənməsi metodikaları "Astrofizika və ulduz astronomiyası" ixtisası üzrə iki f.ü.f.d. dissertasiya işində ikinci rəhbər, iki f.ü.f.d.

Значение слова в других словарях

аграма́нтовый анархи́чность боеспосо́бность маста́чить обмы́лить полууста́вный порто́вый пра́вить брусча́тый ве́кторный выдава́ть выда́вливание подкова́ть подсучи́ть ры́бник трапе́цией boldly florae four-footed hooray movables New Caledonia shellproof water boots назло